|
13/13-25/256-2211
21 may 2001-ci il
Hüquqi şәxslәrin illik balansının auditor
tәrәfindәn yoxlanılması haqqında
Naxçıvan MR Vergilәr Nazirliyinә, Bakı şәhәri
üzrә Baş Vergilәr İdarәsinin,
şәhәr vә rayonlar üzrә Vergilәr İdarәlәrinin
(şöbәlәrinin) rәislәrinә
İqtisadi tәhlil vә uçotun tәşkili idarәsi
bildirir ki, Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinin
5 aprel 2001-ci il tarixli 77 saylı qәrarı ilә aktiv
vә passivlәrindә verilәn maddәlәri, sonrakı
bölgünü aparmadanç yalnız ümumi mәblәğdә
göstәrilәcәk hüquqi şәxslәrin
yekun gününәdәk on iki ay әrzindә balansının
son mәblәği beş milyard manat vә dövriyyәdәn
mәdaxilinin ümumi mәblәği iki milyard beş
yüz milyon manat müәyyәn edilmişdir.
Azәrbaycan respublikasının Mülki Mәcәllәsinә
(126.1 vә 126.3 maddәlәr) uyğun olaraq, yekun günәdәk
on iki ay әrzindә balansın son mәblәği vә
dövriyyәdәn mәdaxilin mәblәği yuxarıda
gğöstәrilәn hәddәn çox olduqda hüquqi
şәxslәrin illik balansı auditor tәrәfindәn
yoxlanldıqdan sonra onların illik hesabatları qәbul
edilmәlidir.
İdarә rәisi
Ş.Mustafayev
|