|
13/13-25/52-180
18 yanvar 2002-ci il
Naxçıvan MR Vergilәr Nazirliyinә, Vergilәr
Nazirliyi yanında İri vergi ödәyijilәri vә
xüsusi vergi recimli müәssisәlәrlә iş
üzrә Departamentin, Bakı şәhәri üzrә
Baş Vergilәr İdarәsinin, Ərazi Vergilәr
İdarәlәrinin rәislәrinә
Vergilәr Nazirliyinin 19 dekabr 2001-ci il tarixli 13/01-25/934-7028
saylı mәktubu ilә Vergi Mәjәllәsinin 150.3.3-jü
maddәsindә nәzәrdә tutulmuş arayışların
vergi ödәyijilәrindәn 2002-ci ilin yanvar ayının
20-dәk alınmasının tәmin olunması Sizә
tapşırılmışdır.
Mәlum olduğu kimi, «Azәrbaycan Respublikası
Vergi Mәjәllәsinә dәyişikliklәr vә
әlavәlәr edilmәsi haqqında» Azәrbaycan
Respublikasının 16 noyabr 2001-ci il tarixli Qanununa әsasәn
01 yanvar 2002-ci il tarixdәn Vergi Mәjәllәsindәn
150.3.2-ci vә 150.3.3-jü maddәlәr çıxarılmış
vә onların әvәzinә yeni redaksiyada 150.3.2-ci
maddә әlavә edilmişdir.
150.3.2-ci maddәnin yeni redaksiyasına uyğun olaraq ödәmә
mәnbәyindә vergi tutan hüquqi şәxslәr
vә fәrdi sahibkarlar rüb başa çatdıqdan
sonra 20 gün әrzindә bdәmә mәnbәyindә
tutulan vergilәr barәdә Vergilәr Nazirliyinin müәyyәn
etdiyi formada bәyannamәni vergi orqanına tәqdim etmәyә
borjludurlar.
Hәmin bәyannamәnin froması hazırda Nazirliyin
müvafiq idarәlәri tәrәfindәn hazırlanır
vә Vergilәr Nazirliyinin әmri ilә tәsdiq olunduqdan
sonra tәtbiq edilәjәkdir.
Qeyd edilәnlәri nәzәrә alaraq İqtisadi tәhlil
vә uçotun tәşkili İdarәsi bildirir ki,
Vergi Mәjәllәsinin qüvvәdәn düşmüş
150.3.3-jü maddәsinin tәlәblәrindәn fәrqli
olaraq, ödәmә mәnbәyindә vergini tutan hüquqi
şәxslәr vә fәrdi sahibkarlar 2002-ci ilin yanvar
ayının 20-dәk vergi orqanlarına tәqdim edilәn
arayışlarda hesabat ilindә verilәn ödәmәlәrin
vә tutulmuş vergilәrin yalnız ümumi mәblәğini
göstәrә bilәrlәr.
İqtisadi tәhlil vә uçotun
tәşkili idarәsinin rәisi
Ş.Mustafayev
|