Azərbaycan Respublikasının vergilər nazirinin 02 aprel 2004-cü il tarixli F-77 nömrəli Əmri ilə təsdiq edilmişdir

Dövlət vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair
METODİKİ GÖSTƏRİŞ

1. Ümumi müddəalar

1.1. «Dövlət vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş» Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq hazırlanmışdır. Bu Metodiki Göstərişin məqsədi vergi ödəyicilərinin uçota alınması qaydalarını və bu uçotun aparılması prosesində vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərini müəyyən etməkdir.

1.2. Bu Metodiki Göstərişin məqsədləri üçün istifadə edilən ifadələr aşağıdakı kimi açıqlanır:

1.2.1. VÖEN - vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

1.2.2.Təsərrüfat subyekti - vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti);

1.2.3. Uçot üzrə müfəttiş - vergi ödəyicilərinin uçotunun aparılması həvalə edilmiş dövlət vergi müfəttişi;

1.2.4. Bəyannamələr şöbəsi -Bəyannamələr şöbəsi (bölməsi);

1.2.5. Koordinasiya şöbəsi - Koordinasiya şöbəsi (bölməsi);

1.2.6. Vergi ödəyicilərinə xidmət şöbəsi – Vergi ödəyicilərinə xidmət şöbəsi (bölməsi).

1.3. Dövlət vergi orqanlarında vergi ödəyicilərinin uçotu Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun olaraq aparılır. Vergi orqanlarında uçota alınmalı olan şəxslər, uçotun aparılması yeri və müddətləri, habelə uçota alınmaq üçün verilən ərizəyə əlavə edilən sənədlər Vergi Məcəlləsinin həmin maddələrində göstərilmişdir.

1.4. Vergi uçotuna alınmaq üçün təqdim edilən ərizələrin, vergi ödəyicilərinin uçotunu təsdiq edən şəhadətnamə, arayış və qeydiyyat bildirişinin formaları, bank hesabı açmaq üçün şəhadətnamə-dublikatın, habelə bu sənədlərin uçotunu aparmağa imkan verən kitab və jurnalların formaları Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.

2. Vergi orqanı tərəfindən vergi uçotuna alınmaq barədə ərizələrin qəbulu və yoxlanılması

2.1. Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisinin uçota alınması vergi uçotuna alınma haqqında ərizənin və digər zəruri sənədlərin vergi orqanına daxil olduğu gündən sonrakı 10 gün müddətində həyata keçirilir və həmin müddətdə vergi ödəyicisinə şəhadətnamə verilir.

2.2. Vergi orqanında vergi uçotuna alınmaq barədə ərizələrin qəbulunun və baxılmasının xüsusi rejimi olur:

Vergi uçotuna alınmaq barədə ərizələr şəxslərdən həftənin I, II, III və IV günləri qəbul edilir. Ərizəni təqdim edən şəxsə onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin vergi orqanından götürülməsi tarixi barədə bildiriş verilir.

Metodiki Göstərişin əlavəsində verilən bu bildiriş forması ərizənin qeydiyyata alınması zamanı proqram təminatı vasitəsilə avtomatik çap edilir.  

Həftənin I-IV günləri qəbul edilən ərizələrin məlumat bazasına işlənilməsi və bu ərizələr üzrə şəhadətnamələrin çap edilməsi, təsdiqlənməsi və üzlənməsi işləri həmin həftənin son iş günü başa çatdırılmalıdır. Həftə ərzində qəbul edilmiş ərizələr üzrə qeydiyyatın aparılmasını təsdiq edən şəhadətnamələrnövbəti həftənin birinci iş günündən başlanılmaqla vergi ödəyicilərinə verilməlidir.

2.3. Vergi orqanında vergi uçotuna alınmaq barədə ərizələrin qeydiyyatı, vergi ödəyicilərinin uçotu və vergi uçotuna alınma barədə şəhadətnamələrin çap edilməsi işləri Bəyannamələr şöbəsinin uçot üzrə müfəttişi tərəfindən həyata keçirilir.

Uçotun aparılması qaydaları ilə əlaqədar sual yarandıqda və yaxud ərizə formalarının doldurulmasında çətinlik çəkdikdə, şəxs Vergi ödəyicilərinə xidmət şöbəsinin işçisinə müraciət edir.

2.4. Vergi uçotuna alınmaq barədə ərizə vergi ödəyicisi (onun rəhbəri) tərəfindən imzalanır və o, bu ərizə ilə birlikdə öz şəxsiyyətini təsdiq edən sənədi də uçot üzrə müfəttişə şəxsən təqdim edir.

Uçota alınmalı olan şəxsin (onun rəhbərinin) vergi orqanına gəlməsi mümkün olmadıqda, ərizə həmin şəxsin məsul etdiyi və səlahiyyətləri notarial qaydada təsdiq edilmiş digər şəxs tərəfindən vergi orqanına təqdim edilə bilər.

«Vergi ödəyicisinin-hüquqi şəxsin uçota alınması haqqında ərizə» forması hüquqi şəxslər, «Fərdi sahibkarın və vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında ərizə» forması fiziki şəxslər tərəfindən doldurulur.

Bundan başqa, hüquqi şəxslərin uçota alınması zamanı həmçinin «Təsisçi hüquqi şəxslər barədə məlumat (Vergi ödəyicisinin-hüquqi şəxsin uçota alınması haqqında ərizənin əlavəsi)» və «Təsisçi fiziki şəxslər barədə məlumat (Vergi ödəyicisinin-hüquqi şəxsin uçota alınması haqqında ərizənin əlavəsi)» formaları doldurulmalıdır. Bu formalara hüquqi şəxsin dövlət qeydiyyatından keçmiş nizamnaməsində göstərilən təsisçilər (səhmdarlar) barədə məlumatlar daxil edilir. Hüquqi şəxsin təsisçilərinin sayı 10-dan çox olduqda, bu halda təsis payı ən çox olan 10 təsisçinin məlumatı qeyd edilir.

2.5. Uçota alınmaq barədə müraciət edən şəxsdən ərizənin qəbulu vergi orqanında vergi ödəyicilərinin uçotunun aparılması üçün ayrılmış xüsusi otağda uçot üzrə müfəttiş tərəfindən həyata keçirilir.

Şəxs ərizə və sənədləri bu otağa xüsusi pəncərə vasitəsilə təqdim edir. Şəxsin bu otağa daxil olmasına yol verilmir. Ərizə təqdim edilən yer işıqlı olmalıdır və burada divarda asılan stendlərdə ərizənin forması və onun doldurulma qaydaları, vergi uçotunun aparılması qaydaları və müddətləri barədə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəaları, habelə vergi uçotunun aparılması üçün təqdim edilməli sənədlərin siyahıları əks etdirilməlidir.

Xüsusi otağın pəncərəsinin yaxınlığında şəxs tərəfindən ərizənin doldurulması üçün (masa, stul, ərizə formaları və s), habelə Vergi ödəyicilərinə xidmət şöbəsinin işçisi tərəfindən xidmət göstərilməsi üçün müvafiq şərait yaradılmalıdır.

2.6. Uçot üzrə müfəttiş ilk növbədə ərizəni verən şəxsin ona təqdim edilmiş şəxsiyyəti təsdiq edən sənədin sahibi olduğunu yəqin etməli və bu barədə ərizədə müvafiq qeyd aparmalıdır. Vergi uçotu barədə ərizələrin kənar şəxslərdən və yaxud uçota alınmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir.

2.7. Ərizənin şəxsən təqdim edildiyi müəyyən edildikdən sonra, uçot üzrə müfəttiş istismar olunan proqram vasitəsilə uçota alınmaq üçün müraciət edən şəxsin vergi uçotunda olub-olmamasını dəqiqləşdirməlidir.

Şəxsin vergi ödəyicisi kimi uçotda olduğu müəyyən edildikdə, onun yenidən uçota alınmasının mümkünsüzlüyü barədə ona «Vergi uçotunun aparılmasından imtina edilməsi barədə» bildiriş verilir. Bu bildirişin forması Metodiki Göstərişə əlavə edilmişdir.

2.8. Şəxsin vergi uçotunda olmadığı və ərizəyə əlavə edilməli olan sənədlərin yerində olması yəqin edildikdə uçot üzrə müfəttiş təqdim edilmiş ərizənin və ona əlavə edilmiş sənədlərin araşdırılmasını həyata keçirir.

Ərizənin doldurulmasında və bu ərizəyə əlavə edilmiş sənədlərdə müfəttiş tərəfindən nöqsan və ya çatışmamazlıqlar aşkar edilərsə, həmin nöqsan və çatışmamazlıqların tam aradan qaldırılması şəxs tərəfindən yerindəcə təmin edilir. Zəruri hallarda nöqsanların aradan qaldırılmasında köməklik məqsədi ilə Vergi ödəyicilərinə xidmət şöbəsinin işçisi şəxsə məsləhət verir. Təqdim edilən sənədlərdəki çatışmamazlıqların yerində aradan qaldırılması mümkün olmadıqda, bu zaman ərizə və sənədlər şəxsdən qəbul edilir və ona «Vergi uçotuna alınmaq üçün təqdim edilmiş ərizə və sənədlərdəki uyğunsuzluqlar barədə» bu Metodiki Göstərişin əlavəsindəki forma üzrə bildiriş verilir. Bildirişdə sənədlərdə olan çatışmamazlıqlar qeyd edilir, şəxsə bu çatışmamazlıqların aradan qaldırmaqla sənədləri vergi orqanına təqdim etməyi təklif olunur. Bu zaman qəbul edilmiş ərizəyə baxılması şəxs tərəfindən sənədlərin vergi orqanına təqdim edilməsi gününədək təxirə salınır. Həmin günədək uçot üzrə müfəttiş ərizəni əlavə edilmiş sənədlərlə birlikdə gözləmə faylında saxlayır.

2.9. Nöqsan və çatışmamazlıqlar tam aradan qaldırıldıqdan sonra, uçot üzrə müfəttiş ərizənin doldurulma tarixini və uçota alınmaq istəyən şəxsin adını «Vergi uçotu barədə şəhadətnamələrin qeydiyyatı jurnalı»na işləyir və bu jurnaldakı ardıcıllığa əsasən ərizəyə uyğun olan nömrəni, habelə ərizənin doldurulma tarixini və uçota alınmaq istəyən şəxsin adını kompüterə daxil edir. Bu zaman şəhadətnamənin vergi orqanından götürülməsi tarixi barədə bildiriş çap edilir. Uçot üzrə müfəttiş bildirişdə şəhadətnamənin götürülməsi tarixini (növbəti həftənin ilk iş gününü) qeyd edib imzalayır və onu şəxsə təqdim edir.

2.10. Ərizə və ona əlavə edilmiş sənədlər uçot üzrə müfəttiş tərəfindən dəstlənib tikilir. Müfəttiş ərizənin üzərində onun araşdırılması barədə qeyd aparıb imzalayır.

2.11. Ərizələrin qeydiyyata alınması üçün optimal vaxt nəzərə alınmaqla, gün ərzində daxil olmuş ərizələr iş gününün sonuna yaxın ümumi qeydiyyata daxil edilməsi üçün Koordinasiya şöbəsinə təqdim edilir. Bu məqsədlə gün ərzində qəbul edilmiş ərizələrin reyestri 2 nüsxədə tərtib edilir və ərizələr reyestrin Bəyannamələr şöbəsində qalan nüsxəsində imza etdirməklə Koordinasiya şöbəsinə təqdim edilir.

Bu reyestrin forması Metodiki Göstərişin əlavəsində verilmişdir.

Uçot üzrə müfəttiş tərəfindən Koordinasiya şöbəsinə təqdim edilən ərizə, bildiriş, şəhadətnamə və digər sənədlərin hərəkəti Vergilər Nazirliyinin 2003-cü il 22 dekabr tarixli A-247 N-li Əmri ilə təsdiq edilmiş  «Dövlət vergi orqanlarında kargüzarlığın aparılmasına dair Metodiki Göstəriş»də nəzərdə tutulmuş qaydada həyata keçirilir.

2.12. Uçota alınmaq üçün poçt vasitəsi ilə vergi orqanına daxil olmuş ərizələr, Koordinasiya şöbəsi tərəfindən qeydiyyata alındıqdan sonra yoxlanılmaq üçün Bəyannamələr şöbəsinə göndərilir.

2.13. Poçt vasitəsilə daxil olan ərizə ilə bağlı uçot üzrə müfəttiş tərəfindən Metodiki Göstərişin 2.7 və 2.8-ci bəndlərində göstərilən hərəkətlər yerinə yetirilir. Şəxsin vergi ödəyicisi kimi uçotda olduğu müəyyən edildikdə və ya daxil olmuş sənədlərdə nöqsan və ya çatışmamazlıqlar aşkar edildikdə,«Vergi uçotunun aparılmasından imtina edilməsi barədə» və ya «Vergi uçotuna alınmaq üçün təqdim edilmiş ərizə və sənədlərdəki uyğunsuzluqlar barədə» bildiriş tərtib olunur. Şəxsin vergi ödəyicisi kimi uçotda olduğu müəyyən edildikdə, bildirişdə vergi ödəyicisinə uçotun aparılmasından imtina edilməsi bildirilir. Daxil olmuş sənədlərdə nöqsan və ya çatışmamazlıqlar aşkar edildikdə, bildirişdəsənədlərdəki nöqsan və ya çatışmamazlıqları aradan qaldırmaqla uçotun aparılması üçün vergi orqanına şəxsən və ya səlahiyyətləri notarial qaydada təsdiq olunmuş nümayəndəsinin gəlməsinin zəruriliyi bildirilir.

2.14. «Vergi uçotunun aparılmasından imtina edilməsi barədə» vəya «Vergi uçotuna alınmaq üçün təqdim edilmiş ərizə və sənədlərdəki uyğunsuzluqlar barədə» bildiriş vergi orqanının rəisi (və ya onun müavini) tərəfindən imzalandıqdan sonra şəxsin ünvanına göndərilmək üçün Koordinasiya şöbəsinə təqdim edilir.

3. Vergi uçotunun aparılması

3.1. Uçot üzrə müfəttiş həftə ərzində qəbul etdiyi ərizələrə baxılmasını, şəxsin uçota alınmasını və ona VÖEN-i əks etdirən şəhadətnamənin çap edilməsini növbəti bazar ertəsi gününədək təmin etməlidir. Şəhadətnamələrin vergi ödəyicilərinə verilməsi bazar ertəsi günündən başlanılmaqla həyata keçirilir.

3.2. Sənədlər Koordinasiya şöbəsi vasitəsilə müvafiq reyestrdə imza etdirməklə uçot üzrə müfəttişə qaytarıldıqdan sonra o, vergi orqanında uçota alınmaq üçün ərizənin Vergi Məcəlləsində göstərilən müddətlərdə və ya bu müddətlərdən gec təqdim edildiyini müəyyənləşdirir. Ərizə həmin müddətlərdən gec olaraq təqdim edildikdə, Vergi Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyasının tətbiq edilməsi üçün bu Metodiki Göstərişdə müəyyən edilmiş hərəkət yerinə yetirilir.

3.3. Vergi uçotuna alınmaq üçün ərizələrin vaxtında verilməməsinə görə maliyyə sanksiyasının tətbiqinin rəsmiləşdirilməsi məqsədilə uçot üzrə müfəttiş tərəfindən «Vergi orqanında uçota alınmaq üçün ərizənin müəyyən edilmiş müddətdə verilməməsi barədə Akt» və «Vergi orqanında uçota alınmaq üçün ərizənin müəyyən edilmiş müddətdə verilməməsinə görə maliyyə sanksiyasının tətbiq olunması məsələsinə baxılması barədə bildiriş» tərtib edilir. Akt müfəttiş tərəfindən imzalandıqdan sonra bildirişə əlavə edilir və Bəyannamələr şöbəsinin rəisinə təqdim edilir. Bəyannamələr şöbəsinin rəisi bildirişi imzalanmaq üçün vergi orqanının rəhbərinə (onun müavininə) təqdim edir.

Bu bildirişin forması Metodiki Göstərişə əlavə edilmişdir.

Bildiriş vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanıb təsdiqləndikdən sonra aktla birlikdə Koordinasiya şöbəsi vasitəsilə şəxsə göndərilir.

3.4. Vergi uçotunun aparılması və uçota alınma barədə şəhadətnamənin çap edilməsi üçün uçot üzrə müfəttiş ərizənin rekvizitlərini vergi ödəyicilərinin uçotu proqramı vasitəsilə tam həcmdə kompüterə daxil edir və təkrar yoxladıqdan sonra uçotun aparılmasını təsdiqləyir.

3.5. Vergi ödəyicisinin uçota alınmasını təsdiq edən və ona verilmiş  VÖEN-i əks etdirən şəhadətnamə çap edilir.

Şəhadətnamədə göstərilən VÖEN avtomatlaşdırılmış şəkildə xüsusi proqram təminatı vasitəsilə müəyyən olunur.

3.6. Şəhadətnamə şəxsin vergi orqanında uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, şəxsə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin surəti verilir. Bu zaman proqram təminatı vasitəsilə şəhadətnamənin üzərində «YENİ NÜSXƏ» sözü çap edilir.

Vergi ödəyicisinin adı və ünvanı dəyişdikdə şəhadətnamə yenidən verilir.

3.7. İş günləri ərzində çap edilmiş şəhadətnamələr həftənin axırıncı iş gününün sonunda Bəyannamələr şöbəsinin rəisi tərəfindən vergi orqanının rəhbərinə təsdiq edilmək üçün təqdim olunur.

3.8. Vergi orqanının rəhbəri tərəfindən imzalandıqdan və möhürlə təsdiqləndikdən sonra, şəhadətnamələr uçot üzrə müfəttişə qaytarılır.

3.9. Uçot üzrə müfəttiş şəhadətnamələrin üzlənməsini təmin edir.

3.10. Uçot üzrə müfəttiş şəhadətnamələrin rekvizitlərini «Vergi uçotu barədə şəhadətnamələrin qeydiyyatı jurnalı»nda müvafiq sətirlərə daxil edir.

3.11. Müfəttiş uçota alınmış vergi ödəyicisinə Vergilər Nazirliyinin 2003-cü il 14 yanvar tarixli A-07 N-li Əmri ilə təsdiq edilmiş «Vergi orqanlarında vergi ödəyicilərinin iş qovluqlarının saxlanılması Qaydaları» ilə müəyyən edilmiş qaydada iş qovluğu açır və onu qovluqlar saxlanılan xüsusi otağa təhvil verir.

3.12. Uçot üzrə müfəttiş «Vergi uçotu barədə şəhadətnamələrin qeydiyyat jurnalı»nda vergi ödəyicisinə imza etdirməklə şəhadətnaməni ona verir.

4. Vergi ödəyicisinin təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması

4.1. Vergi ödəyicisi təsərrüfat subyektinin olduğu yer üzrə uçota alındıqda vergi orqanı tərəfindən yerinə yetirilən iş prosesləri vergi ödəyicisinin uçota alınması zamanı əvvəlki bölmələrdə təsbit olunan iş rejiminə, onların yerinə yetirilməsinin xronoloji ardıcıllığına və müddətlərinə uyğundur. Bu zaman aşağıdakı xüsusiyyətlər nəzərə alınmalıdır:

4.1.1. Ərizəni təqdim edən vergi ödəyicisinə onun vergi uçotuna alınmasını təsdiq edən arayışın vergi orqanından götürülməsi tarixi barədə bildiriş verilir.

4.1.2. Vergi ödəyiciləri öz eyniləşdirmə nömrələri ilə təsərrüfat subyektlərinin olduqları yer üzrə uçota alınırlar.

4.1.3. İcarə müqaviləsi əsasında fəaliyyət göstərən icarəçinin uçota alınması üçün əsas şərt icarəyə verənin təsərrüfat subyektinin yerləşdiyi ünvan üzrə vergi uçotunda olmasıdır.

4.1.4. Vergi ödəyicisi təsərrüfat subyektinin olduğu yer üzrə uçota alındıqda, «Vergi ödəyicisinin filial və nümayəndəliyinin olduğu yer üzrə uçota alınması haqqında ərizə» və ya «Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında ərizə» forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin fəaliyyətə başlaması və onun rəhbəri haqqında vergi ödəyicisinin qərarlarının, habelə bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin və ya icarə müqaviləsinin) surətləri əlavə edilir.

4.1.5. Uçot üzrə müfəttiş ərizənin vergi orqanına daxil olduğu gündən asılı olmayaraq, uçota alınmaq barədə ərizəyə baxılması, arayışın çap edilməsi və imzalanıb təsdiqlənməsi işlərinin növbəti həftənin birinci iş gününədək başa çatdırılmasını təmin etməlidir.

4.1.6. Vergi ödəyicilərinin təsərrüfat subyektinin olduğu yer üzrə vergi uçotunun aparılmasını təsdiq edən arayışların qeydiyyatı «Təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınma haqqında arayışların qeydiyyat jurnalı»nda aparılır. Bu jurnal uçot üzrə müfəttiş tərəfindən aparılır.

4.1.7. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edən və təsərrüfat subyektinin kodunu əks etdirən arayış xüsusi proqram təminatı vasitəsilə kompüterdə çap edilir.

4.2. Bu sənəd uçot üzrə müfəttiş tərəfindən vergi ödəyicisinə müvafiq jurnalda imza etdirilməklə təqdim edilir.


5. Vergi ödəyicisinin ünvanının dəyişdirilməsi

5.1. Vergi ödəyicisinin olduğu və ya yaşadığı yer dəyişdikdə, o, yeni ünvanın yerləşdiyi ərazi üzrə vergi orqanına bu barədə dəyişikliyin baş verdiyi gündən 15 gün müddətində ərizə verməlidir.

5.2. Ünvanın dəyişdirilməsi və Metodiki Göstərişin 6-cı bölməsində göstərilən dəqiqləşdirilmələrin edilməsi üçün vergi ödəyicisi vergi orqanına «Vergi ödəyicisinin-hüquqi şəxsin uçota alınması haqqında ərizə»,«Fərdi sahibkarın və vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında ərizə», «Vergi ödəyicisinin filial və nümayəndəliyinin olduğu yer üzrə uçota alınması haqqında ərizə» və ya «Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında ərizə» formaları vasitəsilə müraciət edir. Bu zaman vergi ödəyicisi bu ərizə formalarında adı, VÖEN-i və dəyişdirilən rekvizitinə uyğun sətirləri doldurur.

5.3. Yeni ünvan üzrə vergi ödəyicisinin yenidən uçota alınması (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) ərizə vergi orqanına daxil olduqdan sonra 15 gün ərzində həyata keçirilməlidir.

5.4. Vergi ödəyicisi-hüquqi şəxs tərəfindən vergi orqanına ərizə ilə birlikdə hüquqi ünvanın dəyişdirilməsi barədə hüquqi şəxslərin dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş məktub təqdim edilir.

5.5. Vergi ödəyicisi-fiziki şəxs tərəfindən vergi orqanına ərizə ilə birlikdə yaşayış yerinin dəyişməsini təsdiq edən sənəd təqdim edilir.

5.6. Vergi ödəyicisinin ərizəsinə müvafiq olaraq, onun uçotda olduğu vergi orqanına iş qovluğunun göndərilməsi barədə məktub tərtib edilir və poçt vasitəsilə yola salınır.

5.7. Məktubun nömrəsi və tarixi barədə məlumat proqram vasitəsilə vergi ödəyicilərinin uçotunun məlumat bazasına daxil edilir və bu informasiya avtomatik olaraq vergi ödəyicisinin uçotda olduğu vergi orqanına ötürülür.

5.8. Vergi ödəyicisinin uçotda olduğu vergi orqanına informasiya avtomatik olaraq daxil olduqda, həmin vergi ödəyicisinin iş qovluğu və şəxsi hesab vərəqəsi yeni ünvan üzrə göndərilmək üçün hazırlanır. Bu məqsədlə vergi ödəyicisi ilə vergi orqanı arasında göndərilmə tarixinə hesablanmış və ödənilmiş vergilər üzrə üzləşmə aktı tərtib edilir və şəxsi hesab vərəqəsinin məlumatları disketə köçürülür.

5.9. İş qovluğunun göndərilməsi barədə məktub daxil olduqdan sonra vergi ödəyicisinin uçotda olduğu vergi orqanı Vergilər Nazirliyinin 2003-cü il 14 yanvar tarixli A-07 N-li Əmri ilə təsdiq edilmiş «Vergi orqanlarında vergi ödəyicilərinin iş qovluqlarının saxlanılması Qaydaları» ilə müəyyən edilmiş qaydada iş qovluğunu, şəxsi hesab vərəqəsini və müvafiq disketi müşayət məktubu ilə birlikdə  qanunvericilikdə nəzərdə tutulmuş qayda ilə yeni ünvan üzrə vergi orqanına göndərir. Bu məktubun rekvizitləri həmçinin 5.6-cı bənddə göstərildiyi kimi proqram vasitəsilə yeni ünvan üzrə vergi orqanına ötürülür.

İş qovluğunun göndərilməsi barədə məktubun vergi orqanına daxil olduğu tarixə səyyar vergi yoxlaması aparılan və yaxud səyyar qaydada yoxlanılması barədə qərar verilmiş vergi ödəyicilərinin iş qovluqlarının göndərilməsi bu yoxlama başa çatdırıldıqdan sonra həyata keçirilir.

5.10. İş qovluğu yeni ünvan üzrə vergi orqanına daxil oldluqdan sonra proqram təminatı vasitəsilə vergi ödəyicisinin ünvanının dəyişdirildiyi təsdiqlənir.

5.11. Ünvanın dəyişdirilməsi bir ərazi vergi orqanının strukturuna daxil olan rayonlar arasında olduqda uçot məlumatlarının dəyişdirilməsi vergi orqanının müşayətedici məktubu olmadan aparılır.

5.12. Ünvanın dəyişdirilməsi bir rayon daxilində olduqda, bu halda uçot məlumatlarının dəyişdirilməsi Metodik Göstərişin 6-cı bölməsində göstərilən qayda ilə həyata keçirilir.

6. Vergi ödəyiciləri haqqında uçot məlumatlarının dəyişdirilməsi və uçotdan çıxarılma

6.1. Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi, uçotdan çıxanlması barədə ərizələrə baxılması, bu ərizələrə əsasən uçot məlumatlarında müvafiq dəyişikliklərin aparılması işləri uçot üzrə müfəttiş tərəfindən yerinə yetirilir.

Dəyişiklik vergi ödəyicisinin şəhadətnaməsinin və ya arayışının yenidən verilməsi zərurətini yaratdıqda, bu şəhadətnamə və ya arayış Metodiki Göstərişin 3-cü və 4-cü bölmələrində göstərilən qayda ilə vergi ödəyicisinə verilir.

6.2. Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətin ləğvi, fərdi sahibkarın sahibkarlıq fəaliyyətinə xitam verilməsi, fiziki şəxsin vəfatı, məhkəmə qaydasında fəaliyyət qabiliyyətini itirmiş və ya itkin düşmüş hesab edilməsi hallarında uçotdan çıxarılma vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin (varisinin və s.) müraciətinə əsasən bu müraciət üzrə qanunamüvafiq tədbirlər həyata keçirildikdən sonra 15 gün müddətində aparılır.

6.3. Hüquqi şəxs qanunamüvafiq qaydada ləğv edildikdə, fiziki şəxs isə vəfat etdikdə vergi ödəyicisinə verilmiş VÖEN uçot bazasından silinməklə tamamilə ləğv edilir. Ləğv edilmiş VÖEN-lər barədə məlumatlar uçot bazasında arxivləşdirilir və uçot üzrə müfəttiş tərəfindən aparılan «Ləğv edilmiş vergi ödəyicilərinin qeydiyyat jurnalı»na daxil edilir.

6.4. Fiziki şəxsin fəaliyyətinə xitam verildikdə ona verilmiş VÖEN  məlumat bazasından çıxarılaraq arxivləşdirilir. Həmin fiziki şəxs yenidən fəaliyyətə başlayaraq uçota alınmaq barədə ərizə verdikdə, arxivləşdirilmiş VÖEN uçot bazasında bərpa olunur.

6.5. Vergi ödəyicisinin və ya onun təsərrüfat subyektinin  fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə informasiyalar vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) verdiyi ərizələrə və yaxud fəaliyyətinin dayandırılmasını və ya bərpa edilməsini sübut edən mənbəyi bəlli olan məlumata əsasən bazaya daxil edilir.

6.6. Qeyri-rezidentin daimi nümayəndəlik yaratmayan bölmələrinin və idarəetmə yerinə görə rezident sayılan hüquqi şəxslərin vergi uçotundan çıxarılması Vergi Məcəlləsində göstərilən hallarda həyata keçirilir.

6.7. Vergi ödəyicisi uçotdan çıxarıldıqda, onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilir. Uçotu ləğv edilən vergi ödəyicisinin şəhadətnaməsi itmişdirsə, bu halda, o, mətbuatda şəhadətnamənin etibarsız hesab edilməsi barədə elan dərc etdirməlidir. Vəfat etmiş fiziki şəxsin şəhadətnaməsi tapılmadıqda, onun vergi uçotunun ləğvi üçün ölüm haqqında şəhadətnamənin surəti əsas götürülür.

6.8. ƏDV qeydiyyatı və NKA-nın qeydiyyatı ləğv edilmədən vergi ödəyicisinin uçotdan çıxarılmasına yol verilmir.

7. Bank hesablarının açılması üçün şəhadətnamə-dublikatların verilməsi

7.1. Vergi ödəyicisinə onun ərizəsinə əsasən bank hesabları (hesablaşma, valyuta, ssuda və sair) açmaq üçün vergi orqanı tərəfindən şəhadətnamə - dublikat verilir.

Bank hesabı açmaq üçün ərizələrdə bankın tam adı, açılacaq hesabın tipi və valyutanın növü göstərilməlidir. Ərizəyə əsasən bu Metodiki Göstərişdə müəyyən edilmiş müddətdə vergi ödəyicisinə şəhadətnamə-dublikatın verilməsini uçot üzrə müfəttiş həyata keçirir.

7.2. Vergi ödəyicisi şəhadətnamə-dublikat almaq üçün ərizəni Koordinasiya şöbəsinə təqdim edir. Ərizə Koordinasiya şöbəsi tərəfindən Metodiki Göstərişin 2.11-ci bəndindəki qaydaya riayət etməklə həmin gün uçot üzrə müfəttişə qaytarılır.

Uçot üzrə müfəttiş Koordinasiya şöbəsindən ərizənin daxil olduğu gündən sonrakı iş günündə vergi ödəyicilərinin uçotunun proqram təminatı vasitəsilə bank hesabının açılmasına əsas verən şəhadətnamə-dublikatı çap edir və bu şəhadətnamə-dublikatı imzalanmaq və təsdiqlənmək üçün vergi orqanının rəhbərinə (onun müavininə) təqdim edir. Şəhadətnamə-dublikat təsdiqləndikdən sonra uçot üzrə müfəttiş onu vergi ödəyicisinə müvafiq jurnalda imzalatmaqla təqdim edir və vergi ödəyicisini bank hesabının açılması üçün şəhadətnamə-dublikatın etibarlılıq müddəti və dublikatın bildiriş hissəsinin vergi orqanına qaytarılması zərurəti barədə məlumatlandırır.

7.3. Şəhadətnamə-dublikat iki hissədən ibarət olmaqla, onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda saxlanılır, bildiriş adlanan digər hissəsi isə bankın müvafiq qeydləri aparılmaqla vergi orqanına qaytarılır. Bankın qeydləri ilə vergi orqanına qaytarılmış şəhadətnamə-dublikatın bildiriş hissəsinin hesab barədə rekvizitləri  proqram təminatı vasitəsilə məlumat bazasına daxil edilir. Bildirişin vergi ödəyicisinin iş qovluğuna tikilməsi Vergilər Nazirliyinin 2003-cü il 14 yanvar tarixli A-07 N-li Əmri ilə təsdiq edilmiş «Vergi orqanlarında vergi ödəyicilərinin iş qovluqlarının saxlanılması Qaydaları» ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

7.4. Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş bankda hesab açıla bilər.

7.5. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir.

7.6. Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesab açılmaq üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.

7.7.Şəhadətnamə-dublikat 10 gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisi tərəfindən şəhadətnamə-dublikat geri qaytarılır və hesabın açılmaması barədə bankdan alınmış rəsmi məlumata əsasən onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlannda müvafiq qeydlər edilir.

7.8. Şəhadətnamə-dublikat vergi ödəyicisi tərəfindən 10 gün müddətində vergi orqanına qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi ödəyicisi və bank ilə dəqiqləşdirməli və hesab açılmadığı təqdirdə şəhadətnamə-dublikatın etibarsız hesab edilməsi barədə banka yazılı məlumat verməli və vergi ödəyicisinin uçot məlumatlannda müvafiq qeydlər etməlidir.

7.9. Vergi ödəyicisi uçotdan çıxarıldıqda, vergi orqanı şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə müvafiq bank idarələrinə məlumat verir.

7.10. Vergi ödəyicilərinə açılmış hesabların bağlanılması və ya bu hesabların rekvizitlərinin dəyişdirilməsi barədə bank idarələrindən daxil olan rəsmi məlumatlar vergi ödəyicilərinin uçot bazasında müvafiq qeydlərin edilməsinə əsas verir.

8. Vergi ödəyicilərinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının aparılması

8.1. Vergi orqanında vergi ödəyicilərinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatı Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq aparılır.

8.2. Vergi ödəyicilərinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatı vergi ödəyicilərinin uçotu proqram təminatı vasitəsilə aparılır.

Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyat vergi ödəyicisinin ərizəsi vergi orqanına daxil olduqdan sonra beş iş günündən gec olmayaraq aparılır. Həmin müddət ərzində vergi ödəyicisinə qeydiyyat bildirişi verilməlidir.  

8.3. Vergi ödəyicilərinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatına əsas verən sənədlər aşağıdakılardır:    vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyat haqqında ərizəsi;

-   qeydiyyat vergi orqanının təşəbbüsü ilə məcburi qaydada aparıldıqda, vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyinin yaranmasını sübut edən mənbəyi bəlli olan məlumat.

8.4. Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata dair ərizə uçot üzrə müfəttişə vergi ödəyicisi tərəfindən (vergi ödəyicisi fiziki şəxs olduqda şəxsən, hüquqi şəxs olduqda isə onun rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən) təqdim edilir.

8.5. Uçot üzrə müfəttiş daxil olmuş ərizənin rekvizitlərinin düzgün olmasını, vergi ödəyicisi tərəfindən imzalanıb möhürlənməsini araşdırır. Araşdırma nəticəsində aşkar edilmiş nöqsan və çatışmamazlıqlar vergi ödəyicisi tərəfindən aradan qaldırılır.

Uçot üzrə müfəttiş ərizəni proqram vasitəsilə qeydiyyata alır və sonra ərizəni ümumi qeydiyyata salınmaq üçün Koordinasiya şöbəsinə verir.

8.6. Poçt vasitəsilə göndərilmiş ərizənin düzgün doldurulmadığı, vergi ödəyicisi tərəfindən imzalanmadığı və ya möhürlə təsdiq edilmədiyi aşkar edildikdə «Vergi uçotuna alınmaq üçün təqdim edilmiş ərizə və sənədlərdəki uyğunsuzluqlar barədə» bildiriş tərtib edilir.

Bildirişdə uyğunsuzluqlar barədə qeydlər edilməklə şəxsdən onların aradan qaldınlması tələb olunur.

8.7. «Vergi uçotuna alınmaq üçün təqdim edilmiş ərizə və sənədlərdəki uyğunsuzluqlar barədə» bildiriş vergi orqanının rəisi (və ya onun müavini) tərəfindən imzalandıqdan sonra şəxsin ünvanına göndərilmək üçün Koordinasiya şöbəsinə təqdim edilir.

8.8. Mənbəyi bəlli olan məlumatlar əsasında vergi ödəyicilərinin əlavə dəyər vergisinin məqsədləri üçün məcburi qeydiyyatı Bəyannamələr şöbəsinin həmin məlumatların araşdırılmasını həyata keçirən vəzifəli şəxsinin bu araşdırmanın nəticələri barədə şöbə rəisinə təqdim etdiyi təhriri məruzəsi əsasında həyata keçirilir. Hazırlanmış təhriri məruzə şöbə rəisi tərəfindən uçot üzrə müfəttişə verilir.

8.9. Ərizədə nöqsan və çatışmamazlıqlar aşkar edilmədikdə, ərizənin rekvizitləri məlumat bazasına daxil edilməklə qeydiyyatın aparılması təsdiq edilir və əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi çap edilir.

8.10. ƏDV ödəyicisinin qeydiyyat bildirişi imzalanmaq və möhürlə təsdiq edilmək üçün Bəyannamələr şöbəsinin rəisi tərəfindən vergi orqanının rəhbərinə (onun müavininə) təqdim olunur.

8.11. ƏDV ödəyicisinin qeydiyyat bildirişi vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalandıqdan və möhürlə təsdiq edildikdən sonra «ƏDVməqsədləri üçün qeydiyyata dair bildirişlərin qeydiyyat kitabı»na daxil edilmək üçün uçot üzrə müfəttişə qaytarılır.

8.12. Uçot üzrə müfəttiş ƏDV ödəyicisinin qeydiyyat bildirişini vergi ödəyicisinə «ƏDVməqsədləri üçün qeydiyyata dair bildirişlərin qeydiyyat kitabı»na imza etdirməklə verir.

8.13. ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyici­si­nə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdük­də vergi ödəyicisinin müraciəti əsasında ona bildi­ri­şin surəti verilir.

8.14. ƏDV məqsədləri üçün qeydiyyatın ləğv edilməsi vergi ödəyicisinin ərizəsi əsasında həyata keçirilir. Ərizəyə istifadə edilməmiş vergi hesab-fakturaları və qeydiyyatın ləğv olunma tarixinə mal qalıqları üzrə hesablanmış ƏDV-ni özündə əks etdirən bəyannamə əlavə edilməlidir.

8.15. ƏDV məqsədləri üçün qeydiyyatın ləğvi vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamənin kameral yoxlanılmasını həyata keçirən vəzifəli şəxsin bu yoxlamanın nəticələri barədə şöbə rəisinə təqdim etdiyi təhriri məruzəsi əsasında həyata keçirilir. Hazırlanmış təhriri məruzə şöbə rəisi tərəfindən uçot üzrə müfəttişə verilir.

8.16. Qeydiyyat ləğv edilərkən ƏDV məqsədləri üçün qeydiyyat bildirişi geri alınmalıdır.

_________________________________________________

Proseslər xəritəsi
(zip formatlında, ppt (Power Point) formatlında)

 

Azərbaycan Respublikası vergilər nazirinin
02 aprel 2004-cü il tarixli F-77 nömrəli
Əmri ilə təsdiq edilmiş Metodiki östərişə əlavə

 

__________________________________________________________________
vergi uçotuna alınma barədə ərizəni təqdim etmiş şəxsin tam adı

 

Təqdim edilmiş ərizə üzrə vergi uçotunun aparılması müddətləri barədə
BİLDİRİŞ

_______________________________________________
________________________________
vergi orqanının adı
tarix

Tərəfinizdən «___»______________200__-c__il tarixdə vergi uçotuna alınmaq üçün təqdim edilmiş ərizəyə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.2-ci maddəsində göstərilən müddətlərdə baxılacaqdır. Vergi uçotuna alınmağı təsdiq edən və vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) əks etdirən şəhadətnaməni (arayışı) növbəti həftənin ilk iş günü vergi orqanından götürə bilərsiniz. 

 

Vergi orqanının məsul vəzifəli şəxsi  
___________________________________
  (imza)

 soyadı və adı

 

Azərbaycan Respublikası vergilər nazirinin
02 aprel 2004-cü il tarixli F-77 nömrəli
Əmri ilə təsdiq edilmiş Metodiki Göstərişə əlavə

 _________________________________________________________
(vergi uçotuna alınma barədə ərizəni təqdim etmiş şəxsin tam adı)

Ünvanı: ____________________________________________________________
                           (məktub şəxsən təqdim edildikdə ünvan göstərilmir)

 

Vergi uçotuna alınmaq üçün təqdim edilmiş ərizə və sənədlərdəki 
uyğunsuzluqlar barədə

BİLDİRİŞ N_____________


_______________________________________________
________________________________
vergi orqanının adı
tarix

Tərəfinizdən «___»____________200__-ci il tarixdə vergi uçotuna alınmaq üçün təqdim edilmiş (poçtla göndərilmiş) ərizə və ona əlavə edilmiş sənədlərdə aşağıda göstərilən uyğunsuzluqlar (çatışmamazlıqlar) olduğu üçün vergi uçotunu aparmaq mümkün olmamışdır:

_____________________________________________________________________________________________________
_____________________________________________________________________________________________________
_____________________________________________________________________________________________________
_____________________________________________________________________________________________________

Yuxarıda göstərilən uyğunsuzluqları (çatışmamazlıqları) aradan qaldırıb sənədləri vergi orqanına şəxsən və ya səlahiyyətləri notarial qaydada təsdiq edilməklə məsul etdiyiniz digər şəxs vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Bu barədə əlavə məlumat almaq üçün ___________ N-li telefonla vergi orqanına müraciət edə bilərsiniz.

 

__________________rəisi (rəis müavini)   
___________________________________
vergi orqanının adı  (imza)

 soyadı və adı

 

Azərbaycan Respublikası vergilər nazirinin
02 aprel 2004-cü il tarixli F-77 nömrəli
Əmri ilə təsdiq edilmiş Metodiki Göstərişə əlavə

__________________________________________________________________
(vergi uçotuna alınma barədə ərizəni təqdim etmiş şəxsin tam adı)

Ünvanı:____________________________________________________________
         (məktub şəxsən təqdim edildikdə ünvan göstərilmir)

 

Vergi uçotunun aparılmasından imtina edilməsi barədə
B İ L D İ R İ Ş N_____________

 

_______________________________________________
________________________________
vergi orqanının adı
tarix

 

Tərəfinizdən «___»____________200__-ci il tarixdə vergi uçotuna alınmaq üçün təqdim edilmiş (poçtla göndərilmiş) ərizə əsasında vergi uçotunu aparmaqdan aşağıda göstərilən səbəbə görə imtina edilmişdir:

______________________________________________________200__-c__ il (vergi uçotuna alınma barədə ərizəni təqdim etmiş şəxsin tam adı)

«___»______ tarixdə ________________________________tərəfindən
                                     (vergi orqanının adı)

vergi uçotuna alınmış və ona______________________ nömrəli VÖEN verilmişdir.

 

Bu barədə əlavə məlumat almaq üçün ___________ N-li telefonla vergi orqanına müraciət edə bilərsiniz.

 

__________________rəisi (rəis müavini)   
___________________________________
vergi orqanının adı  (imza)

 soyadı və adı

 

Azərbaycan Respublikası vergilər nazirinin
02 aprel 2004-cü il tarixli F-77 nömrəli
Əmri ilə təsdiq edilmiş Metodiki Göstərişə əlavə

_________________________________________________________
vergi ödəyicisinin tam adı

Ünvanı:____________________________________________________________

 

Vergi orqanında uçota alınmaq üçün ərizənin müəyyən edilmiş müddətdə verilməməsinə görə maliyyə sanksiyasının tətbiq olunması məsələsinə baxılması barədə
BİLDİRİŞ N_____________


_______________________________________________
________________________________
vergi orqanının adı
tarix

 

         Vergi uçotuna alınmaq üçün tərəfinizdən «___»____________200__-c__ il tarixdə təqdim edilmiş ərizəyə baxılarkən Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə ərizənin verilməməsi müəyyən edilmişdir.

Bununla əlaqədar olaraq, «Vergi orqanında uçota alınmaq üçün ərizənin müəyyən edilmiş müddətdə verilməməsi barədə» «__»________200__-c__ il tarixli akt tərtib edilmişdir.

_____________________________________Azərbaycan Respublikasının
vergi ödəyicisinin adı

Vergi Məcəlləsinin 58.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyasının tətbiq edilməsi məsələsinə «___»_____________200__-c__il tarixdə saat___-da _______________________ rəisinin (rəis müavininin) yanında baxılacaqdır.
                                     vergi orqanının adı

 Bu məsələyə baxılmasında iştirak etmək üçün Siz yuxarıda göstərilən vaxt __________________________________________ dəvət olunursunuz.                                                                                                                                                 vergi orqanının adı

 

Bildirişdə göstərilən vaxtda vergi orqanına gəlmədiyiniz halda, bu məsələyə Sizin iştirakınız olmadan baxılacaqdır.

«Vergi orqanında uçota alınmaq üçün ərizənin müəyyən edilmiş müddətdə verilməməsi barədə» akt əlavə olunur - 1 vərəqdə.

Vergi orqanının rəhbəri (onun müavini)   
___________________________________
  (imza)

 soyadı və adı

 

Azərbaycan Respublikası vergilər nazirinin
02 aprel 2004-cü il tarixli F-77 nömrəli
Əmri ilə təsdiq edilmiş Metodiki Göstərişə əlavə

 

20__-ci il «__»______tarixdə vergi uçotu ilə əlaqədar qəbul edilmiş ərizələrin

REYESTRİ

sıra

N-si

ərizəni vermiş şəxsin adı

ərizəyə əlavə edilmiş sənədlərin səhifələrinin sayı

qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ümumi qeydiyyata daxil edilmək üçün ərizələri Koordinasiya şöbəsinə təhvil verdim:

Təhvil verdi: ___________________________________ / 
                     (uçot üzrə müfəttişin imzası)

Təhvil aldı: ___________________________________ / 
                     (Koordinasiya şöbəsinin işçisinin imzası)

Ümumi qeydiyyata alınmış ərizələri uçot üzrə müfəttişə qaytardım:

Təhvil verdi:___________________________________ / 
                     (Koordinasiya şöbəsinin işçisinin imzası)

Təhvil aldı: ___________________________________ / 
                     (uçot üzrə müfəttişin imzası)

 

Azərbaycan Respublikasının
v vergilər nazirinin 02 aprel 2004-cü il tarixli
F-77 nömrəli Əmri ilə təsdiq edilmişdir

Dövlət vergi orqanlarında vergi ödəyicilərinin nəzarət-kassa aparatlarının qeydiyyatının aparılmasına dair METODİKİ GÖSTƏRİŞ

1. Ümumi müddəalar

1.1. «Dövlət vergi orqanlarında vergi ödəyicilərinin nəzarət-kassa aparatlarının qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş» Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına və «Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 N-li Qərarı ilə təsdiq edilmiş «Nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyatdan keçirilməsi qaydası»na  uyğun olaraq hazırlanmışdır. Bu Metodiki Göstərişin məqsədi vergi ödəyicilərinin nəzarət-kassa aparatlarının qeydiyyatının aparılması prosesində vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərini müəyyən etməkdir.

1.2. Bu Metodiki Göstərişin məqsədləri üçün istifadə edilən ifadələr aşağıdakı kimi açıqlanır:

1.2.1. VÖEN - vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

1.2.2.Təsərrüfat subyekti - vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti);

1.2.3. NKA - nəzarət-kassa aparatı;

1.2.4. Uçot üzrə müfəttiş - NKA-ların uçotunun aparılması həvalə edilmiş dövlət vergi müfəttişi;

1.2.5. Bəyannamələr şöbəsi– Bəyannamələr şöbəsi (bölməsi);

1.2.6.Vergi ödəyicilərinə xidmət şöbəsi - Vergi ödəyicilərinə xidmət şöbəsi (bölməsi);

1.2.7. Koordinasiya şöbəsi - Koordinasiya şöbəsi (bölməsi);

1.2.8. Operativ nəzarət şöbəsi - Operativ nəzarəti həyata keçirən struktur (bölmə, şöbə və ya idarə);

1.2.9. Filial- Bakı şəhəri Vergilər Departamentiinin filialları .

1.3. Vergi ödəyicisinin NKA-larının qeydiyyata alınması qeydiyyata alınma haqqında ərizənin və digər zəruri sənədlərin vergi orqanına daxil olduğu gündən sonrakı 5 gün müddətində həyata keçirilməli və həmin müddətdə vergi ödəyicisinə qeydiyyat vərəqəsi verilməlidir.

2. NKA-ların qeydiyyata alınması barədə ərizələrin qəbul edilməsi

2.1. NKA-nın qeydiyyatı barədə ərizələr vergi ödəyicilərinin uçotunun aparılması üçün ayrılmış xüsusi otaqda uçot üzrə müfəttiş tərəfindən qəbul edilir.

Bəyannamələr şöbəsinin NKA-ların qeydiyyatını aparan uçot üzrə müfəttişi dövlət reyestrinə daxil edilmiş NKA-ların siyahısı ilə, habelə NKA-ların qeydiyyata alınması və qeydiyyatdan çıxarılması ilə əlaqədar ştamplarla təchiz edilir.

Vergi ödəyicisi ərizə və sənədləri bu otağa xüsusi pəncərə vasitəsilə təqdim edir. Vergi ödəyicisinin bu otağa daxil olmasına yol verilmir.

Ərizə təqdim edilən yerdə divarda asılan stendlərdə NKA-nın qeydiyyatı barədə ərizənin forması və onun doldurulma qaydaları, qeydiyyatın aparılması müddətləri, habelə qeydiyyatın aparılması üçün təqdim edilməli sənədlərin siyahıları əks etdirilməlidir.

2.2. Vergi orqanında NKA-nın qeydiyyatının aparılması və qeydiyyat vərəqəsinin çap edilməsi, qeydiyyat vərəqəsinin vergi ödəyicisinə verilməsi işləri Bəyannamələr şöbəsinin uçot üzrə müfəttişi tərəfindən həyata keçirilir.

Qeydiyyatın aparılması qaydaları ilə əlaqədar sual yarandıqda və yaxud ərizə formalarının doldurulmasında çətinlik çəkdikdə, vergi ödəyicisi Vergi ödəyicilərinə xidmət şöbəsinə müraciət edir.

2.3. NKA-nın qeydiyyata alınması barədə ərizə müəyyən edilmiş forma üzrə doldurulur və vergi ödəyicisi (onun rəhbəri) tərəfindən imzalanır.

Vergi ödəyicisinin (onun rəhbərinin) vergi orqanına gəlməsi mümkün olmadıqda, ərizə həmin şəxsin məsul etdiyi və səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş digər şəxs tərəfindən vergi orqanına təqdim edilə bilər.

Poçt vasitəsilə NKA-nın qeydiyyatı barədə daxil olan sənədlər Koordinasiya şöbəsi tərəfindən Vergilər Nazirliyinin 2003-cü il 22 dekabr tarixli A-247 N-li Əmri ilə təsdiq edilmiş  «Dövlət vergi orqanlarında kargüzarlığın aparılmasına dair Metodiki Göstəriş»də nəzərdə tutulmuş qaydayaəməl etməklə Bəyannamələr şöbəsinə göndərilir.

2.4. NKA-nın qeydiyyatı barədə ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

- NKA-nın texniki pasportu;

-   Servis Texniki Xidmət Mərkəzinin (bundan sonra STXM) NKA-nın quraşdırılması barədə aktı (ərizənin təqdim olunma tarixinə NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çeklə birlikdə).

Bu sənədllərlə birlikdə vergi ödəyicisi uçot üzrə müfəttişə «NKA-ya texniki xidmət kitabı»nı və «NKA-nın işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı»nı təqdim edir.

STXM tərəfindən quraşdırılmış NKA-nın çekində vergi ödəyicisinin adı və VÖEN-i, NKA-nın quraşdırılacağı ünvan, habelə təsərrüfat subyektinin adı və fəaliyyət növü əks etdirilməlidir.

2.5. Bəyannamələr şöbəsinin uçot üzrə müfəttişi ilk növbədə NKA-nın quraşdırıldığı təsərrüfat subyekti üzrə vergi ödəyicisinin uçotda olub-olmamasını, NKA-nın markasının müvafiq dövlət reyestrinə daxil edilib-edilməməsini, əvvəllər qeydiyyatda olmuş NKA-nın texniki pasportunda əvvəlki qeydiyyatdan çıxarılma barədə vergi orqanının qeydlərinin mövcudluğunu araşdırır.

NKA-nın texniki pasportu itirildikdə, vergi ödəyicisi STXM-dən pasportun dublikatını almalı və bu dublikatda NKA-nın son qeydiyyatı barədə vergi orqanının qeydlərini etdirməlidir.

NKA-ların dövlət reyestrinə daxil edilməmiş aparatların vergi orqanı tərəfindən qeydiyyata alınmasına yol verilmir.

2.6. Vergi ödəyicisi təsərrüfat subyektinin yerləşdiyi ünvan üzrə uçotda olmadıqda, uçot üzrə müfəttiş vergi ödəyicisini təsərrüfat subyektinin yerləşdiyi ünvan üzrə uçota alınması məqsədilə «Dövlət vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş»də nəzərdə tutulmuş iş proseslərinə uyğun hərəkət etməlidir.

2.7. NKA-nın qeydiyyata alınması üçün təqdim edilməli olan sənədlərdə uyğunsuzluqlar aşkar edildikdə və yaxud NKA-nın texniki pasportunda əvvəlki qeydiyyatdan çıxarılma barədə vergi orqanının qeydi olmadıqda, sənədlər uyğunsuzluqların aradan qaldırılması və ya  əvvəlki qeydiyyatdan çıxarılma barədə qeydlərin etdirilməsi üçün vergi ödəyicisinə geri qaytarılır.

Poçt vasitəsi ilə vergi orqanına daxil olmuş ərizəni göndərən vergi ödəyicisinin təsərrüfat subyektinin yerləşdiyi ünvan üzrə uçotda olmadığı müəyyən edildikdə, ərizə bu Metodiki Göstərişin tələblərinə uyğun gəlmədikdə və yaxud sənədlərdə hər hansı nöqsan və çatışmamazlıq aşkar edildikdə, bu vergi ödəyicisinə göndərilmək məqsədilə «NKA-nın qeydiyyata alınması üçün təqdim edilmiş ərizə və sənədlərdəki uyğünsuzluqlar barədə» bildiriş tərtib edilir. Bildirişdə təsərrüfat subyektinin yerləşdiyi ünvan üzrə uçota alınması və ya uyğunsuzluqların aradan qaldırılması üçün vergi ödəyicisindən vergi orqanına gəlməsi xahiş edilir.

Bildiriş vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalandıqdan sonra Koordinasiya şöbəsi vasitəsilə vergi ödəyicisinə göndərilir.

Poçt vasitəsilə daxil olan NKA-nın texniki pasportunda əvvəlki qeydiyyatdan çıxarılma barədə vergi orqanının qeydi olmadıqda göndərilən bildirişə NKA-nın texniki pasportu əlavə edilir.

«NKA-nın qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) üçün təqdim edilmiş ərizə və sənədlərdəki uyğünsuzluqlar barədə» bildirişin forması Metodiki Göstərişə əlavə edilmişdir.

2.8. Təsərrüfat subyektinin yerləşdiyi ünvan üzrə uçota alınmamış vergi ödəyicisinin NKA-nın qeydiyyata alınması bu uyğunsuzluq aradan qaldırılanadək təxirə salınır.

2.9. Texniki pasportda son qeydiyyatdan çıxma barədə ştampda olan saygacın göstəricisi ərizənin təqdim olunma tarixinə NKA-nın fiskal yaddaşının göstəricisi ilə eyni olmalıdır. Göstəricilər arasında fərq olduqda, uçot üzrə müfəttiş müvafiq tədbirlər görülməsi üçün Operativ nəzarət şöbəsinə və fərqin vergi hesablanmasında nəzərə alınması üçün Bəyannamələr şöbəsinin rəisinə xidməti məlumat verməlidir. Bu zaman NKA-nın qeydiyyata alınması prosesi dayandırılmır.

2.10. Vergi ödəyicisinin təsərrüfat subyektinin yerləşdiyi ünvan üzrə uçotda olduğu müəyyən edildikdə, uçot üzrə müfəttiş ərizənin düzgün doldurulmasını və sənədlərin tamlığını yəqin etdikdən sonra ərizənin üzərində müvafiq qeyd aparır.

2.11. Ərizə proqram təminatı vasitəsilə uçot üzrə müfəttiş tərəfindən məlumat bazasına daxil edilir.

2.12. Ərizələrin qeydiyyata alınması üçün optimal vaxt nəzərə alınmaqla, gün ərzində daxil olmuş ərizələr iş gününün sonuna yaxın ümumi qeydiyyata daxil edilməsi üçün müvafiq reyestrlə Koordinasiya şöbəsinə təqdim edilir.

Ərizələrin Koordinasiya şöbəsindən hərəkəti «Dövlət vergi orqanlarında kargüzarlığın aparılmasına dair Metodiki Göstəriş»də nəzərdə tutulmuş qaydada həyata keçirilir.

3. NKA-nın qeydiyyatının aparılması

3.1. Koordinasiya şöbəsi vasitəsilə ərizələr uçot üzrə müfəttişə reyestrlə qaytarıldıqdan sonra o, qeydiyyatın aparılması və qeydiyyat vərəqəsinin çap edilməsi üçün ərizələrin rekvizitlərini vergi ödəyicilərinin uçotu proqramı vasitəsilə tam həcmdə kompüterə daxil edir və təkrar yoxladıqdan sonra qeydiyyatın aparılmasını təsdiqləyir.

3.2. Uçot üzrə müfəttiş, ərizənin daxil olduğu gün də daxil olmaqla, 2 gündən gec olmamaqlamüəyyən edilmiş formada «Nəzarət kassa aparatının Qeydiyyat vərəqəsi»ni çap edir.

3.3. Müfəttiş NKA-nın texniki pasportuna onun qeydiyyata alınması ştampını vurur, qeydiyyatın tarixi və nömrəsini, sayğacın STXM-in aktında əks etdirilmiş göstəricisini qeyd edir və şəxsi imzası ilə təsdiq edir. Eyni zamanda uçot üzrə müfəttiş tərəfindən vergi ödəyicisinin müvafiq rekvizitləri «NKA-ya texniki xidmət kitabı»nda və «NKA-nın işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı»nda qeyd olunur.

3.4. Gün ərzində çap edilmiş qeydiyyat vərəqələri, üzərində müfəttiş tərəfindən qeyd aparılmış texniki pasportlar, «NKA-ya texniki xidmət kitabı» və «NKA-nın işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı» imzalanmaq və möhürlə təsdiq edilmək üçün Bəyannamələr şöbəsinin rəisinə təqdim olunur.

3.5. Qeydiyyat vərəqələri, texniki pasportlar və yuxarıda göstərilən kitablar vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalandıqdan və möhürlə təsdiq edildikdən sonra uçot üzrə müfəttişə verilir.

3.6. Uçot üzrə müfəttiş təsdiq edilmiş qeydiyyat vərəqələrinin məlumatlarını müəyyən edilmiş forma üzrə aparılan «NKA-nın qeydiyyat vərəqələrinin uçotu kitabı»na daxil edir.

Ərizə və ona əlavə edilmiş sənədlərin vergi ödəyicisinin iş qovluğuna tikilməsi Vergilər Nazirliyinin 2003-cü il 14 yanvar tarixli A-07 N-li Əmri ilə təsdiq edilmiş «Vergi orqanlarında vergi ödəyicilərinin iş qovluqlarının saxlanılması Qaydaları» ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

3.7.Uçot üzrə müfəttiş qeydiyyat vərəqəsi verilmiş NKA-nın göstərilən ünvanda 2 gün ərzində plomblanmasının həyata keçirilməsi  barədə xidməti məktub tərtib edir və məktubu şöbə rəisinə (filial rəisinə) imzalatdırdıqdan sonra Koordinasiya şöbəsi vasitəsilə Operativ nəzarət şöbəsinə göndərir. Filialın Bəyannamələr şöbəsi tərəfindən tərtib edilən məktub filialın rəhbəri (onun müavini) tərəfindən imzalanır.

Bu xidməti məktubun forması Metodiki Göstərişə əlavə edilmişdir.

3.8. Uçot üzrə müfəttiş qeydiyyata alınmış NKA-nın sahibinə «NKA-nın qeydiyyat vərəqələrinin uçotu kitabı»na imza etdirməklə ona Qeydiyyat vərəqəsini, texniki pasportu, «NKA-ya texniki xidmət kitabı»nı və «NKA-nın işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı»nı təqdim edir.

3.9. Operativ nəzarət şöbəsi NKA-nın plomblanması barədə aktı tərtib etdikdən sonra onu xidməti məktubla Koordinasiya şöbəsi vasitəsilə Bəyannamələr şöbəsinə (filiala) göndərir.

4. NKA-nın qeydiyyatdan çıxarılması

4.1. NKA-nın qeydiyyatdan çıxarılması barədə ərizə vergi ödəyicisi tərəfindən uçot üzrə müfəttişə təqdim edilir. Bu ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilir: 

-   NKA-nın texniki pasportu;

-   NKA-nın fiskal yaddaşının göstəricisi əks olunmuş çek və STXM-in plombun zədələnməməsi barədə aktı. (STXM-in bu aktında fiskal yaddaşın göstəricisi əks etdirilməlidir);

-   NKA-nın Qeydiyyat vərəqəsi.

4.2. NKA-nın qeydiyyatdan çıxarılması barədə ərizə daxil olduğu gün uçot üzrə müfəttiş NKA-nın qeydiyyatdan çıxarılması barədə aktın tərtib edilməsi barədə məktub tərtib edir və Koordinasiya şöbəsi vasitəsilə Operativ nəzarət şöbəsinə göndərir. Eyni zamanda uçot üzrə müfəttiş aparatın fiskal yaddaşında olan hasilat dövriyyəsinin vergi bəyannamələrində nəzərə alınması məqsədilə Bəyannamələr şöbəsinə müvafiq xidməti məlumat göndərir. Vergi ödəyicisi digər ərazi vergi orqanında (filialda) uçotda olduqda, həmin dövriyyələr barədə bu vergi orqanına məlumat göndərilməsi üçün məktub hazırlayır.

4.3. Operativ nəzarət şöbəsinə göndərilən məktuba cavab olaraq NKA-nın qeydiyyatdan çıxarılması barədə akt daxil olanadək, uçot üzrə müfəttiş NKA-nın qeydiyyatdan çıxarılması barədə ərizəni əlavə edilmiş sənədlərlə birlikdə gözləmə faylında saxlayır.

4.4. Göstərişin 4.2-ci bəndində göstərilən məktub daxil olduğu tarixdən sonra 2 iş günü ərzində Operativ nəzarət şöbəsi tərəfindən NKA-nın qeydiyyatdan çıxarılması barədə akt tərtib edilməli və tərtib edildiyi gün Koordinasiya şöbəsi vasitəsilə Bəyannamələr şöbəsinə (filiala) göndərilməlidir.

4.5. NKA-nın qeydiyyatdan çıxarılması barədə akt daxil olduğu gündən 2 gün müddətində uçot üzrə müfəttiş tərəfindən NKA-nın qeydiyyatdan çıxarılması həyata keçirilir. Bu zaman müfəttiş NKA-nın qeydiyyatdan çıxarılması barədə aktın tarixini və aktda göstərilən NKA-nın fiskal yaddaş göstəricisini proqrama daxil edir.  Qeydiyyat vərəqəsinin və texniki pasportun üzərinə qeydiyyatdan çıxarılma barədə ştamp vurulur və fiskal yaddaşın göstəriciləri barədə müvafiq qeydlər aparıldıqdan sonra təsdiqlənir. Qeydiyyat vərəqəsi və texniki pasport vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) qaytarılır. Qeydiyyatdan çıxarılma barədə «NKA-nın qeydiyyat vərəqələrinin uçotu kitabı»nda müvafiq qeydlər aparılır.

4.6. NKA qeydiyyatdan çıxarıldıqda bu NKA üçün verilmiş «NKA-ya texniki xidmət kitabı» və «NKA-nın işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı» uçot üzrə müfəttiş tərəfindən geri alınmalıdır.

_________________________________________________

Proseslər xəritəsi
(zip formatlında, ppt (Power Point) formatlında)


Azərbaycan Respublikası vergilər nazirinin
02 aprel 2004-cü il tarixli F-77 nömrəli
Əmri ilə təsdiq edilmiş Metodiki Göstərişə əlavə

 

__________________________________________________________________
NKA-nın qeydiyyata alınması barədə ərizəni təqdim etmiş vergi ödəyicisinin tam adı

Ünvanı:____________________________________________________________

 

NKA-nın qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) üçün təqdim
edilmiş ərizə və sənədlərdəki uyğünsuzluqlar barədə

BİLDİRİŞ N_____________

_______________________________________________
________________________________
vergi orqanının adı
tarix

Tərəfinizdən «___»___________200__-ci il tarixdə nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) üçün
                                                                                                                                            lazım olmayanın üstündən xətt çəkilir

təqdim edilmiş ərizə və ona əlavə edilmiş  sənədlərdə aşağıda göstərilən uyğunsuzluqlar (çatışmamazlıqlar) olduğu üçün NKA-nı qeydiyyata almaq (qeydiyyatdan çıxarmaq) mümkün olmamışdır:

________________________________________________________________________________________
________________________________________________________________________________________
________________________________________________________________________________________
________________________________________________________________________________________

           Yuxarıda göstərilən uyğunsuzluqları (çatışmamazlıqları) aradan qaldırıb sənədləri vergi orqanına şəxsən təqdim etməyiniz və ya poçt vasitəsilə göndərməyiniz xahiş olunur.

Bu barədə əlavə məlumat almaq üçün ___________ N-li telefonla vergi orqanına müraciət edə bilərsiniz.

 

Əlavə:_________________vərəqdə.
                       sənədin adı

__________________rəisi (rəis müavini)   
___________________________________
vergi orqanının adı  (imza)

 soyadı və adı

 

Azərbaycan Respublikası vergilər nazirinin
02 aprel 2004-cü il tarixli F-77 nömrəli
Əmri ilə təsdiq edilmiş Metodiki Göstərişə əlavə

 

________________________Operativ nəzarət idarəsinə (şöbəsinə, bölməsinə)
(vergi orqanının adı)                                                            (lazım olmayanın üstündən xətt çəkilir)

 

NKA-nın qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) üçün nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi barədə
MƏKTUB

____________________________-nın Bəyannamələr şöbəsi (bölməsi) tərəfindən
(vergi orqanının adı)

______________________-də ___________________________________________-nin
(tarix)                                                                     (vergi ödəyicisinin adı)

 

________________________________________________________________ünvanda yerləşən
(tam ünvan) 

_____________________________  kodu olan______________

                                                                                         (obyektin adı)

obyektdə nəzarət-kassa aparatı qeydiyyata alınmışdır (qeydiyyatdan çıxarılması barədə ərizə qəbul edilmişdir).
                                                                  (lazım olmayanın üstündən xətt çəkilir)

Həmin NKA-nın markası_____________zavod nömrəsi_________________ STXM-in aktında sayğacın göstəricisi ___________________________olmuşdur.

Göstərilən NKA-nın plomblanması aktını (qeydiyyatdan çıxarılması barədə aktı)
                                                        (lazım olmayanın üstündən xətt çəkilir)
iki gün ərzində tərtib edib _________________________Bəyannamələr şöbəsinə göndərməyiniz xahiş olunur.
                                                            (vergi orqanının adı)

 

__saylı filialın rəisi (rəis müavini)                     ________ 

                                                                              (imza)                          (soyadı və adı)

Bəyannamələr şöbəsinin (bölməsinin) rəisi      ________ 

                                                                              (imza)                          (soyadı və adı)

 

Azərbaycan Respublikasının vergilər nazirinin
02 aprel 2004-cü il tarixli F-77 nömrəli
Əmri ilə təsdiq edilmişdir


 Vergi ödəyicilərinin vahid dövlət reyestrinin və əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrinin aparılması
QAYDALARI

1. Ümumi müddəalar

1.1. «Vergi ödəyicilərinin vahid dövlət reyestrinin və əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrinin aparılması Qaydaları» Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq hazırlanmışdır.

     1.2. Vergi ödəyicilərinin vahid dövlət reyestri və əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestri vergi ödəyicilərinin və əlavə dəyər vergisi ödəyicilərinin uçotunun məlumat bazası əsasında xronoloji ardıcıllıq üzrə aparılır.

1.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş hallar istisna olmaqla, vergi ödəyicilərinin vahid dövlət reyestrinə daxil edilmiş məlumatları onun vergi orqanında uçota alınması anından vergi sirrini təşkil edir.

2. Vergi ödəyicilərinin vahid dövlət reyestrinə daxil edilən məlumatlar

     2.1. Vergi ödəyiciləri vahid dövlət reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədə olan məlumatlardan istifadə olunur.

     2.2. Vergi ödəyicilərinin vahid dövlət reyestrinə aşağıdakı məlumatlar daxil edilir:

     2.2.1. Vergi ödəyicisi olan hüquqi şəxsin:

-         tam adı;

-         vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (bundan sonra VÖEN);

-         dövlət qeydiyyatını həyata keçirmiş orqan, dövlət qeydiyyatından keçmə tarixi və dövlət qeydiyyatını təsdiq edən şəhadətnamənin N-si;

-         hüquqi ünvanı və əlaqə telefonları;

-         mülkiyyət növü;

-         təşkilati-hüquqi forması;

-         fəaliyyət növləri;

-         filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) barədə məlumat;

-         bank hesabları barədə məlumat;

-         hüquqi şəxsin rəhbəri və təsisçiləri barədə məlumat (hüquqi şəxsin rəhbərinin soyadı, adı və atasının adı, vətəndaşlığı, ünvanı və şəxsiyyət vəsiqəsinin rekvizitləri, hüquqi şəxsin təsisçisi hüquqi şəxs olduqda onun VÖEN-i, hüquqi şəxsin təsisçisi fiziki şəxs olduqda onun VÖEN-i, VÖEN-i olmayan fiziki şəxslərin isə soyadı, adı və atasının adı, vətəndaşlığı, ünvanı və şəxsiyyət vəsiqəsinin rekvizitləri).

2.2.2. Vergi ödəyicisi olan fiziki şəxsin:

-         soyadı, adı və atasının adı;

-         VÖEN;

-         vətəndaşlığı;

-         cinsi;

-         yaşadığı ünvan;

-         şəxsiyyət vəsiqəsinin rekvizitləri;

-         təsərrüfat subyekti (obyekti) barədə məlumat;

-         fəaliyyət növü;

-         bank hesabları barədə məlumat.

3. Vergi ödəyicilərinin vahid dövlət reyestrinin məlumatlarının işlənilməsi

3.1. Vergi ödəyicilərinin uçot məlumatlarının elektron informasiya daşıyıcılarına daxil edilməsi, reyestr məlumatlarındakı dəyişikliklərlə bağlı dəqiqləşdirmələrin aparılması, uçota alınmış vergi ödəyicilərinə informasiyanın verilməsi və vergi ödəyicilərinin uçotunun kağız daşıyıcılarının yazılarının aparılması işləri vergi orqanlarında həyata keçirilir.

3.2. Vergi ödəyicilərinin vahid dövlət reyestrinə daxil edilmək üçün əsas vergi orqanı tərəfindən vergi ödəyicisinə onun uçota alınması barədə verilmiş Şəhadətnamədir.

3.3. Vahid dövlət reyestrində vergi ödəyicisi barədə müvafiq qeydlər aparılmasına əsas verən digər sənədlər Təsərrüfat subyektinin olduğu yer üzrə vergi ödəyicisinin uçota alınmasını təsdiq edən Arayış və vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi barədə verdiyi ərizəsidir.

3.4. Vergi orqanlarında vergi ödəyicilərinin vahid dövlət reyestrini təşkil edən vergi ödəyicilərinin uçotunun məlumatları elektron informasiya daşıyıcılarına və kağız daşıyıcılarına yazılır.

3.5. Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun məlumatları yazılan kağız daşıyıcıları aşağıdakılardır:

-         Vergi uçotu barədə şəhadətnamələrin qeydiyyat jurnalı;

-         Təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınma haqqında  arayışların qeydiyyat jurnalı;

-         Şəhadətnamə-dublikatların qeydiyyat jurnalı;

-         Ləğv edilmiş vergi ödəyicilərinin qeydiyyat jurnalı.

4. Əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestri

     4.1. Əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestri vergi ödəyicilərinin vahid dövlət reyestrinin tərkibində aparılır.

4.2. Əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrini təşkil edən  məlumatları vergi orqanlarında elektron informasiya daşıyıcılarına və kağız daşıyıcılarına yazılır.

4.3. Vergi orqanlarında əlavə dəyər vergisi ödəyicilərinin uçotunun məlumatları yazılan kağız daşıyıcısı Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata dair bildirişlərin qeydiyyat kitabıdır.

     4.4. Əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrinə aşağıdakı məlumatlar daxil edilir:

-         Əlavə dəyər vergisi ödəyicisinin vergi ödəyicilərinin vahid dövlət reyestrində olan bütün uçot məlumatları;

-         əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinin N-si və tarixi.

4.5. Əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrində vergi ödəyicisi barədə müvafiq qeydlər aparılmasına əsas verən sənəd əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata dair Bildirişdir.

5. Vergilər Nazirliyində reyestrlərin aparılması

 5.1. Vergi ödəyicilərinin vahid dövlət reyestri və əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestri Vergilər Nazirliyinin İqtisadi təhlil və uçotun təşkili idarəsində elektron informasiya daşıyıcıları vasitəsilə aparılır.

5.2. Ərazi vergi orqanları tərəfindən vergi ödəyicilərinin və əlavə dəyər vergisi ödəyicilərinin uçota alınması, onlara VÖEN-lər verilməsi, habelə uçot göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatlar elektron informasiya daşıyıcıları vasitəsilə Vergilər Nazirliyinə ötürülür.

5.3. İqtisadi təhlil və uçotun təşkili idarəsi alınmış bu məlumatlar əsasında vergi ödəyicilərinin vahid dövlət reyestrini və əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrini aparır.

5.4. İqtisadi təhlil və uçotun təşkili idarəsi vergi ödəyicilərinin vahid dövlət reyestrinin və əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrinin məlumat bankının aparılmasının bütövlüyünü və qorunmasını təmin edir, rəsmi sorğulara cavab olaraq Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada reyestrdən çıxarışlar təqdim edir.

5.5. İqtisadi təhlil və uçotun təşkili idarəsi reyestrə daxil edilmiş məlumatların düzgünlüyünü yoxlayır və səhvlərin aradan qaldırılması barədə vergi orqanlarına müvafiq göstərişlər verir.