15/01-25/130-1646
23 aprel 2001-ci il

Azәrbaycan Respublikasının yerli vergi orqanlarının rәhbәrlәrinә


Azәrbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericiliyә Nәzarәt vә Hüquq Ekspertixası şöbәsi Vergilәr Nazirliyinin lәğv edilmiqş sovxozların, kolxozların vә kәnd tәsәrrüfatı mәhsullarının istehsalı ilә mәşğul olan digәr şәxslәrin (emal müәssisәlәrindәn başqa) dövlәt büdcәsinә qeyri vergi ödәnişlәri (idia müddәti ötmüş kreditor borcu, yanacağın qiymәti fәrqi vә s.) üzrә borclarının silinib-silinmәmәsi barәdә sorğu mәktubuna özünün 12 aprel 2001-ci il tarixli,14/537 saylı cavab mәktubu ilә bildirmişdir ki, 2000-ci ilin sentyabrın 1-dәk qüvvәdә olan Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 227-ci maddәsinә әsasәn hüquqi şәxsin (borclu vә ya kreditorun) lәğv edilmәsi ilә öhdәliyә xitam verilir. 2000-ci ilin sentyabrın 1-dәk lәğv edilmiş kәnd tәsәrrüfatı mәhsullarının istehsalı ilә mәşğul olan müәssisәlәrin qeyri-vergi ödәnişlәri üzrә borclarına Qanunun yuxarıda göstәrilәn müddәasına әsasәn xitam verilә bilәr.
Tapşırılır ki, «Sovxoz vә kolxozların islahatı haqqında» Azәrbaycan Respublikasının 18 fevral 1995-ci il tarixli Qanununa müvafiq olaraq lәğv olunmuş sovxozların, kolxozların vә kәnd tәsәrrüfatı mәhsullarının istehsalı ilә mәşğul olan digәr şәxslәrin (emal müәssisәlәrindәn başqa) qeyri vergi ödәnişlәri üzrә dövlәt büdcәsinә olan borclarını (iddia müddәti ötmüş kreditor borcu, yanacağın qiymәt fәrqi vә s., habelә onlara hesablanmış penyaları) müvafiq rәylәr tәrtib vә tәsdiq etmәklә şәxsi hesab vәrәqәlәrindәn silin.
Lәğv olunmuş sovxozların, kolxozların vә kәnd tәsәrrüfatı mәhsullarının istehsalı ilә mәşğul olan digәr şәxslәrin adları, onların lәğv olunduğu tarix, silinmiş qeyri vergi ödәnişlәrinin vә onlara hesablanmış penyaların mәblәğlәrini göstәrmәklә bir ay müddәtindә Vergilәr Nazirliyinә әtraflı mәktubla Siyahı mәlumat tәqdim edin.

F. Mәmmәdov