|
№ F-82 ƏM R Məlumat formalarının təsdiq edilməsi haqqında «Azərbaycan Rcspublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Rcspublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli Fərmanının 3.1-ci bəndinin və vergilər nazirinin 24.02.2004-cü il tarixli F-36 N-li Əmrinin 1-ci bəndinin 5-ci abzasının icrasının təmin edilməsi məqsədilə ƏMR EDİRƏM: 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.8.4.7-ci və 33.8.5.5-ci maddələrində nəzərdə tutulan “Azərbaycaıı Respublikasında daimi nümayəndəlik yaratmayan bölmə barədə məlumtalr”ın və “Azərbaycan Respublikasında idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs barədə məlumatlar”ın formaları təsdiq olunsun (əlavə olunur). 2. Vergi ödəyicilərinə xidnıət idarəsinin rəisi Elçin Məmmədova tapşırılsın ki, vergi ödəyicilərinin bu Əmrlə təsdiq olunmuş formalar barədə məlumatlandırılması üzrə tədbirlərin həyata keçirilməsini vaxtında təmin etsin. 3. Naxçıvan MR Vcrgitər Nazirliyinə, Vergilər
Nazirliyi yanında İri vergi Ödəyiciləri ilə
iş üzrə Departamentə, Bakı şəhəri
Vergilər Departamentinə və Ərazi Vergilər
İdarələrinə tapşırılsın
ki, Azərbaycan Rcspublikasında daimi nünıayəndəlik
yaratmayan bölmələrin və Azərbaycan Respublikasında
idarəetmə yerinə görə 4. Maliyyə-təsərrüfat idarəsinin rəisi Ragim Lətifova tapşırılsın ki, vergi orqanlarının təsdiq edilmiş formada blanklarla vaxtında təmin olunması üçün tədbirlər görsün. 5. Koordinasiya idarəsinin rəisi Sevda Məmmədovaya tapşırılsın ki, bu Əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin. 6. Bu Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. Nazir Vergilər nazirinin 12 aprel 2004-cü il
Doldurulma qaydaları 1. Qeyri-rezident tərəfindən · 1-ci bölmədə tam adı (fiziki şəxs olduqda adı və soyadı, hüquqi çəxs olduqda isə kommersiya adı) və milli şəxsi (hüquqi şəxsi və ya vətəndaşı) olduğu ölkə; · 2-ci bölmədə rezidenti olduğu ölkədə ünvanı və vergi identifikasiya nömrəsi; · 3-cü bölmədə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan fəaliyyət və həmin fəaliyyətlə bağlı yaranan (əldə olunan yaxud gözlənilən) gəlir mənbələri barədə məlumatlar; · 4-cü bölmədə isə qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında həyata keçirilən istənilən digər fəaliyyət barədə məlumatlar göstərilir. 3. Göstərilən məlumatlar, müraciət edən hüquqi şəxs olduqda, hüquqi şəxsin məsul işçisi (adı, soyadı və vəzifəsi göstərilməklə), fiziki şəxs olduqda isə, həmin fiziki şəxs tərəfindən imzalanaraq, təsdiqlənməlidir.
Vergilər nazirinin 12 aprel 2004-cü il
Doldurulma qaydaları 1. Xarici hüquqi şəxs-rezident tərəfindən · 1-ci bölmədə tam kommersiya adı və milli şəxsi (hüquqi şəxsi) olduğu ölkə; · 2-ci bölmədə rezidenti olduğu (əgər varsa) ölkə, həmin ölkədə ünvanı və vergi identifikasiya nömrəsi; · 3-cü bölmədə Azərbaycan Respublikasında həyata keçirilən istənilən digər fəaliyyət və həmin fəaliyyətlə bağlı gəlir mənbələri barədə məlumatlar; · 4-cü bölmədə digər dövlətlərdə həyata keçirilən fəaliyyət barədə məlumatlar və həmin fəaliyyətlə bağlı gəlir mənbələri barədə məlumatlar. 3. Göstərilən məlumatlar xarici hüquqi şəxsin məsul işçisi (adı, soyadı və vəzifəsi göstərilməklə) tərəfindən imzalanaraq, təsdiqlənməlidir.
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||