Azərbaycan Respublikasinin Vergilər Nazirliyi

ƏMR N F-160

Vergi bəyannaməsi formasının təsdiq olunması haqqında

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişiklikləri və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 04.05.2005-ci il tarixli 03/03-232-3015 N-li məktubu ilə verilmiş rəyi nəzərə alaraq mədən vergisi bəyannaməsinin formasının mövcud vergi qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə

ƏMR EDİRƏM:

1. «Mədən vergisinin bəyannaməsi»nin yeni forması və «Mədən vergisi bəyannaməsinin doldurulması qaydası» təsdiq olunsun (əlavə olunur).

2. Vergilər nazirinin 02.11.2004-cü il tarixli F-246 N-li Əmri ilə təsdiq olunmuş mədən vergisi bəyannaməsinin forması qüvvədən düşmüş hesab edilsin.

3. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Məmmədova tapşırılsın ki, mədən vergisi bəyannaməsinin bu Əmrlə təsdiq edilmiş yeni forması və onun doldurulması qaydası barədə məlumatın vergiödəyicilərinə çatdırılmasını təmin etsin.

4. Naxçıvan MR Vergilər Nazirliyinə, Vergilər Nazirliyi yanında İri VergiÖdəyiciləri ilə İş üzrə Departamentə, Bakı şəhəri Vergilər Departamentinə vəƏrazi Vergilər İdarələrinə tapşırılsın ki, bu Əmrin qüvvyə mindiyi tarixdən sonra gələn hesabat dövrləri üçün mədən vergisi bəyannaməsinin yeni təsdiq olunmuş formada qəbul olunmasını təmin etsinlər.

5. Aparatın rəhbəri, baş vergi xidməti müşaviri Sevda Məmmədovaya tapşırılsın ki, bu Əmrin surətinin göndərilmə siyahısına uyğun olaraqçatdırılmasını təmin etsin.

6. Bu əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Nazir

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Fazil Məmmədov


Vergilər nazirinin 25 may 2005-ci il tarixli F-160 N-li Əmri ilə təsdiq edilmişdir

Mədən vergisi bəyannaməsinin doldurulması qaydası

Bəyannamə Vergi Məcəlləsinin 214-cü maddəsinə əsasən mədən vergisinin ödəyicisi sayılan və dövlət büdcəsinə ödənilən mədən vergisinin ödəyiciləri tərəfindən doldurulur.

Bəyannamədə bəyannamə təqdim edilən vergi orqanının adı, vergi ödəyicisinin tam adı, onun VÖEN-i, hüquqi ünvanı, telefonu göstərilir. Bəyannamənin cari və ya dəqiqləşdirilmiş olması müvafiq işarə qoyulmaqla göstərilir.

4-cü sütunda yerin təkindən çıxarılan faydalı qazıntıların kəmiyyətcə ölçü vahidi, 5-ci sütunun l-ci, 2-ci və 3-cü sətirlərində xam neftin, təbii qazın və fıliz faydalı qazıntıların hasil olunmuş miqdarı (geri vurulan neft və qaz çıxılmaqla), 6-cı sütunda xam neftin, təbii qazın və filiz faydalı qazıntıların vahidinin topdan satış qiyməti göstərilir.

7-ci sütunda faydalı qazıntıların topdansatış dəyəri (xam neft, təbii qaz və filiz faydalı qazıntıları üzrə) və ya hasil olunmuş miqdarı (qeyri-fıliz faydalı qazıntıları üzrə) əks etdirilir.

9-cu sütunda hər bir faydalı qazıntının növü üzrə hesablanmış mədən vergisinin məbləği göstərilir. Xam neft, təbii qaz və filiz faydalı qazıntılar üzrə mədən vergisi müvafiq vergi dərəcəsinin onların topdansatış dəyərinə vurulub yüzə bölünməsi yolu ilə müəyyən edilir. Qeyri-fıliz faydalı qazıntıları üzrə mədən vergisi hər bir faydalı qazıntının kub. metrlə olan həcminin verginin müvafıq dərəcəsinə və şərti maliyyə vahidinə vurulmaqla müəyyən edilir.

9-cu sütunun 17-ci sətrində hesablanmış mədən vergisinin ümumi məbləği əks etdirilir.

Bəyannamənin 10-cu sütunu kameral yoxlamanın nəticələrinə əsasən vergi orqanı tərəfindən doldurulur.

Bəyannamənin sonunda bəyannamənin təqdim edildiyi tarix, hüquqi şəxsin rəhbərinin imzası, soyadı, adı, atasının adı, bəyannaməni tərtib edənin imzası, soyadı, adı, atasının adı göstərilir. Bəyannamənin tərtib edilməsində müstəqil auditor iştirak etdikdə VÖEN göstərilməklə bəyannamə onun tərəfındən imzalanır və möhür vurulur