|
N A-45
« 20 » « fevral» 2002-ci il
«İri vergi ödәyicilәri vә digәr dövlәt
müәssisә vә tәşkilatları, o cümlәdәn
Dövlәt büdcәsindәn maliyyәlәşәn
tәşkilatlar tәrәfindәn malların, işlәrin
vә xidmәtlәrin alınması, barter (mal, iş,
xidmәt mübadilәsi) әmәliyyatlarını
vә üçüncü şәxsin iştirakı
ilә aparılan әmәliyyatları mal (iş, xidmәt)
tәqdim edәn şәxslәrin vergi uçotunun tәmin
edilmәsi üçün rәsmilәşdirilmәsi
Qaydaları».
1. Ümumi müddәalar
1.1. Bu Qaydalar «Azәrbaycan Respublikasının 2002-ci
il Dövlәt büdcәsi haqqında» Azәrbaycan Respublikası
Qanununun tәtbiq edilmәsi barәdә Azәrbaycan Respublikası
Prezidentinin 26 dekabr 2001-ci il tarixli Fәrmanına әsasәn
hazırlanmişdir vә İri vergi ödәyicilәri
vә digәr dövlәt müәssisә vә tәşkilatları,
o cümlәdәn Dövlәt büdcәsindәn
maliyyәlәşәn tәşkilatlar tәrәfindәn
malların, işlәrin vә xidmәtlәrin alınması,
barter (mal, iş, xidmәt mübadilәsi) әmәliyyatlarını
vә üçüncü şәxsin iştirakı
ilә aparılan әmәliyyatları mal (iş, xidmәt)
tәqdim edәn şәxslәrin vergi uçotunun tәmin
edilmәsi üçün rәsmilәşdirilmәsi
qaydalarını tәnzimlәyir.
1.2. Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin
müәyyәn etdiyi İri vergi ödәyicilәri
bu Qaydalarda bundan sonra «Dövlәt müәssisәlәri»
adlandırılacaq.
1.3. İri vergi ödәyicisi olmayan, mülkiyyәt
hüququ vә ya sәhmlәrinin nәzarәt paketi
dövlәtә mәxsus olan digәr dövlәt
müәssisә vә tәşkilatları, o cümlәdәn
Dövlәt büdcәsindәn maliyyәlәşәn
tәşkilatlar bundan sonra bu Qaydalarda «Digәr Dövlәt
müәssisәlәri» adlandırılacaq.
1.4 «Dövlәt müәssisәlәri»nә vә
«Digәr Dövlәt müәssisәlәri»nә
tәsәrrüfat müqavilәsi (әqdi) yolu ilә
mallar (işlәr, xidmәtlәr) tәqdim edәn hüquqi
vә fiziki şәxslәr bu Qaydalarda «İcraçı»
adlandırılacaq.
1.5. Bu Qaydaların 1.2 vә 1.3-cü bәndlәrindә
göstәrilәn müәssisәlәrә
mallar (işlәr, xidmәtlәr) tәqdim etmiş «İcraçı»nın
razılığı ilә ona çatası haqqın
müqabilindә «Dövlәt müәssisәlәri»ndәn
vә «Digәr Dövlәt müәssisәlәri»ndәn
pul vәsaitlәri vә yaxud mallar (işlәr, xidmәtlәr)
alan digәr hüquqi vә fiziki şәxslәr
bundan sonra bu Qaydalarda «Üçüncü şәxs»
adlandırılacaq.
2. «Dövlәt müәssisәlәri» tәrәfindәn
malların (işlәrin, xidmәtlәrin) alınması,
barter (mal, iş, xidmәt mübadilәsi) әmәliyyatlarını
vә «Üçüncü şәxs»in iştirakı
ilә aparılan әmәliyyatları rәsmilәşdirmә
qaydaları
2.1. «Dövlәt müәssisәlәri»
malların (işlәrin, xidmәtlәrin) alınması
vә barter (mal, iş, xidmәt mübadilәsi) әmәliyyatlarının
aparılması üçün «İcraçı»
ilә bağlanmış hәr bir müqavilә haqqında
müqavilәnin bağlandığı gündәn
sonrakı 3 gün әrzindә Vergilәr Nazirliyi tәrәfindәn
müәyyәn edilәn vergi orqanına bu Qaydalara 1
saylı әlavәyә uyğun forma üzrә
mәlumat tәqdim edirlәr.
2.2. «Dövlәt müәssisәlәri» bağlanmış
müqavilәlәr üzrә alınmış mallara
(işlәrә, xidmәtlәrә) görә
«İcraçı»ya vә yaxud onun müraciәti әsasında
«Üçüncü şәxs»ә vәsait ödәnilmәsini
( bu vәsaitlәrin müqabilindә «İcraçı»ya
vә yaxud onun müraciәti әsasında
«Üçüncü şәxs»ә mallar, işlәr,
xidmәtlәr tәqdim edilmәsini) «İcraçı»
tәrәfindәn vergi uçotu barәdә bu Qaydalara
2 saylı әlavәyә uyğun forma üzrә arayış
tәqdim olunduqdan sonra hәyata keçirirlәr.
2.3. «Üçüncü şәxs» tәrәfindәn
vergi uçotu barәdә bu Qaydalara 2 saylı әlavәyә
uyğun forma üzrә arayış «Dövlәt müәssisәlәri»nә
tәqdim olunduqdan sonra «Dövlәt müәssisәlәri»
ona çatası vәsaitlәrin «Üçüncü
şәxs»ә ödәnilmәsi (bu vәsaitlәrin
müqabilindә «Üçüncü şәxs»ә
mallar, işlәr, xidmәtlәr tәqdim edilmәsi)
barәdә digәr hüquqi vә fiziki şәxslәrә
müraciәt edә bilәrlәr.
2.4. Bu Qaydaların 2.1, 2.2, 2.3-cü bәndlәri
«Dövlәt müәssisәlәri»nin öz aralarında
vә onların strukturlarına daxil olan müәssisәlәr
arasında aparılan әmәliyyatlara, habelә bir «İcraçı»
ilә tәqvim ili әrzindә bağlanmış vә
ümumi mәblәği 5000,0 min manatadәk olan müqavilәlәrә
şamil olunmur.
2.5. Әvvәlki illәrdә bağlanmış
müqavilәlәr üzrә bu Qaydalar tәtbiq olunduqdan
sonra aparılan ödәnişlәr, barter vә «Üçüncü
şәxs»in iştirakı ilә әmәliyyatlar
da bu Qaydaların 2.2 vә 2.3-cü bәndlәrinә
müvafiq olaraq hәyata keçirilir.
2.6. «Dövlәt müәssisәlәri»
tәrәfindәn bu Qaydaların 2.1, 2.2 vә
2.3-cü bәndlәrinin tәlәblәrinә әmәl
etmәdәn «İcraçı»ya vәsait ödәnilmәsinә,
barter vә «Üçüncü şәxs»lә
әmәliyyatlar aparılmasına yol verilmir.
3. «Digәr
Dövlәt müәssisәlәri» tәrәfindәn
malların (işlәrin, xidmәtlәrin) alınması,
barter (mal, iş, xidmәt mübadilәsi)
әmәliyyatlarını vә «Üçüncü
şәxs»in iştirakı ilә aparılan әmәliyyatları
rәsmilәşdirmә qaydaları
3.1. «Digәr Dövlәt müәssisәlәri»
bağlanmış müqavilәlәr üzrә alınmış
mallara (işlәrә, xidmәtlәrә) görә
«İcraçı»ya vә yaxud onun müraciәti әsasında
«Üçüncü şәxs»ә vәsait ödәnilmәsini
( bu vәsaitlәrin müqabilindә «İcraçı»ya
vә yaxud onun müraciәti әsasında «Üçüncü
şәxs»ә mallar, işlәr, xidmәtlәr tәqdim
edilmәsini) «İcraçı» tәrәfindәn vergi
uçotu barәdә bu Qaydalara 2 saylı әlavәyә
uyğun forma üzrә arayış tәqdim olunduqdan
sonra hәyata keçirirlәr.
3.2. «Üçüncü şәxs» tәrәfindәn
vergi uçotu barәdә bu Qaydalara 2 saylı әlavәyә
uyğun forma üzrә arayış «Digәr Dövlәt
müәssisәlәri»nә tәqdim olunduqdan sonra
«Digәr Dövlәt müәssisәlәri» ona çatası
vәsaitlәrin «Üçüncü şәxs»ә
ödәnilmәsi (bu vәsaitlәrin müqabilindә
«Üçüncü şәxs»ә mallar, işlәr,
xidmәtlәr tәqdim edilmәsi) barәdә digәr
hüquqi vә fiziki şәxslәrә müraciәt
edә bilәrlәr.
3.3. Bu Qaydaların 3.1-ci bәndi «Digәr Dövlәt
müәssisәlәri»nin mallar (işlәr, xidmәtlәr)
alınmasına vә barter әmәliyyatlarına dair
«Dövlәt müәssisәlәri» ilә bağladıqları
müqavilәlәrә, habelә bir «İcraçı»
ilә tәqvim ili әrzindә bağlanmış vә
ümumi mәblәği 1000,0 min manatadәk olan müqavilәlәrә
şamil olunmur.
3.4. Әvvәlki illәrdә bağlanmış
müqavilәlәr üzrә bu Qaydalar tәtbiq olunduqdan
sonra aparılan ödәnişlәr, barter vә «Üçüncü
şәxs»in iştirakı ilә әmәliyyatlar
da bu Qaydaların 3.1 vә 3.2-ci bәndlәrinә müvafiq
olaraq hәyata keçirilir.
3.5.«Digәr Dövlәt müәssisәlәri»
tәrәfindәn bu Qaydaların 3.1 vә
3.2-ci bәndlәrinin tәlәblәrinә әmәl
etmәdәn «İcraçı»ya vәsait ödәnilmәsinә,
barter vә «Üçüncü şәxs»lә
әmәliyyatlar aparılmasına yol verilmir.
4. «İcraçı»nın vә «Üçüncü
şәxs»in vergi orqanlarına müraciәt etmәsi
vә vergi orqanları tәrәfindәn vergi uçotu
barәdә arayış verilmәsi qaydaları
4.1. Bu Qaydalarda nәzәrdә tutulmuş hallarda
«Dövlәt müәssisәlәri»nә vә «Digәr
Dövlәt müәssisәlәri»nә vergi uçotu
barәdә arayış tәqdim edәn «İcraçı»
vә ya «Üçüncü şәxs» vergi uçotu
barәdә arayış alınması üçün
bu Qaydalara 3 saylı әlavәyә uyğun forma üzrә
әrizә ilә aşağıdakı vergi orqanlarına
müraciәt edirlәr:
4.1.1. «Dövlәt müәssisәlәri» ilә
әmәliyyatlar aparan «İcraçı» vә ya
«Üçüncü şәxs» – Vergilәr Nazirliyi
tәrәfindәn müәyyәn edilәn vergi orqanına;
4.1.2. «Digәr Dövlәt müәssisәlәri»
ilә әmәliyyatlar aparan «İcraçı» vә
ya «Üçüncü şәxs» – vergi ödәyicisi
kimi uçotda olduğu vergi orqanına.
4.2. Bu Qaydaların 4.1.1 vә 4.1.2-ci bәndlәrindә
göstәrilәn vergi orqanları әrizә ilә
müraciәt etmiş «İcraçı» vә yaxud «Üçüncü
şәxs» barәsindә Vergilәr Nazirliyi tәrәfindәn
tәsdiq olunmuş Metodiki Göstәrişlәrә
uyğun araşdırmalar apardıqdan sonra ona vergi uçotu
barәdә bu Qaydalara 2 saylı әlavәyә uyğun
forma üzrә arayış verirlәr.
4.3. Vergi uçotu
barәdә arayış ciddi uçot blankı olmaqla
3 nüsxәdәn ibarәtdir. Vergi orqanları tәrәfindәn
bu arayışın birinci nüsxәsi «İcraçı»nın
(vә ya «Üçüncü şәxs»in) öz әrizәsindә
göstәrdiyi әmәliyyat aparacağı «Dövlәt
müәssisәlәri»nә vә ya «Digәr Dövlәt
müәssisәlәri»nә göndәrilir, ikinci
nüsxәsi «İcraçı»ya (vә ya «Üçüncü
şәxs»ә) verilir, 3-cü nüsxәsi isә vergi
orqanında saxlanılır. «Dövlәt müәssisәlәri»
vә ya «Digәr Dövlәt müәssisәlәri»
tәrәfindәn ödәniş, barter vә «Üçüncü
şәxs»lә әmәliyyatlar bu arayışlar
«İcraçı» vә ya «Üçüncü şәxs»
tәrәfindәn tәqdim olunan arayışla
üzlәşdirildikdәn sonra hәyata keçirilir.
4.4. Vergi orqanları daxil olmuş әrizәlәrin
vә bu әrizәlәr әsasında verilmiş vergi
uçotu barәdә arayışların uçotunu aparırlar.
«İri vergi ödәyicilәri vә digәr dövlәt
müәssisә vә tәşkilatları, o cümlәdәn
Dövlәt büdcәsindәn maliyyәlәşәn
tәşkilatlar tәrәfindәn malların, işlәrin
vә xidmәtlәrin alınması, barter (mal, iş,
xidmәt mübadilәsi) әmәliyyatlarını
vә üçüncü şәxsin iştirakı
ilә aparılan әmәliyyatları mal (iş, xidmәt)
tәqdim edәn şәxslәrin vergi uçotunun tәmin
edilmәsi üçün rәsmilәşdirilmәsi
Qaydaları»na 3 saylı әlavә
__________________________________________________________
(әrizәnin tәqdim olunduğu vergi orqanının
tam adı)
__________________________________________________________
әrizә ilә müraciәt edәn hüquqi
şәxsin («İcraçı»-nın vә ya «Üçüncü
şәxs»in tam adı,
___________________________________________________tәrәfindәn
fiziki şәxsin soyadı, adı, atasının adı)
adı, VÖEN-i
Vergi uçotu barәdә arayış alınması
üçün
Ә R İ Z Ә
___________________________________________________________
(vergi uçotu barәdә arayışın tәqdim
olunacağı «Dövlәt müәssisәlәri»nin
____________________________________________________________________
vә ya «Digәr Dövlәt müәssisәlәri»nin
tam adı, VÖEN-i
tәqdim etmәk üçün bizә (mәnә)
vergi uçotu barәdә arayış vermәyinizi xahiş
edirik (edirәm).
«___» «______________» 200__ci il
____________________________________________
__________________
hüquqi şәxsin rәhbәrinin vә ya fiziki şәxsin
soyadı, adı, atasının adı
imza
M. Y.
Vergi orqanının qeydlәri:
Әrizәyә әsasәn vergi ödәyicisinә
_______seriyalı ___________saylı vergi uçotu barәdә
arayış verildi.
Arayışın 1-ci nüsxәsi ________________tarixli____________________saylı
mәktubla
_____________________________________________________________göndәrildi.
arayışın
göndәrildiyi «Dövlәt müәssisәlәri»nin
vә ya «Digәr Dövlәt müәssisәlәri»nin
tam adı, VÖEN-i
«____» « _____________» 200__ ci il
Vergi uçotu barәdә arayışın 2-ci nüsxәsini
aldım:
____________________________________________
____________
hüquqi şәxsin rәhbәrinin vә ya fiziki şәxsin
soyadı, adı, atasının adı
imza
«___» «___________» 2002-ci il
«İri vergi ödәyicilәri vә digәr dövlәt
müәssisә vә tәşkilatları, o cümlәdәn
Dövlәt büdcәsindәn maliyyәlәşәn
tәşkilatlar tәrәfindәn malların, işlәrin
vә xidmәtlәrin alınması, barter (mal, iş,
xidmәt mübadilәsi) әmәliyyatlarını
vә üçüncü şәxsin iştirakı
ilә aparılan әmәliyyatları mal (iş, xidmәt)
tәqdim edәn şәxslәrin vergi uçotunun tәmin
edilmәsi üçün rәsmilәşdirilmәsi
Qaydaları»na 2 saylı әlavә
Vergi uçotu barәdә
A R A Y I Ş
Seriya VU N XXXXXX
|
Vergi ödәyicisinin tam adı
|
|
| VÖEN-i |
|
| Ünvanı, telefonu |
|
| Qeydiyyatda olduğu vergi orqanı |
|
| Arayışın verildiyi tarixә rәhbәrin
adı, soyadı, atasının adı |
|
Bu arayış______________________________________________
arayışın tәqdim olunacağı «Dövlәt
müәssisәlәri»nin vә ya
_____________________________________________________________tәqdim
«Digәr Dövlәt müәssisәlәri»nin tam
adı, VÖEN-i
olunmaq üçün verilir vә yalnız ona tәqdim
olunduqda etibarlıdır.
Vergi uçotu barәdә arayışın verildiyi tarix
«___» «___________» 200___-ci il
______________________
(vergi orqanının
adı)
__________________rәisi
___________ ____________________
imza
(soyadı, adı, atasının adı)
M.Y.
«İri vergi ödәyicilәri vә digәr dövlәt
müәssisә vә tәşkilatları, o cümlәdәn
Dövlәt büdcәsindәn maliyyәlәşәn
tәşkilatlar tәrәfindәn malların, işlәrin
vә xidmәtlәrin alınması, barter (mal, iş,
xidmәt mübadilәsi) әmәliyyatlarını
vә üçüncü şәxsin iştirakı
ilә aparılan әmәliyyatları mal (iş, xidmәt)
tәqdim edәn şәxslәrin vergi uçotunun tәmin
edilmәsi üçün rәsmilәşdirilmәsi
Qaydaları»na 1 saylı әlavә
_________________________________________________
(әrizәnin tәqdim edildiyi vergi orqanının
adı)
__________________________________________________tәrәfindәn
«Dövlәt müәssisәlәri»nin tam adı,
VÖEN-i
mallar, işlәr vә xidmәtlәr alınması,
barter (mal , iş, xidmәt mübadilәsi) әmәliyyatlarına
dair bağlanmış müqavilә barәsindә
mәlumat:
| Tәqdim olunan mәlumatın mәzmunu |
Mәlumat üzrә göstәricilәr |
Qeyd |
| Müqavilә bağlanmış hüquqi
şәxsin tam adı (fiziki şәxsin soyadı,
adı, atasının adı) |
|
|
| VÖEN-i |
|
|
| Hüquqi ünvanı, telefonu |
|
|
| Qeydiyyatda olduğu vergi orqanı |
|
|
| Müqavilә bağlanmış hüquqi
şәxsin rәhbәrinin (fiziki şәxsin) soyadı,
adı, atasının adı, pasportunun (şәxsiyyәt
vәsiqәsinin) N-si, yaşadığı ünvan,
ev, iş, vә mobil telefonları |
|
|
| Müqavilәnin bağlandığı
tarix vә N-si |
|
|
| Müqavilәnin ümumi dәyәri, min
man |
|
|
| Müqavilәnin qısa xarakteristikası
(alınan malların adı, işlәrin vә xidmәtlәrin
növü) |
|
|
| Müqavilәnin qüvvәdә olma müddәti |
|
|
______________ _________ ______________________
rәhbәrin vәzifәsi (imza) (soyadı, adı, atasının
adı)
M.Y.
|