№ F- 246, 02 noyabr 2004-cü il

ƏMR N F-246

        

Vergi bəyannamələri və hesabat formalarmın təsdiq olunması haqqında

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişiklikləri və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 08.10.2004-cü il tarixli 03/03-425-5570 N-li məktubu ilə verilmiş rəyi nəzərə alaraq vergi bəyannamələri və hesabat formalarının mövcud vergi qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə

ƏMR EDİRƏM:

1. Aşağıda göstərilən vergi bəyannamələri və hesabat formaları təsdiq olunsun (əlavə olunur);

-  «Fiziki şəxsin gəlirləri haqqında bəyannamə»;

-  «Mənfəət vergisinin bəyannaməsi»;

-  «Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət

göstərən qeyri-rezident hüquqi şəxsin vergi bəyannaməsi»;

-  «Əlavə dəyər vergisinin bəyannaməsi»;

-  «Qeydiyyata atınmayan qeyri-rezidentə ödənilmiş məbləğdən

hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi»;

-  «Aksiz bəyannaməsi»;

-  «Əmlak vergisinin bəyannaməsi»;

-  «Torpaq vergisinin bəyannaməsi»;

-  «Mədən vergisinin bəyannaməsi»;

-  «Sadələşdirilmiş verginin bəyannaməsi»;

-  «Ödəmə mənbəyində tutulan vergilər barədə bəyannamə»;

-  «Dövlət rüsumunun tutulması barədə hesabat».


2. Yeni vergi bəyannamələri və hesabat formalarının təsdiq edilməsi ilə ətaqədar olaraq vergilər nazirinin əvvəlki əmrləri ilə təsdiq olunmuş müvafiq
vergi bəyannamələri və hesabat formaları qüvvədən düşmüş hesab edilsin.

3. Naxçıvan MR Vergilər Nazirliyinə, Vergilər Nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentə, Bakı şəhəri Vergilər Departamentinə və
Ərazi   Vergilər   İdarələrinə   tapşırılsın   ki,   bu   Əmrlə   təsdiq   edilmiş   vergi bəyannamələri  və   hesabat  formaları   barədə  məlumatın   vergi   ödəyicilərinə vaxtında çatdırılmasını təmin etsinlər.

4. Aparatın rəhbəri Sevda Məmmədovaya tapşırılsın ki, bu Əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

5. Bu əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Nazir

2-ci dərəcəli dövlət
xidməti müşaviri

Fazil Məmmədov