|
N 0817040100022500
15.01.2008
Normativ sənədlərin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli 2458 nömrəli Fərmanına, “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” 30 noyabr 2007-ci il tarixli 484-IIIQ nömrəli Qanununa, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 472-IIIQD nömrəli Qanununa və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 4.2.4-cü bəndinə uyğun olaraq vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi məqsədi ilə
ƏMR EDİRƏM:
1.”Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş” təsdiq edilsin (əlavə olunur).
2.Aşağıda göstərilən sənədlərin formaları və onların doldurulma qaydaları təsdiq edilsin (əlavə olunur):
-“Qeyri-kommersiya hüquqi şəxsinin vergi uçotu haqqında şəhadətnamə”;
-“Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə”;
- “Qeyri-kommersiya hüquqi şəxsinin vergi uçotuna alınması haqqında ərizə”, “Təsisçi-hüquqi şəxslər barədə məlumat” (ərizənin əlavəsi), “Təsisçi-fiziki şəxslər barədə məlumat” (ərizənin əlavəsi), “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (ərizənin əlavəsi), “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” (ərizənin əlavəsi), həmin ərizənin və onun əlavələrinin doldurulması qaydası;
-“Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizə” və həmin ərizənin doldurulması qaydası;
-“Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” və həmin ərizənin doldurulması qaydası;
-“Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə” və həmin ərizənin doldurulması qaydası;
-“Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə” və həmin ərizənin doldurulması qaydası;
-“Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış” və həmin arayışın doldurulması qaydası;
-“Nəzarət - kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” və həmin ərizənin doldurulması qaydası;
-“Hüquqi şəxsin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə” və həmin ərizənin doldurulması qaydası;
-“Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və həmin ərizənin doldurulması qaydası;
-“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” və həmin bəyannamənin tərtib edilməsi qaydası;
-“Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə ödəniş barədə hesabat”, onun əlavəsi və onların tərtib edilməsi qaydaları.
4.Naxçıvan MR Vergilər Nazirliyi, Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti Departamenti, Bakı şəhəri Vergilər Departamenti, ərazi vergilər idarələri və şəhər (rayon) vergilər şöbələrinin rəhbərlərinə tapşırılsın ki, vergi ödəyicilərinin və onların uçot vahidlərinin uçotunun aparılması zamanı bu əmrlə təsdiq edilmiş sənədlərin formalarından istifadə edilməsini və metodiki göstərişin tələblərinə riayət edilməsini, habelə bəyannamə və hesabatların yeni formada qəbul olunmasını təmin etsinlər.
5.Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsinin rəisi Zaur Fəti-zadəyə tapşırılsın ki, bu əmrdən irəli gələn tələblər nəzərə alınmaqla “AVİS”-də müvafiq dəyişikliklər aparılmasını təmin edən tədbirlər görsün.
6. Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyevə tapşırılsın ki, “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş”ın təsdiq edilməsi ilə əlaqədar 30 gün müddətində müvafiq funksional ixtisaslar üzrə keçirilən ixtisasartırma tədris planlarında dəyişikliklərin aparılmasını təmin etsin.
7. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədova tapşırılsın ki, yeni metodiki göstərişin, bəyannamə və ərizə formalarının tətbiq edilməsi ilə əlaqədar olaraq onların Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilməsini təmin etsin, vergi işcilərinin və vergi ödəyicilərinin məlumatlandırılması üçün müvafiq işləri həyata keçirsin.
8. Aparatın rəhbəri Asif Cahangirova tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş bəyannamə, hesabat və ərizə formalarının “Vergilər” qəzetində və “Azərbaycanın vergi xəbərləri” jurnalında nəşrini təmin etsin.
9. Vergilər nazirinin 2005-ci il 30 dekabr tarixli F-364 №-li əmri, 2005-ci il 30 dekabr tarixli F-363 №-li əmri ilə təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin forması və 2007-ci il 22 yanvar tarixli 0717040100029400 №-li əmri ilə təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin tərtib edilməsi qaydası”, “Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə ödəniş barədə hesabat”ın və onun əlavəsinin formaları və onların tərtib edilməsi qaydaları qüvvədən düşmüş hesab edilsin.
10. Maliyyə-təsərrüfat idarəsinin rəisi Qüdrət Seyfullayevə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş sənəd formalarının hazırlanması və vergi orqanlarına çatdırılması üçün müvafiq tədbirlər görsün.
11. Əmrin icrasına nəzarət nazir müavini Natiq Əmirova tapşırılsın.
Nazir,
2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri Fazil Məmmədov
|