|
A-116
25 iyul 2001-ci il
Maliyyə Nazirliyinin və Vergilər Nazirliyinin «Xarici
ölkələrin diplomatik və analoji nümayəndəliklərinin
rəsmi istifadəsi, həmçinin, bu nümayəndəliklərin
diplomatik, inzibati və texniki işçilərinin, o cümlədən
onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi
üçün nəzərdə tutulan mal və xidmətlərə
görə əlavə dəyər vergisinin sıfır
(0) dərəcə ilə tutulmasına dair» birgə Prosedur
qaydalarının icrasının təmin edilməsi məqsədilə
Ə M R E D İ R Ə M
1. «Xarici ölkələrin diplomatik və analoji nümayəndəliklərinin
rəsmi istifadəsi, həmçinin, bu nümayəndəliklərin
diplomatik, inzibati və texniki işçilərinin, o cümlədən
onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi
üçün nəzərdə tutulan mal və xidmətlərə
görə əlavə dəyər vergisinin sıfır
(0) dərəcə ilə tutulmasına dair» Prosedur qaydaları
tətbiq edilsin (əlavə olunur).
2. Ərazilərində xarici ölkələrin diplomatik
və analoji nümayəndəlikləri yerləşən
şəhər (rayon) vergilər idarələrinin (şöbələrinin)
rəislərinə tapşırılsın:
- xarici ölkələrin diplomatik və analoji nümayəndəliklərin
uçota alınması (VÖEN verilməklə) və
onların şəxsi hesab vərəqələrinin açılması
təmin edilsin;
- Qaydaların icrası rəsmi qaydada bəyannamələrin
yoxlanılması və uçotun təşkili şöbələrinin
konkret vəzifəli şəxslərinə həvalə
edilsin;
- Qaydaların surəti ərazidə yerləşən
xarici ölkələrin diplomatik və analoji nümayəndəliklərinə
çatdırılsın.
3. Əmrin surətinin Vergilər Nazirliyinin struktur
bölmələrinə çatdırılması Nazirliyin
Katibliyinə (E.Hacıyev) tapşırılsın.
4. Əmrin icrasına nəzarət Vergilər Nazirinin
müşaviri S.Məmmədovaya tapşırılsın.
Nazir
F.Məmmədov
Xarici ölkələrin diplomatik və analoji nümayəndəliklərin
rəsmi istifadəsi, həmçinin, bu nümayəndəliklərin
diplomatik, inzibati və texniki işçilərinin, o cümlədən
onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi
üçün
nəzərdə tutulan mal və xidmətlərə görə
əlavə dəyər vergisinin sıfır (0) dərəcə
ilə tutulmasına dair
P R O S E D U R Q A Y D A L A R I
Bu Qaydalar xarici ölkələrin diplomatik və analoji
nümayəndəliklərin rəsmi istifadəsi, həmçinin,
bu nümayəndəliklərin diplomatik, inzibati və
texniki işçilərinin, o cümlədən onlarla
yaşayan ailə üzvlərinin şəxsi istifadəsi
üçün nəzərdə tutulan mal və xidmətlərə
görə əlavə dəyər vergisinin sıfır
(0) dərəcə ilə tutulması qaydalarını
müəyyən edir.
Qaydalar Vergi Məcəlləsinin 85-ci, 87-ci, və 165-ci
maddələrinə və Nazirlər Kabinetinin 23 fevral
2001-ci il tarixli 48 saylı Qərarı ilə təsdiq
edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin
və maliyyə sanksiyalarının vergi ödəyicisinə
qaytarılması» Qaydalarına əsasən tətbiq
edilir və 01 yanvar 2001-ci il tarixdən sonra yaranan hüquqi
münasibətlərə şamil edilir.
I. Ümumi anlayışlar
Nümayəndəlik – xarici ölkələrin diplomatik
nümayəndəlikləri və onlara bərabər
tutulan analoji qurumlar;
İşçilər və ailə üzvləri – xarici
ölkələrin diplomatik nümayəndəliklərinin
«Diplomatik münasibətlər haqqında» Vyana konvensiyasının
1-ci maddəsi ilə müəyyən edilmiş diplomatik
agentləri və inzibati-texniki heyətin üzvləri,
o cümlədən onlarla yaşayan ailə üzvləri;
- diplomatik nümayəndəliyə bərabər tutulan
analoji qurumların müvafiq statuslu heyətinin üzvləri,
o cümlədən onlarla yaşayan ailə üzvləri.
Diplomatik agent – nümayəndəliyin başçısı
və ya diplomatik ranqı olan heyətin üzvləri;
İnzibati-texniki heyətin üzvləri – nümayəndəliyin
inzibati-texniki xidməti həyata keçirən heyətinin
üzvləri;
Vergi orqanı – müvafiq şəhər (rayon) vergilər
idarələri (şöbələri);
Maliyyə orqanı – müvafiq şəhər (rayon) maliyyə
idarələri (şöbələri).
II. Vergitutma
1. Nümayəndəliklərin rəsmi istifadəsi üçün
nəzərdə tutulan malların və xidmətlərin
satışı nümayəndəliklərlə bağlanan
müqavilələr və digər analoji razılaşma
sənədləri əsasında həyata keçirildikdə,
ödəniş formasından (nəqd və ya nəqdsiz
qaydada) asılı olmayaraq, bu əməliyyatlardan əlavə
dəyər vergisi sıfır (0) dərəcə ilə
tutulmalıdır.
Bu halda malların və xidmətlərin alıcısına
əlavə dəyər vergisi sıfır (0) dərəcə
ilə göstərilməklə vergi hesab-fakturaları
təqdim edilməlidir.
2. Digər hallarda mallara və xidmətlərə görə
əlavə dəyər vergisinin sıfır (0) dərəcə
ilə tutulması malların və xidmətlərin dəyərinə
daxil olan və ödənilən əlavə dəyər
vergisinin qaytarılması yolu ilə həyata keçirilir.
Bu halda mallar və xidmətlər əlavə dəyər
vergisi ilə birgə təqdim edilməli və sonradan,
ödənilmiş həmin vergi məbləği büdcədən
geri qaytarılmalıdır.
3. Əlavə dəyər vergisinin qaytarılması üçün
əsas bu malları və xidmətləri təqdim edən
şəxslər tərəfindən təsdiq edilən
vergi hesab-fakturalarıdır.
Vergi hesab-fakturalarında mallar və xidmətlər rəsmi
istifadə üçün alındıqda nümayəndəliyin
məsul işçisinin, şəxsi istifadə üçün
alındıqda isə işçilərin və ailə
üzvlərinin akkreditə vəsiqəsinə əsasən
doldurulmaqla, aşağıdakı məlumatlar əks
etdirilməlidir:
- məsul işçinin və ya işçilərin adı,
soyadı, vəzifəsi, işçisi olduğu nümayəndəliyin
adı, akkreditə vəsiqəsinin nömrəsi və
rəngi;
- ailə üzvlərinin adı, soyadı, ailəsinin
üzvü olduğu işçinin nümayəndəliyinin
adı, akkreditə vəsiqəsinin nömrəsi və
rəngi.
III. Sənədlərin təqdimi
1. Nümayəndəliyin rəsmi istifadəsi, habelə,
işçilərin və ailə üzvlərinin şəxsi
istifadələri üçün alınan mallara və
xidmətlərə görə ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması üçün
nümayəndəlik tərəfindən müvəkkil
edilmiş şəxs tərəfindən imzalanmaqla, nümayəndəliyin
yerləşdiyi ərazi üzrə vergi orqanına bu
Qaydalara 1¹-li Əlavə üzrə müvafiq ərizə
ilə müraciət edilməlidir.
Vergilərin qaytarılması haqqında ərizələr
hər rüb üzrə həmin rübdən sonrakı
ayın 20-dək dörd nüsxədə təqdim edilir.
Vergilərin qaytarılması üçün mövcud
qanunvericiliklə müəyyən edilmiş müddətə
riayət edilməsi şərti ilə, əvvəlki
dövrlər üzrə artıq ödənilmiş vergilərin
məbləği müvafiq rüb üzrə qaytarılası
ümumi məbləğə daxil edilə bilər.
Nüsxələrdən biri müvafiq qeyd edilməklə,
nümayəndəliyə qaytarılır, ikincisi vergi
orqanında saxlanılır, digər ikisi isə müvafiq
rəylə birgə maliyyə orqanına göndərilir.
Ərizəyə aşağıdakı sənədlər
əlavə edilir:
- bu Qaydalara 2¹-li Əlavə üzrə nümayəndəliyin
işçilərinin və onların ailə üzvlərinin
siyahısı (onların akkreditə vəsiqələri
üzrə müvafiq məlumatlar da əlavə edilməklə);
- bu Qaydalara 3 və 4¹-li Əlavələr üzrə
ilkin sənədlərin reyestri;
- alınmış mallara və xidmətlərə görə
vergilərin ödənilməsini təsdiq edən vergi
hesab-fakturaları (bank ödəniş sənədləri,
kassa çekləri, qəbzlər və ödənişi
təsdiq edən digər sənədlər əlavə
edilməklə) yaxud onların surətləri.
Bu Qaydalara 3¹-li Əlavə üzrə reyestr nümayəndəliyin
rəsmi istifadəsi üçün malların və xidmətlərin
alınmasına məsul edilmiş işçi, 4¹-li Əlavə
üzrə reyestr isə işçilər və ya onların
ailə üzvləri tərəfindən doldurulur.
2. Ərizələr və ona əlavə edilən digər
sənədlər nümayəndəlik tərəfindən
təyin edilən səlahiyyətli şəxs tərəfindən
təqdim edilir.
3. Zəruri sayıldığı halda, vergi orqanının
səlahiyyətli əməkdaşı nümayəndəliyin
müvəkkil şəxsinə, habelə, malı və
ya xidməti təqdim edən vergi ödəyicisinə
sorğu verərək, müvafiq araşdırma apara bilər.
Vergi orqanı aşağıdakı hallarda əlavə
dəyər vergisi məbləğlərinin qaytarılması
üçün əsasların olmadığı barədə
sənədlərin daxil olduğu gündən sonra 15
gün müddətində nümayəndəliyə yazılı
şəkildə məlumat verməlidir:
- sənədlər lazımi qaydada tərtib edilmədikdə;
- məlumatlar tam göstərilmədikdə;
- tam komplektdə təqdim edilmədikdə;
- təqdim edilmiş sənədlərin doğruluğu
barədə şübhələr yarandıqda;
- vergilərin qaytarılması üçün mövcud
qanunvericiliklə müəyyən edilmiş müddət
bitdikdə.
IV. Tutulmuş vergilərin qaytarılması
1. Vergi orqanı tərəfindən 15 gün ərzində
təqdim edilmiş sənədlərə baxılır
və ödənilmiş əlavə dəyər vergisinin
qaytarılması barədə bu Qaydalara 5¹-li Əlavəyə
əsasən, 22¹-li forma üzrə 4 nüsxədə
müvafiq rəy hazırlanır.
Tərtib edilmiş rəylərin 2 nüsxəsi 2, 3 və
4¹-li Əlavələrin surətləri ilə birgə
artıq ödəmənin qaytarılmalı olduğu
müvafiq maliyyə orqanına verilir.
Maliyyə orqanı zəruri hallarda təqdim edilmiş
rəylərlə bağlı əlavə məlumatlar
tələb edə bilər.
Tutulmuş vergilərin qaytarılması maliyyə orqanının
tapşırığına əsasən, xəzinə
orqanları tərəfindən nümayəndəliklərin
Azərbaycan Respublikası ərazisində yerləşən
müvəkkil banklarda açılmış hesablarına
milli pul vahidi – Azərbaycan Manatı ilə nəğdsiz
qaydada köçürülməsi yolu ilə həyata
keçirilir.
Maliyyə orqanları tərəfindən müvafiq vergi
orqanına artıq ödəmənin qaytarıldığı
barədə 5 gün müddətində məlumat verilir.
2. Artıq ödəmələrin faktiki qaytarılmış
məbəlğləri nümayəndəliklərin şəxsi
hesab vərəqəsində əks etdirilir və Dövlət
büdcəsinin mədaxili büdcəyə artıq ödəmələrin
faktiki qaytarılmış məbləği qədər
azaldılır.
Müəyyən məbləğlərin səhvən
qaytarıldığı bütün hallarda vergilərin
tutulması üçün müəyyən edilmiş
qaydada vergi orqanlarının tələbinə əsasən,
həmin məbləğlər geri qaytarılmalıdır.
V. Artıq ödənilmiş vergilərin qaytarılma
müddəti
Artıq ödəmələr 45 gün ərzində
vergi ödəyicisinə qaytarılmalıdır.
Bu müddət vergi ödəyicisinin bu barədə ərizə
verdiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının
hesabından çıxdığı günədək
olan dövrü əhatə edir.
VI. Vergi və maliyyə orqanlarının məsuliyyəti
1. Vergi ödəyicisi tərəfindən büdcəyə
artıq ödəmələrin qaytarılması barədə
vergi orqanına ərizə verildiyi tarixdən həmin
məbləğlər geri qaytarılanadək gecikdirilən
hər gün üçün (ödəmə günü
də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin
0,05 faizi məbləğində faiz ödənilir. Bu
faizlərin ödənilməsi büdcə gəlirlərinin
azaldılmasına aid edilir.
Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin
qaytarılmasına dair vergi orqanına ərizə verildiyi
tarixdən 45 gün ərzində məbləğ qaytarılırsa,
vergi ödəyicisinə faiz ödənilmir.
Büdcəyə artıq ödəmələrin qaytarılmasının
gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara
riayət etməməsi səbəbindən baş verdiyi
halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir.
2. Bu Qaydalara riayət edilməməsinə görə
təqsirkar olan şəxslər mövcud qanunvericilikdə
nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Əlavə 1
|
________________________________ Vergilər
İdarəsinə (Şöbəsinə)
|
|
Diplomatik və analoji nümayəndəliklərin
rəsmi istifadəsi, həmçinin,bu nümayəndəliklərin
diplomatik, inzibati və texniki işçilərinin,
o cümlədən onlarla yaşayan ailə üzvlərinin
şəxsi istifadəsi üçün nəzərdə
tutulan mal və xidmətlərə görə artıq
ödənilmiş əlavə dəyər vergisinin
qaytarılması barədə
ƏRİZƏ
|
|
«Alınıb» ştampı üçün
yer
(1-ci nüsxə üçün)
|
Ərizənin alınması barədə vergi
orqanı işçisinin qeydi
Adı _______________ Soyadı _________________
Vəzifəsi ____________________________________
İmza _________ tarix ___ ____________ 200_ -ci
il
|
| 1. Ərizəçi –
nümayəndəlik barədə məlumat |
| A |
Nümayəndəliyin rəsmi adı |
|
| B |
Akkreditə edən dövlət (və ya
beynəlxalq təşkilat) |
|
| C |
Yazışmalar üçün poçt ünvanı |
|
| D |
VÖEN |
|
| 2. Azərbaycan Respublikası Vergi
Məcəlləsinin 165-ci və 87-ci maddələrinə
əsasən, göstərilən dövr üçün
əlavə dəyər vergisinin qaytarılmasını
xahiş edirəm. |
| ____________ |
rüb |
|
200__ -ci il
|
3. Qaytarılası ümumi
məbləğ (min Az. Man.)
o cümlədən |
| E |
Nümayəndəliyin rəsmi istifadəsi
üzrə |
|
| F |
İşçilərin və ailə üzvlərinin
şəxsi istifadəsi üzrə |
|
| 4. Ərizəçinin bankı |
| G |
Tam adı |
|
| H |
Tam ünvanı |
|
| I |
VÖEN |
|
| J |
Hesabın nömrəsi |
|
| Müvəkkil şəxs |
| Adı |
|
| Soyadı |
|
| Vəzifəsi |
|
| Akkreditə vəsiqəsinin nömrəsi |
|
Əlavə 2
|
Nümayəndəliyin işçilərinin
və onların ailə üzvlərinin siyahısı
|
| Nümayəndəliyin rəsmi adı |
|
| VÖEN |
|
|
1. Nümayəndəliyin rəsmi istifadəsi
üçün malların və xidmətlərin
alınmasına
məsul edilmiş işçilər
|
|
Sıra N-si
|
Adı
|
Soyadı
|
Vəzifəsi
|
Akkreditə vəsiqəsi
|
|
nömrəsi
|
verilmə tarixi
|
etibalı olma müddəti
|
| 1 |
|
|
|
|
|
|
| 2 |
|
|
|
|
|
|
| X |
|
|
|
|
|
|
|
2. Nümayəndəliyin işçiləri
|
|
Sıra N-si
|
Adı
|
Soyadı
|
Vəzifəsi
|
Akkreditə vəsiqəsi
|
|
nömrəsi
|
verilmə tarixi
|
etibalı olma müddəti
|
| 1 |
|
|
|
|
|
|
| 2 |
|
|
|
|
|
|
| X |
|
|
|
|
|
|
|
3. Nümayəndəliyin işçilərinin
ailə üzvləri
|
|
Sıra N-si
|
Adı
|
Soyadı
|
Vəzifəsi
|
Akkreditə vəsiqəsi
|
|
nömrəsi
|
verilmə tarixi
|
etibalı olma müddəti
|
| 1 |
|
|
|
|
|
|
| 2 |
|
|
|
|
|
|
| X |
|
|
|
|
|
|
| Müvəkkil şəxs |
| Adı |
|
| Soyadı |
|
| Vəzifəsi |
|
| Akkreditə vəsiqəsinin nömrəsi |
|
Əlavə 3
|
Nümayəndəliyin rəsmi istifadəsi üçün
alınmış mallar və xidmətlər üzrə
ilkin sənədlərin reyestri
|
| Nümayəndəliyin rəsmi adı |
|
| VÖEN |
|
| İlkin sənədlərin reyestri |
|
Sıra N-si
|
Malın (xidmətin) adı
|
Vergi hesab-fakturası
|
Satıcının adı
|
Ümumi dəyər
(ƏDV ilə birgə) (Az.man.)
|
Əlavə dəyər
vergisi
(Az.man.)
|
|
N-si
|
Tarixi
|
| 1 |
|
|
|
|
|
|
| 2 |
|
|
|
|
|
|
| 3 |
|
|
|
|
|
|
| X |
|
|
|
|
|
|
| x |
|
|
|
|
|
|
| Cəmi |
|
|
|
|
|
|
Əlavə 4
|
İşçilərin (ailə üzvlərinin) şəxsi
istifadəsi üçün alınmış mallar
və xidmətlər üzrə ilkin sənədlərin
reyestri
|
| 1. İşçi (ailə üzvü) barədə
məlumat |
| İşçinin işlədiyi (ailəsinin
üzvü olduğu işçinin işlədiyi) nümayəndəliyin
rəsmi adı |
|
| Adı |
|
| Soyadı |
|
| 2. İlkin sənədlərin reyestri |
|
Sıra N-si
|
Malın (xidmətin) adı
|
Vergi hesab-fakturası
|
Satıcının adı
|
Ümumi dəyər
(ƏDV ilə birgə) (Az.man.)
|
Əlavə dəyər
vergisi
(Az.man.)
|
|
N-si
|
Tarixi
|
| 1 |
|
|
|
|
|
|
| 2 |
|
|
|
|
|
|
| 3 |
|
|
|
|
|
|
| X |
|
|
|
|
|
|
| x |
|
|
|
|
|
|
| Cəmi |
|
|
|
|
|
|
Əlavə 5
Forma 22 V
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
26 mart 2001-ci il tarixli I-34 saylı Əmri ilə təsdiq
edilmişdir
Xarici diplomatik və analoji nümayəndəliklərin
rəsmi istifadəsi, həmçinin bu nümayəndəlik-lərin
diplomatik, inzibati və texniki işçilərinin, o cümlədən
onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi
üçün nəzərdə tutulan mallara və xidmətlərə
görə əlavə dəyər vergisinin qaytarılması
barədə
R Ə Y
1.1 Vergilərin büdcəyə daxil olmasını
təmin edən orqanın adı
1.1.1 VÖEN-i
2.1 Xarici diplomatik və analoji nümayəndəliyin
və ya müvafiq işçilərin adı
2.1.1 VÖEN-i
2.1.2 Akkreditə edən dövlət və ya beynəlxalq
təşkilatın adı
Təqdim olunmuş materiallardan görünür ki, xarici
diplomatik və analoji nümayəndəlik-lərin rəsmi
istifadəsi, həmçinin bu nümayəndəliklərin
diplomatik, inzibati və texniki işçilərinin, o cümlədən
onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi
üçün nəzərdə tutulan malların və
xidmətlərin «0» (sıfır) dərəcə ilə
əlavə dəyər vergisinə cəlb olunması
nəticəsində «____» __________ 200 ___ -ci il tarixinə
əlavə dəyər vergisi üzrə aşağıdakı
artıq ödəmə yaranmışdır:
|
N
|
Təşkilatın və ya fiziki şəxsin
adı
|
Məbləğ (manatla)
(rəqəm və yazı ilə)
|
Dövr
(il, rüb, ay)
|
| 1 |
|
|
|
| 2 |
|
|
|
| 3 |
|
|
|
| 4 |
|
|
|
| 5 |
|
|
|
| 6 |
|
|
|
| 7 |
|
|
|
| 3.1.4 |
Cəmi |
|
X
|
Yaranmış artıq ödəmə
_______________________________________________________________
(bankın adı, VÖEN-i
______________________________ hesaba qaytarılmalıdır
hesab nömrəsi)
Vergilərin büdcəyə daxil olmasını
təmin edən orqanın rəhbəri
_________ ____________
_____________________
(imza) (möhür) (adı
və soyadı)
Bildirişin tarixi «____» ______________ 200 __ -ci il
Bildirişin N______
|