|
A-214
18 dekabr 2000-ci il
ƏMR
Vergi Mәcәllәsinin tәtbiqi ilә әlaqәdar
әrizә, şәhadәtnamә, vergi hesabatı
vә bildiriş formalarının tәsdiq edilmәsi
barәdә
Azәrbaycan Respublikası Prezidentinin «Azәrbaycan
Respublikasının Vergi Mәcәllәsinin tәsdiq
edilmәsi, qüvvәyә minmәsi vә bununla bağlı
hüquqi tәnzimlәmә mәsәlәlәri haqqında
Azәrbaycan Respublikasının Qanununun vә bu Qanunla
tәsdiq edilmiş Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
tәtbiq edilmәsi barәdә» 30 avqust 2000-ci il
tarixli 393 saylı Fәrmanının 3-cü bәndinin
icrasını tәmin etmәk mәqsәdilә
ƏMR EDİRƏM
1. Aşağıda göstәrilәn sәnәdlәrin
formaları tәsdiq edilsin (әlavә edilir):
-Fiziki şәxsin sahibkarlıq fәaliyyәtindәn
gәliri vә muzdla olmayan işdәn digәr gәlirlәri
haqqında bәyannamә;
-Mәnfәәt vergisinin bәyannamәsi;
-Əlavә dәyәr vergisinin bәyannamәsi;
-Aksiz bәyannamәsi;
-Əmlak vergisinin bәyannamәsi;
-Mәdәn vergisinin bәyannamәsi;
-Sadәlәşdirilmiş sistem üzrә verginin bәyannamәsi;
-Azәrbaycan Respublikasında daimi nümayәndәlik
vasitәsilә fәaliyyәt göstәrәn qeyri-rezident
hüquqi şәxsin vergi bәyannamәsi;
-Qeyri-rezidentә ödәnilmiş mәblәğdәn
tutulmuş әlavә dәyәr vergisinin bәyannamәsi;
-Vergi ödәyicisi olan hüquqi şәxsin (filial vә
nümayәndәliklәrin) uçota alınması
haqqında әrizә;
-Vergi ödәyicisi olan fiziki şәxsin (fәrdi sahibkarın)
uçota alınması haqqında әrizә;
-Vergi ödәyicisinin uçota alınması haqqında
şәhadәtnamә;
-ƏDV mәqsәdlәri üçün qeydiyyat haqqında
әrizә;
-ƏDV ödәyicisinin qeydiyyat bildirişi.
2. Naxçıvan MR Vergilәr Nazirliyinә, Bakı
şәhәri üzrә Baş Vergilәr İdarәsinә,
şәhәrlәr vә rayonlar üzrә Vergilәr
İdarәlәrinә (Şöbәlәrinә)
tapşırılsın ki, 01 yanvar 2001-ci il tarixdәn
vergi ödәyicilәrinin qeydiyyata alınması vә
vergi bәyannamәlәrinin qәbul edilmәsindә
bu әmrlә tәsdiq edilmiş formalardan istifadә
edilmәsini tәmin etsinlәr.
3. 2000-ci ilin aylıq, rüblük, illik hesabatları
vә vergi haqq-hesabları 01 yanvar 2001-ci il tarixәdәk
qüvvәdә olan qanunvericiliyә vә formalara uyğun
qәbul edilsin.
4. Katibliyin rәisinә (E.Hacıyev) tapşırılsın
ki, bu әmrin surәtinin Vergilәr Nazirliyinin bütün
struktur bölmәlәrinә çatdırılmasını
tәmin etsin.
5. Maliyyә İdarәsinә (R. Lәtifov) tapşırılsın
ki, vergi orqanlarının tәsdiq edilmiş formada blanklarla
vaxtında tәmin olunması üçün tәdbirlәr
görsün.
6. Əmrin icrasına nәzarәti özümdә
saxlayıram.
Nazir
F. Mәmmәdov
|