Ə M R

№ 0817040100271700, 03 aprel 2008-ci il

Bakı şəhəri                                                                

Vergilər Nazirliyinin struktur vahidləri və bölmələrinin Əsasnamələrinin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası vergilər nazirinin 2007-ci il 8 noyabr tarixli 0717040100826900 nömrəli, 2007-ci il 28 dekabr tarixli 0717040101031200 nömrəli və 2008-ci il 7 fevral tarixli 0817040100059500 nömrəli əmrlərinin icrasını təmin etmək məqsədilə və  “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 15.11-ci bəndini rəhbər tutaraq

Ə M R    E D İ R Ə M:

1. “Vergilər Nazirliyinin Aparatının Əsasnaməsi”, “Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Əsasnaməsi”, “Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsinin Əsasnaməsi”, “Vergilər Nazirliyinin Vergi ödəyicilərinin auditi baş idarəsinin Əsasnaməsi”, “Vergilər Nazirliyinin Daxili audit baş idarəsinin Əsasnaməsi”, “Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin Əsasnaməsi”, ”Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin Əsasnaməsi”, “Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin Əsasnaməsi”, “Vergilər Nazirliyinin Vergi borclarının məcburi alınması işinin təşkili idarəsinin Əsasnaməsi”, “Vergilər Nazirliyinin Maliyyə-təsərrüfat idarəsinin Əsasnaməsi”, “Vergilər Nazirliyinin Daxili təhlükəsizlik idarəsinin Əsasnaməsi”, “Vergilər Nazirliyinin Kadr siyasəti və hazırlığı idarəsinin Əsasnaməsi”, “Vergilər Nazirliyinin Hüquqi təminat şöbəsinin Əsasnaməsi”, “Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti Departamentinin Əsasnaməsi”, “Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin Əsasnaməsi”, “Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Əsasnaməsi” və “Vergilər Nazirliyinin Ərazi Vergilər İdarəsinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Vergilər nazirinin 2001-ci il 22 may tarixli A-78 nömrəli əmri ilə təsdiq edilmiş “Kadr siyasəti və hazırlığı idarəsi haqqında Əsasnamə” və “Hüquqi təminat şöbəsi haqqında Əsasnamə”, vergilər nazirinin 2003-cü il 15 yanvar tarixli A-09 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicilərinə xidmət idarəsinin Əsasnaməsi”, vergilər nazirinin 2003-cü il 10 fevral tarixli A-29 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti haqqında Əsasnamə”, vergilər nazirinin 2004-cü il 27 sentyabr tarixli F-212 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər Nazirliyinin Aparatı haqqında Əsasnamə”, vergilər nazirinin 2004-cü il 2 noyabr tarixli F-247 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər Nazirliyinin Daxili audit baş idarəsi haqqında Əsasnamə” və “Vergilər Nazirliyinin Daxili təhlükəsizlik idarəsi haqqında Əsasnamə”, vergilər nazirinin 2005-ci il 13 yanvar tarixli F-19 nömrəli əmri ilə təsdiq edilmiş “İqtisadi təhlil və uçotun təşkili idarəsi haqqında Əsasnamə”, vergilər nazirinin 2005-ci il 13 iyun tarixli F-176 nömrəli əmri ilə təsdiq edilmiş “Maliyyə-təsərrüfat idarəsi haqqında Əsasnamə”, vergilər nazirinin 2005-ci il 13 iyun tarixli F-177 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər Nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş üzrə Departament haqqında Əsasnamə”, vergilər nazirinin 2005-ci il 22 sentyabr tarixli F-264 nömrəli əmri ilə təsdiq edilmiş “Beynəlxalq münasibətlər idarəsi haqqından Əsasnamə”, vergilər nazirinin 31 oktyabr 2005-ci il tarixli F-294 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi haqqında Əsasnamə”, vergilər nazirinin 2006-cı il 9 oktyabr tarixli 0617040100923500 nömrəli əmri ilə təsdiq edilmiş  “Vergi ödəyicilərinin auditi baş idarəsi haqqında Əsasnamə”, “Operativ nəzarət idarəsi haqqında Əsasnamə”, “Vergi borclarının məcburi alınması işinin təşkili idarəsi haqqında Əsasnamə”, “Bakı şəhəri Vergilər Departamenti haqqında Əsasnamə” və “Ərazi Vergilər İdarəsi haqqında Əsasnamə” qüvvədən düşmüş hesab edilsin.
3. Bu əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Nazir,
2-ci dərəcəli dövlət vergi
xidməti müşaviri                                                               Fazil Məmmədov