AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
N 11
Bakı şəhəri, 31 yanvar 2005-ci il
Azərbaycan Respublikasının ərazisinə
gətirilən, əlavə dəyər vergisindən
azad olunan malların siyahısı haqqında
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi
üçün əlverişli şəraitin yaradılması,
daxili bazarın qorunması və «Malların Təsviri
və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş
Sistem haqqında» Beynəlxalq Konvensiyaya və göstərilən
Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə»
Azərbaycan Respublikasının Qanununa əsasən
xarici iqtisadi fəaliyyətin mal nomenklaturu üzrə
kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına
uyğunlaşdırılması məqsədi ib Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının
ərazisinə gətirilən aşağıdakı
mallar əlavə dəyər vergisindən azad olunur:
1.1. birgə müəssisənin nizamnamə fonduna xarici
investorun əmanəti kimi və ya tamamilə xarici investora
məxsus müəssisənin yaradılması üçün
gətirilən əmlak;
1.2. xarici investisiyalı müəssisənin əcnəbi
işçilərinin öz ehtiyacları üçün
Azərbaycan Respublikasına gətirdikləri əmlak
(işə götürənin arayışı gömrük
orqanlarına təqdim olunmaqla);
1.3. Azərbaycan Respublikasının ərazisində
mövcud qaydada qeydiyyatdan keçmiş humanitar, həmçinin
Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının
razılığı ilə digər hüquqi və
fiziki şəxslər tərəfindən humanitar yardım
kimi gətirilən mallar;
1.4. texniki yardım da daxil olmaqla təmənnasız
yardım və xeyriyyə məqsədi ilə dövlətlərin,
hökumətlərin və beynəlxalq təşkilatların
xətti ilə gətirilən mallar;
1.5. xarici iqtisadi fəaliyyətin
mal nomenklaturuna daxil olan bütün növ avtonəqliyyat
vasitələri istisna olmaqla fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikası ərazisinə gətirilən
istehsal və kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan, ümumi dəyəri 1000
ABŞ dollarına ekvivalent və ya çəkisi 50
kiloqramdan artıq olmayan mallar;
1.6. fövqəladə halların
qarşısının alınması və bu halların
nəticələrinin aradan qaldırılması məqsədi
ilə maddi-texniki təchizat sisteminin yaradılması,
seysmik-müşahidə məntəqələrinin və
qəza-
xilasetmə dəstələrinin yerləşdiriləcəyi
bazaların təşkili və onların fəaliyyəti
üçün Azərbaycan Respublikasının Fövqəladə
Hallar üzrə Dövlət Komissiyasının təsdiqedici
sənədi əsasında idxal olunan xüsusi
texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər,
komplektləşdirici məmulatlar, ehtiyat hissələri,
ləvazimatlar və materiallar;
1.7. Azərbaycan Respublikası vətəndaşlarının
pasportları və şəxsiyyət vəsiqələri
blankları, onların fərdiləşdirilməsi,
«Giriş-Çıxış» avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin yaradılması və
tətbiqi,
əl-barmaq izlərinin müəyyən edilməsi üçün
gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar
və materiallar;
1.8. qanunvericiliyə uyğun olaraq
dövlət müəssisələrini idarə etmək
hüququna dair təsdiq edilmiş müqavilələrin
icrası ilə bağlı investisiya proqramında istehsalın
təşkili üçün nəzərdə tutulmuş
mallar;
1.9. aksizli malların aksiz markalarının
saxta olub-olmamasını yoxlamaq üçün xüsusi
avadanlıqlar (əl detektorları və lampalar), Azərbaycan
Respublikasının xarici ölkələrdəki səfirlik,
konsulluq və
başqa diplomatik nümayəndəlikləri tərəfindən
ölkədən getmək və ölkəyə gəlmək
üçün əcnəbi vətəndaşlara verilən
blanklar, onların tətbiqinə nəzarət və
istifadəsi üçün müvafiq avadanlıqlar,
məmulatlar,
ləvazimatlar və materiallar.
2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə
əlavə dəyər vergisindən azad olunan mallardan
başqa «Azərbaycan Respublikasının ərazisinə
gətirilən, əlavə dəyər vergisindən
azad olunan digər malların siyahısı» təsdiq
edilsin (əlavə olunur).
3.
«Aqrar bölmədə lizinqin genişləndirilməsi
sahəsində əlavə tədbirlər haqqında»
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr
tarixli 468 nömrəli Sərəncamının 3.3-cü
yarımbəndinə
uyğun olaraq «Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə
müəyyənləşdirilmiş təsnifat üzrə
əsas vəsaitə aid, idxal zamanı əlavə dəyər
vergisindən azad olunan daşınar əşyaların
xarici iqtisadi
fəaliyyətin əmtəə nomenklaturu üzrə
siyahısı» təsdiq edilsin (əlavə olunur).
4. Müəyyən edilsin ki,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarı
ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının
ərazisinə gətirilən, əlavə dəyər
vergisindən azad olunan malların
siyahısı»nda əlavə və dəyişikliklərin
edilməsinə yalnız sonrakı il üçün
dövlət büdcəsinin layihəsi hazırlandığı
dövrdə baxıla bilər.
5. Müəyyən edilsin ki, əlavə dəyər
vergisindən azad olunan idxal edilən mallar təyinatı
üzrə istifadə olunmadıqda, həmin mallar yenidən
bəyan olunmalı və 10 gün müddətində
əlavə dəyər vergisi
ödənilməlidir. Əks təqdirdə, malları
satanlara qarşı qanunvericilikdə nəzərdə
tutulmuş tədbirlər görülür.
6. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi
qərarlarına əlavələr edilməsi haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 15 avqust tarixli 138 nömrəli qərarının
2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin
bəzi qərarlarına əlavələr edilməsi
barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 26 oktyabr tarixli 195 nömrəli qərarının
2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin
bəzi qərarlarına dəyişikliklər edilməsi
və bəzi qərarlarının qüvvədən
düşmüş hesab edilməsi barədə» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli
22 nömrəli qərarının 10-cu bəndi, «Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına
dəyişikliklər edilməsi barədə» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 mart tarixli
62 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına
əlavələr edilməsi barədə» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 avqust tarixli
138 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına
əlavələr edilməsi barədə» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 27 aprel tarixli
71 nömrəli qərarının 2- ci bəndi, «Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına
əlavə və dəyişiklik edilməsi barədə»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü
il 26 fevral tarixli 32 nömrəli qərarının 1-ci
bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin
bəzi qərarlarına əlavə və dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 24 may tarixli 73 nömrəli qərarının
1-ci bəndi çıxarılsın.
7. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən
düşmüş bəzi qərarlarının siyahısı»
təsdiq edilsin (əlavə olunur).
8. Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının
Baş naziri
A.Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 31 yanvar tarixli
11 nömrəli qərarı ilə təsdiq
edilmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qüvvədən düşmüş bəzi
qərarlarının
SİYAHISI
1.
«Azərbaycan Respublikası ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan malların
siyahısı haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli
qərarı (4-cü bəndi istisna olunmaqla).
2.
«Azərbaycan Respublikası ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan malların
siyahısı haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli
qərarına əlavələr və dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 25 may tarixli 101 nömrəli qərarı.
3.
«Azərbaycan Respublikası ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan malların
siyahısı haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 124
nömrəli qərarına əlavələr edilməsi
barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 14 yanvar tarixli 6 nömrəli qərarı.
4. «Azərbaycan Respublikası
ərazisinə gətirilən, əlavə dəyər
vergisindən azad olunan malların siyahısı haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 13 iyul tarixli 124 nömrəli
qərarına dəyişiklik edilməsi barədə»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci
il 12 iyun tarixli 95 nömrəli qərarı.
5.
«Azərbaycan Respublikası ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan malların
siyahısı haqqında» Azərbaycan Respublikası
Nazirlə Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli
qərarına əlavə edilməsi barədə» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 yanvar
tarixli 6 nömrəli qərarı.
6. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 13 iyul tarixli 124 nömrəli qərarı ilə təsdiq
edilmiş «Azərbaycan Respublikası ərazisinə
gətirilən, əlavə dəyər vergisindən
azad olunan
malların siyahısı»na dəyişikliklər edilməsi
barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 4 dekabr tarixli 155 nömrəli qərarı.
7. «Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli qərarı
ilə təsdiq edilmiş «Azərbaycan Respublikası
ərazisinə gətirilən, əlavə dəyər
vergisindən azad olunan
malların siyahısı»na dəyişikliklər edilməsi
barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 4 dekabr tarixli 155 nömrəli qərarına
dəyişikliklər edilməsi haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26 dekabr
tarixli 163 nömrəli qərarı.
8. «Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli
124 nömrəli qərarı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikası ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan
malların siyahısı»na əlavələr edilməsi
barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 31 mart tarixli 36 nömrəli qərarı.
9. «Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli qərarı
ilə təsdiq edilmiş «Azərbaycan Respublikası
ərazisinə gətirilən, əlavə dəyər
vergisindən azad olunan
malların siyahısı»na əlavələr edilməsi
barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 12 may tarixli 66 nömrəli qərarı.
10. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 13 iyul tarixli 124 nömrəli qərarı ilə təsdiq
edilmiş «Azərbaycan Respublikası ərazisinə
gətirilən, əlavə dəyər vergisindən
azad olunan
malların siyahısı»na əlavələr edilməsi
barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 3 avqust tarixli 107 nömrəli qərarı.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarı
ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan
digər mallarınsiyahısı
XİF ƏN-m kodu |
Mal mövqelərinin adları |
1 |
2 |
Qrup 01-dən |
|
0101 10 100 0 |
Safqanlı cins atlar |
0102 10 100 0 |
Cins iribuynuzlu heyvanlar |
0103 10 000 0 |
Cins donuz |
0104 10 100 0 |
Cins qoyun |
0104 20 100 0 |
Cins keçi |
0105 11 190 0 |
Ana və əcdad cinsi xətti
ilə çoxaldılan cücələr |
Qrup 04-dən |
|
0402 29 110 0 |
Xüsusi təyinatlı süd,
südəmər uşaqlar üçün, netto
çəkisi 500 q-dan çox olmayan germetik qabda,
tərkibində 10 %-dən çox yağ olan |
0407 00 110 0; 0407 00 190 0 |
Quş yumurtası - yalnız
inkubatorda yetişdirmə üçün |
Qrup 05-dən |
|
0510 00 000 0 |
Boz ənbər, qunduz ifrazatları,
sivetta və muskus; şpanka; öd, o cümlədən
quru öd; əczaçılıqda istifadə
edilən vəzilər və heyvan mənşəli
digər maddələr, təzə soyudulmuş,
dondurulmuş və ya qısa müddətli saxlanma
üçün başqa üsulla emal olunmuş |
0511 10 000 0 |
Öküz sperması |
051199 8010 |
Barama qurdunun toxumu |
051199 802 0 |
Embrionlar |
Qrup 06-dan |
|
0602 10 |
Köksüz qələmlər
və peyvəndliklər |
0602 20 |
Ağaclar, kollar və kolluqlar,
peyvənd edilmiş və ya edilməmiş, yeməli
bar gətirənlər |
0602 90 410 0 |
Meşə ağacları |
1 |
2 |
0602 90 450 0 |
Köklənmiş qələmələr
və cavan bitkilər |
Qrup 07-dən |
|
0701 10 000 1 |
Kartof- toxumluq, mövsümi olaraq
yalnız oktyabr-noyabr, fevral-mart ayları üzrə |
0712 90 110 1 |
Qarğıdalı - toxumluq hibrid
(mart-aprel-may və sentyabr-oktyabr-noyabr) |
0713 10 100 1 |
Noxud - səpin üçün
(fevral-mart-aprel-may) |
0713 20 100 1 |
Lobya (Vigna spp, Phaseolus spp) - səpin
üçün (fevral-mart-aprel-may) |
0713 31 100 1 |
Vigna mungo (L) Hepper və ya Vigna
radiata (L) Wilczek növlərindən olan lobya - səpin
üçün (fevral-mart-aprel-may) |
0713 32 100 1 |
xırda qırmızı lobya
(adzuki) (Phaseolus və ya Vigna angularis) - səpin üçün
(fevral-mart-aprel-may) |
0713 33 100 1 |
adi lobya, ağ xırdadənəli
lobya (Phaseolus Vulgaris) daxil olmaqla - səpin üçün
(fevral-mart-aprel-may) |
0713 39 100 1 |
Digər lobya növləri- səpin
üçün (fevral-mart-aprel-may) |
0713 40 100 1 |
Mərci- səpin üçün
(fevral-mart-aprel-may) |
0713 50 100 1 0713 90 100 1 |
İritoxumlu yem (at) paxlalan (Vicia
faba var major) və xırdatoxumlu yem (at) paxlaları
(Vicia faba var Equina, Vicia faba var minor) - səpin üçün
(fevral-mart-aprel-may) |
Qrup 10-dan |
|
1003 00 100 0 |
Arpa-toxumluq |
1004 00 000 0 |
Yulaf-toxumluq |
1005 10 110 0-1005 10 190 0 |
Qarğıdalı - toxumluq hibrid |
1006 10 100 1 |
Düyü- səpin üçün
(yanvar-fevral- mart-aprel) |
1007 00 100 0 |
Kalış (darıya oxşar
dənəli bitki) - səpin üçün hibridlər |
1008 30 000 0 |
Bülbülotu toxumu |
1008 90 100 0 |
Tritikale (çovdar-buğda hibridi)
- əkin üçün |
Qrup 12 |
Yağlı və digər toxumlar,
saman, furaj (1202; 1206; 1211; 121291 mal mövqeləri
istisna olmaqla) |
1 |
2 |
Qrup 19-dan |
|
1901 10 000 0 |
Uşaq qidası, pərakəndə
satış üçün çəkilib bükülmüş |
Qrup 27-dən |
|
2701 11 100 0 |
Antrasit - uçucu maddələrinin
çıxım həddi 10 kütlə %-dən
çox olmayan (mineral maddələrsiz quru məhsula
hesablanmada) |
2701 12 100 0 |
Kokslaşan kömür |
2701 20 000 0 |
Daş kömürdən alınmış
bərk yanacağın briketləri, okatışları
və analoji növləri |
2702 |
Liqnit (boz kömür), aqlomerasiya
edilmiş və ya edilməmiş, qaqat (qara kəhrəba)
istisna olmaqla: |
2709 00 900 0 |
Yalnız xam neft-tranzit-mübadilə
(svop) əməliyyatları üzrə |
2710 11210 0 |
Uayt-spirt |
271121000 0 |
Təbii qaz |
2712 20 |
0,75 kütlə %-dən az yağ
tərkibli parafin |
2716 00 000 0 |
Elektrik enerjisi |
Qrup 28-dən |
|
2833 25 000 0 |
Mis sulfatı |
Qrup 29-dan |
|
2902 19 990 0 |
Tsiklik karbohidrogenlər - digər
məqsədlər üçün |
Qrup 30-dan |
Əczaçılıq məhsulları
(3005; 3006400000; 3006500000 mal mövqeləri istisna
olmaqla) |
Qrup 31 |
Gübrələr |
Qrup 36-dan |
|
3604 90 000 1 |
Fişənglər; siqnal raketləri,
yağış raketləri, dumanaqarşı siqnallar
və digər pirotexnika məmulatları - hərbi
məqsədlər üçün |
Qrup 37-dən |
|
3701 10100 0 |
Tibbi, stomatoloji və ya baytarlıq
məqsədləri üçün fotoplastinkalar |
3702 10 000 0 |
Rentgen fotoplyonkaları |
1 |
2 |
Qrup 38-dən |
|
3808 |
İnsektisidlər, rodentisidlər,
funqisidlər, herbisidlər, bitkilərin boyartımına
qarşı və boyartımını tənzimləyən
vasitələr, dezinfeksiyaedici və onlara analoji
vasitələr, pərakəndə satış
üçün qablaşdırılmış,
yaxud preparatlar və məmulatlar kimi təqdim edilmiş
(məsələn, kükürdlə emal edilmiş
lentlər, fitillər, şamlar, milçəklərə
qarşı yapışqanlı kağız) |
Qrup 39-dan |
|
3903 90 |
Digər polistirol |
3909 50 |
Poliuretanlar |
3920 30 000 0 |
Stirol polimerlərindən |
Qrup 40-dan |
|
401192 000 0 |
Kənd təsərrüfatında
və meşə təsərrüfatında istifadə
edilən nəqliyyat vasitələri üçün
təzə pnevmatik rezin şinlər |
Qrup 45 |
Mantar və ondan hazırlanan məmulatlar |
Qrup 47-dən |
|
4701 00 - 4706 |
Oduncaqdan və ya digər lifli
sellüloz materiallarından kağız, karton kütlələri |
Qrup 48-dən |
|
480100 000 0 |
Qəzet kağızı, rulonlarda
və ya vərəq şəklində |
Qrup 49-dan |
|
4901; 4902 |
Çap olunmuş kitab, qəzet
və jurnallar |
4907 00 |
Poçt markaları, dövlət
rüsumu markaları və ya analoji markalar, vaxtlı
(ödənilməmiş), nəzərdə tutulduğu
ölkədə cari və ya yeni buraxılışı
olan və qəbul nominal qiymətli və ya qiymətli
olacaq markalar; gerbli kağızlar; çek kitabçaları;
banknotlar; aksiyalar, istiqrazlar və analoji qiymətli
kağız formaları |
Qrup 50-dən |
|
500100 000 0 |
Barama qurdunun baraması, açılmaya
yararlı |
Qrup 71-dən |
|
7102 |
Emal olunmuş və ya olunmamış,
lakin çərçivəyə salınmamış
və bərkidilməmiş almazlar |
7110 21000 0 |
Palladium - emal olunmamış və
ya tozşəkilli |
1 |
2 |
7115 10 000 0 |
məftil torlar və ya platin şəbəkələr
şəklində katalizatorlar |
Qrup 72-dən |
|
7209 17 100 0; 7209 27 100 0; 721123 910
0 |
Elektrotexniki poladdan |
7214 99 610 0 |
Yalnız məişət soyuducularının
istehsalı üçün gətirilən polad
təbəqə |
Qrup 73-dən |
|
7302 |
Qara metallardan hazırlanmış,
dəmir yolu və ya tramvay xətlərində istifadə
olunan məmulatlar: relslər, kontrrelslər və
dişli relslər, ötürücü relslər,
relslərin kip kəsişmə çarpazları,
ötürücü ştanqlar və digər köndələn
birləşmələr, şpallar, birləşdirici
üstlük və altlıqlar, pazlar, dayaq plitələri,
qarmaqlı rels boltları, yastıqlar və uzadıcılar,
özüllər, köndələn tirlər və
başqa detallar, relslərin birləşdirilməsi
və bərkidilməsi üçün nəzərdə
tutulanlar |
7308 10 000 0 |
Körpülər və körpü
seksiyaları |
7308 40 900 0 |
Taxtabəndlər, dayaq divarları
və ya şaxta bərkidiciləri üçün
metal və tikinti ağaclarından avadanlıqlar |
7308 90 100 0 |
Suaşıranlar, şlüzlər,
şlüz qapıları, debarkaderlər (sərnişin
platformaları), stasionar doklar, dənizçilik
və gəmiçilik üçün digər
konstruksiyalar |
Qrup 74-dən |
|
7401 |
Mis şteyni; sementasiya misi (çökdürülmüş
mis) |
7402 00 000 0 |
Saflaşdırılmamış
mis; elektrolitik saflaşdırma üçün
mis anodlar |
7403 |
Saflaşdırılmış
mis və emal olunmamış mis ərintiləri |
7404 00 |
Mis tullantıları və qırıntıları |
7405 00 000 0 |
Mis əsaslı liqaturlar |
7406 |
Mis tozlan və pulcuqları |
7407 |
Mis çubuqlar və profillər |
7412 |
Borular və ya borucuqlar üçün
mis fitinqlər (məsələn, mufta, dirsək,
flans) |
| 1 |
2 |
Qrup 84-dən |
|
8410-8412 |
Hidroturbinlər, su təkərləri
və onlar üçün tənzimləyicilər;
turboreaktiv və turbovintli mühərriklər, digər
qaz turbinləri; digər mühərriklər və
güc qurğuları |
8413 30 100 0; 8413 50 100 0- 8413 70
990 0 |
Daxiliyanma mühərrikləri
üçün yanacaq, yağ və ya soyuducu mayelər
üçün nasoslar; çarx qolu irəli-geri
prinsiplə işləyən digər tutumlu nasoslar;
digər mərkəzdənqaçma nasoslar; tutumlu
rotor nasoslan - mülki aviasiya üçün |
8414 30 300 0 |
Soyuducu avadanlıqlarda istifadə
olunan, gücü 0,4 kvt-dan çox olmayan kompressorlar |
8414 30 910 0 |
Soyuducu avadanlıqlarda istifadə
olunan, gücü 0,4 kvt-dan çox olan germetik və
ya yarımgermetik kompressorlar |
8414 80 100 0- 8414 80 710 0 |
Turbo və rotorlu həcmli kompressorlar |
8417 |
Sənaye və ya laboratoriya peçi
və qornı (kürə), zibilyandıran peçlər
də daxil olmaqla, qeyri-elektrik |
8418 99 900 1 |
Məişət soyuducularında
istifadə olunan buxarlandırıcı panellər |
8420 |
Kalandrlar və ya digər vallı
(diyircəkli) maşınlar (metal və şüşə
emalı üçün olan maşınlardan başqa);
onlar üçün kiçik vallar |
8424 81-
8424 90 900 0 |
Kənd təsərrüfatı
və bağçılıq üçün suvarma
qurğuları; daşman qurğular; traktorlara qoşulmaq
və ya traktorlara yedəklənmək üçün
nəzərdə tutulmuş toz paylayan və səpələyən
qurğular; aşılama, fotorezistorun yuyulması
və ya yarımkeçirici lövhələrin
təmizlənməsi zamanı istifadə olunan çiləmə
qurğuları; qalvanik örtüyü çəkilməzdən
öncə metallik çıxıntıların
təmizlənməsi üçün, yarımkeçirici
priborların korpusuna quraşdırılan maşın |
1 |
2 |
8429 |
Buldozerlər, dönməz və
dönər kavahınlarla, qreyderlər və planirovşiklər,
skreperlər, mexaniki kürəklər, ekskavatorlar,
birçalovlu yükləyicilər, toxaclayıcı
və yolbasan maşınlar, özügedən |
8430 |
Yerdəyişmə, planirovka,
profilləmə, işlənmə, toxaclama, sıxlaşdırma,
süxurun, faydalı qazıntıların, eləcə
də filizin çıxarılması və qazılması
üçün digər maşın və mexanizmlər;
dirəklərin vurularaq basdırılması və
çıxarılması üçün avadanlıqlar;
heyvan qüvvəsinə əsaslanan və rotorlu
qartəmizləyicilər |
8432 |
Kənd təsərrüfatı,
bağçılıq, meşə təsərrüfatı
maşınları, torpağın hazırlanması
və işlənməsi üçün; qazon
və ya idman meydançaları üçün
katoklar |
8433 |
Kənd təsərrüfatı
bitkilərinin yığılması və ya döyülməsi
üçün maşın və ya mexanizmlər,
presləyici-toplayıcılar, saman və quru otları
kiplər formasında qablaşdırmaq üçün
preslər daxil olmaqla; otbiçənlər və
qazonbiçənlər; 8437 mal mövqeyində
göstərilənlərdən başqa, yumurta,
meyvə və ya digər kənd təsərrüfatı
məhsullarının təmizlənməsi, sortlaşdırılması
və ya çıxdaş edilməsi üçün
maşınlar |
8434 |
Sağıcı qurğu və
aparatları, südün emalı və təkrar
emalı üçün avadanlıqlar |
8435 |
Preslər, xırdalayıcılar
və şərabçılıq, sidr, meyvə
şirələri və digər içkilərin
istehsalı üçün analoji maşınlar |
8436 |
Kənd təsərrüfatı,
bağçılıq, meşə təsərrüfatı,
quşçuluq və ya arıçılıq
üçün avadanlıqlar, toxumların yetişdirilməsi
üçün avadanlıqlar daxil edilməklə,
mexaniki və ya qızdırıcı qurğularla,
digərləri; quşçuluq üçün
inkubator və bruderlər |
8437 |
Toxum, taxıl və paxlalı
bitkilərin təmizlənməsi, çeşidlənməsi
və ya kalibrovka edilməsi üçün maşınlar;
unüyütmə sənayesi üçün avadanlıqlar
və ya taxıl və quru paxlalıların emalı
üçün avadanhqlar, kənd təsərrüfatı
fermalarında istifadə olunan avadanlıqlardan başqa |
1 |
2 |
8438 |
Yeyinti məhsullarının və
ya içkilərin sənaye istehsalı və ya
hazırlanması üçün avadanlıqlar,
heyvan və ya buxarlanmayan bitki mənşəli yağ
və ya piylərin ekstraksiyası və ya hazırlanması
üçün olan avadanlıqlardan başqa |
8445 |
Toxuculuq liflərinin hazırlanması
üçün maşınlar; əyirici, eşici
və ipliklərin hazırlanması üçün
digər avadanlıqlar; baramasarıyan və ya sarıyıcı
maşınlar (arğac ipliyi sarıyan daxil olmaqla)
və 8446 və ya 8447 mal mövqelərində göstərilmiş
maşınlarda istifadə üçün ipliyi
hazırlayan maşınlar |
8446 |
Toxuculuq dəzgahlan |
8447 |
Bafta sapı, tül, krujeva, tikmə,
tesma və ya tor hörülmələri almaq üçün
toxuyucu-tikici trikotaj maşınları və taftinqli
maşınlar |
8448 |
8444, 8445, 8446 və ya 8447 mal mövqelərində
göstərilmiş maşınlar üçün
yardımçı avadanlıqlar (məsələn,
remizaqaldırıcı kiçik karetlər, jakkard
maşınları, avtomatik stopor mexanizmləri,
məkiklərin dəyişdirilməsi üçün
mexanizmlər); yalnız və əsasən 8444,
8445, 8446 və ya 8447 mal mövqelərində göstərilmiş
maşınlar üçün nəzərdə
tutulmuş hissə və ləvazimatlar (məsələn,
millər və roqulnik, iynəli qarnitur, daraqlar,
filyerlər, məkiklər, remizalar və remiza çərçivələri,
trikotaj iynələri) |
8449 00 000 0 |
Mahud, keçə və fetr (zərif
keçə) tikə və ya forma üzrə toxunmamış
materiallarının istehsalı və ya emalı
üçün avadanlıqlar, fetr şlyapaları
istehsalı üçün avadanlıqlar daxil edilməklə,
şlyapa hazırlanması üçün qəliblər |
8475 |
Elektrik və ya elektron lampaların,
elektron-şüa borularının və ya şüşə
kolbalarda qazyüksüzləşmə lampalarının
yığılması üçün maşınlar;
şüşə və şüşə məmulatlarının
hazırlanması və ya isti emalı üçün
maşınlar |
1 |
2 |
8482 20 000 0; 8482 80 000 0 |
Diyircəkli konusşəkilli
podşipniklər, seperator və diyircəklərlə
yığılmış daxili konusşəkilli
halqa daxil edilməklə, digər podşipniklər,
kombinə edilmiş kürəcikli-diyircəklilər
daxil edilməklə - yalnız metallurgiya sənayesinin
texnoloji xətləri, lokomotivlər, vaqonlar və
tramvaylar üçün gətirildikdə |
Qrup 85-dən |
|
8501 31 100 0 |
Mülki aviasiya üçün
gücü 735 vt-dan artıq mühərriklər,
sabit cərəyan generatorları |
8501 32 100 0 |
Mülki aviasiya üçün
gücü 750 vt-dan yuxan, lakin 75 kvt-dan çox olmayan
mühərriklər və sabit cərəyan generatorlan |
8501 33 100 0; 8501 34; 8501 51 100 0;
8501 52 100 0 |
Mülki aviasiya üçün
gücü 150 kvt-dan çox olmayan mühərriklər
və generatorlar; digər çoxfazalı dəyişən
cərəyan mühərrikləri |
8502 11 100 0 |
Mülki aviasiya üçün
gücü 75 kvt-dan çox olmayan, sıxılmadan
alışan porşenli daxiliyanma mühərrikləri
ilə elektrogenerator qurğuları (dizel və ya
yarımdizellə) |
8502 20 100 0 |
Mülki aviasiya üçün
qığılcımlı alışma ilə
porşenli daxiliyanma mühərrikli elektrogenerator
qurğuları |
8502 39 100 0 |
Mülki aviasiya üçün
digər elektrogenerator qurğuları |
8503 00 |
Yalnız və əsasən 8501
və ya 8502 mal mövqelərində göstərilmiş
maşınlar üçün nəzərdə
tutulmuş hissələr |
8514 |
Sənaye və laboratoriya peç
və kameraları (induksiya hadisəsi və ya dielektrik
itkisi əsasında işləyənlər daxil
olmaqla); induksiya hadisəsi və ya dielektrik itkisi
üsulu ib materialların termik emalı üçün
sənaye və laboratoriya avadanlıqları |
8522 90 590 0 |
Elektron modullar |
8525 10 100 0 |
Mülki aviasiya üçün
radioteleqraf və ya radiotelefon aparaturaları |
8525 20 100 0 |
Mülki aviasiya üçün
radioteleqraf və ya radiotelefon aparaturaları |
1 |
2 |
8525 30 100 0 |
Televiziya kameraları, üç
və ya daha artıq ötürücü trubkalarla |
8526 |
Radiolokasiya, radionaviqasiya aparaturası
və distansion idarə olunan radio aparaturalar |
8531 10 100 0; 8531 20 100 0; 8531 80
100 0 |
Mülki aviasiya üçün
yanğın təhlükəsizliyi və ya mühafizənin
təmin edilməsi üçün siqnalizasiya qurğuları
və analoji qurğular; İndikator panelləri,
özündə maye kristallarda cihazlar və ya işıq
diodları olan digər qurğular |
8532 |
Sabit, dəyişən və
tənzimlənən (uyğunlaşdırılan)
elektrik kondensatorları |
8537 |
Elektrik cərəyanının
idarəsi və ya bölüşdürülməsi
üçün 8535 və 8536 mal mövqelərinin
iki və ya daha artıq qurğusu ilə təchiz
olunmuş, tərkibinə 8517 mal mövqeyinin kommutasiya
qurğularından başqa, 90-cı qrupun cihaz və
qurğularını və rəqəmli idarə
aparatlarını alan pultlar, panellər, konsollar,
stollar, bölüşdürücü şitlər
və digər elektrik aparatları üçün
altlıqlar |
8538 |
Yalnız və ya əsasən
8535, 8536 və ya 8537 mal mövqelərindəki aparaturalar
üçün nəzərdə tutulmuş hissələr |
8539 90 100 0 |
Lampaların sokolları |
Qrup 86 |
Dəmiryol lokomotivləri və
ya mühərrikli tramvay vaqonları, dəmiryol
nəqliyyat vasitələri və onların hissələri;
dəmiryol və tramvay xətləri üçün
yol avadanlıqları və qurğuları, onların
hissələri; mexaniki (elektromexaniki daxil olmaqla)
siqnal avadanlıqlarının bütün növləri |
Qrup 87-dən |
|
8701 |
Traktorlar (8709 mal mövqeyindəki
traktorlardan başqa) |
1 |
2 |
8703 21 109 1; 8703 22 199 1; 8703 23
191 1; 8703 23 192 1; 8703 24 109 1; 8703 31 109 1; 8703 32 199
1; 8703 33 199 1 |
Yalnız yol təhlükəsizliyini
təmin etmək üçün idxal olunan xüsusi
təyinatlı patrul-keşik avtomobilləri (zavod
buraxılış tarixindən 1 ilə qədər
ötən, istismar olunmamış avtomobillər) |
8703 23 199 0 |
Məxsusi olaraq tibbi məqsədlər
üçün nəzərdə tutulmuş avtomobillər |
8705 |
Xüsusi təyinatlı mühərrikli
nəqliyyat vasitələri, sərnişin və
ya yükdaşınması üçün istifadə
olunanlardan başqa (məsələn, qəza-yük
avtomobilləri, avtokranlar, yanğınsöndürən
nəqliyyat vasitələri, avtobetonqarışdırıcılar,
yolların təmizlənməsi üçün
avtomobillər, çiləyici-yuyucu maşınlar,
avtoemalatxanalar, rentgen qurğuları ilə olan avtomobillər) |
8706 00 |
8701-8705 mal mövqelərində
təsnif edilən motor nəqliyyat vasitələri
üçün mühərrikli şassilər
(8706009100 mal mövqeyi istisna olmaqla) |
8707 90 100 0 |
Sənaye yığılması
üçün nəzərdə tutulmuş: yanaşı
gedən sürücü ib idarə olunan və
8701 10 000 0 alt yarımmövqeyində göstərilən
traktorların; 8704 mal mövqeyində göstərilmiş,
mühərrikinin silindrinin işlək hissəsinin
həcmi 2500 sm3-dən çox olmayan, sıxılma
ilə alışan, porşenli daxiliyanma mühərrikləri
(dizel və ya yarımdizel), yaxud mühərrikinin
silindrinin işlək hissəsinin həcmi 2800 sm3-dən
çox olmayan, qığılcım ilə alışan,
porşenli daxiliyanma mühərrikləri ilə
təchiz olunmuş nəqliyyat vasitələrinin;
8705 mal mövqeyində göstərilmiş xüsusi
təyinatlı, mühərrikli nəqliyyat vasitələrinin
kuzovları (kabinə daxil edilməklə) |
8707-8708 |
Ehtiyat hissələri (yalnız
8701 - traktorlar üçün) |
1 |
2 |
8709-8710 00 000 0 |
Özüyeriyən, qaldırıcı
və yükləmə qurğuları ilə təchiz
olunmamış, zavodlarda, anbarlarda, limanlarda və
təyyarə limanlarında yükləri qısa
məsafələrə daşımaq üçün
sənaye təyinatlı nəqliyyat vasitələri;
dəmiryol platformalarında istifadə olunan traktorlar;
yuxanda göstərilmiş nəqliyyat vasitələrinin
hissələri; Tanklar və başqa özüyeriyən
zirehli döyüş maşınlan, silahla və
ya silahsız və onların hissələri |
8711 |
Yalnız yol polisi üçün
xüsusi təchiz edilmiş motosikllər (zavod buraxılış
tarixindən 1 ilə qədər ötən, istismar
olunmamış motosikllər) |
8713 |
Əlil arabaları, mühərrik
və ya başqa hərəkət mexanizmləri
ilə təchiz olunmuş və ya olunmamış |
8714 20 000 0 |
Əlil arabaları üçün
hissələr və ləvazimatlar |
8716 20 000 0 |
Kənd təsərrüfatı
üçün özüyüklənən və
ya özüboşalan yedəklər və yarımyedəklər |
8716 39 100 0 |
Xüsusi olaraq yüksək radioaktiv
materialların daşınması üçün
nəzərdə tutulmuş |
Qrup 88 |
Uçuş aparatları, kosmik
aparatlar və onların hissələri |
Qrup 89-dan |
|
8901-8902 00 |
Kruiz, ekskursiya sərnişin gəmiləri,
bərələr, yük gəmiləri, barjlar və
sərnişin və yüklərin daşınması
üçün analoji üzən vasitələr;
Balıqçılıq gəmiləri; balıq
məhsullarının konservləşdirilməsi
və emalı üçün üzən bazalar
və başqa üzən gəmilər |
8904 00 |
Yedəklər (buksir) və gəmi
itələyənlər |
8905 |
Üzən mayaklar, yanğın
gəmiləri, torpaqqazan, üzən kranlar və
əsas funksiyası ilə müqayisədə gəmiçilik
xüsusiyyətləri ikinci dərəcəli olan
başqa gəmilər; üzən tərsanə;
üzən və ya su altında işləyən
qazma və ya istismar platformaları |
8906 |
Başqa gəmilər, hərbi
gəmilər və xilasetmə gəmiləri daxil
olmaqla, avarlı qayıqlardan başqa |
8907 |
Digər üzən konstruksiyalar
(məsələn, sallar, üzən çənlər,
kessonlar, debarkaderbr, buylar və bakenlər |
1 |
2 |
8908 000 00 0 |
Sökülmə üçün
nəzərdə tutulmuş gəmilər və
digər üzən konstruksiyalar |
Qrup 90-dan |
|
9001 |
Optik liflər və lifli-optik
jqutlar; lifli-optik kabellər (8544 mal mövqeyində
göstərilənlərdən başqa); polyarlaşma
materiallarından təbəqələr və lövhələr;
linzalar (kontakt linzaları daxil olmaqla), prizmalar, güzgülər
və istənilən materialdan digər optik elementlər,
yerinə qoyulmamış, optik emal olunmamış
şüşədən olan analoji elementlərdən
başqa |
9002 90 100 0 |
Mülki aviasiya üçün
alət və cihazların hissələri olan istənilən
materialdan yığma halında linzalar, prizmalar,
eynəklər və digər optik elementlər |
9010 41 000 0 |
Şəkilin bilavasitə yarımkeçirici
lövhələrin üzərində əks edilməsi
üçün aparatura |
9011 |
Mürəkkəb optik mikroskoplar,
mikrofotoçəkiliş, mikrokinoçəkiliş
və mikroproyeksiyalama üçün mikroskoplar
daxil olmaqla |
9012 |
Mikroskoplar, optiklərdən başqa;
difraksiya aparatları |
9013 |
Maye kristallarla olan qurğular,
başqa mal mövqelərində daha dəqiq təsvir
olunmuş məmulatlardan başqa; lazerlər, lazer
diodlarından başqa; digər optik cihaz və alətlər,
bu qrupun başqa yerində adı çəkilməyən
və təsnif olunmayan |
9014 20 |
Aeronaviqasiya və ya kosmos naviqasiya
üçün cihaz və alətlər (kompasdan
başqa) |
9015 |
Geodezik və ya topoqrafik (fotoqrammetrik
cihazlar daxil olmaqla), hidroqrafik, okeanoqrafik, hidroloji,
meteoroloji və ya geofiziki alətlər, kompaslardan
başqa; məsafəölçənlər |
1 |
2 |
9018-9019 |
Tibbi, cərrahi, stomatoloji və
ya baytarlıq alət və cihazları, ssintiqrafık
aparatlar, digər tibbi elektrik aparatları, digərləri
və görməni müayinə etmək üçün
cihazlar daxil edilməklə; Mexanoterapiya üçün
aparatlar; masaj aparatları; bacarığı müəyyənləşdirmək
üçün psixoloji test aparatları; ozon, oksigen
və aerozol müalicələri, süni tənəffüs
və ya digər tənəffüs müalicəsi
aparatları |
902110 |
Ortopedik və ya sınıqlann
müalicəsi üçün qurğular |
9021 31 000 0-902190 900 0 |
Süni bədən hissələri;
süni oynaqlar; göz protezləri; eşitmə
aparatları; kardiostimulyatorlar və onların hissə
və ləvazimatları |
9022 |
Rentgen, alfa-, beta-, qamma-şüalanmalarının
təsirinə əsaslanan, tibbi, cərrahi, stomatoloji
və baytarlıq müalicələrində istifadə
üçün nəzərdə tutulmuş və
ya tutulmamış aparatlar, rentgenoqrafik və radioterapevtik
müayinə aparatları, rentgen trubkaları və
digər rentgen şüalan generatorları, yüksək
gərginlik generatorları, idarə pultları və
lövhələri, ekranlar, stollar, kreslolar və
müayinə və ya müalicə üçün
analoji məmulatlar daxil edilməklə |
9023 00 |
Nümayiş məqsədləri
üçün istifadə olunan cihaz, aparat və
modellər (məsələn, tədrisdə və
ya nümayiş etdirilmək üçün), başqa
istifadələr üçün yararsız olan |
9024 |
Materialların bərkliyini, möhkəmliyini,
sıxılmasını, elastikliyini və digər
mexaniki xüsusiyyətlərini sınaqdan keçirmək
üçün maşın və cihazlar (məsələn,
metalların, oduncaqların, tekstil materialların,
kağızların, plastik kütlənin) |
9025 |
Areometrlər və mayeyə batırıldıqda
işləyən analoji cihazlar, termometrlər, pirometrlər,
barometrlər, hiqrometrlər və psixrometrlər,
yazıcı (qeydedici) qurğularla və ya yazıcı
qurğularsız və bu cihazların bir-biri ilə
istənilən birləşmələri |
1 |
2 |
9026 |
Maye və qazların məsrəfinin,
səviyyəsinin, təzyiqinin və digər dəyişən
səciyyələrinin ölçülməsi
və onlara nəzarət üçün cihaz və
aparatlar (məsələn, məsrəfölçənlər,
səviyyə göstəriciləri, manometrlər,
stilikölçənlər), 9014, 9015, 9028 və
9032 mal mövqelərində göstərilən
cihaz və ya aparaturadan başqa |
9027 |
Fiziki və kimyəvi analiz üçün
cihaz və aparatura (məsələn, polyarimetrlər,
refraktometrlər, spektrometrlər, qaz və tüstü
analizatorları); özlülüyün, məsaməliliyin,
genişlənmənin, səthi gərilmənin
ölçülməsi və onlara nəzarət
üçün və ya cihaz və aparatura (eksponometrlər
daxil edilməklə); mikrotomlar |
9028 |
Qazın, mayelərin və ya
elektrik enerjisinin verilməsi və ya istehsalının
sayğacları, kalibrləyicilər daxil olmaqla |
9029 |
Dövrlərin sayı və
məhsulun miqdarının sayğacları, taksometrlər,
millə ölçən sayğaclar, addımölçənlər
və analoji cihazlar; spidometrlər və taxometrlər,
9014 və ya 9015 mal mövqelərində göstərilənlərdən
başqa; stroboskoplar |
9030 |
Ossilloskoplar, spektr analizatorları,
elektrik vahidlərinə nəzarət və onun
ölçülməsi üçün digər
cihaz və aparatura, 9028 mal mövqeyində göstərilmiş
ölçü cihazlarından başqa; alfa-, beta-,
qamma-rentgen, kosmik və digər ionlaşdırıcı
şüaların aşkar edilməsi və ya ölçülməsi
üçün cihaz və aparatura |
9031 80 100 0 |
Mülki aviasiya üçün
ölçü cihazları |
9032 10 100 0; 9032 20 100 0; 9032 81
100 0; 9032 89 100 0; 9032 90 100 0 |
Mülki aviasiya üçün
avtomatik tənzimlənmə və idarə üçün
cihaz və aparatlar; termostatlar, manostatlar, hidravlik
və pnevmatik aparatlar; onların hissələri
və ləvazimatları |
Qrup 93-dən |
|
9301 |
Hərbi silah növləri (revolver,
tapança və 9307 mal mövqeyindəki silahlardan
başqa) |
|
9302 00 |
Revolverlər və tapançalar
(9303 və 9304 mal mövqelərində təsnif
edilənlərdən başqa) |
9305 |
9301-9304 mal mövqelərində
təsnif edilən məmulatların hissə və
ləvazimatları |
9306 |
Bombalar, qumbaralar, torpedalar, minalar,
raketlər və döyüş aparılması
üçün analoji vasitələr və onların
hissələri; patronlar, digər döyüş
sursatları, mərmilər və onların hissələri,
patronlar üçün qırmalar və sıxılar
daxil edilməklə |
Qrup 97 |
İncəsənət əsərləri,
kolleksiya əşyaları və antikvariat |
Qevd. 1.Əlavə dəyər vergisindən
azad olunan mallar xarici iqtisadi fəaliyyətin nomenklaturu
üzrə kodlarla müəyyən edilir.
2. Bu siyahıda 84-cü və85-ci mal qruplarında
göstərilən avadanlıqlar, texnologiya xətləri,
qurğular, maşınlar və mexanizmlər istehsal-buraxılış
tarixindən 2 ildən artıq vaxt ötdüyü təqdirdə
əlavə dəyər vergisinə cəlb olunur.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci ü 31 yanvar tarixli
11 nömrəli qərarı ilə təsdiq
edilmişdir
Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə
müəyyənləşdirilmiş təsnifat
üzrə əsas vəsaitə aid, idxal zamanı əlavə
dəyər vergisindən azad olunan daşınar
əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə
nomenklaturu üzrə siyahısı
XİF ƏN-in kodu |
Mal mövqelərinin adları |
1 |
2 |
8424 81 |
- kənd təsərrüfatı
və bağçılıq üçün: |
8424 81 100 0 |
-- suvarma qurğuları |
| |
~ digərləri: |
8424 81 300 0 |
— daşman qurğular |
| |
— digərləri: |
8424 81910 0 |
-— traktorlara qoşulmaq və ya
traktorlara yedəklənmək üçün nəzərdə
tutulmuş tozpaylayan və səpələyən
qurğular |
8424 81990 0 |
— digərləri |
8428 20 300 0 |
— xüsusi olaraq kənd təsərrüfatında
istifadə üçün nəzərdə tutulmuş
pnevmatik qaldırıcılar və konveyerlər |
8428 90 710 0 |
-— kənd təsərrüfatı
traktorlarına taxılmaq üçün hazırlanmış
yükləyici qurğular |
8429 |
Buldozerlər, dönməz və
dönər kavahınlarla, qreyderlər və planirovşiklər,
skreperlər, mexaniki kürəklər, ekskavatorlar,
birçalovlu yükləyicilər, toxaclayıcı
və yolbasan maşınlar, özügedən: |
| |
- buldozerlər, dönməz və
dönər kavahınlarla: |
8429 11 00 |
- tırtıllı: |
8429 110010 |
— gücü 250 a.g (at gücü)-dən
çox |
8429 11 002 0 |
— gücü 400 a.g. və çox,
-50° C və aşağı hava temperaturlarında
işləmək üçün nəzərdə
tutulan |
8429 11 009 0 |
— digərləri |
8429 19 000 0 |
-- digərləri |
8429 20 00 |
- qreyderlər və planirovşiklər: |
1 |
2 |
842920 001 0 |
- qreyderlər, gücü 350
a.g. və çox |
8429 20 009 0 |
- digərləri |
8429 30 000 0 |
- skreperlər |
8429 40 900 0 |
- toxaclayıcı maşınlar |
| |
mexaniki kürəklər, ekskavatorlar
və birçalovlu yükləyicilər: |
8429 51 |
- frontal birçalovlu yükləyicilər: |
8429 51 100 0 |
~ yeraltı işlər üçün
xüsusi hazırlanmış yükləyicilər |
| |
-- digərləri: |
8429 51910 0 |
— birçalovlu tırtıllı
yükləyicilər |
8429 51 990 0 |
— digərləri |
8429 52 |
- tamdönər maşınlar: |
8429 52 100 0 |
— tırtıllı ekskavatorlar |
8429 52 900 0 |
— digərləri |
8429 59 000 0 |
- digərləri |
8432 |
Kənd təsərrüfatı,
bağçılıq, meşə təsərrüfatı
maşınları, torpağın hazırlanması
və işlənməsi üçün; qazon
və ya idman meydançaları üçün
katoklar: |
8432 10 |
- kotanlar: |
8432 10 100 0 |
-- gavahınlı |
8432 10 900 0 |
-- digərləri |
| |
- dırmıqlar, kətmənlər,
kultivatorlar, alaqaparan, kərkilər: |
8432 21 000 0 |
-- diskli dırmıqlar |
8432 29 |
-- digərləri: |
8432 29 100 0 |
— kətmənlər və kultivatorlar |
8432 29 300 0 |
— dırmıqlar |
8432 29 500 0 |
— torpaq frezləri |
8432 29 900 0 |
— digərləri |
8432 30 |
- toxumsəpən, əkən
və şitilbasdıran maşınlar: |
| |
-- toxumsəpən: |
1 |
2 |
8432 30 110 0 |
- mərkəzi ötürücüsü
olan dəqiq səpin aparan toxumsəpən |
8432 30 190 0 |
- digərləri |
8432 30 900 0 |
- əkən və şitilbasdıran
maşınlar |
8432 40 |
üzvi və mineral gübrə
səpələyiciləri və paylayıcıları: |
8432 40100 0 |
- mineral və ya kimyəvi gübrələrin
paylanması üçün |
8432 40 900 0 |
- digərləri |
8432 80 000 0 |
digər maşın |
8432 90 000 0 |
hissələri |
8433 |
Kənd təsərrüfatı
bitkilərinin yığılması və ya döyülməsi
üçün maşın və ya mexanizmlər,
presləyici-toplayıcılar, aman və quru otları
kiplər formasında qablaşdırmaq üçün
preslər daxil olmaqla; otbiçənlər və
qazonbiçənlər; 8437 mal mövqeyində
göstərilənlərdən başqa, yumurta,
meyvə və ya digər kənd təsərrüfatı
məhsullarının təmizlənməsi, sortlaşdırılması
və ya çıxdaş edilməsi üçün
maşınlar: |
| |
- qazonlar, parklar və ya idman meydançaları
üçün otkəsən maşınlar: |
8433 11 |
-- motorlu, horizontal səth üzərində
fırlanan kəsici hissə ilə: |
8433 11 100 0 |
— elektriklə işləyən |
| |
— digərləri: |
| |
— özügedən: |
8433 11510 0 |
— oturacaqlı |
8433 11590 0 |
— digərləri |
8433 11 900 0 |
— digərləri |
8433 19 |
- digərləri: |
| |
— mühərrikli: |
8433 19 100 0 |
— elektriklə işləyən |
| |
— digərləri: |
| |
----- özügedən: |
1 |
2 |
8433 19 510 0 |
----- oturacaqlı |
8433 19 590 0 |
----- digərləri |
8433 19 700 0 |
— digərləri |
8433 19 900 0 |
— mühərriksiz |
8433 20 |
otbiçənlər, traktorlara
bərkidilənlər daxil olmaqla, digərləri: |
8433 20 100 0 |
- mühərriklə |
| |
- digərləri: |
| |
- traktor üçün, asma
və ya yedəkli: |
8433 20 510 0 |
— horizontal səth üzərində
fırlanan kəsici hissə ilə |
8433 20 590 0 |
— digərləri |
8433 20 900 0 |
- digərləri |
8433 30 |
küləş tədarükü
üçün digər maşınlar: |
8433 30 100 0 |
- otçevirən, yan dırmıqları
və samanqarışdıranlar |
8433 30 900 0 |
- digərləri |
8433 40 |
- küləş və samandan
kipbağlayan preslər, presləyici-yığıcılar
daxil olmaqla: |
8433 40 100 0 |
-- presləyici-yığıcılar |
8433 40 900 0 |
- digərləri |
| |
- məhsul yığımı
üçün digər maşınlar; taxıldöyən
maşın və mexanizmlər: |
8433 51 000 0 |
-- taxılyığan kombaynlar |
8433 52 000 0 |
-- digər taxıldöyən
maşın və mexanizmlər |
8433 53 |
-- köklərin və ya meyvəköklülərin
yığılması üçün maşınlar: |
8433 53 100 0 |
— kartofqazıyan və kartofyığan
maşınlar |
8433 53 300 0 |
— çuğundurun tağını
kəsən maşınlar və çuğunduryığan
maşınlar |
8433 53 900 0 |
— digərləri |
8433 59 |
-- digərləri: |
| |
— silosyığan kombaynlar: |
8433 59 110 0 |
-— özügedən |
1 |
2 |
8433 59 190 0 |
— digərləri |
8433 59 300 0 |
- üzümyığan kombaynlar |
8433 59 800 0 |
— digərləri |
8433 60 000 0 |
yumurta, meyvə və ya başqa
kənd təsərrüfatı məhsullarının
təmizlənməsi, çeşidlənməsi
və ya kalibrovka edilməsi üçün maşınlar |
8433 90 000 0 |
hissələri |
8434 |
Sağıcı qurğu və
aparatları, südün emalı və təkrar
emalı üçün avadanlıqlar: |
8434 10 000 0 |
sağıcı qurğu və
aparatları |
8434 20 000 0 |
südün emalı və təkrar
emalı üçün avadanlıqlar |
8434 90 000 0 |
hissələri |
8435 |
Preslər, xırdalayıcılar
və şərabçılıq, sidr, meyvə
şirələri və digər içkilərin
istehsalı üçün analoji maşınlar: |
8435 10 000 0 |
avadanlıqlar |
8435 90 000 0 |
hissələr |
8436 |
Kənd təsərrüfatı,
bağçılıq, meşə təsərrüfatı,
quşçuluq və ya arıçılıq
üçün avadanlıqlar, toxumların yetişdirilməsi
üçün avadanlıqlar daxil edilməklə,
mexaniki və ya qızdırıcı qurğularla,
digərləri; quşçuluq üçün
inkubatorlar və bruderlər: |
8436 10 000 0 |
- heyvan yemi hazırlanması üçün
maşın və mexanizmlər |
| |
- quşçuluq üçün
avadanlıqlar; inkubatorlar və bruderlər: |
8436 21 000 0 |
- inkubatorlar və bruderlər |
8436 29 000 0 |
- digərləri |
8436 80 |
- digər avadanlıqlar: |
8436 80 100 0 |
- meşə təsərrüfatı
üçün maşın və avadanlıqlar |
| |
-- digərləri: |
8436 80 910 0 |
— avtomişarlar |
8436 80 990 0 |
— digərləri |
| |
- hissələr: |
1 |
2 |
8436 91 000 0 |
- quşçuluq və ya inkubatorlar
və bruderlər üçün avadanlıqlar |
8436 99 000 0 |
digərləri |
8437 |
Toxum, taxıl və paxlalı
bitkilərin təmizlənməsi, çeşidlənməsi
və ya kalibrovka edilməsi üçün maşınlar;
unüyütmə sənayesi üçün avadanlıqlar
və ya taxıl və quru paxlalıların emalı
üçün avadanlıqlar, kənd təsərrüfatı
fermalarında istifadə olunan avadanlıqlardan başqa: |
8437 10 000 0 |
- toxum, taxıl və ya quru paxlalı
bitkilərin təmizlənməsi, çeşidlənməsi
və ya kalibrovka edilməsi üçün maşınlar |
8437 80 000 0 |
digər avadanlıqlar |
8437 90 000 0 |
- hissələri |
8438 |
Bu qrupun başqa yerində adı
çəkilməyən və ya təsnif olunmayan
yeyinti məhsullarının və ya içkilərin
sənaye istehsalı və ya hazırlanması üçün
avadanlıqlar, heyvan və ya buxarlanmayan bitki mənşəli
yağ və ya piylərin ekstraksiyası və ya
hazırlanması üçün olan avadanlıqlardan
başqa: |
8438 10 |
- çörək-bulka məmulatları,
makaron, spagetti və ya analoji məmulatların hazırlanması
üçün avadanlıqlar: |
8438 10 100 0 |
-- çörək-bulka məmulatlarının
istehsalı üçün avadanlıqlar |
8438 10 900 0 |
-- makaron, spagetti və ya analoji
məhsulların istehsalı üçün avadanlıqlar |
8438 20 000 0 |
- qənnadı sənayesi, kakao
tozu və ya şokolad istehsalı üçün
avadanlıqlar |
8438 30 000 0 |
- şəkər sənayesi üçün
avadanlıqlar |
8438 40 000 0 |
- pivəbişirmə sənayesi
üçün avadanlıqlar |
8438 50 000 0 |
- ət və quş emalı
üçün avadanlıqlar |
8438 60 000 0 |
- meyvə, qoz-fındıq və
ya tərəvəz emalı üçün avadanlıqlar |
8438 80 |
- digər avadanlıqlar: |
8438 80 100 0 |
-- çay və kofe emalı
üçün |
| |
-- digərləri: |
8438 80 910 0 |
— içki hazırlanması və
ya istehsalı üçün |
8438 80 990 0 |
— digərləri |
1 |
2 |
8438 90 000 0 |
- hissələr |
8701 |
Traktorlar (8709 mal mövqeyindəki
traktorlardan başqa): |
8701 10 000 0 |
- yanaşı gedən sürücü
tərəfindən idarə olunan traktorlar |
8701 20 |
- yarımqoşqular üçün
təkərli traktorlar: |
8701 20 10 |
- təzələri: |
8701 20 101 0 |
- yəhərli dartıcılar |
8701 20 109 0 |
~ digərləri |
8701 20 90 |
- istismar olunmuş: |
8701 20 901 0 |
- yəhərli dartıcılar |
8701 20 909 0 |
— digərləri |
8701 30 |
tırtıllı traktorlar: |
8701 30 100 0 |
- xizək trasları (yollan) çəkmək
üçün |
8701 30 900 0 |
-- digərləri |
8701 90 |
- digərləri: |
| |
~ kənd təsərrüfatı
işləri üçün traktorlar (yanaşı
gedən sürücü tərəfindən idarə
olunan traktorlardan başqa) və meşə təsərrüfatı
üçün traktorlar, təkərli: |
| |
— təzələri, mühərriklərinin
gücü: |
870190 110 0 |
— 18 kVt-dan çox olmayan |
8701 90 200 0 |
— 18 kVt-dan yuxarı, lakin 37 kVt-dan
çox olmayan |
8701 90 250 0 |
-— 37 kVt-dan yuxarı, lakin 59 kVt-dan
çox olmayan |
870190 310 0 |
-— 59 kVt-dan yuxarı, lakin 75 kVt-dan
çox olmayan |
8701 90 350 0 |
-— 75 kVt-dan yuxarı, lakin 90 kVt-dan
çox olmayan |
8701 90 390 0 |
-— 90 kVt-dan yuxan |
8701 90 500 0 |
— istismar olunmuş |
8701 90 900 0 |
- digərləri |
|