Minimum aylıq əməkhaqqının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Azərbaycan Respublikasında əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:
1. Minimum aylıq əməkhaqqının məbləği 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 2577 nömrəli Sərəncamı (3-cü bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 25 avqust 2008-ci il.
geri