Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytı NETTY-2005 Milli İnternet
Mükafatı ilə təqdim olundu
Aprel ayının 2-də NETTY-2005 Milli İnternet Premiyası qaliblərinin təltif olunma mərasimi keçirildi. Virtual jürinin seçdiyi 30 namizəd arasında (cəmi 110 səhifə iştirak edirdi) Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytı da var idi. Veb-akademiyanın münsiflər heyətinin keçirdikləri yekun səsvermənin nəticələrinə görə, “Dövlət saytı” kateqoriyası üzrə Vergilər Nazirliyinin səhifəsi rəqib proyektlər içərisində “Ən yaxşı dövlət saytı” kimi qalib adlandırılmışdır! Mükafatı Azərbaycan Respublikası Prezident Aparatının informasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri cənab Elmir Vəlizadə təqdim etmişdir.
Akademiyanın tərkibinə həftəlik şəbəkə icmalı olan «Internet News» qəzetinin nümayəndələri, alimlər, informasiya texnologiyaları üzrə mütəxəssislər, provayder nümayəndələri, hökümət strukturlarının nümayəndələri və incəsənət xadimləri daxil idilər:
Elmir Vəlizadə - AR Prezident Aparatının informasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri
Əflatun Məmmədov - AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin telekommunikasiya şöbəsinin rəisi
Nuru Əhmədov - «Azeurotel» telekommunikasiya şirkətinin rəhbəri
Abdul Qəhrəmanzadə - İTU eksperti, keçmiş Rabitə naziri, IU/Azrena Distance Learning layihəsinin rəhbəri
Faiq Fərmanov - Azərbaycanda birinci internet provayderi olan «İntraNS»-in rəhbəri
Osman Gündüz - «Multimedia» QHT-nin rəhbəri
Arif Məmmədzadə - "IT MAGAZINE" jurnalının baş redaktoru
Yaşar Hacıyev - GİPİ layihəsinin rəhbəri
Samir Əliverdibəyov - AzNET layihəsinin rəhbəri
İsrail Asaliyev - Internet Access Training Program (İATP) proqramının Azərbaycanda rəhbəri
Qalib Qurbanov - Azərbaycan İnternet Cəmiyyətinin və Azerin internet-provayderin rəhbəri
Fərid Kazımov - "Rif Alyans" informasiya-analitik aqentliyin rəhbəri, IKT üzrə mütəxəssis
Rauf Əliyev - "Turan" IA-nin xüsusiləşdirilmiş bülletenlər departamentinin rəhbəri
İlqar Həsənov - "Penki Kontinental Baku" veb-şirkətinin rəhbəri
Ruslan Novruzov - "Network Technologies" şirkətinin rəhbəri, Internet News qəzetinin baş redaktoru
Vyaçeslav Sapunov - "Internet News" qəzetinin baş redaktor müavini, veb-icmalçı, bir çox internet layihələrinin təşəbbüsçüsü
Zaur Zeynalov - "Internet News" qəzetinin azərbaycan versiyasının redaktoru
«Netti» internet mükafatı – internet və informasiya texnologiyaları sahəsində peşəkar Azərbaycan mükafatıdır.
«Netti» layihəsi ən müvəffəqiyyətli azərbaycan veb-layihələri və xadimləri müəyyənləşdirmək və mükafatlandırmaqla Beynəlxalq Şəbəkənin milli seqmentinin inkişafına yönəlib.
Mövcud olduğu müddət ərzində şəbəkənin milli seqmenti heç də az olmayan nailiyyət qazanmış və Aznet hal-hazırda istehsalat sahəsinin mükafatlandırmasına ehtiyacı var.
Təşkilatçılar ümid edirlər ki, Netty nəinki Azərbaycan internetinin genişlənməsi və möhkəmlənməsinə qulluq edəcək, həmçinin şəbəkənin milli seqmentinin bir növ rəmzinə çevriləcək.
Bu qələbə münasibətilə vergi sistemində çalışan bütün əməkdaşları təbrik edir, bizə dəstək verən hər bir Akademiya nümayəndəsinə, həmçinin virtual jüri üzvünə təşəkkürümüzü bildiririk!