Veb-akademiyanın münsiflər heyətinin keçirdikləri yekun səsvermənin nəticələrinə görə, "Dövlət saytı" kateqoriyası üzrə Vergilər Nazirliyinin səhifəsi artıq 2-ci dəfə (ilk dəfə 2005-ci ildə) rəqib proyektlər içərisində 2008-ci ilin "Ən yaxşı dövlət saytı" kimi qalib adlandırılmışdır!

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytı NETTY-2008 Milli İnternet

Mükafatı ilə təqdim olundu


17 may 2008-ci il tarixində Bakı Əyləncə Mərkəzində NETTY 2008 Azərbaycan Milli İnternet Mükafatın verilməsinin təntənəli mərasimi keçirildi.
Rəsmi şəraitdə NETTY-nin akademikləri on dörd nominasiya üzrə ən yaxşı milli veb-saytlarının adlarını müəyyən etdilər. Mükafata nominant olmuş 41 iddiaçılardan, resursların virtual səsvermə nəticəsində, aşağıdakı nominasiyalar üzrə 14 qalib elan edilmişdir:

1. Dövlət saytı: http://www.taxes.gov.az

2. Korporativ sayt: http://www.bankrespublika.az

3. Elm və təhsil: http://katarakte.net

4. Mədəniyyət və incəsənət: http://www.lit.az

5. İnformasiya və xəbərlər: http://novosti.az

6. Servis-saytlar: http://www.jobsearch.az

7. Əlyəncə: http://open.az

8. İdman: http:// www.agf.az

9. Azərbaycan: http://museum.musigi-dunya.az

10. Şəxsi sayt: http://www.adaletshukurov.com

11. Cəmiyyət: http://www.4uth.az

12. Ana dili: http://www.azerikitab.az

13. Ən yaxşı dizayn: http://www.sheyxsefi.az

14. “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” şərəfli mükafatının sahibi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə oldu.

Mərasimin iştirakçıları Nazirliklərin nümayəndələri, ölkənin ən böyük İT şirkətlərinin rəhbərləri, mükafatın nominantları, KİV nümayəndələri və çoxlu qonaqlar oldu.

Bu qələbə münasibətilə vergi sistemində çalışan bütün əməkdaşları təbrik edir, bizə dəstək verən hər bir Akademiya üzvünə, həmçinin virtual jüri üzvlərinə təşəkkürümüzü bildiririk!

© AR Vergilәr Nazirliyi, 2001-2008 Haqqında Qanun Bәyannamә Statistika Sual-Cavab Əlaqә: info@taxes.gov.az