Şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN-kodu vəsiqənin fotoşəkil olan üzündə yerləşir. Vəsiqənin nömrəsi 8 rəqəmdən, FİN kodu isə 7 simvoldan ("İ" və "O" hərfləri istisna olmaqla ingilis əlifbasının hərflərindən və rəqəmlərdən) ibarətdir. Vəsiqənin FİN-kodunu axırıncı sətirdə çap edilmiş son səkkiz simvolun ilk yeddisi təşkil edir. Misal üçün, şəkildəki şəxsiyyət vəsiqəsində qırmızı çərçivəyə alınmış 7 simvol ("94FMDDD") FİN-koddur, sonuncu simvol isə, yəni "4" rəqəmi, nəzərə alınmır.