Axtar
az|рус|eng
Sahibkar Yoxlamaları
Qanunvericilik


2014-cü il ərzində vergi ödəyicilərinin auditi sahəsində görülmüş işlər haqqında

2014- cü il ərzində səyyar vergi yoxlamaları aparılmış vergi ödyicilərinin 99,4%-də vergi qanunvericiliyinin pozulması halları aşkar edilmiş, bu dövr ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları nəticəsində 905 milyon 423,6 min manat əlavə vəsait hesablanmışdır. Bu məbləğin 62%-ni əlavə hesablanmış vergi məbləği, 38%-ni isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası (faizlə birgə) təşkil etmişdir.   Ümumilikdə 2013-cü illə müqayisədə 2014-cü il ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları zamanı cəmi əlavə hesablamanın məbləği 215 milyon 774,5 min manat və ya 31,3% artmışdır.  

2014-cü il ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları üzrə orta hesabla 1 yoxlamaya düşən hesablanmış cəmi əlavə vəsaitin məbləği 78,6 min manat təşkil etmişdir ki, bu da əvvəlki dövrlə müqayisədə 8,3% çoxdur.   

Əlavə hesablanmış vəsaitlərdə mənfəət vergisi 16,6%, əlavə dəyər vergisi 29,1%, ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi istisna olmaqla) 40,8%, sadələşdirilmiş vergi 1,6%, sahibkarlıq fəaliyyətindən gəlir vergisi 1%, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 5,4%, digər vergilər isə 5,5% təşkil etmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.