Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Xidmət mərkəzləri

Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə vergi orqanı olmayan iri şəhər və rayonlarda Vergi ödəyicilərinə Xidmət Mərkəzləri yaradılmışdır.

Xidmət Mərkəzlərinin əsas məqsədi həmin rayonda fəaliyyət göstərən vergi ödəyicilərinə müasir standartlara uyğun vergi xidmətlərinin göstərilməsidir.

Xidmət Mərkəzlərində zəruri şərait yaradılmış və onların funksiyaları genişləndirilmişdir. Siz vergi orqanına getmədən yaşadığınız və ya fəaliyyət göstərdiyiniz ərazidəki Xidmət Mərkəzinə müraciət edərək aşağıdakı vergi xidmətlərindən istifadə edə bilərsiniz:

  • vergilər barədə məlumat və izahatların alınması;
  • fiziki şəxslərin qeydiyyatı və qeydiyyatdan çıxarılması, hüquqi və fiziki şəxslərin təsərrüfat subyektlərinin (obyektlərinin), NKA-larının qeydiyyatı və qeydiyyatdan çıxarılması, ƏDV qeydiyyatı və qeydiyyatdan çıxarılması, uçot məlumatlarının dəyişdirilməsi, digər qeydiyyat və uçot xidmətləri (hüquqi şəxslər istisna olmaqla);
  • bütün növ elektron xidmətlər, o cümlədən bəyannamələrin, onlayn ərizələrin göndərilməsi;
  • hazır sənədlərin və arayışların təhvil verilməsi;
  • “Asan İmza”nın, habelə istifadəçi kodu, şifrə və parolun əldə edilməsi və dəyişdirilməsi;
  • əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsi; 
  • uyğunsuzluq məktublarının araşdırılması və s.

Xidmət Mərkəzləri iş günləri saat 09:00-dan saat 18:00-dək fasiləsiz işləyir.








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.