Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
Sadələşdirilmiş vergi

2.2.2. Rüb ərzində gəlir əldə etdiyim, lakin təsərrüfat subyektim olmadığı və ya 1 təsərrüfat subyektim olduğu halda nə etməliyəm?

Bəyannamənin onlayn rejimdə göndərilməsi üçün İnternet Vergi İdarəsinə (e-taxes.gov.az) daxil olursunuz. Açılan pəncərənin yuxarı sol hissəsində “GİRİŞ” düyməsini sıxırsız. Açılan növbəti pəncərədə vergi orqanı tərəfindən Sizə verilən qapalı zərfdə yazılan istifadəçi kodu, parol və şifrəni müvafiq xanalara və ya "ASAN İmza" məlumatlarını daxil etməklə “Bölmə” hissəsindən “E-bəyannamə, ƏDV-DH və ŞHV” alt bölməsini seçərək “Daxil ol” düyməsini sıxırsınız. Açılan pəncərədə yuxarı sol tərəfdə “E-Bəyannamə” siyahısından “On-line sadələşdirilmiş bəyannamə” alt menyunu seçirsiniz və açılan ekranda bəyannaməni tərtib etməyə başlayırsınız.

Açılan ekran 3 bölmədən, yəni “Ümumi məlumat”, “Verginin hesablanması”, “Muzdlu işlə əlaqədar verginin hesablanması ”və “Əlavələr - 1, 3” bölməsindən ibarətdir.

Ekranda ilkin açlan “Ümumi məlumat” bölməsində “Vergi dövrü” xanasından “Rüblük” seçirsiz, hansı rübün hesabatı təqdim edilirsə, həmin “rübü”, məsələn “2. Rüb” və “ili”, məsələn “2016”  seçirsiz, zəruri hallarda Sizinlə operativ surətdə əlaqə yaradılması üçün mobil və şəhər telefon nömrələrinizi müvafiq xanalara daxil edirsiniz. Bəyannamənin əlavələri tərtib ediləcəksə Təqdim olunmuş Əlavənin sayını və bəyannamənin növünü  (cari, dəqiqləşdiirlmiş, ləğv olma və ya ləğvin dəqiqləşdirilmiş) seçərək müvafiq xanalara daxil edirsiniz. Dövrü üzrə təqdim edilən bəyannamə birinci dəfə göndərildikdə “Cari” seçirsiniz.

Daha sonra yuxarıda passiv olan “Verginin hesablanması” bölməsini seçirsiniz.

- Əgər Siz Bakı şəhərində fəaliyyət göstərirsinizsə Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən müvafiq bölmənin “Bakı şəhərində” sütununda, digər rayonlarda fəaliyyət göstərirsinizsəDigər rayon və şəhərlərdə” sütununun 801-ci, 802-ci və 803-cü sətirlərində Rübün 1-ci, 2-ci və 3 aylarında təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərini daxil edirsiniz. 804-cü sətirdə Rüb üzrə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlir istisna edilməklə) həcmini daxil edirsiniz. 804.1-ci sətirdə daşınmaz əmlak satışından, 804.2-ci sətirdə isə satəşdankənar gəlirlərdən (ödəmə mənbəyində vergi tutulmuş gəlir istisna edilməklə) əldə edilən məbləği daxil edirsiniz. 808-ci sətirdə vergi tutulmayan əməliyytaların məbləği, məsələn rüb ərzində bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirin məbləği daxil edilir.  

- Əgər Siz yalnız ticarət  və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs kimi fəaliyyət göstərirsinizsə “Vergi Məcəlləsinin 220.1-1-ci maddəsinə əsasən” bölməsinin müvafiq “Ticarət” və ya “İctimai iaşə” sütununun 809-cu, 810-cu və 811-ci sətirlərində Rübün 1-ci, 2-ci və 3 ayında təqdim edilmiş malların və xidmətlərin dəyərini daxil edirsiniz. 812-ci sətirdə Rüb üzrə təqdim edilmiş mallara və xidmətlərə görə əldə edilmiş ümumi hasilatın həcmini (qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) daxil edirsiniz.

- Əgər Siz İdman mərc oyunlarının operatoru və ya satıcısı kimi fəaliyyət göstərirsinizsə “Vergi Məcəlləsinin 220.9-cu maddəsinə əsasən” bölməsinin müvafiq olaraq “816 - İdman mərc oyunlarını həyata keçirən vergi ödəyicilərinin (mərc oyunlarının Operatorunun) gəlirlərinin və hesablanmış verginin məbləği” və ya “817 - İdman mərc oyunları satıcılarının gəlirlərinin və hesablanmış verginin məbləği” sətirlərinin “Gəlirlərin məbləği, manatla” sütununda Rüb ərizdə operatorun oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitinin, satıcıların isə operatorun ona verdiyi komisyon haqqının məbləğini daxil edirsiniz. 

Növbəti passiv olan “Muzdlu işlə əlaqədar verginin hesablanması” bölməsini seçirsiniz. Əgər rübün heç bir ayında işçiniz olmayıbsa 818-ci, 819-cu və 820-ci sətirlərin hər üç sütunlarının müvafiq xanalarında “0” qeyd edirsiniz. İşçiniz olduğu təqdirdə isə bölmənin müvafiq sətirlərinə işçilərin sayını, onlara hesablanan əmək haqqının məbləğini və hesablanmış vergi məbləğini müvafiq xanalara daxil edirsiniz.

Əgər bəyannamənin əlavələrinin tərtib edilməsinə ehtiyac yaranmırsa səhifənin aşağısındakı “Göndər” düyməsini sıxırsınız. Byannamə tam doldurulduqdan və doğruluğu təsdiq edildikdən sonra, bəyannamə məlumatlarının sistem tərəfindən yoxlanılması üçün “Yoxla” düyməsini sıxırsınız. Bəyannamə sistem tərəfindən yoxlanıldıqdan sonra,  əgər səhv yoxdursa, onun göndərilməsinin  təsdiqlənməsi üçün  “Təsdiqlə” düyməsini, sonra isə “OK”  düyməsini sıxırsınız. Sonda bəyannamənin qəbul edilməsi barədə “Bildiriş”ə və bəyannaməyə baxa və ya “Çap” düyməsi vasitəsi ilə çap edə bilərsiniz.

Video təlimat:

1 və 3 nömrəli Əlavəsiz “Sadələşdirilmiş verginin bəyannaməsi”nin onlayn qaydada tərtib edilərək göndərilməsi








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.