Axtar
az|рус|eng
Sadələşdirilmiş vergi

2.2.1. Rübün heç bir ayında gəlirim və işçim olmadığı halda nə etməliyəm?

“Sadələşdirilmiş verginin bəyannaməsinin onlayn rejimdə göndərilməsi” üçün İnternet Vergi İdarəsinə (e-taxes.gov.az) daxil olursunuz.

Açılan pəncərənin yuxarı sol hissəsində “GİRİŞ” düyməsini sıxırsız. Açılan növbəti pəncərədə vergi orqanı tərəfindən Sizə verilən qapalı zərfdə yazılan istifadəçi kodu, parol və şifrəni müvafiq xanalara və ya "ASAN İmza" məlumatlarını daxil etməklə “Bölmə” hissəsindən “E-bəyannamə, ƏDV-DH və ŞHV” altbölməsini seçərək “Daxil ol” düyməsini sıxırsınız.

Açılan pəcərənin yuxarı sol tərəfində “E-Bəyannamə” siyahısından “On-line sadələşdirilmiş bəyannamə” altmenyunu seçirsiniz və açılan ekranda bəyannaməni tərtib etməyə başlayırsınız. Açılan ekranın sarı rəngdə olan pəncərəsinin yuxarı hissəsində passiv pəncərələr də yerləşdirilmişdir.

İlk açılan pəncərədəki “Ümumi məlumat” hissəsində “Vergi dövrü” xanasından “Rüblük” seçirsiz, hansı rübün hesabatı təqdim edilirsə, həmin “rübü”, məsələn “2. Rüb” və “ili”, məsələn “2016”  seçirsiz, zəruri hallarda Sizinlə operativ surətdə əlaqə yaradılması üçün mobil və şəhər telefon nömrələrinizi müvafiq xanalara daxil edirsiniz. Bəyannamənin əlavələri tərtib edilməyəcəksə Təqdim olunmuş Əlavənin sayını “0” kimi qeyd edirsiz və bəyannamənin növünü (cari, dəqiqləşdiirlmiş,) seçərək müvafiq xanaya daxil edirsiniz.

Rüb ərzidə bəyan ediləcək məlumatın olmadığı halda pəncərənin aşağısındakı Bəyan ediləcək məlumatım yoxdur” sətrinin qarşısına müvafiq işarə edirsiniz və “Göndər” düyməsini sıxırsınız.

Byannamə tam doldurulduqdan və doğruluğu təsdiq edildikdən sonra, bəyannamə məlumatlarının sistem tərəfindən yoxlanılması üçün “Yoxla düyməsini sıxırsınız.

Bəyannamə sistem tərəfindən yoxlanıldıqdan sonra,  əgər səhv yoxdursa, onun göndərilməsinin  təsdiqlənməsi üçün “Təsdiqlə” düyməsini, sonra isə “OK” düyməsini sıxırsınız. Sonda bəyannamənin qəbul edilməsi barədə “Bildiriş”ə və bəyannaməyə baxa və ya “Çap düyməsi vasitəsilə çap edə bilərsiniz.

Video təlimat:

Heç bir dövriyyə və işçi olmadığı halda “Sadələşdirilmiş verginin bəyannaməsi”nin onlayn qaydada tərtib edilərək göndərilməsi






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.