Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
Sadələşdirilmiş vergi

2.1. Bəyannaməni nə vaxt  təqdim etməliyəm və vergini nə zaman ödəməliyəm?

-  Bina tikintisi fəaliyyəti, Avtonəqliyyat vasitəsi ilə respublika ərazisində daşımaları və İdman mərc oyunlarını həyata keçirən şəxslər istisna olmaqla digər sadələşdirilmiş verginin ödəyiciləri hesablanmış vergini hər rübdən sonrakı ayın (yanvar, aprel, iyul və oktyabr aylarının) 20-dən gec olmayaraq “Sadələşdirilmiş verginin bəyannaməsi ilə bəyan etməli və həmin tarixdən gec olmayaraq bəyan edilmiş vergini dövlət büdcəsinə ödəməlidir.

 

Siz Yaşayış və qeyri-yaşayış sahələrini təqdim etdiyiniz zaman bu təqdimetmə üzrə vergi alqı-satqı müqaviləsini təsdiq edən notariuslar tərəfindən hesablanaraq tutulmalı,1 bank günü ərzində dövlət büdcəsinə ödəməli və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bu barədə “Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsi” vergi orqanına təqdim edilməlidir.

 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicisi kimi vergi orqanına bəyannamə vermirsiniz və vergini təqvim ayının sonunadək növbəti ay, rüb, yarım il və ya il üçün hər bir nəqliyyat vasitəsi üçün rəsmi icazə sənədi olan "Fərqlənmə nişanı" alarkən dövlət büdcəsinə ödəyirsiniz.

 

Bina tikintisi fəaliyyəti ilə məşğul olan və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edən şəxs kimi tikinti-quraşdırma işlərinin başlandığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin  sadələşdirilmiş vergi bəyannaməsini təqdim edirsiniz, həmin bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergini bərabər hissələrlə 10 rüb ərzində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyirsiniz. Bu halda hüquqi şəxs kimi ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs kimi isə ƏDV-nin və gəlir vergisinin ödəyicisi hesab edilmirsiniz.

 

İdman mərc oyunlarının operatorları və satıcıları kimi hesablanmış vergini hesabat rübdən sonrakı ayın 20-dən gec olmayaraq “Sadələşdirilmiş  verginin bəyannamə”si ilə vergi orqanına bəyan edirsiniz və həmin tarixdən gec olmayaraq bəyan edilmiş vergini dövlət büdcəsinə ödəyirsiniz.

 

Daha ətraflı








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.