Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Sadələşdirilmiş vergi

1.2. Nə qədər  sadələşdirilmiş vergi ödəməliyəm?

Siz sahibkarlıq fəaliyyətindən gəlir əldə edən şəxs kimi hesabat rübü ərzində təqdim etdiyiniz mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlir istisna olmaqla) Bakı şəhərində 4 faizi, digər regionlarda isə 2 faizi;

Siz yalnız ticarət  və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs kimi vergi tutulan əməliyyatlarınızın həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda, seçiminiz əsasında ticarət və (və ya) ictimai iaşə fəaliyyətindən əldə olunan gəlirin (qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) müvafiq olaraq 6 faizi8 faizi;

Siz fiziki şəxs kimi mülkiyyətinizdə olan və 5 ildən az müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğunuz yaşayış sahəsini (mənzili) təqdim etdikdə həmin sahənin hər kvadratmetri üçün baza məbləği olan 15 manata, Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş zonalar üzrə Vergi Məcəlləsinin 220.8-ci maddəsində göstərilən əmsallar tətbiq etməklə hesablanan vergi alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən tutulur.

Vergiyə cəlb edilən yaşayış sahələrinin (mənzilin) hər kvadratmetri üçün sadələşdirilmiş vergi 15 manat olmaqla aşağıda göstərilən qaydada hesablanır:

 

SVM = S x 15 manat x ZƏ

SVM - ödəniləcək sadələşdirilmiş verginin məbləği

S - mənzilin sahəsi (m²-lə)

15 manat – verginin hesablanması üçün baza məbləği

- Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalı.

 

ZONALAR

ZONA ƏMSALI

BAZA MƏBLƏĞİ

VERGİ MƏBLƏĞİ

BAKI ŞƏHƏRİ

ZONA 1

4,0

15 manat

60 manat

ZONA 2

3,0

45 manat

ZONA 3,4

2,2

33 manat

ZONA 5,6

1,8

27 manat

ZONA 7,8,9

1,5

22,5 manat

ZONA 10,11,12

1,2

18 manat

DİGƏR REGİONLAR

Gəncə, Sumqayıt və Xırdalan

1,5

15

22,5 manat

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan

1,2

18 manat

digər rayon (şəhər) və qəsəbələr (kəndlər)

0,5

7,5 manat

 

Misal: Şabanov Fərid “Azadlıq” metro stansiyasının (Zona 7) yaxınlığında yerləşən və sahəsi 120 m2  olan mənzildə 4 il yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin mənzil satılarkən sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

120 m2    x   15 manat  x 1,5    = 2.700 manat

Mənzilin sahəsi x Baza məbləği x Zona Əmsalı


Beləliklə, Şabanov Fərid satdığı mənzilə görə 2.700 manat sadələşdirilmiş vergi ödəməlidir.

 

Sadələşdirilmiş verginin hesablanması kalkulyatoru


 

Hüquqi və ya fiziki şəxs mülkiyyətində olan qeyri-yaşayış sahəsini (obyekti) təqdim etdikdə həmin sahənin hər kvadratmetri üçün baza məbləği olan 15 manata, Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş zonalar üzrə Vergi Məcəlləsinin 220.8-ci maddəsində göstərilən əmsallar və əlavə olaraq 1,5 əmsalı tətbiq edilərək hesablanan vergi alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən tutulur.

 

Vergiyə cəlb edilən qeyri-yaşayış sahəsinin (obyektin) hər kvadratmetri üçün sadələşdirilmiş vergi aşağıda göstərilən qaydada hesablanır

SVM = S x 15 manat x ZƏ x 1,5

SVM - ödəniləcək sadələşdirilmiş verginin məbləği

S     - qeyri-yaşayış (obyekt) sahəsi (m²-lə)

15 manat – verginin hesablanması üçün baza məbləği

- Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalı.

1,5 - qeyri-yaşayış (obyekt) sahəsi üçün tətbiq olunan əmsal.

 

Misal: Qənbərov Müşviqin “İnşaatçılar” metro stansiyasının (Zona 5) yaxınlığında yerləşən və sahəsi 250 m2  olan qeyri-yaşayış sahəsi (mağazası) vardır. Həmin mağaza satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

250 m2   x    15 manat  x  1,8  x  1,5  =  10.125 manat

 Mağazanın sahəsi x Baza məbləği x Zona Əmsalı x  Qeyri-yaşayış əmsalı

         

Beləliklə, Qənbərov Müşviq satdığı mağazaya görə 10.125 manat sadələşdirilmiş vergi ödəməlidir.

Misal: Fiziki şəxsin mülkiyyətində olan və Bakı şəhəri üzrə 5-ci zonada (1,8 əmsal) yerləşən 120 m2 sahəsi olan mənzilini və 3-cü zonada (2,2 əmsal) yerləşən 200 m2 sahəsi olan mağazasını satmışdır. Bu halda alqı-satqı əməliyyatını rəsmiləşdirən notarius tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

a) Mənzil satışı üzrə: 120 mx 15 manat x 1,8 (zona əmsalı) = 3.240 manat;

b) Mağaza satışı üzrə 200 m2 x 15 manat x 2,2 (zona əmsalı) x 1,5 əmsal =  9.900 manat;

Cəmi ödənilməli vergi: 3.240 + 9.900 = 13.140 manat.

 

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi və bina tikintisi fəaliyyəti üzrə vergi kalkulyatoru

 

Siz Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikdə, vergini satmaq üçün tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən fərdi, şəxsi yaşayış və bağ evlərinin ümumi sahəsinin hər kvadrat metrinə 45 manat, habelə Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş zonalar üzrə Vergi Məcəlləsinin 220.8-ci maddəsində göstərilən əmsallar tətbiq etməklə (qeyri-yaşayış sahələri üzrə vergi əlavə olaraq 1,5 əmsalı tətbiq edilməklə ayrılıqda hesablanır) tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablamalısınız.

Yaşayış sahəsi üzrə ödəniləcək vergi aşağıdakı qaydada hesablanır:

SVM = S x 45 manat x ZƏ

SVM – ödəniləcək verginin məbləği

S – binanın ümumi sahəsi (m²-lə)

45 manat – bina tikintisi ilə məşğul olan şəxslərə tətbiq olunan baza məbləği

– Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalı.

 

Qeyri-yaşayış sahəsi üzrə ödəniləcək vergi aşağıdakı qaydada hesablamır:

SVM = S x 45 manat x ZƏ x 1,5

SVM – ödəniləcək verginin məbləği

S – binanın ümumi sahəsi (m²-lə)

45 manat – bina tikintisi ilə məşğul olan şəxslərə tətbiq olunan baza məbləği

– Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalı

1,5 – qeyri-yaşayış sahələri üçün tətbiq olunan əmsal.

 

ZONALAR

ZONA ƏMSALI

BAZA MƏBLƏĞİ

VERGİ MƏBLƏĞİ

BAKI ŞƏHƏRİ

ZONA 1

4,0

45 manat

180 manat

ZONA 2

3,0

135 manat

ZONA 3,4

2,2

99 manat

ZONA 5,6

1,8

81 manat

ZONA 7,8,9

1,5

67,5 manat

ZONA 10,11,12

1,2

54 manat

DİGƏR REGİONLAR

Gəncə, Sumqayıt və Xırdalan

1,5

45 manat

67,5 manat

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan

1,2

54 manat

digər rayon (şəhər) və qəsəbələr (kəndlər)

0,5

22,5 manat

Misal:  “Mənzil” MTK Bakı şəhərində (Zona 3) ümumi yaşayış sahəsi 15.000 m2 olan bina tikintisi ilə məşğuldur. Bu halda onun ödəməli olduğu rüblük sadələşdirilmiş vergi məbləği aşağıdakı qaydayla hesablanır:

(15.000 m2  x  45 manat   x    2,2)    :    10  = 148.500 manat

 Binanın sahəsi x Baza məbləği x Zona Əmsalı : Rüb

Misal: Tikinti fəaliyyəti ilə məşğul olan fiziki şəxs Zakir Quliyev Gəncə şəhərində ümumi sahəsi 5.000 m2 (4.000 m2 – yaşayış və 1.000 m2 qeyri-yaşayış sahəsi) olan bina tikir. Bu halda onun ödəməli olduğu sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

1) 4000 m2    x   45 manat    x    1,5   = 270.000 manat

 yaşayış sahəsi x Baza məbləği x Zona Əmsalı

 

2) 1000 m2   x   45 manat  x  1.5  x  1.5  =  101.250 manat

Qeyri-yaşayış sahəsi x Baza məbləği x Zona Əmsalı x Qeyri-yaşayış əmsalı

 

3) (270.000 manat  +  101.250 manat) : 10 = 37.125 manat.

Misal: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən Bakı şəhəri üzrə 2-ci zonada (3,0 əmsal) ümumi sahəsi 9.000 m2 olan bina tikilir. Layihə-smeta sənədlərinə əsasən tikiləcək binanın ümumi sahəsinin 8.000 myaşayış sahəsi, 1.000 m2 isə qeyri-yaşayış sahəsidir. Bu halda onun ödəməli olduğu sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

a) Yaşayış sahəsi üzrə: 8.000 mx 45 manat x 3 (zona əmsalı) = 1.080.000 manat;

b) Qeyri-yaşayış sahəsi üzrə 1.000 m2 x 45 manat x 3 (zona əmsalı) x 1,5 əmsal = 202.500 manat;

Cəmi ödənilməli vergi: 1.080.000 + 202.500 = 1.282.500 manat.

 

Daha ətraflı

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi və bina tikintisi fəaliyyəti üzrə vergi kalkulyatoru

 

- Siz Avtonəqliyyat vasitəsi ilə respublika ərazisində daşımaları həyata keçirən şəxs kimi vergini daşımanın xarakterindən, nəqliyyat vasitəsinin növündən, oturacaq yerlərinin sayından və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq aşağıdakı qaydada hesablamalısınız.

 

Daşıma növü

Sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidi

Sadələşdirilmiş verginin aylıq məbləği (manatla)

Bakı şəhərində, Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında

Abşeron, Sumqayıt, Gəncə şəhərlərində və həmin şəhərlərlə ölkənin digər yaşayış məntəqələri arasında

Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında

Sərnişin daşınması (taksi istisna olmaqla), oturacaq yerlərinin sayına görə:

1 oturacaq yeri üçün

3,6

2,7

1,8

Taksi ilə sərnişin daşınması

1 ədəd nəqliyyat vasitəsi üçün

18

13,50

9

Yük daşınması

yükgötürmə qabiliyyəti üçün (hər ton)

2

1,50

1


Misal: Fiziki şəxs Bakı şəhərində oturacaqların sayı 23 ədəd olan avtobusla sərnişin daşınmasını həyata keçirir. Bu halda onun ödəyəcəyi verginin aylıq məbləği aşağıdakı kimi hesablanır:

Avtobusun oturacaqlarının sayı 23 ədəd olduğundan verginin aylıq məbləği 41,4 manat (23 x 1,8), sərnişin daşınması Bakı şəhərində həyata keçirildiyi üçün ödəniləcək sadələşdirilmiş verginin aylıq məbləği isə 82,8 manat (41,4 x 2 (əmsal)) olacaqdır.

Siz İdman mərc oyunlarının operatoru kimi oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitinin 6 faizi, idman mərc oyunlarının satıcısı kimi həmin oyunların operatorunun Sizə verdiyi komisyon haqqın 4 faizi.

Daha ətraflı








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.