1.1. Sadələşdirilmiş verginin ödəyicisi hansı hallarda ola bilərəm?
- Əgər yalnız ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olursunuzsa və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarınızın həcmi 200.000 manatdan artıqdırsa, seçiminizdən asılı olaraq;
- Əgər bina tikintisi fəaliyyəti ilə məşğul olursunuzsa, seçiminizdən asılı olaraq;
- Əgər avtonəqliyyat vasitəsi ilə respublika ərazisində daşımaları həyata keçirirsinizsə;
- Əgər idman mərc oyunlarını həyata keçirirsinizsə;
- Əgər mənzilinizi və ya qeyri-yaşayış obyektinizi satırsınızsa.