Axtar
az|рус|eng
Sadələşdirilmiş vergi

2.2.4. Bəyannamənin Əlavə 1-ni nə vaxt təqdim etməliyəm?

Sizin hesabat ilinin 4-cü rübü, ləğv olma və ya bu vergi üzrə fəaliyyətinizin dayandırılması ilə əlaqədar yekun Sadələşdirilmiş verginin bəyannaməsini tərtib edərkən Əlavə 1-də tərtib etməniz tələb olunur.

Bunun üçün Siz yuxarıda qeyd edilən bölmələrdə göstərilən qaydada bəyannaməni və Əlavə 3-ü (ehtiyac olduqda) tərtib etdikdən sonra Əlavə 1-i aşağıda qeyd edilən ardıcıllıqla tərtib edə bilərsiniz.

Əlavə 1-də “Cəmi aktivlər” və “Cəmi kapital və öhdəliklər” sətirlərinin Hesabat dövrünün əvvəlinə və Hesabat  dövrünün sonuna, manatla sütunlarındakı rəqəmlər bərabər olmalıdır.

Əlavəni tərtib etmək üçün əvvəlki il üzrə təqdim edilmiş bəyannamənin Əlavə 1 hissəsində Hesabat dövrünün sonuna (0) sütunlarında əks etdirilən məbləğ cari ilin bəyannaməsinin Əlavə 1 hissəsində Hesabat dövrünün əvvəlinə (0) sütunlarına qeyd edilir.

Daha sonra 4 rüb üzrə (12 ay üzrə) əldə etdiyiniz gəlirdən daxil olmuş pul vəsaitinin cəmini Aktivlərə aid Pul vəsaitləri adlı 1.5-ci sətirin Dövr ərzində daxil olmuşdur (10.000), xərclənməsini Təqdim edilmişdir (10.000), qalıq məbləğini isə Hesabat dövrünün sonuna (0) sütunlarında qeyd etməlisiniz.

Gəlirdən hesablanmış verginin məbləğini Kapital və öhdəliklərə aid Dövlət büdcəsinə vergi öhdəlikləri adlı 2.3.3-cü sətirin Dövr ərzində daxil olmuşdur (10000 x 4% = 400), büdcəyə ödənilmiş məbləği Təqdim edilmişdir (400), ödəniləsi məbləği isə Hesabat dövrünün sonuna (0) sütunlarında qeyd etməlisiniz.

Sosial sığorta fondu və ya digər öhdəlikləri üzrə hesablanmış məbləğin cəmini Kapital və öhdəliklərə aid Digər öhdəliklər adlı 2.5-ci sətrin Dövr ərzində daxil olmuşdur (105 x 50% = 21 x 12 = 252)), ödənilmiş məbləğlər Təqdim edilmişdir (252), ödəniləsi məbləği isə Hesabat dövrünün sonuna (0) sütunlarında qeyd etməlisiniz.

Aktivlərə aid daxil olmuş pul vəsaitinin cəmindən (sətir 1.5-dən-10.000) Kapital və öhdəliklərə aid 2.3.3-cü - Dövlət büdcəsinə vergi öhdəlikləri (400) və 2.5-ci - Digər öhdəliklər (252) sətirlərin Təqdim edilmişdir sütununda qeyd olunan məbləğlərin cəmini (652) çıxaraq, qalan məbləği Gəlir adlı 2.2-ci sətirin Dövr ərzində daxil olmuşdur (9.348), Təqdim edilmişdir (9.348), qalıq məbləğini isə Hesabat dövrünün sonuna (0) sütunlarında qeyd etməlisiniz.

Dövr ərzində sahibkarlıq fəaliyyətinizlə bağlı digər əməliyyatlar da apara bilərsiniz ki, aparıldığı təqdirdə həmin əməliyyatları Əlavə 1-in “Cəmi aktivlər” və “Cəmi kapital və öhdəliklər” bölmələrinin müvafiq sətirlərinin uyğun sütunlarında qeyd etməlisiniz.

Bununla belə, bəyannamə birdən çox təsərrüfat subyekti (obyekti) olduğu halda Əlavə 3 tərtib edilməklə birlikdə göndərilir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.