Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
Sadələşdirilmiş vergi

2.2.3. Rüb ərzində gəlir əldə etdiyim və 2 və ya daha çox təsərrüfat subyektim olduğu halda nə etməliyəm?

Sizin 2 və ya daha çox təsərrüfat subyektiniz (obyektiniz) olduqda Sadələşdirilmiş verginin bəyannaməsini tərtib edərkən Əlavə 3-də tərib etməniz tələb olunur.

Bəyannamənin onlayn rejimdə göndərilməsi üçün İnternet Vergi İdarəsinə (e-taxes.gov.az) daxil olursunuz. Açılan pəncərənin yuxarı sol hissəsində “GİRİŞ” düyməsini sıxırsız. Açılan növbəti pəncərədə vergi orqanı tərəfindən Sizə verilən qapalı zərfdə yazılan istifadəçi kodu, parol və şifrəni müvafiq xanalara və ya "ASAN İmza" məlumatlarını daxil etməklə “Bölmə” hissəsindən “E-bəyannamə, ƏDV-DH və ŞHV” altbölməsini seçərək “Daxil ol” düyməsini sıxırsınız. Açılan pəncərədə yuxarı sağ tərəfdə “E-Bəyannamə” siyahısından “On-line sadələşdirilmiş bəyannamə” altmenyunu seçirsiniz və açılan ekranda bəyannaməni tərtib etməyə başlayırsınız.

İlkin açılan “Ümumi məlumat” bölməsində “Vergi dövrü” xanasından “Rüblük” seçirsiz, hansı rübün hesabatı təqdim edilirsə, həmin “rübü”, məsələn “2. Rüb” və “ili”, məsələn “2016”  seçirsiz, zəruri hallarda Sizinlə operativ surətdə əlaqə yaradılması üçün mobil və şəhər telefon nömrələrinizi müvafiq xanalara daxil edirsiniz. Bəyannamənin əlavələri tərtib ediləcəksə Təqdim olunmuş Əlavənin sayını və bəyannamənin növünü  (cari, dəqiqləşdiirlmiş, ləğv olma və ya ləğvin dəqiqləşdirilmiş) seçərək müvafiq xanalara daxil edirsiniz. Dövrü üzrə təqdim edilən bəyannamə birinci dəfə göndərildikdə “Cari” seçirsiniz.

Daha sonra yuxarıda passiv olan “Verginin hesablanması” bölməsini seçirsiniz.

Əgər Siz Bakı şəhərində fəaliyyət göstərirsinizsə Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən müvafiq bölmənin “Bakı şəhərində” sütununda, digər rayonlarda fəaliyyət göstərirsinizsə “Digər rayon və şəhərlərdə” sütununun 801-ci, 802-ci və 803-cü sətirlərində Rübün 1-ci, 2-ci və 3-cü aylarında təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərini daxil edirsiniz. 804-cü sətirdə Rüb üzrə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlir istisna edilməklə) həcmini daxil edirsiniz. 804.1-ci sətirdə daşınmaz əmlak satışından, 804.2-ci sətirdə isə satışdankənar gəlirlərdən (ödəmə mənbəyində vergi tutulmuş gəlir istisna edilməklə) əldə edilən məbləği daxil edirsiniz. 808-ci sətirdə vergi tutulmayan əməliyytaların məbləği, məsələn rüb ərzində biləvasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirin məbləği daxil edilir.   

Növbəti passiv olan “Muzdlu işlə əlaqədar verginin hesablanması” bölməsini seçirsiniz. Əgər rübün heç bir ayında işçiniz olmayıbsa 818-ci, 819-cu və 820-ci sətirlərin hər üç sütunlarının müvafiq xanalarında “0” qeyd edirsiniz. İşçiniz olduğu təqdirdə isə bölmənin müvafiq sətirlərinə işçilərin sayını, onlara hesablanan əmək haqqının məbləğinihesablanmış vergi məbləğini müvafiq xanalara daxil edirsiniz.

Daha sonra növbəti passiv olan Əlavə 3 bölməsini seçirsiniz. Açılan pəncərədən “Sətrin kodu” 1-dən başlayaraq obyekt sayına uyğun olaraq qeyd edilir. Həmin sətirə ardıcıllıqla obyektin adı, kodu, ünvanı, əsas sahəsi və əlavə sahəsi daxil edilir. Növbəti “Obyektin fəaliyyət sahəsi üzrə təsnifatı” sütünda müvafiq düyməni sıxaraq variantlardan birini seçirsiniz. “Obyektin əsas  fəaliyyət növünün kodu və ad” sütunundan həmin obyektdə məşğul olduğunuz fəaliyyət növünü seçirsiniz. Növbəti addımda həmin obyektdə işləyən işçilərin cəmi sayını (o cümlədən obyekt üzrə müvəqqəti işçilərin sayı), təqdim etdiyiniz malların (işlərin, xidmətlərin) dəyərinitəqdim etdiyiniz mallara (işlərə, xidmətlərə) görə əldə etdiyiniz hasilatın məbləğini daxil edirsiniz. Digər obyektiniz haqqında məlumatları bölmənin yuxarı sol tərəfindəki “+” işarəsini sıxmaqla yeni yaradılan sətirə daxil edə bilərsiniz. Hər hansı obyekt haqqında daxil etdiyiniz məlumatı silmək istədikdə isə silinəcək sətri seçib “+” işarəsinin aşağısında olan ““ işarəsini sıxırsınız. Sonda sütünların aşağısında “Obyektlər üzrə təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin CƏMİ” və “Obyektlər üzrə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə əldə edilmiş hasilat məbləğinin CƏMİ” avtomatik qeyd olunur.

Bununla belə, bəyannamənin digər əlavələrini tərtib etmək zəruridirsə (hesabat ilinin 4-cü rübü, ləğv olunma və ya bu vergi növü üzrə fəaliyyətin dayandırılması ilə əlaqədar yekun bəyannamə təqdim edildiyi halda) Əlavə 1 tərtib edilməklə birlikdə göndərilir.

Qeyd edilən bütün məlumatlar daxil edildikdən sonra  səhifənin aşağısında “Göndər” düyməsini sıxırsınız.


Video təlimat:

3 nömrəli Əlavə ilə birlikdə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin onlayn qaydada tərtib edilərək göndərilməsi








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.