Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında  Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 22 noyabr 2013-cü il

809-IVQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (20 dekabr 2013-cü il, 281)




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.