Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 25-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsini Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 8, I kitab, maddə 583; 2001, 7, maddə 454, 9, maddə 576, 12, maddə 734; 2002, 5, maddə 249, 12, maddə 707; 2003, 8, maddə 425, 12, I kitab, maddə 671; 2004, 1, maddə 1, 11, maddə 887, 12, maddə 980; 2005, 2, maddə 61, 8, maddə 688, 12, maddə 1081; 2006, 12, maddələr 1005, 1026; 2007, 1, maddə 4, 6, maddə 597, 8, maddə 745, 11, maddə 1053, 12, maddə 1192; 2008, 7, maddə 602, 11, maddə 960; 2009, 7, maddə 506; 2011, 1, maddə 14, 7, maddələr 588, 603, 12, maddə 1115; 2012, 6, maddələr 500, 513, 7, maddə 652; 9, maddə 841) aşağıdakı dəyişikliklər edilsin:

1. 188.1.3-cü maddədə “təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə,” sözləri “ Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin.

2. 188.1.4-cü maddə ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2012-ci il, 527-IVQD nömrəli




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.