Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 159 000,0 min manat, xərcləri 19 850 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 18 462 397,8 min manat, yerli gəlirləri 696 602,2 min manat və mərkəzləşdirilmiş xərcləri 18 335 450,0 min manat, yerli xərcləri 1 514 550,0 min manat) məbləğində təsdiq edilsin.

Maddə 2

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

(min manatla)

 

Gəlirlərin mənbələri

Dövlət büdcəsinin gəlirləri

2.1.

Fiziki şəxslərin gəlir vergisi

783 000,0

2.2.

Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi

2 279 000,0

2.3.

Hüquqi şəxslərin torpaq vergisi

31 000,0

2.4.

Hüquqi şəxslərin əmlak vergisi

116 000,0

2.5.

Əlavə dəyər vergisi

2 768 600,0

2.5.1.

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi

992 600,0

2.6.

Sadələşdirilmiş vergi

117 000,0

2.7.

Aksiz

594 000,0

2.7.1.

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz

83 000,0

2.8.

Yol vergisi

54 000,0

2.8.1.

Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi

19 000,0

2.9.

Mədən vergisi

121 000,0

2.10.

Gömrük rüsumları

285 400,0

2.11.

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar

370 000,0

2.12.

Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar

4 269,4

2.13.

Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar

2 675,0

2.14.

Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar

845,0

2.15.

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər

2 000,0

2.16.

Vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar

5 000,0

2.17.

Dövlət Neft Fondundan daxilolmalar

11 350 000,0

2.18.

Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar

5 000,0

2.19.

Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar

6 000,0

2.20.

Aksiz markaların satışından daxilolmalar

3 000,0

2.21.

Dövlət rüsumu

115 000,0

2.22.

«Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu»na bərpa edilməsi üzrə daxilolmalar

6 210,6

2.23.

Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar

140 000,0

Maddə 3

Müəyyən edilsin ki, «Avtomobil Yolları» Məqsədli Büdcə Fondu və «Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu» dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

3.1.

«Avtomobil Yolları» Məqsədli Büdcə Fondu

194 000,0

3.1.1.

Yol vergisi

54 000,0

3.1.2.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi

10 000,0

3.1.3.

İdxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər

53 000,0

3.1.4.

İdxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu

51 500,0

3.1.5.

Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu

13 500,0

3.1.6.

Nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu

12 000,0

3.2.

«Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu»

8 885,6

3.2.1.

Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar

2 675,0

3.2.2.

«Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu»na bərpa edilməsi üzrə daxilolmalar

6 210,6

Maddə 4

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Maddə 5

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım müəyyən edilir. Yığım üzrə hesabat dövrü təqvim ayı sayılır. Yığım hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir və yığımı həyata keçirən təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına onun müəyyən etdiyi formada hesabat təqdim edilir. Yığımların vaxtında ödənilməməsinə, azaldılmasına, yayındırılmasına və hesabatın müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq faizlər hesablanır və ya maliyyə sanksiyası tətbiq edilir.

Maddə 6

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələrdən göstərilən normativlər üzrə ayırmalar hesabına formalaşır:

6.1.

Bakı şəhəri üzrə gəlirlərdən («Avtomobil Yolları» Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa)

96,37 faiz

6.2.

aşağıdakı mənbələr üzrə daxilolmalardan:

 
 

Gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar, vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar, Dövlət Neft Fondundan daxilolmalar, aksiz markalarının satışından daxilolmalar, dövlət büdcəsindən verilmiş kreditlər üzrə daxilolmalar, «Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu»na bərpa edilməsi üzrə daxilolmalar, «Avtomobil Yolları» Məqsədli Büdcə Fondunun gəlirləri

100,0 faiz

Maddə 7

Şəhər və rayonların yerli gəlirlərinə aşağıdakılar verilir:

7.1. Bakı şəhəri üzrə («Avtomobil Yolları» Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) — Bakı şəhəri üzrə gəlirlərin 3,63 faizi;

7.2. Digər şəhər və rayonlar üzrə («Avtomobil Yolları» Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) — müvafiq şəhər və rayonlar üzrə gəlirlərin 100 faizi, habelə şəhər və rayonların ərazilərində fəaliyyət göstərən və mərkəzləşmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin hesablanmış vergiləri (hüquqi şəxslərin mənfəət (gəlir) vergisi istisna olmaqla).

Maddə 8

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

 

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

8.1.

Ümumi dövlət xidmətləri

1.804.593.432,0

8.1.1.

qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri

440.507.363,0

8.1.2.

beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri

112.864.381,0

8.1.3.

elm xərcləri

130.499.837,0

8.1.4.

başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri

57.134.284,0

8.1.5.

dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər

780.687.567,0

8.1.6.

yerli (bələdiyyə) büdcələrə verilən dotasiya

5.200.000,0

8.1.7.

Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya

277.700.000,0

8.2.

Müdafiə

1.528.582.583,0

8.2.1.

müdafiə qüvvələri

1.416.364.563,0

8.2.2.

milli təhlükəsizlik

106.439.919,0

8.2.3.

müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar

2.773.302,0

8.2.4.

digər kateqoriyalara aid edilməyən xərclər

3.004.799,0

8.3.

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq

1.114.796.320,0

8.3.1.

məhkəmə hakimiyyəti

58.498.907,0

8.3.2.

hüquq mühafizə

890.543.726,0

8.3.3.

prokurorluq

48.217.922,0

8.3.4.

digər kateqoriyalara aid edilməyən xidmətlər

117.535.765,0

8.4.

Təhsil

1.530.482.591,0

8.4.1.

məktəbəqədər və ibtidai təhsil

145.799.924,0

8.4.2.

natamam və orta təhsil

798.825.898,0

8.4.3.

internat və xüsusi məktəblər

53.122.604,0

8.4.4.

texniki-peşə məktəbləri və liseylər

81.071.030,0

8.4.5.

ali təhsil

57.163.073,0

8.4.6.

təhsil sahəsində tətbiqi tədqiqatlar

5.771.304,0

8.4.7.

təhsil sahəsində digər xidmətlər

388.728.758,0

8.5.

Səhiyyə

669.250.451,0

8.5.1.

poliklinikalar və ambulatoriyalar

98.075.966,0

8.5.2.

xəstəxanalar

329.750.873,0

8.5.3.

səhiyyə sahəsində digər xidmətlər

4.894.003,0

8.5.4.

səhiyyə sahəsində tətbiqi tədqiqatlar

4.209.014,0

8.5.5.

səhiyyə sahəsinə aid edilən digər xidmətlər

232.320.595,0

8.6.

Sosial müdafiə və sosial təminat

1.813.581.507,0

8.6.1.

sosial müdafiə xərcləri

1.792.171.769,0

8.6.1.1.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert)

1.077.033.600,0

8.6.2.

sosial təminat xərcləri

21.409.738,0

8.7.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət

289.729.709,0

8.7.1.

mədəniyyət və incəsənət sahəsində fəaliyyət

134.143.148,0

8.7.2.

radio, televiziya və nəşriyyat

65.269.733,0

8.7.3.

bədən tərbiyəsi, gənclər siyasəti və turizm

50.980.438,0

8.7.4.

digər kateqoriyalara aid edilməyən fəaliyyət

39.336.390,0

8.8.

Mənzil və kommunal təsərrüfatı

399.003.895,0

8.8.1.

mənzil təsərrüfatı

75.706.613,0

8.8.2.

kommunal təsərrüfatı

311.300.659,0

8.8.3.

su təsərrüfatı

11.532.950,0

8.8.4.

mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər

463.673,0

8.9.

Yanacaq və enerji

2.377.589,0

8.9.1.

enerji kompleksi

2.377.589,0

8.10.

Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi

494.300.403,0

8.10.1.

kənd təsərrüfatı

469.536.732,0

8.10.2.

meşə təsərrüfatı

10.782.026,0

8.10.3.

balıqçılıq və ovçuluq

2.702.814,0

8.10.4.

ətraf mühitin mühafizəsi

4.009.450,0

8.10.5.

hidrometeorologiya tədbirləri

7.269.381,0

8.11.

Sənaye, tikinti və faydalı qazıntılar

6.934.233.363,0

8.11.1.

tikinti

6.918.200.000,0

8.11.1.1.

dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)

6.915.200.000,0

8.11.2.

faydalı qazıntılar

15.233.363,0

8.11.3.

geodeziya və xəritəçəkmə

800.000,0

8.12.

Nəqliyyat və rabitə

111.677.422,0

8.12.1.

nəqliyyat

74.340.184,0

8.12.2.

rabitə

37.337.238,0

8.13.

İqtisadi fəaliyyət

275.775.139,0

8.13.1.

iqtisadi və kommersiya fəaliyyəti

241.750.000,0

8.13.1.1.

sahibkarlığa dəstək

201.750.000,0

8.13.1.2.

ipotekaya dəstək

40.000.000,0

8.13.2.

iqtisadi fəaliyyətin digər sahələri

32.025.139,0

8.13.3.

iqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar

2.000.000,0

8.14.

Əsas bölmələrə aid edilməyən xidmətlər

2.881.615.596,0

8.14.1.

məqsədli büdcə fondları

194.000.000,0

8.14.1.1.

«Avtomobil Yolları» Məqsədli Büdcə Fondu

194.000.000,0

8.14.2.

ehtiyat fondları

690.000.000,0

8.14.2.1.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu

347.000.000,0

8.14.2.2.

Dövlət büdcəsinin Ehtiyat Fondu

343.000.000,0

8.14.3.

əsas bölmələrə aid edilməyən sair xərclər

1.997.615.596,0

8.14.3.1.

xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər

1.172.000.000,0

8.14.3.2.

keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrlə bağlı xərclər

500.000.000,0

8.14.3.3.

ölkədə baş vermiş təbii fəlakətin və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər

140.000.000,0

8.14.3.4.

digər xidmətlər üzrə xərclər

185.615.596,0

Maddə 9

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.

Maddə 10

Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 6.400.000.000,0 manat, o cümlədən şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ 696.602.186,0 manat, «Avtomobil Yolları» Məqsədli Büdcə Fonduna aid olan məbləğ 70.500.000,0 manat, yerli xərcləri 1.512.150.000,0 manat olmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 815.547.814,0 manat təsdiq edilsin.

Həmin şəhər və rayonların yerli xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 2.400.000,0 manat təsdiq edilsin.

(manatla)

Şəhər və rayonların adı

Gəlirlər

Xərclər

Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait

Cəmi

o cümlədən:

şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ

«Avtomobil Yolları» Məqsədli Büdcə Fonduna aid olan məbləğ

 

Şəhərlər:

         

1

Bakı

5 885 000 000

212 176 186

39 926 000

212 176 186

 

2

Gəncə

33 449 000

32 133 000

1 316 000

60 933 390

28 800 390

3

Sumqayıt

72 708 000

70 857 900

1 850 100

70 857 900

 

4

Lənkəran

14 146 000

13 482 000

664 000

34 858 491

21 376 491

5

Şəki

17 492 000

16 954 000

538 000

36 363 582

19 409 582

6

Yevlax

11 794 000

11 422 000

372 000

23 142 155

11 720 155

7

Mingəçevir

24 058 000

23 754 000

304 000

30 426 999

6 672 999

8

Şirvan

16 564 000

15 955 800

608 200

15 955 800

 

9

Naftalan

2 345 000

2 315 000

30 000

3 545 072

1 230 072

10

Xankəndi

         
 

Rayonlar:

         

11

Abşeron

31 990 000

27 684 300

4 305 700

27 684 300

 

12

Ağcabədi

6 179 000

5 814 000

365 000

24 013 801

18 199 801

13

Ağdam

5 008 000

4 826 000

182 000

35 469 988

30 643 988

14

Ağdaş

5 161 000

5 029 000

132 000

20 151 831

15 122 831

15

Ağstafa

3 866 000

3 660 000

206 000

16 582 121

12 922 121

16

Ağsu

3 108 000

2 810 000

298 000

13 022 781

10 212 781

17

Astara

9 653 000

4 623 000

5 030 000

18 755 031

14 132 031

18

Balakən

4 056 000

3 024 000

1 032 000

15 988 353

12 964 353

19

Beyləqan

6 374 000

6 240 000

134 000

15 842 142

9 602 142

20

Bərdə

9 556 000

9 360 000

196 000

28 690 806

19 330 806

21

Biləsuvar

4 738 000

3 716 000

1 022 000

15 232 240

11 516 240

22

Cəbrayıl

1 407 000

1 331 000

76 000

11 895 390

10 564 390

23

Cəlilabad

6 771 000

6 459 000

312 000

31 284 621

24 825 621

24

Daşkəsən

2 379 000

2 337 000

42 000

11 563 641

9 226 641

25

Füzuli

5 343 000

5 252 000

91 000

26 742 105

21 490 105

26

Gədəbəy

3 771 000

3 627 000

144 000

24 190 848

20 563 848

27

Goranboy

4 171 000

4 057 000

114 000

24 119 077

20 062 077

28

Göyçay

7 867 000

7 761 000

106 000

21 498 182

13 737 182

29

Göygöl

3 865 000

3 774 000

91 000

14 783 783

11 009 783

30

Hacıqabul

4 028 000

3 855 000

173 000

10 507 782

6 652 782

31

Xaçmaz

19 545 000

18 896 000

649 000

29 430 214

10 534 214

32

Xızı

1 573 000

1 546 000

27 000

5 465 763

3 919 763

33

Xocalı

342 000

322 000

20 000

3 492 180

3 170 180

34

Xocavənd

668 000

630 000

38 000

4 697 174

4 067 174

35

İmişli

14 346 000

14 144 000

202 000

19 502 358

5 358 358

36

İsmayıllı

4 758 000

4 676 000

82 000

19 715 884

15 039 884

37

Kəlbəcər

1 367 000

1 343 000

24 000

19 627 800

18 284 800

38

Kürdəmir

6 161 000

6 059 000

102 000

18 113 802

12 054 802

39

Qax

3 112 000

3 032 000

80 000

16 111 416

13 079 416

40

Qazax

5 188 000

4 900 000

288 000

19 775 930

14 875 930

41

Qəbələ

8 783 000

8 632 000

151 000

19 707 805

11 075 805

42

Qobustan

2 359 000

2 291 000

68 000

8 223 098

5 932 098

43

Quba

15 078 000

14 738 000

340 000

29 646 895

14 908 895

44

Qubadlı

2 824 000

2 743 000

81 000

10 015 387

7 272 387

45

Qusar

5 629 000

5 525 000

104 000

18 763 084

13 238 084

46

Laçın

1 990 000

1 924 000

66 000

20 069 572

18 145 572

47

Lerik

1 919 000

1 887 000

32 000

16 759 460

14 872 460

48

Masallı

7 597 000

7 386 000

211 000

25 953 507

18 567 507

49

Neftçala

4 643 000

4 513 000

130 000

15 348 078

10 835 078

50

Oğuz

2 465 000

2 406 000

59 000

10 730 880

8 324 880

51

Saatlı

6 358 000

6 264 000

94 000

17 947 187

11 683 187

52

Sabirabad

8 256 000

8 034 000

222 000

26 326 759

18 292 759

53

Salyan

7 562 000

7 348 000

214 000

23 584 193

16 236 193

54

Samux

2 684 000

2 606 000

78 000

12 129 296

9 523 296

55

Siyəzən

3 105 000

3 049 000

56 000

7 909 998

4 860 998

56

Şabran

4 394 000

4 323 000

71 000

10 970 177

6 647 177

57

Şamaxı

6 664 000

6 536 000

128 000

19 579 046

13 043 046

58

Şəmkir

8 528 000

8 069 000

459 000

37 958 795

29 889 795

59

Şuşa

1 366 000

1 354 000

12 000

6 676 701

5 322 701

60

Tərtər

4 040 000

3 936 000

104 000

15 096 330

11 160 330

61

Tovuz

12 454 000

6 216 000

6 238 000

32 569 128

26 353 128

62

Ucar

3 790 000

3 694 000

96 000

15 438 657

11 744 657

63

Yardımlı

1 832 000

1 799 000

33 000

13 082 332

11 283 332

64

Zaqatala

6 647 000

6 450 000

197 000

23 515 365

17 065 365

65

Zəngilan

2 185 000

2 157 000

28 000

8 365 603

6 208 603

66

Zərdab

2 941 000

2 885 000

56 000

13 571 748

10 686 748

 

Cəmi:

6 400 000 000

696 602 186

70 500 000

1 512 150 000

815 547 814

Maddə 11

Bu Qanunun 10-cu maddəsi ilə Bakı şəhəri üzrə nəzərdə tutulmuş xərclərin tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 6.1-ci və 7.1-ci maddələri ilə müəyyən edilmiş Bakı şəhəri üzrə gəlirlərdən dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə və Bakı şəhəri üzrə yerli gəlirlərə ayırma normativlərinin müvafiq olaraq 2 faiz-bənddən çox olmamaqla artırılması və azaldılması yolu ilə həyata keçirilir.

Maddə 12

Azərbaycan Respublikasının 2013-cü ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğləri aşağıdakı kimi təsdiq edilsin:

(manatla)

12.1.

Daxili dövlət borcu üzrə

133.351.490,0

12.1.1.

faiz ödənişləri

30.264.508,0

12.1.2.

əsas borc üzrə ödənişlər

103.086.982,0

12.2.

Xarici dövlət borcu üzrə

647.336.077,0

12.2.1.

faiz ödənişləri

165.126.355,0

12.2.2.

əsas borc üzrə ödənişlər

482.209.722,0

Maddə 13

Azərbaycan Respublikasının 2013-cü ildə daxili dövlət borcunun yuxarı həddi (limiti) 2 000 000,0 min manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 750 000,0 min manat təsdiq edilsin.

Maddə 14

Dövlət büdcəsinin icrası prosesində «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşmə mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.

Maddə 15

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 691 000,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən və daxili və xarici borclanmadan, o cümlədən xaricdə qiymətli kağızların yerləşdirilməsindən, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, xarici qrantlar və 2013-cü il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilsin.

Maddə 16

Azərbaycan Respublikasının 2013-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 24 500 055,4 min manat müəyyən edilsin.

Maddə 17

Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2013-cü il icmal büdcəsinin kəsiri 15 590 281,6 min manat məbləğində müəyyən edilsin.

Maddə 18

Bu Qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 30 noyabr 2012-ci il

473-IVQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (15 dekabr 2012-ci il, 280).

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.