Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 8, I kitab, maddə 583; 2001, 7, maddə 454, 9, maddə 576, 12, maddə 734; 2002, 5, maddə 249, 12, maddə 707; 2003, 8, maddə 425, 12, I kitab, maddə 671; 2004, 1, maddə 1, 11, maddə 887, 12, maddə 980; 2005, 2, maddə 61, 8, maddə 688, 12, maddə 1081; 2006, 12, maddələr 1005, 1026; 2007, 1, maddə 4, 6, maddə 597, 8, maddə 745, 11, maddə 1053, 12, maddə 1192; 2008, 7, maddə 602, 11, maddə 960; 2009, 7, maddə 506; 2011, 1, maddə 14, 7, maddələr 588, 603, 12, maddə 1115) 30.2.6-cı maddəsində «məlumatlar» sözündən sonra «(kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)» sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 12 iyun 2012-ci il

383-IVQD

«Respublika» qəzetində dərc edilmişdir (10 iyul 2012-ci il, 150).

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 iyul 2012-ci il, 152).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.