Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 8, I kitab, maddə 583; 2001, 7, maddə 454, 9, maddə 576, 12, maddə 734; 2002, 5, maddə 249, 12, maddə 707; 2003, 8, maddə 425, 12, I kitab, maddə 671; 2004, 1, maddə 1, 11, maddə 887, 12, maddə 980; 2005, 2, maddə 61, 8, maddə 688, 12, maddə 1081; 2006, 12, maddələr 1005, 1026; 2007, 1, maddə 4, 6, maddə 597, 12, maddə 1192; 2008, 7, maddə 602, 11, maddə 960; 2009, 7, maddə 506; 2011, 1, maddə 14, 7, maddələr 588, 603; 12, maddə 1115) aşağıdakı məzmunda 102.1.18-ci maddə əlavə edilsin:

«102.1.18. Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödənilən kompensasiya.».

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 20 aprel 2012-ci il

334-IVQD

«Respublika» qəzetində dərc edilmişdir (5 iyun 2012-ci il, 122).

«Azərbaycan» qəzetində dərc edilmişdir (6 iyun 2012-ci il, 123).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.