Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 8, I kitab, maddə 583; 2001, 7, maddə 454, 9, maddə 576, 12, maddə 734; 2002, 5, maddə 249, 12, maddə 707; 2003, 8, maddə 425, 12, I kitab maddə 671; 2004, 1, maddə 1, 11, maddə 887, 12, maddə 980; 2005, 2, maddə 61, 8, maddə 688, 12, maddə 1081; 2006, 12, maddələr 1005, 1026; 2007, 1, maddə 4, 6, maddə 597, 8, maddə 745, 11, maddə 1053, 12, maddə 1192; 2008, 7, maddə 602, 11, maddə 960; 2009, 7, maddə 506; 2011, 1, maddə 14, 7, maddələr 588, 603, 12, maddə 1115) aşağıdakı dəyişikliklər edilsin:

1. 16.1.8.17-ci maddədə «vəkillik» sözündən sonra «, notariat» sözü əlavə edilsin;

2. 33.1-ci maddənin birinci hissəsində «yaşadıqları» sözündən sonra «, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi» sözləri əlavə edilsin;

3. 96.1-ci maddəyə aşağıdakı məzmunda ikinci bənd əlavə edilsin:

«Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir.»;

4. 99.3.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 99.3.10-cu maddə əlavə edilsin:

«99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar.»;

5. aşağıdakı məzmunda 101.4-cü maddə əlavə edilsin:

«101.4. Xüsusi notarius üçün bu Məcəllənin 96.1-ci maddəsinin ikinci bəndi ilə müəyyən edilmiş vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulur.»;

6. 149.1.4-cü maddədə «ödəmə» sözündən əvvəl «xüsusi notariuslar,» sözləri əlavə edilsin;

7. 149.2-ci maddədə «şəxslər» sözündən sonra «(xüsusi notariuslar istisna olmaqla)» sözləri və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

«Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər.»;

8. 149.6-cı maddənin ikinci cümləsində «maddəsində» sözü «maddəsinin birinci cümləsində» sözləri ilə əvəz edilsin;

9. 150.1.2-ci maddədə «sahibkarlar» sözündən sonra «və xüsusi notariuslar» sözləri əlavə edilsin;

10. 150.3-cü maddədə «və fərdi sahibkarlar» sözləri «, fərdi sahibkarlar və xüsusi notariuslar» sözləri ilə əvəz edilsin;

11. 151.1-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

«Xüsusi notariuslar bu Məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.»;

12. 164.1.6-cı maddədə «yığımlar» sözündən sonra «, xüsusi notariusların aldığı haqlar (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə)» sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 1 may 2012-ci il

351-IVQD

«Respublika» qəzetində dərc edilmişdir (6 iyun 2012-ci il, 123).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.