Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları»nın təsdiq edilməsi haqqında

Qərar 75

Bakı şəhəri, 24 may 2004-cü il

«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli, 809 nömrəli Fərmanının 1-ci bəndinin yeddinci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2004-ci il, 5, maddə 391).

5 aprel 2005-ci il tarixli, 62 nömrəli; 21 iyun 2005-ci il tarixli, 112 nömrəli; 23 fevral 2007-ci il tarixli, 37 nömrəli; 28 fevral 2007-ci il tarixli, 42 nömrəli; 2 fevral 2008-ci il tarixli, 23 nömrəli; 16 sentyabr 2008-ci il tarixli, 215 nömrəli; 9 noyabr 2009-cu il tarixli, 176 nömrəli; 31 yanvar 2012-ci il tarixli, 25 nömrəli; 14 fevral 2014-cü il tarixli, 46 nömrəli;  20 iyun 2017-ci il tarixli, 262 nömrəli; 3 aprel 2018-ci il tarixli, 125 nömrəli Qərarlara əsasən əlavə və dəyişikliklərlə.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 24 may tarixli,
75 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Dövlət büdcəsinin tərtibi və icrası
Qaydaları

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununa (bundan sonra — Qanun) uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının dövlət büdcəsinin tərtibi və icrasının təşkilati, hüquqi və iqtisadi əsaslarının prinsiplərini müəyyən edir.

1.2. Azərbaycan Respublikasının dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir.

Azərbaycan Respublikasının dövlət büdcəsi mərkəzləşdirilmiş gəlir və xərclərdən, yerli gəlir və xərclərdən ibarətdir.

1.3. Dövlət büdcəsinin tərtibi və icrasında büdcənin gəlirlərinin və xərclərinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılmasını təmin edən vahid büdcə təsnifatından istifadə olunur.

1.4. Dövlət büdcəsinin tərtibi və icrası prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Qanununa, hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında Qanuna, digər qanunlara və normativ hüquqi aktlara, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bu Qaydalara uyğun olaraq həyata keçirilir.

II. Dövlət büdcəsi layihəsinin tərtibi işinin təşkili

2.1. Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir.

2.2. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozları, məqsədli proqramları, iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisələrin cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanır.

2.3. Dövlət büdcəsi layihəsinin tərtibi prosesinə yanvar ayının üçüncü ongünlüyü ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuatda dərc olunan qərarı ilə başlanılır. Bu qərarda büdcənin tərtibi prosesində iştirak edən təşkilatlara (mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələrinə, büdcə gəlirlərinin icrasını təmin edən orqanlara, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlara, büdcədənkənar dövlət fondları və vergi ödəyicilərinə, zərurət yarandıqda, bələdiyyələrə tapşırıqların (tövsiyələrin) verilməsi öz əksini tapır. Qərara uyğun olaraq, fevral ayının sonunadək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən tərtib edilmiş ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozu dəqiqləşdirilir və mart ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

2.4. Ortamüddətli iqtisadi və sosial inkişaf proqnozu növbəti büdcə ili və gələn üç il üçün ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin xülasəsini, makroiqtisadi göstəricilərinin proqnozunu və sosial-iqtisadi siyasətinin əsas prioritetlərini əhatə edir:

2.4.1. Makroiqtisadi göstəricilərin proqnozunun tərkibinə aşağıdakı məlumatlar daxil edilir və bu göstəricilər növbəti büdcə ili və gələn üç il üçün hazırlanır:

2.4.1.1. Ümumi Daxili Məhsul (real artım, deflyator indeksi, dövlət və qeyri-dövlət sektorunun, neft və qeyri-neft sektorunun payı, onların artım və deflyator indeksləri);

2.4.1.2. Ümumi Daxili Məhsulun istehsal strukturu (onların artım və deflyator indeksləri, ümumi buraxılışı, aralıq istehlakı, əlavə dəyəri);

2.4.1.3. Ümumi Daxili Məhsulun sahə strukturu (onların artım və deflyator indeksləri);

2.4.1.4. respublikada istehsal olunan əsas məhsul növlərinin sahələr üzrə natural göstəricilərinin proqnozu (o cümlədən aksizli məhsulların növləri üzrə);

2.4.1.5. neftin dünya bazarında qiyməti;

2.4.1.6. daxili və xarici investisiyalar (onların strukturu və real artım sürətləri);

2.4.1.7. əhalinin pul gəlirləri, xərcləri və onların artım sürətləri;

2.4.1.8. orta aylıq əmək haqqı (onların iqtisadiyyatın sahələri, dövlət və qeyri-dövlət sektoru, büdcə və qeyri-büdcə təşkilatları, neft və qeyri-neft sektoru üzrə səviyyəsi və artım sürətləri);

2.4.1.9. əhalinin məşğulluq göstəriciləri (onların iqtisadiyyatın sahələri, dövlət və qeyri-dövlət sektoru, büdcə və qeyri-büdcə təşkilatları, neft və qeyri-neft sektoru üzrə sayı və artım sürətləri);

2.4.1.10. əhaliyə göstərilən pullu xidmətlərin həcmi və artım sürəti;

2.4.1.11. istehlak qiymətlərinin orta illik indeksi (inflyasiya);

2.4.1.12. milli valyutanın ABŞ dollarına və avroya nisbətdə orta illik məzənnəsi;

2.4.1.13. mal və xidmətlərin ticarət və tədiyə balansına görə idxalının və ixracının əsas göstəriciləri, onun strukturu;

2.4.1.14. tədiyə balansı;

2.4.1.15. toplu maliyyə balansı.

2.5. Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqnozlarına müvafiq olaraq, cari ilin martın 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən növbəti il və sonrakı üç il üçün dövlət və icmal büdcələrin ilkin ortamüddətli proqnozu (gəlirlər, xərclər, kəsir və maliyyələşmə) və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən dövlət investisiya proqramının ilkin layihəsi tərtib edilir.

2.6. Cari ilin aprel ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən növbəti il üçün dövlət büdcəsinin layihəsi, büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu, dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün zəruri olan qanunvericilik aktlarının layihələri və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən dövlət investisiya proqramının ilkin layihəsi hazırlanaraq baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur. Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin layihələri Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər icra hakimiyyəti orqanları ilə müzakirə edir.

2.7. Cari ilin may ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu (bundan sonra — təlimat məktubu) və büdcədənkənar dövlət fondları büdcələrinin layihələri barədə rəyini hazırlayıb aidiyyəti üzrə büdcənin tərtibi prosesində iştirak edən təşkilatlara göndərir. Bu təlimatda aidiyyəti məlumatlarla yanaşı, təşkilatlara və hər bölmə üzrə xərclərin yuxarı həddinə, cari xərclərə dair təsdiq olunmuş normalara, formalara, ətraflı büdcə təklifinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi üçün yardımçı sənədlər daxil olmaqla, gəlirlərin və xərclərin təhlilinə (qiymətləndirilməsinə) dair məlumatlar verilir.

2.8. Büdcə təşkilatlarının xərclərinin proqnozlaşdırılması və icrası zamanı onların büdcədənkənar vəsaitləri nəzərə alınır.

2.9. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar təlimat məktubuna uyğun olaraq, hazırladıqları büdcə layihəsini, büdcədənkənar dövlət fondları isə öz büdcələrinin göstəricilərini cari ilin iyul ayının 1-dək aidiyyəti üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanların regional və yerli bölmələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırdığı formalara və cari il mayın 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini cari il iyunun 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrinə təqdim edirlər.

2.10. Vergilər Nazirliyi və onun müvafiq orqanları tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

2.10.1. keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği;

2.10.2. hesablanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.10.3. büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.10.4. növbəti il üçün təklif olunan büdcə gəlirlərinin həcmi, ödənilməli olan vergi və ödənişlərin məbləği;

2.10.5. büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.10.6. sonrakı üç il üçün gəlirlərin qiymətləndirilməsi;

2.10.7. digər zəruri göstəricilər.

Vergilər Nazirliyi və onun müvafiq orqanları bu Qaydaların 2.10-cu bəndindəki göstəriciləri gəlirlər təsnifatının paraqrafları, Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları üzrə, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə ayrı-ayrılıqda təqdim edirlər.

Vergilər Nazirliyi tərəfindən təqdim olunan büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubuna müvafiq olaraq tərtib olunur və təqdim edilmiş hesablamalarda aşağıdakıları əhatə edir:

    • büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin büdcə gəlirlərinə təsiri (tədbirin həyata keçirilməsində mütləq ifadədə yaranan dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi);
    • büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair hesablamalar (vergi ödəyiciləri və gəlir qrupları üzrə əhatə dairəsi və bu göstəricilər üzrə tədbirlərin həyata keçirilməsində yaranacaq dəyişiklik).

Digər zəruri göstəricilər dedikdə, fəaliyyət növləri, mülkiyyət mənsubiyyəti, vergi orqanlarında hüquqi və fiziki şəxslərin vergi ödəyicisi kimi qeydiyyatı (uçotu), vergi növləri, gəlir qrupları, dövriyyə həcmləri üzrə vergi ödəyicilərinin sayı (qeydiyyatdan keçmiş və fəaliyyət göstərən), xüsusi vergi rejimi tətbiq olunan vergi ödəyiciləri üzrə məlumatlar (işçilərin sayı, əmək haqqı və s.), vergi növləri üzrə keçən il üçün icmal hesabat göstəriciləri, dövlət rüsumunu tutan orqanlar üzrə keçən il üçün icmal hesabat göstəriciləri, büdcə-vergi siyasəti tədbirlərinin həyata keçirilməsinin keçən ildə faktiki və cari ildə gözlənilən nəticələrini əks etdirən haqq-hesab cədvəlləri, vergi güzəştlərinin qiymətləndirilməsinə dair haqq-hesab cədvəlləri və digər göstəricilər başa düşülür.

2.11. Dövlət Gömrük Komitəsi və onun müvafiq orqanları tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

2.11.1. keçən ildə əldə edilmiş və cari ildə gözlənilən vergi və gömrük rüsumlarının məbləği;

2.11.2. hesablanmış vergi və gömrük rüsumlarının keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.11.3. vergi və gömrük rüsumlarının keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.11.4. növbəti il üçün təklif olunan vergi və gömrük rüsumlarının həcmi, ödənilməli olan vergi və gömrük rüsumlarının məbləği;

2.11.5. büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.11.6. sonrakı üç il üçün vergi və gömrük rüsumlarının qiymətləndirilməsi;

2.11.7. digər zəruri göstəricilər.

Dövlət Gömrük Komitəsi və onun müvafiq orqanları bu Qaydaların 2.11-ci bəndindəki göstəriciləri gəlirlər təsnifatının paraqraflarına uyğun təqdim edirlər.

Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunan büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubuna müvafiq olaraq tərtib olunur və təqdim edilmiş hesablamalar aşağıdakıları əhatə edir:

    • büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin büdcə gəlirlərinə təsiri (tədbirin həyata keçirilməsində mütləq ifadədə yaranan dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi);
    • büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair hesablamalar (vergi ödəyiciləri və gəlir qrupları üzrə əhatə dairəsi və bu göstəricilər üzrə tədbirlərin həyata keçirilməsində yaranacaq dəyişiklik).

Digər zəruri göstəricilər dedikdə, keçən il və cari ilin 5 ayı üçün kodlar üzrə malların idxalı və ixracına dair göstəricilər (o cümlədən vergi və gömrük rüsumlarından azad olunan, habelə dərəcələr üzrə vergi və gömrük rüsumlarına cəlb olunan idxal və ixrac mallarının kodları üzrə strukturu, aksizə cəlb olunan və azad olunan malların idxalının strukturu, nəqliyyat vasitələrinin spesifik xüsusiyyətlərinə görə vergiyə cəlb olunan və vergidən azad olunan avtomobillərin sayı və s.), vergi və gömrük rüsumlarının haqq-hesab cədvəlləri, büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin keçən ildə faktiki və cari ildə gözlənilən nəticələrini əks etdirən haqq-hesab cədvəlləri, vergi və rüsumlar üzrə güzəştlərin qiymətləndirilməsinə dair haqq-hesab cədvəlləri və digər göstəricilər öz əksini tapmalıdır.

2.12. Dövlət Statistika Komitəsi və onun müvafiq orqanları bu Qaydaların 2.4-cü bəndində müəyyən olunan göstəricilər üzrə son üç ili və cari ilin ötən dövrünü əhatə edən statistik məlumatları cari ilin fevral ayının 5-dək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

2.13. Torpaq sahələrinin qeydiyyatını aparan orqanlar tərəfindən Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan məlumatlarda aşağıdakılar öz əksini tapmalıdır:

2.13.1. hüquqi şəxslərin torpaq sahələrinin respublikanın kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə strukturu və keyfiyyət qrupları (ümumi torpaq sahələri, o cümlədən kənd təsərrüfatı üçün yararlı torpaqlar, ondan dağ və diizən torpaqlar, biçənək, örüş və otlaq torpaq sahələri);

2.13.2. fiziki şəxslərin torpaq sahələrinin respublikanın kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə strukturu və keyfiyyət qrupları (ümumi torpaq sahələri, o cümlədən kənd təsərrüfatı üçün yararlı torpaqlar, ondan dağ və düzən torpaqlar, biçənək, örüş və otlaq torpaq sahələri);

2.13.3. sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaq sahələri və onların respublikanın şəhərləri üzrə bölgüsü.

2.14. Dövlət əmlakının və torpaqların icarəyə verilməsi ilə məşğul olan orqanlar tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan məlumatlarda aşağıdakılar öz əksini tapmalıdır:

2.14.1. dövlət əmlakının və torpaqların icarə sahələri;

2.14.2. dövlət əmlakının və torpaqların icarəsi üzrə müqavilələrin sayı və onun dinamikası;

2.14.3. keçən ildə əldə edilmiş və cari ildə gözlənilən dövlət əmlakının və torpaqların icarə haqlarının məbləği;

2.14.4. hesablanmış dövlət əmlakının və torpaqların icarə haqlarının keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.14.5. dövlət əmlakının və torpaqların icarə haqlarını keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.14.6. növbəti il üçün təklif olunan dövlət əmlakının və torpaqların icarə haqlarının həcmi, ödənilməli olan icarə haqlarının məbləği;

2.14.7. sonrakı üç il üçün dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə tutulmuş haqların və tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.14.8. digər zəruri göstəricilər.

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən bu Qaydaların 2.14-cü bəndindəki göstəricilər Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar, kommersiya prinsipləri əsasında fəaliyyət göstərən təşkilatlar və xarici diplomatik qurumlar üzrə ayrı-ayrılıqda təqdim edilir.

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təqdim olunan dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubuna müvafiq olaraq tərtib olunur və təqdim edilmiş hesablamalar aşağıdakıları əhatə edir:

    • dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə tutulmuş tədbirlərin büdcə gəlirlərinə təsiri (tədbirin həyata keçirilməsində mütləq ifadədə yaranan dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi);
    • dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair hesablamalar (icarəçilərin və icarədarların əhatə dairəsi və bu göstəricilər üzrə tədbirlərin həyata keçirilməsində yaranacaq dəyişiklik).

2.15. Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonlarının icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

2.15.1. keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği;

2.15.2. hesablanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.15.3. büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.15.4. növbəti il üçün təklif olunan büdcə gəlirlərinin həcmi, ödənilməli olan vergi və ödənişlərin məbləği;

2.15.5. büdcə-vergi siyasətində təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.15.6. sonrakı üç il üçün gəlirlərin qiymətləndirilməsi;

2.15.7. digər zəruri göstəricilər.

Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonlarının icra hakimiyyəti orqanları bu Qaydaların 2.15-ci bəndindəki göstəriciləri funksional və iqtisadi təsnifatın paraqrafları, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə ayrı-ayrılıqda təqdim edirlər.

Digər zəruri göstəricilər dedikdə, fəaliyyət növləri, mülkiyyət mənsubiyyəti, vergi orqanlarında hüquqi və fiziki şəxs kimi qeydiyyatı, vergi növləri, gəlir qrupları, dövriyyə həcmləri üzrə vergi ödəyicilərinin sayı (qeydiyyatdan keçmiş və fəaliyyət göstərən), vergi növləri üzrə keçən il üçün icmal hesabat göstəriciləri, dövlət rüsumunu tutan orqanlar üzrə keçən il üçün icmal hesabat göstəriciləri və sair göstəricilər başa düşülür.

2.16. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq müəyyən edilmiş vergi ödəyiciləri tərəfindən təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

2.16.1. keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə ödənişlərinin məbləği;

2.16.2. hesablanmış büdcə ödənişlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.16.3. büdcə ödənişlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.16.4. növbəti il üçün təklif olunan büdcə ödənişlərinin həcmi, ödənilməli olan vergi və ödənişlərin məbləği;

2.16.5. büdcə-vergi siyasətində təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.16.6. sonrakı üç il üçün büdcə ödənişlərinin qiymətləndirilməsi;

2.16.7. digər zəruri göstəricilər.

Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş vergi ödəyiciləri tərəfindən göstəricilər funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim olunur.

Digər zəruri göstəricilər dedikdə, məhsul, iş və xidmətlərin istehsalı və təqdim edilməsi, onların respublikadaxili və dünya bazar qiymətləri (məhsul, iş və xidmətlərin növləri üzrə), məhsul, iş və xidmətlərin idxalı və ixracı barədə məlumatlar (məhsul, iş və xidmətlərin növləri üzrə), vergi növləri üzrə haqq-hesab cədvəlləri, hesablara daxil olmuş vəsaitlər, onların istifadə istiqamətləri və sair göstəricilər başa düşülür.

2.17. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

2.17.1. keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə ödənişlərinin məbləği;

2.17.2. hesablanmış büdcə ödənişlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.17.3. büdcə ödənişlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.17.4. növbəti il üçün təklif olunan büdcə ödənişlərinin həcmi, ödənilməli olan vergi və ödənişlərin məbləği;

2.17.5. büdcə-vergi siyasətində təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.17.6. sonrakı üç il üçün büdcə ödənişlərinin qiymətləndirilməsi;

2.17.7. digər zəruri göstəricilər.

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslər bu Qaydaların 2.17-ci bəndindəki göstəriciləri funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim edirlər.

2.18. Xüsusi vergi rejimli müəssisələrdən aşağıdakı göstəricilər tələb oluna bilər:

2.18.1. pay bölgüsü sazişlərində pay bölgüsü;

2.18.2. kapital xərcləri;

2.18.3. əməliyyat xərcləri;

2.18.4. işçilərin sayı (yerli və xarici vətəndaşlar olan işçilər üzrə);

2.18.5. əmək haqqı (yerli və xarici vətəndaşlar olan işçilər üzrə);

2.18.6. icarə haqqı;

2.18.7. mənfəət vergisinə dair haqq-hesab cədvəlləri;

2.18.8. mənbədən tutulan vergilərə dair haqq-hesab cədvəli;

2.18.9. digər məlumatlar.

Xüsusi vergi rejimli müəssisələrdən göstəricilər hər sazişə görə podratçılar və subpodratçılar üzrə ayrı-ayrılıqda təqdim olunmalıdır. Məlumatlar keçən ili, cari ili və sonrakı üç ili əhatə edir.

2.19. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq xərclər üzrə təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar da öz əksini tapmalıdır:

2.19.1. xidmət etdikləri sahələr və xərc bölmələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların layihələri;

2.19.2. Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində büdcə xərclərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləği;

2.19.3. Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində növbəti üç il üçün büdcə xərclərinin həcmi və büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.19.4. maliyyələşdirmə mənbəyi göstərilməklə, növbəti il və sonrakı üç il üçün iqtisadi və funksional təsnifatın paraqrafları üzrə investisiya layihələri üzrə xərclərin həcmi;

2.19.5. əmək haqqı barədə tələbat;

2.19.6. əvvəlki ildən qalan əmək haqqı borcu barədə məlumat;

2.19.7. ştatda olan işçilərin sayı barədə məlumat;

2.19.8. ştatdankənar işçilərin sayı barədə məlumat;

2.19.9. keçən ildə faktiki, cari ildə gözlənilən və növbəti il üçün ezamiyyətlərin sayı barədə məlumat;

2.19.10. balans üzrə işlək vəziyyətdə olan xidməti minik və digər nəqliyyat vasitələrinin sayı;

2.19.11. keçən ildə faktiki, cari ildə gözlənilən və sonrakı üç il üçün kommunal xidmətləri (elektrik enerjisi, qaz, su, istilik enerjisi, kanalizasiya və s.) sərfinin miqdarı və dəyəri;

2.19.12. icarəyə götürülmüş binaların sahəsi;

2.19.13. alınan bina və tikililərin sahəsi;

2.19.14. alınacaq nəqliyyat vasitələrinin sayı;

2.19.15. keçən ildə faktiki, cari ildə gözlənilən və sonrakı üç il üçün uzun müddət istifadə olunan istehsalat və qeyri-istehsalat avadanlıqlarının alınması barədə məlumat;

2.19.16. keçən ildə faktiki, cari ildə gözlənilən və sonrakı üç il üçün mənzil, istehsal, sosial-mədəni, məişət təyinatlı, inzibati və idarəetmə obyektlərinin tikintisi barədə məlumat;

2.19.17. keçən ildə faktiki, cari ildə gözlənilən və sonrakı üç il üçün mənzil, istehsal, sosial-mədəni, məişət təyinatlı, inzibati və idarəetmə obyektlərinin əsaslı təmiri barədə məlumat;

2.19.18. keçən ilin faktiki və cari ildə gözlənilən debitor və kreditor borcları (yaranma səbəbləri və tarixi) barədə məlumat;

2.19.19. keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcədənkənar gəlirlərin və xərclərin məbləği;

2.19.20. hesablanmış büdcədənkənar gəlirlərin və xərclərin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.19.21. büdcədənkənar gəlirlərin və xərclərin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.19.22. növbəti il üçün təklif olunan büdcədənkənar gəlirlərin həcmi, ödənilməli olan büdcədənkənar gəlirlərin məbləği;

2.19.23. büdcədənkənar gəlirlərə dair qanunvericilikdə təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.19.24. sonrakı üç il üçün büdcədənkənar gəlirlərin qiymətləndirilməsi;

2.19.25. dövlət və Naxçıvan Muxtar Respublikası büdcəsinin tərkibində yaradılan məqsədli fondlar barədə məlumat.

Qeyd olunan göstəricilər funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim olunur.

2.20. Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr cari ilin may ayının 1-dək aşağıdakı sənədləri və məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər:

2.20.1. cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayış;

2.20.2. növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri, dövlət büdcəsindən ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının həcminin əsaslandırılması;

2.20.3. ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi;

2.20.4. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sorğusuna görə digər materiallar.

2.21. Büdcədənkənar dövlət fondları tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

2.21.1. keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcədənkənar dövlət fondlarının gəlirlərinin və xərclərinin məbləği;

2.21.2. büdcədənkənar dövlət fondlarının hesablanmış gəlirlərinin və xərclərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.21.3. büdcədənkənar dövlət fondlarının gəlirlərinin və xərclərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.21.4. büdcədənkənar dövlət fondlarının növbəti il üçün təklif olunan gəlirlərinin və xərclərinin həcmi;

2.21.5. büdcədənkənar dövlət fondlarının gəlirlərinə dair qanunvericilikdə təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.21.6. sonrakı üç il üçün büdcədənkənar dövlət fondlarının gəlirlərinin və xərclərinin qiymətləndirilməsi;

2.21.7. digər zəruri göstəricilər.

Büdcədənkənar dövlət fondları tərəfindən yuxarıda göstərilən göstəricilər funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim olunur.

2.22. Avqust ayının 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən cari ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla, növbəti il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozları və dövlət investisiya proqramı dəqiqləşdirilərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

2.23. Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqnozu özündə növbəti büdcə ili və gələn üç il üçün ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin geniş xülasəsini, cari ilin gözlənilən nəticələrini, makroiqtisadi göstəricilərinin proqnozunu və sosial-iqtisadi siyasətinin əsas prioritetlərini əhatə edir.

2.24. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin tərtibi üçün lazım olan əsaslandırıcı materiallar və hesablamalar mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, dövlət büdcəsindən maliyyələşdirilən büdcə təşkilatlarından, zərurət yarandıqda, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslərdən, bələdiyyələrdən və büdcədənkənar dövlət fondlarından tələb oluna bilər.

III. Dövlət büdcəsi layihəsinin tərtibi, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimi

3.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dəqiqləşdirilmiş iqtisadi və sosial inkişaf proqnozlara, aidiyyəti nazirlik və dövlət qurumları tərəfindən hazırlanmış proqramlara əsasən dövlət büdcəsi layihəsinin gəlir və xərclərini yenidən hesablayır, zəruri hallarda müvafiq əlavələr və dəyişikliklər edir.

3.2. Dövlət büdcəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini əsas götürməklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iyul-avqust aylarında dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlarla və büdcə təşkilatları, həmçinin Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları ilə, zərurət olduqda bələdiyyələrlə və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərlə alınmış büdcə layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələri protokollarla rəsmiləşdirilir.

3.3. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

3.4. Bunlara aşağıdakılar daxildir:

3.4.1. növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və qanun layihəsinə dair izahat;

3.4.2. dövlət büdcəsi haqqında qanun layihəsində aşağıdakı göstəricilər öz əksini tapır:

3.4.2.1. gəlirlərin və xərclərin ümumi məbləği;

3.4.2.2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırılmaqla vergilərin dərəcələri;

3.4.2.3. mədaxil mənbələri üzrə gəlirlərin məbləği;

3.4.2.4. mənbələr üzrə qrantlar və transfertlər;

3.4.2.5. ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları;

3.4.2.6. funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraf səviyyəsində xərclərin məbləği;

3.4.2.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən qrantların, dotasiyaların, subsidiyaların və subvensiyaların məbləği;

3.4.2.8. büdcə ssudalarının ümumi məbləği və istiqamətləri;

3.4.2.9. daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlər;

3.4.2.10. dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddi;

3.4.2.11. sair beynəlxalq öhdəliklərin məbləği;

3.4.2.12. ehtiyat fondlarının məbləği;

3.4.2.13. daxili və xarici dövlət borcunun, dövlət zəmanətinin, o cümlədən büdcə ili ərzində cəlb edilən və əvvəlki illərdə alınmış və növbəti büdcə ilinin sonunadək qaytarılması nəzərdə tutulan daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri);

3.4.2.14. xərclərin maliyyələşdirmə ardıcıllığı;

3.4.2.15. dövlət büdcəsinin müdafiə olunan xərc maddələri;

3.4.2.16. dövlət büdcəsi kəsirinin yuxarı həddinin məbləği;

3.4.2.17. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcə kəsirinin yuxarı həddinin məbləği;

3.4.2.18. icmal büdcənin xərclərinin yuxarı həddinin məbləği;

3.4.3. büdcə-vergi siyasətinin əsas istiqamətləri;

3.4.4. büdcə gəlirləri təsnifatının, funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi;

3.4.5. dövlət borcları və dövlət zəmanəti ilə digər öhdəliklərə dair məlumat, o cümlədən:

3.4.5.1. xarici dövlət borclarına hesablanan faizlər və əsas məbləğlər üzrə ödənişlər;

3.4.5.2. daxili dövlət borclarına hesablanan faizlər və əsas məbləğlər üzrə ödənişlər;

3.4.5.3. büdcə ili ərzində xarici dövlət borcu yaradan kredit xətləri üzrə gözlənilən daxilolmaların məbləği (o cümlədən bilavasitə büdcəyə olan daxilolmalar);

3.4.5.4. büdcə ili ərzində daxili dövlət borcu yaradan kredit xətləri üzrə gözlənilən daxilolmaların məbləği (o cümlədən bilavasitə büdcəyə olan daxilolmalar);

3.4.5.5. büdcə ili ərzində xarici dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər (o cümlədən büdcədən maliyyələşən xərclər);

3.4.5.6. büdcə ili ərzində daxili dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər (o cümlədən büdcədən maliyyələşən xərclər);

3.4.5.7. büdcə ili ərzində büdcədən maliyyələşməsi proqnozlaşdırılan sair beynəlxalq öhdəliklər (beynəlxalq təşkilatlara üzvlük haqları);

3.4.5.8. beynəlxalq maliyyə qurumlarının səhm kapitallarında iştirak payı və s.;

3.4.5.9. büdcə ili ərzində xarici borclanmanın dövlət zəmanətinin (imzalanacaq borc müqavilələri üzrə) yuxarı həddi;

3.4.5.10. büdcə ili ərzində daxili borclanmanın dövlət zəmanətinin (imzalanacaq borc müqavilələri üzrə) yuxarı həddi;

3.4.6. funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində növbəti il üzrə icmal büdcənin layihəsi;

3.4.7. qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulduğu hallarda növbəti büdcə ili üzrə büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələri;

3.4.8. növbəti büdcə ili üzrə gəlirlərin və xərclərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə gəlirlərin təsnifatı, xərclərin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində müqayisəsi;

3.4.9. cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat;

3.4.10. büdcədənkənar əməliyyatlara dair icmal hesabat;

3.4.11. dövlət büdcəsi kəsirinin keçən büdcə ilində faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabat.

3.5. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sentyabr ayının 10-dək aşağıdakı göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir:

3.5.1. Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini;

3.5.2. növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə gələn üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq, mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının layihəsini;

3.5.3. Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansını.

3.6. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aidiyyəti nazirlik, komitə, şirkət, baş idarə və digər büdcə təşkilatları xidmət etdikləri sahələr və xərc bölmələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramları hazırlamaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırıb sentyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edirlər.

3.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən bu Qaydaların 3.5-ci və 3.6-cı bəndlərinə uyğun olaraq təqdim edilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetində müzakirə edilir. Müzakirə nəticələrində müsbət qərar qəbul edildikdən sonra növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri və bu Qaydaların 3.5-ci və 3.6-cı bəndlərində göstərilən digər sənədlərlə birlikdə sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

3.8. Növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və sonrakı üç il üçün icmal büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar tərəfindən qanunvericiliklə müəyyən edilən sənədlərin vaxtında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməməsi büdcənin tərtibi prosesinin pozulmasına səbəb olarsa, həmin təşkilatların vəzifəli şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

IV. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəricilərinin büdcə təşkilatlarına çatdırılması

4.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən edir.

4.2. Təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən bir ay müddətində büdcə təşkilatlarına çatdırılır.

4.2-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən cari il dekabrın 25-dək dövlət investisiya proqramına daxil edilmiş və maliyyələşməsi dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən həyata keçirilən layihələrin icra vəziyyətinə baxılır və bunun əsasında icrası növbəti ilə keçəcək layihələr də nəzərə alınmaqla, növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü həmin il yanvarın sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

4.3. Dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş ayırmaların müəyyən olunmuş müddətdə büdcə təşkilatlarına çatdırılmasına çatdırılmamasına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəhbərləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

V. Dövlət büdcəsinin icrası və icrasına cari nəzarət

5.1. Dövlət büdcəsi Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların tabeliyindəki təşkilatlar tərəfindən dövlət xəzinədarlığı vasitəsilə icra edilir.

5.2. Dövlət büdcəsindən maliyyələşən təşkilatların vəzifəli şəxsləri tabeliyində olan müəssisələrin həyata keçirdikləri maliyyə əməliyyatlarına, xərc normalarına müvafiq maliyyə qaydalarına riayət etmələrinə etməmələrinə və vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə məsuliyyət daşıyırlar. Bu qaydalara riayət etməyən, o cümlədən vəsaitin hərəkətinə və istifadəsinə dair məlumatı təqdim etməyən, həmin vəsaitin təyinatını dəyişən büdcə təşkilatlarına qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirilə bilər keçirilir.

5.3. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar, habelə onların regional və yerli bölmələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatları aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və ya onun yerli bölmələrinə təqdim edirlər.

5.4. Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar dövlət büdcəsi vəsaitlərindən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

5.5. Zərurət yarandıqda, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraflar, maddə və yarımmaddələri arasında dəyişikliklər edilə bilər.

5.5-1. Dövlət büdcəsinin icrası prosesində gəlirlər və kəsirin maliyyələşdirilməsi üzrə nəzərdə tutulmuş vəsaitlər təsdiq edilmiş məbləğdən az daxil olduqda, funksional və iqtisadi təsnifat üzrə xərclər (müdafiə olunan xərc maddələri istisna olmaqla) mütənasib şəkildə, inzibati təsnifat üzrə xərclər isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada azaldıla bilər.

5.5-2. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilər.

5.6. Dövlət büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir.

5.7. Dövlət büdcəsinin kassa icrası büdcə daxilolmalarının xəzinədarlığın cari hesabında yığılmasını, bu daxilolmaların büdcə təsnifatına uyğun sistemləşdirilərək xəzinə uçotuna alınmasını, büdcə xərcləri üzrə dövlət öhdəliklərinin qəbul olunmasını, dövlət öhdəliklərinə uyğun həyata keçirilmiş mal, iş və xidmət satınalmalarının kreditor borcu kimi xəzinə uçotuna qəbul edilməsini və bu cür borcların xəzinənin cari hesabından ödənilməsini təşkil edir.

5.8. Dövlət xəzinədarlığı dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparır.

5.9. Dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, büdcədənkənar haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları (Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, əməliyyat xərcləri, beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitin yerləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla) dövlət büdcəsinin kəsirinin bağlanması üçün dövlət zəmanəti ilə alınmış borclar üzrə əməliyyatlar və digər dövlət maliyyə əməliyyatları qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir.

5.10. Dövlət büdcəsinin gəlirləri, büdcədənkənar dövlət fondlarının gəlirləri, büdcə kəsirinin maliyyələşməsi üçün daxilolmalar xəzinədarlığın tranzit və cari bank hesablarına mədaxil edildikdən sonra icra olunmuş hesab olunur.

5.11. Büdcə daxilolmaları vahid büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq tərəfindən təsnifatlaşdırılır, uçota almır və daxilolmaların yığılmasını təmin edən dövlət orqanları ilə qarşılıqlı surətdə dövri olaraq üzləşdirilir və hesabat tərtib edilir.

5.12. Qanunvericilikdə nəzərdə tutulmuş həcmdən artıq ödənilmiş vergilər, səhvən daxil olduğu müəyyən edilmiş daxilolmalar mövcud qaydalara əsasən xəzinədarlıq tərəfindən dövlət büdcəsindən geri qaytarılır.

5.13 Büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir.

5.14. Büdcə xərclərinin kassa icrası üçün xəzinədarlıq tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar və dövlət xərclərinin həyata keçirilməsini təmin edən orqanlar qarşısında mövcud qaydalara uyğun olaraq dövlət öhdəlikləri qəbul edilir, bu öhdəliklər uçota alınır və dövlət büdcəsinin icrası haqqında dövri hesabatlara daxil edilir.

5.15. Qəbul edilmiş öhdəliklər həddində büdcə təşkilatları və dövlət xərclərini təmin edən orqanlar tərəfindən satın alınmış mal, iş və xidmətlər xəzinədarlıq tərəfindən mövcud qaydalara uyğun uçota alınır və dövlət büdcəsinin icrası haqqında dövri hesabatlara daxil edilir. Bu cür satınalmalardan yaranan kreditor borcları dövlət büdcəsinin mal, iş və xidmətləri təqdim etmiş hüquqi və fiziki şəxslərin qarşısında öhdəliklərini təşkil edir və bu öhdəliklərin cari və ya növbəti illərin vəsaiti hesabına təmin edilməsi məcburi sayılır. Xəzinədarlıq tərəfindən həyata keçirilən büdcədənkənar vəsaitlərin xərclərinə öhdəliklərin qəbulu mexanizmi tətbiq edilmir.

5.16. Dövlət büdcəsinin hüquqi və fiziki şəxslər qarşısında yaranan öhdəliklərinin büdcə vəsaiti hesabına təmin edilməsi xəzinədarlığın vahid hesabından pul vəsaitlərinin köçürülməsi ilə həyata keçirilir və bu dövlət büdcəsinin xərclərinin kassa icrasını təşkil edir. Xərclərin kassa icrası müəyyən edilmiş dövr ərzində təmin ediləcək dəyərlərin haqqının qabaqcadan ödənişi vasitəsilə də həyata keçirilə bilər. Bu cür ödənişlər satınalmanın tərəfləri arasında bağlanmış alqı-satqı müqavilələri ilə şərtləndirilməsi və xəzinədarlıq tərəfindən məqbul sayıldıqdan sonra həyata keçirilir.

5.17. Dövlət büdcəsinin xərclərinin kassa icrası üzrə məlumatları bu xərcləri həyata keçirən büdcə təşkilatları ilə xəzinədarlıq arasında dövri olaraq üzləşdirilir və müvafiq qaydada rəsmiləşdirilir.

5.18. Dövlət xəzinədarlığının hesablarında olan pul vəsaitlərinin hərəkəti dövri olaraq xəzinədarlıqla müvəkkil banklar arasında, eyni zamanda xəzinədarlığın yerli orqanları ilə mərkəzi xəzinədarlıq orqanları arasında üzləşdirilir, əsassız kənarlaşmalar aşkar edildikdə, səbəbləri araşdırılaraq aradan qaldırılır.

5.19. Xəzinədarlığın vahid hesabından aparılmış xərclərin kassa icrası büdcə təsnifatına uyğun qruplaşdırılaraq uçota alınır və dövlət büdcəsinin icrasına dair dövri hesabatlara daxil edilir.

5.20. Dövlət büdcəsinin icrası prosesində qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar, bu Qaydaların 5.42-ci bəndinin üçüncü abzasında nəzərdə tutulan hallar istisna olmaqla, büdcə ili qurtardıqdan sonra həyata keçirilə bilməz. Belə öhdəliklər üzrə ödəmələr növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur.

5.21. İlin sonuna bütün xəzinə hesablarının qalıqları, bu Qaydaların 5.42-ci bəndinin üçüncü abzasında nəzərdə tutulan hallar istisna olmaqla, dövlət büdcəsinin vahid xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür.

Bu vəsaitin növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə birinədək hissəsi həmin ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilir, habelə bu Qaydaların 5.44-cü bəndində nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.

Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada birbaşa icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.

Xarici valyutada dövlət büdcəsinə daxilolmalar hər hesabat ayının sonunda Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsi ilə yenidən qiymətləndirilir.

Manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranan qazanc və ya itki yenidən qiymətləndirmənin nəticəsi kimi dövlət büdcəsinin müvafiq hesabat dövrünün sonuna fakt üzrə onun gəlirlərində və ya xərclərində əks etdirilir, həmçinin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığında nəzərə alınır.

Yenidən qiymətləndirmə nəticəsində yaranan qazanc və ya itki dövlət büdcəsinin kassa icrasına aid olunmur.

5.22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22.2-ci maddəsində nəzərdə tutulan vergi orqanlarının büdcədənkənar fonduna vəsaitin ayrılması vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 25 faizi həcmində (dövlət büdcəsindən vergi orqanlarının saxlanılması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla) hesabat ilinin faktiki mədaxillərinin azaldılması hesabına həyata keçirilir.

5.22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22.2-ci maddəsində nəzərdə tutulan vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fonduna vəsaitin ayrılması həmin ilin vergi daxilolmalarının azaldılması hesabına həyata keçirilir.

5.23. Dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid hesabında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanılır.

5.24. Vahid xəzinə hesabının idarə edilməsinin və bu hesabdan vəsaitin silinməsinə sərəncam verilməsinin müstəsna səlahiyyəti dövlət xəzinədarlığına məxsusdur. Dövlət xəzinədarlığının razılığı olmadan bu hesabdan hər hansı formada vəsaitin köçürülməsi və ya götürülməsi qadağandır.

5.25. Dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar dövlət xəzinədarlığının yazılı icazəsi olmadan bank hesabı aça və ya belə hesablardan istifadə edə bilməzlər. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət xəzinədarlığı əvvəllər verdiyi icazəni geri çağıra bilər.

5.26. Büdcə təşkilatları əldə etdikləri büdcə və büdcədənkənar gəlirləri Qanunla bu gəlirlərin vergilərə cəlb edilməsi müəyyən edildiyi halda, həmin vergiləri ödədikdən sonra tam həcmdə və qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 2 bank günü ərzində vahid xəzinə hesabına köçürməlidirlər.

5.27. Gəlir və xərclərin icrasına dair vahid büdcə təsnifatına uyğun hazırlanmış dövri hesabatlar yerli xəzinə orqanlarından və nazirlik, komitə, baş idarə və Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən digər baş kredit sərəncamçılarından qəbul edilir, yoxlanılır və icmallaşdırılır.

5.28. Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

5.29. Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsi və icmal hesabat Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanır.

5.30. Dövlət büdcəsinin gəlirlərinin icrası barədə hesabat dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və dövlət xəzinədarlığı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formalarda aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə təqdim edilmiş hesabatlar əsasında hazırlanır.

5.31. Dövlət büdcəsinin icrası barədə aylıq hesabat Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hesabat ayından sonrakı ayın 25-dək tərtib olunur və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Hesabatda dövlət büdcəsinin icrası funksional və iqtisadi təsnifat əsasında ilin əvvəlindən artan yekunla əks etdirilir.

5.32. Azərbaycan Respublikasının Nazirlər Kabineti öz növbəsində bu hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

5.33. Dövlət büdcəsinin icrası barədə rüblük hesabat Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq, növbəti rübün birinci ayının sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir. Rüblük hesabatda başqa göstəricilərlə yanaşı, gəlir və xərclərin icrasının müqayisəli təhlili verilir. Xərclərin maliyyələşdirilməsində faktiki göstəricilərlə təsdiq olunmuş rəqəmlər arasında fərq yarandıqda, hesabatda bu fərqlə bağlı izahat və dövlət əhəmiyyətli layihələrə dair məlumatlar da əks olunur.

5.34. Azərbaycan Respublikasının Nazirlər Kabineti öz növbəsində həmin hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

5.35. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi rüblük hesabatı mətbuatda dərc etdirir.

5.36. Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq növbəti ilin aprel ayının 25-nə kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Hesabat özündə digər məlumatlarla yanaşı, bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları və verilən dövlət zəmanətləri, buraxılmış dövlət qiymətli kağızlarıehtiyat fondlarından il ərzində istifadə haqqında məlumatları da əks etdirir.

5.37. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qaydaların 5.36-cı bəndindəki göstəriciləri növbəti ilin may ayının 5-nə kimi Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

5.38. İcmal büdcənin icrası barədə rüblük və illik hesabatlar (büdcənin gəlirləri, xərcləri, dövlət borcunun məbləği, kreditlər və s. məlumatlar da daxil olmaqla) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən mətbuatda dərc etdirilir.

5.39. Dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditi qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparılır.

5.40. Dövlət büdcəsinin icrasına nəzarəti öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir:

5.40.1. maliyyə orqanlarında dövlət büdcəsinin tərtibi və icrası üzrə qüvvədə olan qanunvericiliyə riayət edilməsi, iqtisadi-nəzarət işlərinin yerinə yetirilməsi, maliyyə nəzarətinin üsul və metodlarının təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, dövlət büdcəsinə gəlirlərin tam və vaxtında daxil olmasının təmin olunması, büdcə gəlirlərinin artması imkanlarının aşkar edilməsi və vəsaitin xərclənməsində israfçılığın qarşısının alınması, idarə, müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin həyata keçirilməsi, dövlət vəsaitinin qorunması, onun düzgün və qənaətlə xərclənməsi, büdcə təşkilatlarında mühasibat uçotunun aparılması və hesabatın düzgün tərtibi işləri yoxlanılır;

5.40.2. büdcə təşkilatlarının büdcə və büdcədənkənar xərclər smetasında nəzərdə tutulan təyinatların hesablamalarla əsaslandırılması, xərclər smetasının və əsas göstəricilərin icrası, vəsaitlərin təyinatı üzrə məqsədyönlü və səmərəli istifadə olunması, maliyyə intizamına əməl edilməsi və uçot-hesabat işlərinin vəziyyəti yoxlanılır;

5.40.3. maliyyə orqanlarının hesabatlarının təhlili zamanı büdcə idarələrində vəsaitlərdən səmərəsiz istifadənin və proqnozların yerinə yetirilməməsi səbəblərinin araşdırılması, maliyyə orqanlarının nəzarət-təftiş işinin vəziyyəti, pul vəsaitlərinin və maddi dəyərlilərin qeyri-qanuni xərclənməsinin qarşısının alınması, dövlətə vurulan ziyanın bərpası, büdcəyə vaxtında ödənilməmiş məbləğlərin müəyyən edilmiş qaydada büdcəyə alınması, yoxlanılan idarə, müəssisə və təşkilat rəhbərlərinə maliyyə intizamının pozulması hallarının aradan qaldırılması haqqında təkliflərin verilməsi, əlavə gəlirlərin və ilin əvvəlinə qalan büdcə vəsaiti qalıqlarının müəyyən olunmuş qaydada dövlət büdcəsinə vaxtında və tam məbləğdə köçürülməsinin təmin edilməsi, maliyyələşmə mənbəyi olmadan xərclərin aparılması araşdırılır;

5.40.4. yerli maliyyə orqanlarında, eləcə də yerli və mərkəzləşdirilmiş xərclərdən maliyyələşən büdcə təşkilatlarında gəlir və xərclərin icrasına dair uçot-hesabat işlərinin vəziyyəti, xəzinədarlıq işlərinin təşkili və aparılması yoxlanılır;

5.40.5. şəbəkə, ştat və kontingentlər üzrə planların yerinə yetirilməsi və xərclərin bu planların yerinə yetirilmə dərəcəsinə uyğunluğu müəyyənləşdirilir;

5.40.6. pul vəsaitlərinin və maddi dəyərlilərin qorunub saxlanılması və onların xərclənməsində qanunçuluğa və ciddi qənaət rejiminə riayət edilməsi yoxlanılır;

5.40.7. müavinətlərin, təqaüdlərin və maddi yardım təyin edilməsi və ödənilməsinin düzgünlüyü, əmək haqqı fondlarından istifadənin düzgünlüyü yoxlanılır;

5.40.8. büdcədənkənar vəsaitlərin, büdcədənkənar fondların yaradılmasının və xərclənməsinin düzgünlüyü, büdcə qarşısında olan öhdəliklərin icrası yoxlanılır;

5.40.9. əsaslı təmirə, avadanlıq və inventar alınmasına çəkilən xərclərin səmərəliliyi, maddi dəyərlilərin və pul vəsaitlərinin, ştatların, əmək haqqı stavkalarının xərcləri üçün müəyyənləşdirilmiş normalara riayət olunması, ezamiyyə xərclərinin və məzuniyyət haqlarının hesablanması və ödənilməsinin düzgünlüyü yoxlanılır.

5.41. Dövlət büdcəsi kəsirinin məbləği növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən edilir. Büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğinin maliyyələşməsi dövlət borcu, kredit və digər mənbələr hesabına həyata keçirilir.

5.42. Dövlət büdcəsində nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün yaradılan Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir.

Dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər.

Dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fondlarının vəsaitlərinin istifadə müddəti, yuxarıdakı abzasda nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq büdcə ilinin sonunda başa çatır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər rüb dövlət büdcəsinin Ehtiyat Fondundan və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsaitlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim edir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Prezidenti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.

5.43. Dövlət büdcəsinin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşdırılan məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcənin gəlir və xərc hissələrində ayrıca göstərilməklə, müvafiq maliyyə əməliyyatları xəzinədarlıq vasitəsilə həyata keçirilir. Məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir.

5.44. Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə oluna və ya idarəetməyə verilə bilər. Sərbəst qalığın idarəetməyə verilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

VI. Dövlət büdcəsinə yenidən baxılma və xərclərə sekvestr tətbiq olunması

6.1. Dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərtidir.

6.2. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinə yenidən baxılması zərurəti yarandıqda və bu zərurətin cari il üçün dövlət büdcəsi layihəsinin tərtibi və təsdiqi zamanı nəzərə alınması mümkün olmamışdırsa, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cari ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təklif təqdim edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti qaldırılan məsələni zəruri hesab etdiyi təqdirdə, sentyabrın 15-dən gec olmayaraq dövlət büdcəsinə yenidən baxılması təklifi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət edir.

6.3. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar bu Qaydaların 4.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş rüblük göstəricilərdən kənarlaşdıqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların Qanunun 18.4-cü, 18.5-ci, 18.6-cı və 19.6-cı maddələrində nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2 gün müddətinə bu məsələni Nazirlər Kabinetinin iclasında dövlət büdcəsinin gəlirlərinin və kəsirin maliyyələşdirilməsinin icrasını təmin edən orqanların (Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Neft Fondu və digər aidiyyəti orqanlar) iştirakı ilə müzakirə edib, həmin orqanlara yaranmış vəziyyətin 10 gün müddətində tənzimlənməsi üçün tapşırıqlar verir.

10 gün müddətində büdcə daxilolmalarının proqnozda nəzərdə tutulan səviyyəyə çatdırılması dövlət büdcəsinin gəlirlərinin və kəsirin maliyyələşdirilməsinin icrasını təmin edən orqanlar (Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Neft Fondu və digər aidiyyəti orqanlar) tərəfindən mümkün olmazsa, Azərbaycan Respublikasının Nazirlər Kabineti sentyabrın 15-dən gec olmayaraq dövlət büdcəsinə yenidən baxılması təklifi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət edir.

6.4. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin ilk 6 ayının nəticəsinə görə müəyyən olunmuş göstəricilərdən 30 faiz az olduqda və ilin sonunadək yuxarıda göstərilənlərin aradan qaldırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən əsaslandırılmış təklif olmadıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti sentyabrın 15-dən gec olmayaraq dövlət büdcəsinə yenidən baxılaraq, sekvestr tətbiq olunması təklifi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət edir.

VII. Dövlət borcu və ona xidmət göstərilməsi

7.1. Dövlət borcalmaları ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş proqramların həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kəsirini örtmək, dövlət investisiyalarını maliyyələşdirmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən digər məsələlərin həlli məqsədi ilə həyata keçirilir.

Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi qaydaları Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

7.2. Büdcə ili ərzində alınan və bilavasitə dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən dövlət borcunun məbləği, istifadəsi və ona xidmət göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsində əks etdirilir.

7.3. Büdcə gəlirlərinin həcmindən və ayırmaların səviyyəsindən asılı olmayaraq dövlət borcu üzrə xidmətlər əsas məbləğ və faizlər tam və vaxtında həyata keçirilməlidir. Əsas məbləğ və faizlər kredit müqaviləsinə, yaxud dövlət qiymətli kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir.

7.4. Dövlət borcunun yuxarı həddi (limiti) yalnız müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməklə artırıla və ya azaldıla bilər.

7.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət borcları üzrə sənədlərin əslinə uyğun olaraq borcların uçotunu aparır və hər rüb onlar haqqında məlumatları mətbuatda dərc etdirir.

7.6. Azərbaycan Respublikasının borc öhdəlikləri və verilən dövlət zəmanətləri dövlət borcunun və dövlət zəmanətinin reyestrində qeydiyyata alınır.

7.7. Dövlət borcunun və dövlət zəmanətinin uçotu və idarə olunması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirildiyi üçün və imzalanmış müqavilələrdə hökumətin adından «Borcalan» və «Zəmanətçi» funksiyalarının icraçısı kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çıxış etdiyi üçün dövlət borcunun və dövlət zəmanətinin reyestri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən aparılır.

7.8. Dövlət borcunu yaradan müqavilələr müvafiq qaydada paraqraflandırıldıqdan sonra dövlət borcunun və dövlət zəmanətinin reyestrinə daxil edilir.

7.9. Azərbaycan Respublikasının borc öhdəlikləri və dövlət zəmanətləri haqqında məlumat müvafiq öhdəliyin rəsmiləşdiyi gündən ən geci 10 iş günü ərzində reyestrə daxil edilməlidir. Reyestrə öhdəliyin yaranma tarixi, qüvvədə olma müddəti, məbləği, valyutası, faiz dərəcəsi, öhdəlik üzrə ödənişlər, öhdəliklərin təminatı formaları və sair barədə məlumatlar daxil edilir.

7.10. Dövlət borcunun və dövlət zəmanətinin reyestrinin aparılması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

7.11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət borcunun və dövlət zəmanətinin reyestrində qeydlərin düzgün aparılmasını və reyestrdə elektron və kağız daşıyıcıların saxlanmasını təmin edir.

7.12. Dövlət borcalmaları və dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadəni və onların vaxtında qaytarılmasını təmin etməyən, borc müqavilələrinin şərtlərini pozan şəxslər, Qanunla nəzərdə tutulmuş məlumatların verilməsinə görə cavabdeh olan şəxslər onların verilməməsinə (vaxtında verilməməsinə) və ya məlumatın təhrif olunması nəticəsində başqa şəxslərə zərər dəyməsinə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.

7.13. Dövlət borcunun uçotu onun qəbul olunmuş təsnifatının, istifadəsinin, faiz ödənişlərinin və borcun geri qaytarılmasının icmalını əhatə edir.

7.14. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət borcunun və dövlət zəmanətinin reyestrinin aparılması məqsədi ilə borcalanlardan aylıq və rüblük hesabatlar alır. Hesabatda əks etdirilən məlumatların dürüstlüyünə görə hesabatı təqdim edən təşkilatın rəhbəri şəxsən məsuliyyət daşıyır. Hesabat məlumatları hesabat ayından sonrakı ayın 15-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir. Alınmış məlumatlar artan yekunla ümumiləşdirilir və xarici dövlət borcunun ölkə üzrə ümumi məbləği müəyyən olunaraq uçotu aparılır.

7.15. Azərbaycan Respublikasının dövlət borcunun həcminə və tərkibinə dair məlumat açıqdır və internet şəbəkəsində yerləşdirmə yolu ilə elan olunur. Bu məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət büdcəsinin icrasına dair hazırlanan və qanunvericiliyə uyğun dərc edilən hesabatlara daxil edilir. Məlumatların dərc edilməli olduğu kütləvi informasiya vasitələrini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müəyyən edir.

7.16. Beynəlxalq maliyyə-kredit təşkilatlarında iştirak payı (səhm zərfi) və beynəlxalq ictimai-siyasi təşkilatlara üzvlük haqqı öhdəliklərinin uçotu müvafiq qaydada rəsmiləşdirilir.

VIII. Dövlət büdcəsinin Naxçıvan Muxtar Respublikasının büdcəsi, yerli büdcələrlə və büdcədənkənar dövlət fondları ilə qarşılıqlı əlaqəsi

8.1. Dövlət büdcəsi ilə Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr arasında qarşılıqlı əlaqə tənzimləyici mədaxil mənbələrindən istifadə etmək, məqsədli büdcə fondları yaratmaq, maliyyə ehtiyatlarını bölüşdürmək prinsiplərinə uyğun qurulur.

8.2. Yerli büdcələrlə dövlət büdcəsi arasında qarşılıqlı büdcə münasibətləri aşağıdakı qaydada həyata keçirilir:

8.2.1. investisiya mühitini yaxşılaşdırmaqla və səmərəli iqtisadi siyasət həyata keçirməklə istehsal və xidmət sahələrinin inkişafına şərait yaradılması;

8.2.2. yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirmək mümkün olmadıqda, dövlət büdcəsindən dotasiya və subvensiya ayrılması;

8.2.3. qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin təmin edilməsi;

8.2.4. icra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə, uyğun azalma və ya artma məbləğlərinin bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya edilməsi.

8.3. Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli, 809 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Maliyyə Nazirliyi və büdcədənkənar dövlət fondları tərəfindən birgə hazırlanmış və təsdiq olunmuş tədbirlər planı vasitəsi ilə həyata keçirilir. Tədbirlər planı mətbuatda dərc edilir.





Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.