Axtar
az|рус|eng
Qanunvericilik

«Qeydiyyata alınmışdır»
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
Qeydiyyat 2778
02.04.2002-ci il
Nazir
F. F. MƏMMƏDOV

Azərbaycan Respublikası
Milli Bankı
İdarə Heyətinin
18 mart 2002-ci il tarixli qərarı ilə
təsdiq edilmişdir
Protokol 06
İdarə Heyətinin sədri
E.S. RÜSTƏMOV

«Razılaşdırılmışdır»
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
26.03.2002-ci il
Komitənin sədri
K.F. HEYDƏROV

Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Valyuta tənzimi haqqında» və «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə müvafiq olaraq hazırlanmış və fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına nağd gətirilməsi və Azərbaycan Respublikasından nağd çıxarılması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş «fiziki şəxs olan rezidentlər» (bundan sonra rezidentlər), «fiziki şəxs olan qeyri-rezidentlər» (bundan sonra qeyri-rezidentlər), «müvəkkil banklar», «valyuta sərvətləri», o cümlədən, «xarici valyuta», «xarici valyutada qiymətli kağızlar» və «qiymətli metallar» anlayışları «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanununda şərh edildiyi kimi başa düşülür.

2. Rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması

2.1. Rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bəyan etməklə məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər.

2.2. Rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən «Sərnişin gömrük bəyannaməsi» (Əlavə 1) ilə, 10.000 (on min) ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (GA-5 -li forma, Əlavə 2) ilə rəsmiləşdirilir.

2.3. Rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği heç bir rüsum ödənilmədən gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

Rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətləri ölkə ərazisindən nağd çıxarılarkən gömrük orqanlarına «Sərnişin gömrük bəyannaməsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda) və «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən çox olduqda) təqdim edilməlidir.

2.4. Rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin rezidentə nağd verilməsini təsdiq edən arayışı təqdim etməklə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilərlər.

2.5. Rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərindən yalnız 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş «Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında» bank arayışı (Əlavə 3) əsasında, heç bir rüsum ödənilmədən gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

2.6. Rezidentlər tərəfindən adambaşına 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğində valyuta sərvətləri (fond sərvətləri istisna olmaqla) sənəd təqdim edilmədən, gömrük orqanlarında bəyan edilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər.

Həmin məbləğdən 1.000 (bir min) ABŞ dolları ekvivalentinədək gömrük rüsumu ödənilmədən, 1.000 (bir min) ABŞ dolları ekvivalentindən əlavə 9.000 (doqquz min) ABŞ dolları ekvivalentinədək isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdə gömrük rüsumu ödənilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər.

2.7. Xarici ölkələrə xidməti ezamiyyətə gedən rezidentlər, həmin şəxsləri ezamiyyətə göndərən təşkilatlara xidmət göstərən müvəkkil bankların təsdiqedici sənədlərində (ezamiyyə xərclərinin ödənilməsi barədə bank arayışı, Əlavə 4) göstərilən məbləğlərdə ezamiyyə və nümayəndəlik xərclərinin ödənilməsi üçün xarici valyuta sərvətlərini gömrük rüsumu ödənilmədən Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilər.

3. Qeyri-rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması

3.1. Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bəyan etməklə məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər.

3.2. Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən «Sərnişin gömrük bəyannaməsi» (Əlavə 1) ilə, 10.000 (on min) ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (GA-5 -li forma, Əlavə 2) ilə rəsmiləşdirilir.

3.3. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği heç bir rüsum ödənilmədən gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətləri ölkə ərazisindən nağd çıxarılarkən gömrük orqanlarına «Sərnişin gömrük bəyannaməsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda) və «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən çox olduqda) təqdim edilməlidir.

3.4. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin qeyri-rezidentə nağd verilməsini təsdiq edən arayış təqdim etməklə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilərlər.

3.5. Qeyri-rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərindən yalnız 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş «Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında» bank arayışı (Əlavə 3) əsasında, heç bir rüsum ödənilmədən gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

3.6. Qeyri-rezidentlər, onları ezamiyyətə göndərən təşkilatın təsdiqedici sənədlərində (ezam olunma barədə əmrdən çıxarış və ya ezamiyyə vəsiqəsi və ezamiyyə haqqının verilməsi barədə kassa məxaric orderinin qəbzi) göstərilən məbləğdə valyuta sərvətlərini gömrük rüsumu ödənilmədən Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

3.7. Qeyri-rezidentlər bu Qaydaların 3.3, 3.4, 3.5 və 3.6 yarımbəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, sənəd təqdim edilmədən 1.000 (bir min) ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini gömrük rüsumu ödənilmədən Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

4. Yekun müddəalar

4.1. Gömrük orqanlarının məsul şəxsləri rezident və qeyri-rezidentlərə bu Qaydaların tələblərindən irəli gələn şərtlərin qeyri-qanuni yollarla əldə edilmiş vəsaitlərin ölkə ərazisindən tranzit daşınmasının məhdudlaşdırılması məqsədi ilə tətbiq olunduğunu izah edirlər.

4.2. Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası ərazisinə gətirilən valyuta sərvətləri haqqında aylıq məlumatları növbəti ayın 20-dək, gömrük orqanları isə 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə gətirilən valyuta sərvətləri barədə məlumatları 7 gün müddətində müəyyən olunmuş qaydada Milli Banka göndərir.

4.3. Valyuta sərvətlərinin ölkə ərazisindən çıxarılması üçün gömrük rüsumları müvafiq ərazi gömrük orqanlarına ödənilir.

4.4. Bu Qaydaların müddəalarını pozan şəxslər Azarbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.

4.5. Bu Qaydalar 10 aprel 2002-ci il tarixdən qüvvəyə minir.

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, 4, səh. 3).

Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin 18 fevral 2008-ci il tarixli, 06 nömrəli Protokoluna əsasən dəyişikliklərlə .


Əlavə 1

Sərnişin gömrük bəyannaməsi

* 16 Yaşına çatmış hər bir şəxs tərəfindən doldurulur.

* Lazımi cavab uyğun damada [x] işarəsi ilə olunur.

* Müvəqqəti giriş (çıxış) müddətinin sonuna kimi saxlanılır və qayıdanbaş gömrükxana orqanlarına təqdim olunur. İtirildikdə bərpa olunmur.

 

 
 
 

giriş

çıxış

tranzit

1. Şəxs haqqında məlumat

_______________________________

_________________________

_________________________

soyadı

adı

atasının adı

 

______________________

______________________

seriya _________ ____________________

daimi yaşadığı ölkə

vətəndaşlığı

pasport

 

___________________________________________

_________________________________________

hansı ölkədən gəlib (yola düşdüyü ölkə göstərilir)

hansı ölkəyə gedir (təyinat ölkəsi göstərilir)

 

Mənimlə həddi-büluğa çatmamış uşaqlar gedir

 
 

sayı ______________

 

yox

 

2. Baqaj haqqında məlumat

2.1. Əl yükü də daxil olmaqla müşayiət olunan baqaj

 
 

2.2. Müşayiət olunmayan baqaj (yük müşayiətedici sənədlər üzrə)

 
 

yox

yox

 

Yerlərin sayı _______________________________

Yerlərin sayı _______________________________

3. Mallar haqqında məlumat:

Mənim üstümdə və baqajımda bəyannaməyə mütləq daxil edilməsi tələb olunan və sərhəddən keçirilməsi müvafiq səlahiyyətli orqanlar tərəfindən verilmiş icazə sənədləri üzrə həyata keçirilən mallar var.

 

3.1. İstənilən növdə və vəziyyətdə nağd milli və başqa valyuta, valyuta sərvətləri, qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış məmulatlar.

 
 

yox

 

Valyutanın, sərvətlərin və ya məmulatın adı

Miqdarı/sayı

Rəqəmlə

Sözlə

     
     
     
     

 

3.2. Hər növ silah, sursat, partlayıcı maddələr

 
 

yox

3.3. Narkotik və psixotrop maddələr

 
 

yox

3.4. Qədim əşyalar və sənət əsərləri

 
 

yox

3.5. Çap məhsulları və başqa informasiya daşıyıcıları

 
 

yox

3.6. Zəhərləyici və güclü təsirə malik maddələr və dərmanlar

 
 

yox

3.7. Radioaktiv maddələr

 
 

yox

3.8. Flora və fauna obyektləri, onların hissələri və onlardan alınan məhsullar

 
 

yox

3.9. Yüksək tezlikli radioelektron qurğular və rabitə vasitələri

 
 

yox

3.10. Gömrük ödənişləri tutulmalı olan mallar

 
 

yox

3.11. Müvəqqəti aparılan (gətirilən) mallar

 
 

yox

3.12. Nəqliyyat vasitələri

 
 

yox

4. Mallar haqqında məlumat:

4.1. 3.2 — 3.11 maddələrində göstərilən mallar haqqında məlumat

 

Malın adı və digər fərqləndirici əlamətləri, icazə sənədinin verilmə sayı və tarixi, sənədi verən orqan

Miqdarı

Milli valyuta və ya ABŞ $ ilə dəyəri

Rəqəmlə

Sözlə

         
         
         
         
         
         
         
         
 

Ümumi dəyəri (yekun)

 

 

4.2. Nəqliyyat vasitəsi haqqında məlumat:

 

Növü, markası _________________

Buraxılma tarixi _______________

Mühər. həcmi (sm3) _____

Şassi -si _____________________

Banın -si ___________________

Mühər. -si ____________

 

Gömrük rejimi:

gətirilmə

 

müvəqqəti gətirilmə

 

geri qaytarma

 

aparılma

 

müvəqqəti aparılma

 

geri aparma

 

 

Bəyannamədə yanlış məlumat göstərməklə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyacağım mənə məlumdur.

 

«___» __________________ 199___ il

Şəxsin imzası ________________________________________

Xidməti qeydlər:

____________________________________________________
____________________________________________________
____________________________________________________
____________________________________________________
____________________________________________________
____________________________________________________

M.Y.

 

* Gömrük nəzarəti məqsədilə 3.2—3.12 bəndlərində göstərilən mallar mövcud olduqda, həmin malların adlarının gömrük bəyannaməsinin arxa tərəfində 4-cü bənddə göstərilməsi zəruridir.


Əlavə 2

GA-5

AV 06500

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
State Customs Committee
of Azerbaijan Republic

______________ gömrükxanası
customs

«__» ________________ 200__ il.

 

Gömrük vəsiqəsi
Customs Certificate

____________________________________________________________________________________

fiziki şəxsin adı və soyadı — name of physical person

 

____________________________

________________________________________________________

vətəndaşlıq —sitizenship

pasportun nömrəsi, verilmə tarixi və müddəti — Num. of pasport, date of issue and term

 

Tərəfindən Azərbaycan Respublikasına aşağıda göstərilən valyuta sərvətləri gətirilib:

imported into Azerbaijan Republic following foreign currency and values

 

Xarici valyuta sərvətlərinin adı
name of foreign currency and values

Xarici valyuta sərvətlərinin məbləği
quantity of foreign currency and values

   

rəqəmlə
in figures

yazı ilə
in words

nağd xarici valyuta — cash foreign currency

         
         
         
         
         

xarici valyutada qiymətli kağızlar (nominal üzrə) — securities in foreign currency (under nominal)

         
         
         
         
         

qiymətli metallar (qramla) — precious metals (gramm)

         
         
         
         
         

təbii daş-qaş (karatla) — natural precious stones (carat)

         
         
         
         
         
         
 

Cəmi:

Total:

 

 

Sahibinin imzası ___________________________

Signature of owner_________________________

Gömrük əməkdaşının imzası ____________________
və şəxsi nömrəli möhürü

Signature of customs employee __________________
and personal numeral seal

Gömrük orqanının möhürü

Seal of customs body

 

Xarici valyutanın köçürülməsi haqqında
bankın gömrük üçün qeydi
Mark of bank for customs about transportation of foreign currency

Tarix
date

Köçürülmüş xarici valyuta sərvətinin adı
name of transported foreign currency and values

Köçürülmüş xarici valyuta sərvətinin məbləği
quantity of transported foreign currency and values

ABŞ dollarında ekvivalenti
(üz tərəfində göstərilən məzənnə ilə hesablanmış)
equal to SUS (counted for rate as shown on the face side)

Bankın adı
name of bank

Bankın məsul işçisinin soyadı
name of responsible employee of bank

İmza və bankın möhürü
signature and seal of bank

             
 

ABŞ dollarında qalıq: - rest in SUS

   
             
 

ABŞ dollarında qalıq: - rest in SUS

   
             
 

ABŞ dollarında qalıq: - rest in SUS

   
             
 

ABŞ dollarında qalıq: - rest in SUS

   
             
 

ABŞ dollarında qalıq: - rest in SUS

   
             
 

ABŞ dollarında qalıq: - rest in SUS

   
             
 

ABŞ dollarında qalıq: - rest in SUS

   
             
 

ABŞ dollarında qalıq: - rest in SUS

   
             
 

ABŞ dollarında qalıq: - rest in SUS

   
             
 

ABŞ dollarında qalıq: - rest in SUS

   
             
 

ABŞ dollarında qalıq: - rest in SUS

   
       

Xaricdən gətirilmiş və bu vəsiqə üzrə qeydiyyata alınmış xarici valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması və köçürülməsi qaydaları

1. Rezident və qeyri-rezident fiziki şəxslər, Azərbaycan Respublikasının gömrük ərazisinə əvvəllər gətirilmiş və bu Vəsiqə üzrə qeydiyyatdan keçirilmiş xarici valyuta sərvətlərini gömrük qaydalarına əməl etməklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarmaq hüququna malikdirlər.

2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə hüquqi şəxslərin təhkim etdiyi fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə əvvəllər gətirilmiş xarici valyutanın hüquqi şəxslərin hesabına təhvil verilməsi və köçürülməsi Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada bu Vəsiqə müvəkkil banklara təqdim olunmaqla həyata keçirilir.

Rules regulating exportation from the Azerbaijan Republic and transportation of foreign currency and values imported from abroad and registered under present Certificate

1. Resident and non-resident physical persons have right to export foreign currency and values from Azerbaijan Republic, which were previously imported to Azerbaijan Republic and registered under this Certificate in accordance with customs rules.

2. Resident and non-resident physical persons, and also juridical persons, who gave a commission to physical persons, charge to account of juridical persons and transfer foreign currency and values imported previously to the customs territory of Azerbaijan Republic, in accordance with the order established by the National Bank of Azerbaijan Republic, with further of this Certificate to the authorised banks.


Əlavə 3

Valyuta qiymətliləri
ölkə ərazisindən çıxarılarkən
sərhəd gömrük orqanlarına
təqdim edilməlidir.

Bankın adı: _______________________________________________
ünvanı: __________________________________________________
tel.: ______________________________________________________
faks: _____________________________________________________

«___» _____________________ ____ il

Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında

Bank arayışı

______________________________________________________________________________________

Adı və soyadı

 

____________________________

__________________________

___________________________

vətəndaşlığı

pasportun nömrəsi

verilmə tarixi və müddəti

 

hesabına əvvəllər köçürülmüş valyuta sərvətlərindən verilib:

 

xarici valyuta sərvətinin adı

xarici valyuta sərvətlərinin məbləği

ABŞ dollarında ekvivalenti

rəqəmlə

yazı ilə

Nağd xarici valyuta

     
     
     
     

Xarici valyutada qiymətli kağızlar (nominal üzrə)

     
     
     
     

Qiymətli metallar (qramla)

     
     
     
     
 

Cəmi: ___________________________ (50.000 ABŞ dollarınadək)

 
       

 

Bankın məsul işçisi:

________________________________

_________________________

 

(adı və soyadı)

(imza)

Bankın rəhbəri

________________________________

(imza)

Bankın möhürü: möhür yeri


Arayışın tərtib olunması qaydaları

1. Arayış, Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətləri hesabdan nağd verilərkən, bank tərəfindən müştəriyə təqdim olunmalıdır.

2. Arayış əvvəllər köçürülmüş xarici valyuta qiymətlilərindən bir dəfəyə 50,000 ABŞ dollarınadək ekvivalentdə məbləğin Azərbaycan Respublikası ərazisindən nağd çıxarılması üçün əsas sayıla bilər.

3. Arayış 2 nüsxədə tərtib edilir:

  • 1-ci nüsxə (əsli) müştəriyə verilir,
  • 2-ci nüsxə (surət) kassa-məxaric sənədləri ilə birlikdə günün sənədlərinə tikilir.

Əlavə 4

Valyuta qiymətliləri ölkə ərazisindən çıxarılarkən sərhəd gömrük orqanlarına təqdim edilməlidir

Bankın adı: __________________________________________
ünvanı: ______________________________________________
tel.: _________________________________________________
faks: _________________________________________________

«___» ____________________ ____ il

Ezamiyyə xərclərinin ödənilməsi barədə
Bank arayışı

______________________________________________________________________________________

ezam olunmuş şəxsin adı və soyadı

 

____________________________

__________________________

___________________________

vətəndaşlığı

pasportun nömrəsi

verilmə tarixi və müddəti

 

Adı: ______________________________________________________ VÖEN __________________

ezamiyyə edən müəssisənin, təşkilatın, idarənin rekvizitləri

______________________________________________________________________________________

ezam olunduğu ölkə

ezam olunma barədə əmrin tarixi: __________________________________ -si __________________

Ezamiyyə hesabatına əsasən verilmiş ezamiyyə haqqının məbləği: ______________________________________________________________________________________
______________________________________________________________________________________

(rəqəmlə və sözlə)

 

Təşkilatın rəhbəri: __________________________

Bankın rəhbəri _____________________________

imza

imza

möhür yeri

möhür yeri


Qeyd: Ezamiyyə xərci müəssisə tərəfindən ödənildiyi halda kassa-məxaric orderinin surəti banka təqdim olunmalıdır.





Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.