Axtar
az|рус|eng
Qanunvericilik

Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddinin müəyyən edilməsi haqqında

Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddinin müəyyən edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi bu təsərrüfatın bir üzvü üçün 5000 manat miqdarında müəyyən edilsin.[1]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 16 yanvar 2006-cı il

11

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 iyun 2013-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 22 iyun 2013-cü il, 134; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 751)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 12 iyun 2013-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 22 iyun 2013-cü il, 134; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 751) ilə 1-ci hissəsində şərti maliyyə vahidinin 2000 misli sözləri 5000 manat sözləri ilə əvəz edilmişdir.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.