Axtar
az|рус|eng
Qanunvericilik

Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları nın təsdiq edilməsi haqqında

Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 835-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 iyul tarixli 119 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki:

Azərbaycan Respublikasında elektron vergi hesab-fakturalarının təsdiq edilmiş forma və rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada tətbiqi və uçotunun aparılması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir;

elektron vergi hesab-fakturalarının tətbiqi ilə əlaqədar 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Vergilər Nazirliyinə 529,0 min manat məbləğində vəsait ayrılsın;

elektron vergi hesab-fakturaları vergi ödəyiciləri tərəfindən 2010-cu il 1 yanvar tarixindən tətbiq edilir.

3. "Azərbaycan Respublikasında vergi hesab-fakturalarının mərkəzləşdirilmiş qaydada sifarişi, satışı və uçotunun aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 mart tarixli 71 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 3, maddə 299) 2010-cu il 1 yanvar tarixindən qüvvədən düşmüş hesab edilsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki:

bu qərarın 2-ci bəndində göstərilən vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin;

2010-cu il 1 yanvar tarixinə istifadə edilməmiş vergi hesab-fakturalarının mövcud qanunvericiliyə uyğun ləğv edilməsi üçün müvafiq tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, elektron vergi hesab-fakturalarının tətbiqi ilə əlaqədar müvafiq texniki imkanların yaradılmasını təmin edən tədbirlər görsün.

6. Bu qərarın 1-ci bəndi 2010-cu il 1 yanvar tarixindən, digər bəndləri isə imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

 

Bakı şəhəri, 28 sentyabr 2009-cu il

156

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə

 

QAYDALARI

 

1. Ümumi müddəa

 

Bu Qaydalar "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 835-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 iyul tarixli 119 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə edilməsi qaydalarını müəyyən edir.

 

2. Elektron vergi hesab-fakturası

 

2.1. Elektron vergi hesab-fakturası - bu Qaydalara əlavədəki məlumatları özündə əks etdirilməklə elektron formada hazırlanan sənəddir.

Bu Qaydalara müvafiq tərtib edilməyən elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir.

2.2. Elektron vergi hesab-fakturalarının seriyaları və nömrələri Azərbaycan Respublikasının Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə verilir.

2.3. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir.

2.4. Elektron vergi hesab-fakturasında aşağıdakı məlumatlar əks etdirilir:

vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı;

vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi;

yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı;

vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan əməliyyatın həcmi;

aksizli mallarda aksizin məbləği;

vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği;

elektron vergi hesab-fakturasının verilmə tarixi;

elektron vergi hesab-fakturasının nömrəsi;

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisinin qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və nömrəsi;

elektron vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı.

2.5. Bu Qaydalar ƏDV-nin qaytarılması şərtilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən elektron vergi-hesab fakturalarına şamil olunmur.[1]

 

3. Elektron vergi hesab-fakturası uçotunun aparılması

 

3.1. Elektron vergi hesab-fakturasının uçotu hər bir əlavə dəyər vergisinin ödəyicisi üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

Elektron vergi hesab-fakturalarının eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir.

3.2. Elektron vergi hesab-fakturası yalnız əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatdan keçmiş şəxslər tərəfindən təqdim edilə bilər.

 

4. Elektron vergi hesab-fakturasının hazırlanması

 

4.1. Elektron vergi hesab-fakturası malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytının İnternet Vergi İdarəsində yaradılmış elektron vergi hesab-fakturası sistemində Azərbaycan dilində hazırlanır.

Vergi ödəyiciləri onlara vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları"na əsasən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə İnternet Vergi İdarəsinə daxil olaraq elektron vergi hesab-fakturasını hazırlayır, təsdiq edir və təqdim edirlər. Vergi ödəyiciləri təhlükəsizlik baxımından istifadəçi kodu, şifrə və parolu məxfi saxlamalı, başqa şəxslərə istifadə üçün verməməli, istifadəçi kodu, şifrə və parol unudulduqda və ya istifadəçi kodu, şifrə və paroldan başqaları tərəfindən istifadə edildiyi məlum olduğu andan 2 gün müddətində uçotda olduğu vergi orqanına yazılı məlumat verməlidirlər.[2]

4.1-1. Satıcı elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2006-cı il tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olaraq hazırlayır. Elektron vergi hesab-fakturasının tərtib edilməsi, ləğv edilməsi, dəqiqləşdirilməsi, əvəzləşdirilən elektron vergi hesab-fakturaları barədə məlumatların sistemə daxil edilməsi üzrə əməliyyatların həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir.[3]

4.1-2. Bu Qaydaların 4-1-ci bəndinə uyğun olaraq hazırlanmış elektron vergi hesab-fakturasının təsdiq edilərək göndərilməsini satıcı qismində aşağıdakı şəxslər gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirə bilərlər:

4.1-2.1. vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri;

4.1-2.2. bu Qaydaların 4-2.1-ci yarımbəndində qeyd edilmiş şəxsin özü və ödəniş sənədlərini təsdiq etməyə səlahiyyəti olan digər şəxs (şəxslər).

4.1-3. Elektron vergi hesab-fakturasının bu Qaydaların 4-2.2-ci yarımbəndinə uyğun təsdiq edilərək göndərilməsinin ödəniş sənədlərini təsdiq etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi bu Qaydaların 4-2.1-ci yarımbəndində qeyd edilmiş şəxslər tərəfindən İnternet Vergi İdarəsində yaradılmış Səlahiyyətlərin idarə edilməsi menyusundan istifadə edilməklə, gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir.

4.2. Elektron vergi hesab-fakturasında məbləğ milli valyutada (manatla) göstərilməlidir. Elektron vergi hesab-fakturası doldurularkən, onun boş qalmış sətirləri olarsa, bunlar proqram təminatı tərəfindən "0" (sıfır) kimi qəbul edilir.

4.3. Elektron vergi hesab-fakturasının hazırlanaraq qeydə alındığı tarix həmin elektron vergi hesab-fakturasının verilmə tarixi sayılır və bu tarix elektron vergi hesab-fakturasında proqram təminatı vasitəsilə avtomatik olaraq qeyd olunur.

4.4. Elektron vergi hesab-fakturasının "Təqdim edən" rekvizitində mal təqdim edən, iş görən və ya xidmət göstərən vergi ödəyicisinin (satıcının), "Alıcı" rekvizitində isə malın (işin, xidmətin) alıcısının (sifarişçisinin) tam adı və VÖEN-i göstərilməlidir.

4.5. Elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Təsdiqedici sənədlər olmadıqda, elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir.

4.6. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası təqdim edildiyi halda, "Əlavə qeydlər" rekvizitində "Dəqiqləşdirilmiş" sözü yazılmaqla, dəqiqləşdirilən elektron vergi hesab-fakturasının seriyası, nömrəsi və tarixi göstərilməlidir.

Elektron vergi hesab-fakturası verilməsi zamanı vergi ödəyicilərinin iş xüsusiyyətlərindən, təsərrüfat əməliyyatlarının xarakterindən asılı olaraq müvafiq qeydlər aparıla bilər.

4.7. Elektron vergi hesab-fakturasının bütün xanalarının doldurulması zəruridir:

"Sıra -si" sütununda - alıcıya (sifarişçiyə) yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adları ardıcıl nömrələnməli;

"Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı" sütununda - təqdim edilmiş malların (işlərin, xidmətlərin) adları;

"Ölçü vahidi" sütununda - malların (işlərin, xidmətlərin) ölçü vahidi;

"Miqdarı, həcmi" sütununda - malların (işlərin, xidmətlərin) ölçü vahidi ilə miqdarı (həcmi);

"Vahidinin buraxılış qiyməti" sütununda - malların (işlərin, xidmətlərin) müəyyən olunmuş ölçü vahidinin qiyməti (ƏDV və aksiz nəzərə alınmadan);

"Cəmi" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin (ƏDV-siz və aksizsiz) ümumi dəyəri;

"Aksiz" qrafasının ikinci ("məbləği") sütununda - aksizli mallar üzrə aksizin ümumi məbləği;

"Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri (ƏDV-siz)" qrafasının "cəmi" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ilə aksizin məbləğinin cəmi;

"o cümlədən, ƏDV-yə cəlb edilən" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin əlavə dəyər vergisinə cəlb olunan dəyəri;

"o cümlədən, ƏDV-yə cəlb edilməyən" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər vergisinə cəlb olunmayan dəyəri;

"o cümlədən, ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilən" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb edilən dəyəri;

"Vergi tutulan əməliyyatdan ödənilməli ƏDV" sütununda göstərilən məbləğ eyni bir sətir üzrə "ƏDV-yə cəlb edilən" sütununda göstərilən rəqəmin ƏDV-nin qanunvericiliklə müəyyən edilmiş dərəcəsinə hasil edilməklə hesablanır;

"Yola salınmış mallar, görülmüş işlər və ya göstərilmiş xidmətlər üçün məbləğ" sütununda göstərilən məbləğ eyni bir sətir üzrə "Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri (ƏDV-siz)" "cəmi" sütunu ilə "Vergi tutulan əməliyyatdan ödənilməli ƏDV məbləği" sütununda göstərilən məbləğlərin cəminə bərabər olmalıdır;

"Yekunu" sətrində müvafiq bəndlərin sütunlarının yekunu göstərilməlidir, elektron vergi hesab-fakturası bir neçə səhifədən ibarət olduqda yekun sətri sonuncu səhifədə doldurulur.

 

5. Elektron vergi hesab-fakturasının tətbiqi

 

5.1. Elektron vergi hesab-fakturası vergi ödəyicisi (satıcı) tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsi tərəfindən avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutusu) ötürülür.

5.2. Vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir.

5.3. Mallar (işlər, xidmətlər) vergi ödəyicisi (satıcı) tərəfindən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən və ya e-qutusu olmayan alıcılara, həmçinin pərakəndə ticarət, ictimai iaşə və məişət xidməti sahələrində təqdim edildikdə, elektron vergi hesab-fakturası alıcıların tələbi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılmış elektron vergi hesab-fakturası sistemində hazırlanır, qeydə alınır, çap edilir və hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə verilə bilər.

5.4. Elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesab-fakturası ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir.

5.5. Elektron vergi hesab-fakturanın dəqiqləşdirilməsi elektron vergi hesab-fakturası təqdim edildikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron vergi hesab-fakturasına dəqiqləşdirilən elektron vergi hesab-fakturasının seriya və nömrəsi qeyd edildikdən sonra proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası təqdim edildikdən sonra alıcı vergi ödəyicisi tərəfindən təsdiq edilməlidir. Alıcı vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda, dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.

ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcı vergi ödəyicilərinə təqdim edilən dəqiqləşdirilmiş elektron vergi hesab-fakturasının təsdiq edilməsi tələb olunmur və dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası bu Qaydaların 5.3-cü bəndində göstərilən formada çap olunaraq təqdim edilir.

 

 


 

 

Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları na

ƏLAVƏ

 

 

Elektron vergi hesab-fakturası

 

Seriya ___________ __________ _______ _______________ 20_____ il

 

Təqdim edən _____________________________________________________________________________________________________________________________________

(Mal təqdim edənin, işi görənin, xidmət göstərənin adı və VÖEN-i)

__________________________________________________________________________________________________________________________________________________________________

(ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisinin qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və nömrəsi)

Alıcı _____________________________________________________________________________________________________________________________________________________________

(malı, işi, xidməti alanın (sifarişçinin) tam adı və VÖEN-i)

Əsas ____________________________________________________________________________________________________________________________________________________________

(qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri və s.)

Əlavə qeydlər ___________________________________________________________________________________________________________________________________________________

 

 

 

 

 

 

 

 

 

 

 

manatla

Sıra -si

Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı

Ölçü vahidi

Miqdarı, həcmi

Vahidinin buraxılış qiyməti

Cəmi

Aksiz

Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri (ƏDV-siz)

Vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV

Yola salınmış mallar, görülmüş işlər və ya göstərilmiş xidmətlər üçün məbləğ

dərəcəsi (%)

məbləği

cəmi

o cümlədən

4 * 5

6 * 7

ƏDV-yə cəlb edilən

ƏDV-yə cəlb edilməyən

ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilən

6 + 8

10 * 0,18

9 + 13

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

x

Yekunu

x

x

x

x

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəssisənin rəhbəri

______________________________

___________________________________________________

(Fərdi sahibkar)

(imza)

(soyadı, adı, atasının adı)

 

 

Baş mühasib

______________________________

___________________________________________________

 

 

M.Y.

(imza)

(soyadı, adı, atasının adı)

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       19 mart 2014-cü il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 30 mart 2014-cü il, 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 03, maddə 315)

2.       8 noyabr 2016-cı il tarixli 445 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 9 noyabr 2016-cı il, 248)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 8 noyabr 2016-cı il tarixli 445 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 9 noyabr 2016-cı il, 248) ilə Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları na yeni məzmunda 2.5-ci bənd əlavə edilmişdir.

 

[2] 19 mart 2014-cü il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 30 mart 2014-cü il, 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 03, maddə 315) ilə 4.1-ci bəndin ikinci abzası çıxarılmışdır.

 

[3] 19 mart 2014-cü il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 30 mart 2014-cü il, 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 03, maddə 315) ilə 4-1-ci (4.1-1-ci), 4-2-ci (4.1-2-ci ) və 4-3-cü (4.1-3-cü) bəndlər əlavə edilmişdir.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.