Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli, 979-X nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1982-ci il, 13, maddə 121; 1984-cü il, 19, maddə 157; 1985-ci il, 19-20, maddə 195; 1986-cı il, 10, maddə 49; 1988-ci il, 24, maddə 229; 1989-cu il, 11-12, maddə 80; 1990-cı il, 3-4, maddə 20; 1992-ci il, 20, maddə 881; 1995-ci il, 8, maddə 157; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 4, maddə 287; 1999-cu il, 10, maddə 570; 2001-ci il, 3, maddələr 138, 144; 2002-ci il, 1, maddələr 1, 2, 6, maddə 328; 2007-ci il, 5, maddələr 401, 442; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli, 588-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:

1. 38-ci maddənin birinci hissəsinin altıncı abzasında «I və II qrup əmək əlillərinə» sözlərindən sonra «, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə» sözləri əlavə edilsin;

2. 105-ci maddənin altıncı abzasında «I və II qrup əmək əlilləri» sözlərindən sonra «, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər» sözləri əlavə edilsin.

II. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, 11, maddə 406, 16, maddə 706; 1993-cü il, 5, maddə 133; 1994-cü il, 9, maddə 96; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 1, maddə 15; 1999-cu il, 3, maddə 164, 4, maddə 215, 5, maddə 286; 2001-ci il, 3, maddə 147, 12, maddə 745; 2002-ci il, 6, maddə 328, 8, maddə 463; 2004-cü il, 2, maddə 57, 7, maddə 507; 2006-cı il, 3, maddə 219; 2007-ci il, 1, maddələr 1, 4) 23-cü maddəsinin altıncı hissəsi aşağıdakı redaksiyada verilsin:

«Tibbi-sosial ekspert komissiyaları 18 yaşınadək sağlamlıq imkanları məhdud olmuş və əlil sayılmış bütün hərbi vəzifəlilər və çağırışçılar barəsində onların uçotda durduğu rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına yeddi gün müddətində məlumat verməlidirlər.».

III. «Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, 16, maddə 697; 1994-cü il, 15, maddə 176; 1995-ci il, 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 2, maddə 81, 4, maddə 305, 5, maddələr 356, 378, 6, maddə 452; 1998-ci il, 1, maddə 16; 1999-cu il, 4, maddə 217, 7, maddə 395; 2001-ci il, 3, maddə 145, 12, maddələr 731, 736; 2002-ci il, 5, maddələr 244, 246, 12, maddə 706; 2004-cü il, 4, maddə 202, 7, maddə 507, 8, maddə 596; 2005-ci il, 8, maddə 684; 2007-ci il, 5, maddə 401) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. adı aşağıdakı redaksiyada verilsin:

«Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında»;

2. preambulasında «əlillər»«əlillərin» (hər iki halda) sözlərindən sonra ismin müvafiq hallarında «və sağlamlıq imkanları məhdud uşaqlar» sözləri, «əlilliyi» sözündən sonra «və uşaqların sağlamlıq imkanları məhdudluğunu» sözləri əlavə edilsin;

3. 1-ci maddənin adında «Əlillərin» sözündən sonra «və sağlamlıq imkanları məhdud uşaqların» sözləri, birinci və ikinci hissələrində «əlillər» sözündən sonra «və sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilsin;

4. 2-ci maddədə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

4.1. aşağıdakı redaksiyada ikinci hissə əlavə edilsin:

«Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır (bundan sonra — sağlamlıq imkanları məhdud uşaq (18 yaşınadək şəxs).»;

4.2. üçüncü hissəsində «əlilin» sözündən sonra «və sağlamlıq imkanları məhdud uşağın»«habelə» sözündən sonra «təhsil almaq,» sözləri əlavə edilsin;

4.3. dördüncü hissəsində «əlilliyin» sözündən sonra (hər iki halda) «, uşaqların sağlamlıq imkanları məhdudluğunun» sözləri əlavə edilsin;

4.4. beşinci (hər iki halda), səkkizinci və doqquzuncu (hər iki halda) hissələrində «əlillərin» sözündən sonra «və sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin;

5. 3-cü maddənin ikinci hissəsində «əlillik» sözündən sonra «, uşaqların sağlamlıq imkanlarının məhdudluğu» sözləri, dördüncü hissəsində «əlilliyin» sözündən sonra «, uşaqların sağlamlıq imkanları məhdudluğunun» sözləri əlavə edilsin;

6. 4-cü maddənin adında və birinci hissəsində «əlilliklə» sözündən sonra «və uşaqların sağlamlıq imkanları məhdudluğu ilə» sözləri, «əlilin» sözündən sonra (hər iki halda) «, sağlamlıq imkanları məhdud uşağın» sözləri və «fəaliyyəti» sözündən sonra «, təhsil alma» sözləri əlavə edilsin;

7. 4-1-ci maddənin adında və birinci hissəsində «əlil» sözündən sonra «və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan» sözləri, ikinci hissəsində «komissiyasının rəyi» sözlərindən sonra «uşağın sağlamlıq imkanları məhdudluğunu,» sözləri, üçüncü hissəsində «əlilə» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşağa» sözləri əlavə edilsin;

8. 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrin adında və mətnində müvafiq hallarda «əlillərin»«əlillər» sözlərindən sonra müvafiq olaraq «və sağlamlıq imkanları məhdud uşaqların» sözləri və «və sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilsin;

9. 8-ci maddənin ikinci hissəsində «əlil» sözündən sonra «və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud» sözləri əlavə edilsin;

10. II fəslin adında, 9-cu maddənin adında və mətnində, 10-cu maddənin adında və mətnində və 11-ci maddənin birinci hissəsində ismin müvafiq hallarında «əlilliyin»«əlillərin» sözlərindən sonra ismin müvafiq hallarında «, uşaqların sağlamlıq imkanları məhdudluğunun»«, sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin;

11. 13-cü maddənin adında «əlilliyin» sözü «sağlamlıq imkanları məhdudluğunun» sözləri ilə əvəz edilsin;

12. 14-cü, 14-1-ci, 19-cu, 21-ci, 32-ci, 33-cü, 35-ci, 37-ci, 38-ci, 44-cü, 46-cı, 47-ci, 50-ci - 55-ci maddələrin adında və mətnində, 14-2-ci, 31-ci və 39-cu maddələrin mətnində, III, V, VI və VII fəsillərin adında ismin müvafiq hallarında «əlillərin» sözündən sonra ismin müvafiq hallarında «və sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin;

13. 15-ci maddənin adında, birinci, üçüncü və dördüncü hissələrində «əlillərin» sözündən sonra «və sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin, ikinci hissəsində «əlil uşaqların və yeniyetmələrin» sözləri «sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin» sözləri ilə əvəz edilsin;

14. 16-cı, 17-ci, 18-ci və 20-ci maddələrin adında və mətnində, 19-cu maddənin üçüncü və dördüncü hissələrində, 42-ci maddənin ikinci hissəsində, 46-cı maddənin üçüncü hissəsində ismin müvafiq hallarında «əlil uşaqları» sözləri ismin müvafiq hallarında «sağlamlıq imkanları məhdud uşaqları» sözləri ilə əvəz edilsin;

15. 17-ci maddənin ikinci hissəsində «əlilə» sözü «uşağa» sözü ilə əvəz edilsin;

16. 19-cu maddənin yeddinci hissəsində «əlil tələbələrə» sözləri «əlil və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrə, şagirdlərə» sözləri ilə əvəz edilsin;

17. 23-cü, 24-cü, 25-ci, 27-ci, 28-ci maddələrin adında və mətnində ismin müvafiq hallarında «əlillərin» sözündən sonra ismin müvafiq hallarında «və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin» sözləri əlavə edilsin;

18. 24-cü maddənin ikinci hissəsində ismin müvafiq hallarında «əlilin» sözündən sonra ismin müvafiq hallarında «, sağlamlıq imkanları məhdud uşağın» sözləri əlavə edilsin və «əlillik» sözü «sağlamlıq imkanlarının məhdudluğu» sözləri ilə əvəz edilsin;

19. 26-cı maddənin birinci hissəsində «əlil» sözündən sonra «və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud» sözləri əlavə edilsin;

20. 29-cu maddə üzrə:

20.1. adında, birinci, ikinci və üçüncü hissələrdə ismin müvafiq hallarında «əlillərin» sözündən sonra ismin müvafiq hallarında «, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin» sözləri əlavə edilsin;

20.2. beşinci və altıncı hissələrdə «asılı olmayaraq)» sözlərindən sonra «, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərə» sözləri əlavə edilsin;

20.3. yeddinci hissədə «II qrup əlillər» sözlərindən sonra «və sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilər» sözləri əlavə edilsin;

20.4. səkkizinci hissədə «əlil» sözündən sonra «, 18 yaşınadək sağlamlıq imkanları məhdud» sözləri əlavə edilsin;

20.5. doqquzuncu hissədə «II qrup əlillərin» sözlərindən sonra «və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin» sözləri əlavə edilsin;

21. 30-cu maddənin adında və mətnində və 30-1-ci maddənin mətnində «əlillərin» sözündən sonra «və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin» sözləri əlavə edilsin;

22. 34-cü maddə üzrə:

22.1. adında «əlillərin» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin;

22.2. birinci hissədə «əlil» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşağı» sözləri və «əlillərin» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin;

22.3. ikinci hissədə «əlillər» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilsin;

22.4. üçüncü hissədə «əlillərin» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqların» sözləri və «əlilliyin» sözündən sonra «, 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun» sözləri əlavə edilsin;

22.5. dördüncü hissədə «əlilin» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşağın» sözləri və «onun» sözündən sonra « , uşağın valideynlərinin və ya qəyyumlarının (himayəçilərinin)» sözləri əlavə edilsin;

22.6. beşinci hissədə «I qrup əlillərə, habelə müharibə əlillərinə» sözləri «I qrup əlillərə, müharibə əlillərinə, habelə sağlamlıq imkanları məhdud uşağın ailələrinə» sözləri ilə əvəz edilsin;

23. 36-cı maddənin adında «əlillərin» sözündən sonra, birinci cümləsində «I və II qrup əlillərin» sözlərindən sonra «, sağlamlıq imkanları məhdud uşağın ailələrinin» sözləri, ikinci cümləsində «I və II qrup əlillərə» sözlərindən sonra «, sağlamlıq imkanları məhdud uşağın ailələrinə» sözləri əlavə edilsin;

24. 40-cı maddənin adında və ikinci hissəsində «əlilə» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşağa» sözləri, birinci hissəsində «əlillərə» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilsin;

25. 41-ci maddənin adında və ikinci hissəsində «əlillərə» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilsin;

26. 41-1-ci maddədə «əlillərin» sözündən sonra «, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin» sözləri əlavə edilsin;

27. 42-ci maddənin ikinci hissəsindən «, əlil uşaqlar» sözləri çıxarılsın, «II qrup əlillər» sözlərindən sonra və üçüncü hissəsində «əlillər» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilsin;

28. 43-cü maddə üzrə:

28.1. adında, ikinci-beşinci hissələrdə, altıncı hissənin birinci cümləsində ismin müvafiq hallarında «əlillərə» sözündən sonra ismin müvafiq hallarında «, sağlamlıq imkanları məhdud uşağın ailələrinə» sözləri əlavə edilsin;

28.2. birinci və altıncı hissələrdə ismin müvafiq hallarında «I qrup əlillərə» sözlərindən sonra ismin müvafiq hallarında «, sağlamlıq imkanları məhdud uşağın ailələrinə» sözləri əlavə edilsin;

29. 45-ci maddənin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində «əlillərə» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlara» sözləri, üçüncü hissəsində «asılı olmayaraq)» sözlərindən sonra «, sağlamlıq imkanları məhdud uşağa» sözləri əlavə edilsin;

30. 46-cı maddənin ikinci hissəsində «əlilin» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşağın» sözləri əlavə edilsin, üçüncü hissəsində «əlil» sözü «, sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilsin;

31. 48-ci maddənin adında və mətnində ismin müvafiq hallarında «əlillərin» sözündən sonra ismin müvafiq hallarında «, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin» sözləri əlavə edilsin.

IV. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 5, maddələr 282, 293; 2001-ci il, 12, maddə 731; 2003-cü il, 10, maddə 539; 2004-cü il, 7, maddə 507; 2007-ci il, 5, maddə 401, 6, maddə 561) 1-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında «və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar» sözləri «uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar» sözləri ilə əvəz edilsin.

V. «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 6, maddə 451; 1999-cu il, 5, maddə 293; 2001-ci il, 12, maddələr 731, 736; 2004-cü il, 7, maddə 507; 2007-ci il, 5, maddə 401, 6, maddə 561, 11, maddə 1078) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 2-ci maddədə «Əlillər» sözü «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və» sözləri ilə əvəz edilsin;

2. 6-cı maddə üzrə:

2.1. adında «və əlillərə» sözləri «, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara» sözləri ilə əvəz edilsin, 4-cü bənddə «əlillərə» sözündən sonra «sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə» sözləri əlavə edilsin;

2.2. 7-ci bənddə «əlillik» sözündən sonra «və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu» sözləri əlavə edilsin;

2.3. 18-ci bənddə «və əlillər» sözləri «, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar» sözləri ilə əvəz edilsin, «evlərdə» sözündən sonra «və xüsusi təhsil müəssisələrində» sözləri əlavə edilsin;

3. 11-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

«Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslərin sağlamlıq imkanlarının məhdudluğu və ya əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, müvafiq olaraq sağlamlıq imkanlarının məhdudluğu 18 yaşı tamam olana qədər və ya əlillik müddətsiz müəyyən edilir.»;

4. 12-ci maddənin birinci hissəsinin 7-ci bəndində «Çernobıl qəzası nəticəsində əlil olmuş, yaxud xəstələnmiş, dispanser qeydiyyatında olan uşaqların ailələrinə» sözləri «Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına» sözləri ilə əvəz edilsin;

5. 14-cü maddə üzrə:

5.1. adında «Əlillərin» sözündən sonra «və sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin;

5.2. birinci hissənin birinci abzasında «əlillərin» sözündən sonra «və sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin;

5.3. birinci hissənin ikinci abzasında və üçüncü hissədə «əlillərə» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilsin.

VI. «Daxili qoşunların statusu haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, 17, maddə 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 1, maddə 15; 2004-cü il, 2, maddə 57, 3, maddə 133) 21-ci maddəsinin dördüncü hissəsində və 23-cü maddəsinin birinci hissəsində «əlillik» sözündən sonra «və ya sağlamlıq imkanları məhdudluğunun» sözləri əlavə edilsin.

VII. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 2, maddə 88; 2001-ci il, 11, maddələr 669, 676; 2002-ci il, 1, maddə 2, 5, maddələr 237, 243; 2006-cı il, 6, maddə 478; 2007-ci il, 8, maddə 756, 12, maddə 1197) 2-ci maddəsinin birinci hissəsində «evləri» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri» sözləri əlavə edilsin.

VIII. «İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 2, maddə 94, 5, maddə 382; 2001-ci il, 12, maddə 731; 2002-ci il, 6, maddə 328; 2005-ci il, 12, maddə 1093) 11-ci maddəsinin birinci cümləsində «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilsin.

IX. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 2, maddə 140; 1998-ci il, 1, maddə 16; 2003-cü il, 6, maddə 255; 2005-ci il, 8, maddə 692) 11-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında «əlillik» sözündən sonra və 17-ci maddəsinin üçüncü hissəsinin üçüncü abzasında «I qrup əlillik» sözlərindən sonra «, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

X. «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 5, maddə 348; 1999-cu il, 11, maddə 609; 2000-ci il, 11, maddə 776; 2001-ci il, 9, maddə 576, 12, maddələr 733, 736; 2002-ci il, 12, maddə 706; 2004-cü il, 7, maddə 505, 12, maddə 976; 2005-ci il, 1, maddə 2, 12, maddə 1082; 2006-cı il, 11, maddə 923, 12, maddə 1018; 2007-ci il, 1, maddə 4, 12, maddə 1193; 2008-ci il, 2, maddə 49; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli, 582-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:

1. 4-cü maddənin ikinci hissəsinin üçüncü abzasında «əlil» sözündən sonra «və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun» sözləri əlavə edilsin;

2. 6-cı maddənin dördüncü hissəsində «əlillərin» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin.

XI. «Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya məsələləri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə (AİDS) tutulma, habelə bununla əlaqədar baş vermiş əlillik və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 5, maddə 383; 2005-ci il, 8, maddə 692) adında və 1-ci bəndində «əlillik» sözündən sonra «, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

XII. Azərbaycan Respublikasının 1997-ci il 25 aprel tarixli, 283-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya məsələləri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə (AİDS) tutulma, habelə bununla əlaqədar baş vermiş əlillik və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında Əsasnamə»yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 5, maddə 383; 2005-ci il, 8, maddə 692) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. adında «əlillik» sözündən sonra «, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin;

2. II bölmənin üçüncü abzasında, III bölmənin 1-ci bəndinin üçüncü abzasında, IV bölmənin 1-ci bəndinin üçüncü abzasında, 2-ci bəndində, V bölmənin 1-ci və 2-ci bəndlərində, 3-cü bəndin «b» yarımbəndinin birinci abzasında «əlil» sözündən sonra «və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud» sözləri əlavə edilsin;

3. IV bölmənin 3-cü bəndində «və ya əlilliklə» sözləri «, əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu ilə» sözləri ilə əvəz edilsin;

4. V bölmənin 3-cü bəndinin «b» yarımbəndinin üçüncü abzasında «əlillik» sözündən sonra «və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

XIII. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 6, maddə 447; 1999-cu il, 10, maddə 570; 2000-ci il, 12, maddə 835; 2001-ci il, 11, maddələr 676, 686, 695, 12, maddə 736; 2002-ci il, 1, maddə 4, 8, maddə 463; 2003-cü il, 1, maddələr 3, 16, 23; 2004-cü il, 12, maddə 57, 3, maddə 133, 6, maddə 400, 7, maddə 505; 2005-ci il, 4, maddə 277, 10, maddə 876, 11, maddə 994; 2007-ci il, 6, maddə 560, 10, maddə 938, 11, maddə 1053) 419-cu maddəsinin ikinci hissəsində və 421-ci maddəsinin üçüncü hissəsində «aşkar əlillik» sözlərindən sonra «və ya sağlamlıq imkanlarının məhdudluğunun» sözləri əlavə edilsin.

XIV. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 6, maddə 497; 1999-cu il, 5, maddə 285; 2001-ci il, 3, maddələr 141, 142, 143, 144, 11, maddələr 672, 687, 693; 2002-ci il, 5, maddələr 240, 244, 6, maddə 328; 2003-cü il, 6, maddə 256; 2004-cü il, 4, maddə 199, 6, maddə 396, 7, maddə 507; 2006-cı il, 2, maddə 66, 12, maddə 1028; 2007-ci il, 6, maddə 560, 11, maddə 1052, 12, maddə 1197) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 16-cı maddə üzrə:

1.1. üçüncü hissədə «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilsin;

1.2. beşinci hissədə «əlillik qrupu verilənədək» sözləri «sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək» sözləri ilə əvəz edilsin;

2. 21-ci maddənin adında «Əlillərin» və mətnində «əlillərə» sözlərindən sonra müvafiq olaraq «və sağlamlıq imkanları məhdud uşaqların»«və sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilsin.

XV. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 1, maddə 14; 2001-ci il, 3, maddələr 138, 145, 146, 147, 12, maddələr 731, 745; 2002-ci il, 6, maddə 328, 8, maddə 464; 2004-cü il, 2, maddə 57, 11, maddə 886; 2005-ci il, 7, maddələr 576, 588, 10, maddə 871; 2006-cı il, 4, maddə 312, 11, maddə 933; 2007-ci il, 8, maddə 756, 11, maddə 1078) 72-ci bəndinin on səkkizinci abzasının birinci cümləsində «əlil uşaqlar» sözləri «18 yaşından yuxarı olan əlil uşaqlar» sözləri ilə əvəz edilsin.

XVI. «Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 11, maddə 642; 2001-ci il, 12, maddə 736; 2005-ci il, 8, maddə 684; 2007-ci il, 5, maddə 401) 15-ci maddəsinə aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. adında «Əlillərin» və üçüncü hissədə «əlillərin» sözlərindən sonra «və sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin;

2. birinci hissədə «Əlillər» sözündən sonra «və sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilsin;

3. ikinci hissədə «Əlilliyin qarşısının alınması, əlillərin» sözləri «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların» sözləri ilə əvəz edilsin;

4. dördüncü hissədə «əlil» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaq» sözləri əlavə edilsin.

XVII. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 3, maddə 137; 2002-ci il, 12, maddə 701; 2003-cü il, 8, maddə 424; 2004-cü il, 3, maddə 133, 7, maddə 505, 10, maddə 762, 11, maddə 902; 2005-ci il, 4, maddə 278; 2007-ci il, 11, maddə 1053) 16-cı maddəsinin VII bəndində «əlillik» sözündən sonra «və ya sağlamlıq imkanlarının məhdudluğunun» sözləri əlavə edilsin.

XVIII. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 8, maddə 484; 2001-ci il, 3, maddə 143, 11, maddələr 676, 687, 12, maddə 731; 2002-ci il, 5, maddə 241, 6, maddə 328; 2004-cü il, 2, maddə 57, 3, maddə 133, 7, maddə 507; 2006-cı il, 2, maddə 75; 2007-ci il, 6, maddə 560) aşağıdakı dəyişikliklər edilsin:

1. 35-ci maddə üzrə:

1.1. adında və birinci hissədə «Əlil, əqli və fiziki çatışmazlıqları olan» sözləri «Sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilsin;

1.2. ikinci hissədə «əlilliyinin» sözü «sağlamlıq imkanları məhdudluğunun» sözləri ilə əvəz edilsin;

2. 36-cı maddə üzrə:

2.1. adında «Əlil» sözü «Sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilsin;

2.2. birinci hissədə «16 yaşınadək əlil» sözləri «Sağlamlıq imkanları məhdud 18 yaşınadək» sözləri ilə əvəz edilsin;

2.3. ikinci hissədə «əlillik qrupu verilənədək» sözləri «sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək» sözləri ilə əvəz edilsin.

XIX. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 9, maddə 564; 2001-ci il, 5, maddə 298, 11, maddələr 676, 698; 2002-ci il, 1, maddə 9, 8, maddə 463; 2003-cü il, 8, maddə 424; 2004-cü il, 2, maddə 57, 11, maddə 901; 2005-ci il, 4, maddə 277, 10, maddə 874, 11, maddə 993; 2006-cı il, 12, maddə 1027; 2007-ci il, 6, maddə 560, 11, maddələr 1053, 1091; 2008-ci il, 2, maddə 49; Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 606-IIIQD nömrəli Qanunu) 9-cu maddəsinin III hissəsində «əlillərin» sözündən sonra «və sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin.

XX. «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 2, maddə 56; 2002-ci il, 6, maddə 328; 2004-cü il, 3, maddə 133) 22-ci maddəsinin ikinci hissəsində «və ya əlil» sözləri «, əlil və ya sağlamlıq imkanları məhdud uşaq» sözləri ilə əvəz edilsin.

XXI. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 4, maddə 213; 2001-ci il, 3, maddə 143, 6, maddə 362, 11, maddələr 672, 679, 12, maddə 731; 2002-ci il, 1, maddə 2, 5, maddə 241, 6, maddə 328; 2003-cü il, 1, maddələr 9, 23; 2004-cü il, 1, maddə 10, 2, maddə 57, 3, maddə 133, 6, maddə 413, 7, maddə 505, 9, maddə 672, 12, maddə 981; 2005-ci il, 3, maddə 151, 4, maddə 278, 7, maddə 560, 10, maddə 874, 11, maddə 1001, 12, maddə 1094; 2006-cı il, 3, maddələr 220, 222, 5, maddə 385, 11, maddə 923, 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, 5, maddələr 401, 437, 6, maddə 560, 8, maddə 756, 11, maddələr 1049, 1053) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 14-cü maddənin 3-cü hissəsinin üçüncü abzasında, 38-ci maddənin 2-ci hissəsinin «i» yarımbəndində «əlillərin» sözündən sonra «və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan işçilərin» sözləri əlavə edilsin;

2. 74-cü maddənin «Qeyd» hissəsində «əlillik qrupu» sözlərindən sonra «və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin;

3. 94-cü maddənin 3-cü hissəsində «əlillik» sözündən sonra «, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin, «16 yaşınadək əlil» sözləri «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilsin;

4. 117-ci maddənin 1-ci hissəsində, 242-ci maddənin 2-ci hissəsində «16 yaşınadək əlil» sözləri və 245-ci maddənin 1-ci hissəsində «16 yaşa çatmamış əlil» sözləri «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilsin;

5. 119-cu maddənin 2-ci hissəsində «əlillərə» sözündən sonra «və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə» sözləri əlavə edilsin;

6. 130-cu maddə üzrə:

6.1. «ç» yarımbəndində «əlillərə» sözündən sonra «, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə» sözləri əlavə edilsin;

6.2. «ə» yarımbəndində «16 yaşınadək əlil» sözləri «sağlamlıq imkanları məhdud 18 yaşınadək» sözləri ilə əvəz edilsin;

7. 133-cü maddənin 3-cü hissəsinin ikinci abzasında «16 yaşınadək əlil» sözləri «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilsin;

8. 232-ci maddənin 3-cü hissəsində «əlillik» sözündən sonra «, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

XXII. «Şəhərsalmanın əsasları haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 8, maddə 473; 2001-ci il, 11, maddə 676; 2002-ci il, 5, maddə 241; 2007-ci il, 10, maddə 938) aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. 8-ci maddənin birinci hissəsində «əlillərin ehtiyacını» sözləri «əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarını» sözləri ilə əvəz edilsin;

2. 21-ci maddənin adında və mətnində «əlillərin» sözündən sonra «və sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin.

XXIII. «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 8, maddə 477; 2001-ci il, 11, maddə 687, 12, maddələr 731, 736; 2002-ci il, 5, maddə 241, 6, maddə 328; 2006-cı il, 2, maddə 75; 2007-ci il, 6, maddə 561, 12, maddə 1197) 1-ci maddəsinin ikinci hissəsinin beşinci abzasında «əqli geriliyi və fiziki çatışmazlığı olan əlil» sözləri «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilsin.

XXIV. «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 1, maddə 5; 2001-ci il, 12, maddə 731) 13-cü maddəsinin birinci hissəsinin dördüncü abzasında «əlil» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud» sözləri əlavə edilsin.

XXV. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 11, maddə 611; 2001-ci il, 11, maddə 699, 12, maddə 731; 2002-ci il, 3, maddə 118, 6, maddə 328; 2003-cü il, 1, maddə 22, 8, maddə 424; 2004-cü il, 2, maddə 57, 3, maddə 133; 2006-cı il, 2, maddələr 74, 75, 11, maddə 927; 2007-ci il, 8, maddə 756) 27-ci maddəsinin 2-ci bəndində «əlilliyi» sözündən sonra «, sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

XXVI. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 1, maddə 10; 2001-ci il, 5, maddə 293, 11, maddə 687, 12, maddə 740; 2002-ci il, 5, maddə 241, 6, maddə 328, 12, maddə 706; 2004-cü il, 5, maddə 318; 2005-ci il, 4, maddə 281, 8, maddə 699, 10, maddə 903, 11, maddə 993; 2007-ci il, 1, maddə 4, 8, maddə 745, 11, maddələr 1053, 1075) 33-cü maddəsinin üçüncü hissəsində «əlilliklə» sözündən sonra «, sağlamlıq imkanlarının məhdudluğu ilə» sözləri əlavə edilsin.

XXVII. «Avtomobil yolları haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 3, I kitab, maddə 125; 2001-ci il, 12, maddələr 731, 736; 2004-cü il, 11, maddə 901; 2006-cı il, 6, maddə 478; 2007-ci il, 5, maddə 436, 10, maddə 938; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli, 588-IIIQD nömrəli) 2-ci maddəsinin üçüncü hissəsində «əlillərin» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin.

XXVIII. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 3, I kitab, maddə 126; 2002-ci il, 12, maddə 702; 2004-cü il, 7, maddə 505; 2006-cı il, 2, maddə 66, 11, maddə 923, 12, maddələr 1005, 1006; 2007-ci il, 1, maddə 4, 8, maddə 745, 11, maddə 1053, 12, maddə 1218) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 84.2.3-cü maddədə «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilsin;

2. 84.2.4-cü maddədə «I qrup əlil» sözlərindən əvvəl «18 yaşından yuxarı» sözləri əlavə edilsin;

3. 85.1.2-ci maddədə «yetkinlik yaşına çatmamış əlil ümumi uşağa və ya uşaqlıqdan» sözləri «sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı» sözləri ilə əvəz edilsin.

XXIX. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 1, maddə 17, 5, maddə 323, 12, maddə 835; 2002-ci il, 5, maddə 236; 2003-cü il, 1, maddələr 23, 24, 6, maddə 279; 2004-cü il, 7 maddə 505, 8, maddə 598, 10, maddə 761; 2005-ci il, 4, maddələr 277, 278; 2006-cı il, 2, maddə 64, 12, maddə 1006; 2007-ci il, 1, maddələr 3, 4, 2, maddə 68, 5, maddə 439, 6, maddə 560, 7, maddə 712, 8, maddə 756) aşağıdakı əlavələr edilsin:

1. 105.2-ci maddədə «əlillik» sözündən sonra «, sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin;

2. 342.2-ci maddədə « və əlillər evinin» sözləri «əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar evinin, xüsusi təhsil müəssisəsinin,» sözləri əlavə edilsin;

3. 413.0.2-ci maddədə «əlillik» sözündən sonra «və ya sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

XXX. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 4, I kitab, maddə 250, 5, maddə 323; 2002-ci il, 12, maddə 709; 2003-cü il, 8, maddə 420; 2004-cü il, 3, maddə 123, 5, maddə 318, 6, maddə 415, 10, maddə 761, 11, maddə 901; 2005-ci il, 2, maddə 61, 6, maddə 466, 8, maddələr 684, 692, 693, 11, maddə 996, 12, maddə 1085; 2006-cı il, 2, maddə 68, 3, maddə 225, 5, maddə 387, 6, maddə 478, 8, maddə 657, 12, maddə 1005; 2007-ci il, 2, maddə 80, 6, maddə 560, 8, maddə 745, 10, maddə 937, 11, maddə 1053, 12, maddələr 1215, 1219; Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli, 520-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 1123.4-cü maddədə «əlilliklə» sözündən sonra «, sağlamlıq imkanlarının məhdudluğu ilə» sözləri əlavə edilsin;

2. 1165.1-ci maddədə «əlillər» sözündən sonra «və sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilsin;

3. 1181.1-ci maddədə «və qocalar» sözləri «, sağlamlıq imkanları məhdud uşaqlar, qocalar» sözləri ilə əvəz edilsin və «evinin baş həkimi» sözlərindən sonra «, xüsusi təhsil müəssisəsinin rəhbəri» sözləri əlavə edilsin.

XXXI. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 4, II kitab, maddə 251, 5, maddə 323, 12, maddə 835; 2001-ci il, 1, maddə 24, 7, maddə 455; 2002-ci il, 1, maddə 9, 5, maddələr 236, 248, 258, 6, maddə 326, 8, maddə 465; 2003-cü il, 6, maddələr 276, 279, 8, maddələr 424, 425, 12, I kitab, maddə 676; 2004-cü il, 1, maddə 10, 4, maddə 200, 5, maddə 321, 8, maddə 598, 10, maddə 762, 11, maddə 900; 2005-ci il, 1, maddə 3, 6, maddə 462, 7, maddə 575, 10, maddə 904, 11, maddə 994; 2006-cı il, 2, maddələr 71, 72, 75, 5, maddə 390, 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, 2, maddə 68, 5, maddə 398, 6, maddələr 560, 562, 579, 8, maddə 757, 10, maddələr 937, 941, 11, maddələr 1049, 1080, 1090, 12, maddə 1221; Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli, 607-IIIQD nömrəli qanunu) 47.4.1-ci maddəsində «əlillərə» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilsin.

XXXII. «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 6, maddə 413) 15-ci maddəsinin üçüncü hissəsində «əlillik qrupu verilənədək» sözləri «sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək» sözləri ilə əvəz edilsin.

XXXIII. «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 7, maddə 484; 2001-ci il, 12, maddə 736; 2002-ci il, 6, maddə 328; 2005-ci il, 12, maddə 1093) 4-cü maddəsinin birinci hissəsinə aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. beşinci abzasda «və əlillərin» sözləri «, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların» sözləri ilə əvəz edilsin;

2. altıncı abzasda «əlillər» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər» sözləri əlavə edilsin.

XXXIV. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, I kitab, maddə 584; 2001-ci il, 1, maddə 24, 3, maddə 139, 7, maddə 455, 11, maddələr 680, 698, 12, maddə 731; 2002-ci il, 1, maddə 9, 4, I kitab, maddə 165, 5, maddələr 234, 237, 239, 6, maddə 326, 8, maddə 463, 12, maddə 692; 2003-cü il, 1, maddələr 3, 13, 23, 4, maddələr 177, 178, 5, maddə 228, 6, maddələr 257, 276, 279, 8, maddələr 407, 425, 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, 1, maddələr 6, 7, 10, 13, 4, maddələr 200, 201, 204, 5, maddələr 313, 314, 317, 321, 6, maddə 397, 8, maddələr 596, 597, 10, maddələr 762, 779, 11, maddə 900, 12, maddə 973; 2005-ci il, 1, maddələr 5, 6, 2, maddə 61, 4, maddələr 272, 273, 275, 278, 6, maddələr 462, 466, 7, maddə 576, 8, maddələr 691, 692, 10, maddələr 875, 877, 904, 11, maddələr 993, 994, 995, 12, maddələr 1083, 1085; 2006-cı il, 2, maddələr 64, 68, 3, maddələr 219, 220, 223, 225, 5, maddə 385, 6, maddə 478, 11, maddələr 923, 924, 932, 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, 1, maddələr 3, 4, 2, maddələr 65, 68, 5, maddələr 397, 398, 401, 440, 6, maddələr 560, 561, 562, 579, 8, maddə 757, 10, maddələr 935, 936, 938, 940, 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, 2, maddə 47; Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli, 521-IIIQD nömrəli, 2008-ci il 1 fevral tarixli, 535-IIIQD nömrəli və 12 fevral tarixli, 545-IIIQD nömrəli, 1 aprel tarixli, 574-IIIQD nömrəli, 578-IIIQD nömrəli və 16 may tarixli, 607-IIIQD nömrəli qanunları) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 53-2-ci maddədə «əlilləri» sözündən sonra «, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri» sözləri əlavə edilsin;

2. 353.1-ci maddədə «Əlillik qrupundan» sözləri «18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və ya əlillik qrupundan» sözləri ilə əvəz edilsin.

XXXV. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, I kitab, maddə 583; 2001-ci il, 7, maddə 454, 9, maddə 576, 12, maddə 734; 2002-ci il, 5, maddə 249, 12, maddə 707; 2003-cü il, 8, maddə 425, 12, I kitab, maddə 671; 2004-cü il, 1, maddə 1, 11, maddə 887, 12, maddə 980; 2005-ci il, 2, maddə 61, 8, maddə 688, 12, maddə 1081; 2006-cı il, 12, maddələr 1005, 1026; 2007-ci il, 1, maddə 4, 6, maddə 597, 8, maddə 745, 11, maddə 1053, 12, maddə 1192) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 102.3-cü maddənin birinci hissəsində «əlillərin (müharibə əlillərindən başqa)» sözlərindən sonra «, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin» sözləri əlavə edilsin;

2. 102.4.4-cü maddədə «uşaqlıqdan» sözü «sağlamlıq imkanları məhdud uşağa» sözləri ilə əvəz edilsin;

3. 106.2-ci maddənin birinci hissəsində «Əlillərin»«əlillərdən» sözlərindən sonra müvafiq olaraq «və ya sağlamlıq imkanları məhdud uşaqların» «və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən» sözləri, ikinci hissəsində «əlillər» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər» sözləri əlavə edilsin;

4. 199.1-ci maddədə «əlillərin» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin.

XXXVI. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, III kitab, maddə 586, 12, maddə 835; 2001-ci il, 7, maddə 455; 2002-ci il, 1, maddə 9, 5, maddələr 237, 240, 244, 8, maddə 463; 2004-cü il, 6, maddə 399; 2005-ci il, 4, maddə 278; 2006-cı il, 11, maddə 929; 2007-ci il, 8, maddə 756, 11, maddə 1049, 12, maddələr 1197, 1218) aşağıdakı əlavələr edilsin:

1. 80.4-cü maddədə «əlillərə» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilsin;

2. 82.2-ci, 95.2-ci, 100.2-ci və 104.1-ci maddələrdə «əlilliyi» sözündən sonra «, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

XXXVII. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 1, maddə 1, 3, maddə 131; 2002-ci il, 12, maddə 693; 2003-cü il, 1, maddə 16; 2004-cü il, 1, maddə 10, 4, maddə 199, 5, maddə 321, 8, maddə 597, 11, maddə 884; 2005-ci il, 6, maddələr 463, 475, 10, maddə 874; 2006-cı il, 5, maddə 386, 6, maddə 479, 8, maddə 657, 11, maddə 927, 12, maddələr 1005, 1014; 2007-ci il, 2, maddə 83, 5, maddə 434, 7, maddə 711, 10, maddə 934, 11, maddələr 1049, 1074, 1078, 12, maddələr 1213, 1219; 2008-ci il, 3, maddə 153; Azərbaycan Respublikasının 2008-ci il 12 fevral tarixli, 546-IIIQD nömrəli, 1 aprel tarixli, 579-IIIQD nömrəli qanunları) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 19.0.14-cü maddədə «əlilliyi» sözündən sonra «, sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin;

2. 23.3-cü maddədə «və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə» sözləri «, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna» sözləri ilə əvəz edilsin.

XXXVIII. «Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 7, maddə 442) 23.2-ci maddəsində «əlilliyin» sözündən sonra «, uşaqların sağlamlıq imkanları məhdudluğunun» sözləri əlavə edilsin.

XXXIX. «Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 9, maddə 575) 2-ci maddəsində «əlillərə» sözündən sonra «, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə» sözləri əlavə edilsin.

XL. «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 9, maddə 577; 2002-ci il, 5, maddə 240; 2003-cü il, 12, I kitab, maddə 697; 2007-ci il, 6, maddə 560, 10, maddə 938) 16.5-ci, 18.0.9-cu və 22.1-ci maddələrində «əlillik» sözündən sonra «və ya sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

XLI. «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 8, maddə 522, 12, maddə 731; 2003-cü il, 1, maddə 16; 2007-ci il, 10, maddə 938; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 579-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 9.1-ci maddədə «əlillərin» sözü «əlillərin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin» sözləri ilə, «əlil uşaqları» sözləri «sağlamlıq imkanları məhdud uşaqları» sözləri ilə və «əlillərə» sözü «əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə» sözləri ilə əvəz edilsin;

2. 17.8-ci maddədə «əlilləri» sözü «əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri» sözləri ilə əvəz edilsin.

XLII. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 740; 2002-ci il, 12, maddə 706; 2003-cü il, 1, maddə 23, 8, maddə 428, 12, I kitab, maddələr 676, 698; 2005-ci il, 1, maddə 1, 6, maddə 462, 8, maddə 684, 10, maddələr 873, 905, 12, maddə 1083; 2006-cı il, 3, maddələr 223, 225, 6, maddə 481, 12, maddələr 1015, 1029; 2007-ci il, 2, maddə 80, 12, maddə 1203; 2008-ci il, 3, maddə 158) 11.1.3-cü maddəsində «əlillər» sözündən sonra «, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər» sözləri əlavə edilsin.

XLIII. «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 3, maddə 114; 2003-cü il, 6, maddə 277; 2004-cü il, 8, maddə 598, 11, maddə 901, 12, maddə 973; 2007-ci il, 1, maddə 3, 6, maddə 562, 11, maddə 1053) 68.1.3-cü maddəsində «və birinci qrup əlillərə» sözləri «, birinci qrup əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara» sözləri ilə əvəz edilsin.

XLIV. «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 5, maddə 247) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 5.1-ci maddədə «əlillik» sözündən sonra «, sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin;

2. 5.2.2-ci maddə üzrə:

2.1. birinci abzasda «olunması» sözündən sonra «, 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması» sözləri əlavə edilsin;

2.2. ikinci abzasda «I qrup» sözlərindən sonra «, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin;

3. 5.2.3-cü maddədə «olunmadan» sözündən sonra «və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmadan» sözləri əlavə edilsin;

4. 6.6-cı maddədə «olunduqda» sözündən sonra «, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunduqda» sözləri əlavə edilsin;

5. 9.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

«9.1.2. əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu halında — əlilliyin təyin edilməsi və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması haqqında (əlilliyin qrupu, əlilliyin və ya sağlamlıq imkanları məhdudluğunun səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiq edilmiş surəti;».

XLV. «Sərnişinlərin icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 8, maddə 416) 9.1.2-ci və 10.1.2.2-ci maddələrində «əlillik» sözündən sonra «və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

XLVI. «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 2, maddə 54) 5.1-ci maddəsində «əlillik» sözündən sonra «və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

XLVII. «Yanğından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 124; 2005-ci il, 8, maddə 692; 2007-ci il, 6, maddə 562) 15.7.2-ci maddəsində «əlillik» sözündən sonra «, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

XLVIII. «Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 7, maddə 562; 2007-ci il, 12, maddə 1218) 1.0.8-ci maddəsində «və ya əlillik» sözləri «, əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri ilə əvəz edilsin.

XLIX. «Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 7, maddə 563) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 4-cü maddənin birinci cümləsində «əlillik» sözündən sonra «, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin;

2. 9.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

«9.2. İrsi qan xəstəliyi olan şəxslərə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilir. İrsi qan xəstəliyi olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı şəxslərə əlillik müddətsiz təyin edilir.».

L. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 8, maddə 695; 2007-ci il, 5, maddə 437, 10, maddələr 932, 938) 26.5-ci maddəsində «Əlillər» sözündən sonra «, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər» sözləri əlavə edilsin.

LI. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1005) 9.0.1-ci maddəsində «və əlillər» sözləri «, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar» sözləri ilə əvəz edilsin, «internat evlərində» sözlərindən sonra «, xüsusi təhsil müəssisələrində» sözləri əlavə edilsin.

LII. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 3, maddə 208, 12, maddə 1019; 2007-ci il, 12, maddə 1194; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli, 582-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 8-ci maddənin adında «əlil uşağı» sözləri «sağlamlıq imkanları məhdud uşağı» sözləri ilə əvəz edilsin;

2. 8.2-ci maddədə «Uşaqlıqdan əlil olmuş» sözləri «Sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilsin;

3. 11.1-ci maddədə «və əlilliyin» sözləri «, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun» sözləri və «onun» sözü «onların» sözü ilə əvəz edilsin;

4. 12.1-ci maddədə «19 yaşınadək əlil» sözlərindən sonra «və ya sağlamlıq imkanları məhdud» sözləri əlavə edilsin;

5. 13.1-ci maddədə «I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi)» sözləri «I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi (I qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi)» sözləri ilə əvəz edilsin;

6. 14.1.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

«14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil;»;

7. 19.2.1-ci maddədə «əlillərə» sözündən sonra və 19.2.2-ci maddədə «I qrup əlillərə» sözlərindən sonra «və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə» sözləri əlavə edilsin;

8. 21.2.4-cü maddədə «16 yaşınadək əlil» sözləri «sağlamlıq imkanları məhdud 18 yaşınadək» sözləri ilə əvəz edilsin;

9. 21.2.6-cı maddədə «əlillərin» sözündən sonra «və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin» sözləri əlavə edilsin;

10. 32.2-ci maddədə «əlilliyin» sözündən sonra «və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun» sözləri, «əlillik» sözündən sonra «və ya sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin;

11. 37.5-ci maddədə «və əlillər» sözləri «, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar» sözləri ilə əvəz edilsin, «(pansionatlarda)» sözündən sonra «, xüsusi təhsil müəssisələrində» sözləri əlavə edilsin;

12. 41-ci maddənin adında «Əlillərin» sözündən sonra «, 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin» sözləri əlavə edilsin;

13. 41.1-ci maddədə «Əlil» sözündən sonra «, sağlamlıq imkanları məhdud şəxs» sözləri əlavə edilsin;

14. 41.2-ci maddədə «əlil» sözündən sonra (hər iki halda) «, sağlamlıq imkanları məhdud» sözləri əlavə edilsin.

LIII. «Onkoloji yardım haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 8, maddə 656) 9.2-ci maddəsində «əlillik» sözündən sonra «və ya sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

LIV. «Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 6, maddə 559) 13.4-cü maddəsində «əlilliyi» sözündən sonra «, sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

LV. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 3, maddə 144) 14.2.3-cü maddəsində «əlilliyi» sözündən sonra «, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

LVI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 13 iyun 2008-ci il

648-IIIQD

«Respublika» qəzetində dərc edilmişdir (10 iyul 2008-ci il, 149).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2008-ci il, 7 (133), maddə 602).

30 iyun 2009-cu il tarixli, 845-IIIQ nömrəli Qanuna əsasən dəyişikliklərlə.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.