Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, 11, maddə 406, 16, maddə 706; 1993-cü il, 5, maddə 133; 1994-cü il, 9, maddə 96; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli, 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 1, maddə 15; 1999-cu il, 3, maddə 164, 4, maddə 215, 5, maddə 286; 2001-ci il, 3, maddə 147, 12, maddə 745; 2002-ci il, 6, maddə 328, 8, maddə 463; 2004-cü il, 2, maddə 57, 7, maddə 507; 2006-cı il, 3, maddə 219) 23-cü maddəsinin üçüncü hissəsində «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanları» sözləri «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar» sözləri ilə əvəz edilsin.

II. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 3, maddə 142; 2002-ci il, 6, maddə 328; 2004-cü il, 7, maddə 505) 7-ci maddəsinin birinci hissəsində «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanına» sözləri «vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana» sözləri ilə əvəz edilsin.

III. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli, 928 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, 3-4, maddə 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 6, maddə 493; 1998-ci il, 2, maddə 71; 2001-ci il, 11, maddələr 669, 674; 2002-ci il, 7, maddə 395; 2004-cü il, 4, maddə 199; 2006-cı il, 2, maddə 64) 12-ci bəndində «VVAQ şöbəsi» sözləri «vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar» sözləri ilə əvəz edilsin .

IV. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 5, maddə 348; 1999-cu il, 11, maddə 609; 2000-ci il, 11, maddə 776; 2001-ci il, 9, maddə 576, 12, maddələr 733, 736; 2002-ci il, 12, maddə 706; 2004-cü il, 7, maddə 505, 12, maddə 976; 2005-ci il, 1, maddə 2, 12, maddə 1082; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli, 155-IIIQD nömrəli Qanunu) 15-ci maddəsinin onuncu abzasının əvvəlinə «Azərbaycan Respublikasının qanunları və» sözləri əlavə edilsin.

V. «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 7, maddə 404; 2002-ci il, 12, maddə 706; 2004-cü il, 2, maddə 57, 4, maddə 199; 2006-cı il, 2, maddə 64) 8-ci maddəsinin üçüncü hissəsində «sərhəd xidməti,» sözlərindən sonra «penitensiar xidmət,» sözləri əlavə edilsin.

VI. «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 1, maddə 7; 2004-cü il, 2, maddə 57, 3, maddə 133; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli, 161-IIIQD nömrəli Qanunu) 11-ci maddəsinə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

«Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarəsinin ekspertlərinə «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilir.».

VII. «Notariat haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 1, maddə 10; 2001-ci il, 11, maddə 687, 12, maddə 740; 2002-ci il, 5, maddə 241, 6, maddə 328, 12, maddə 706; 2004-cü il, 5, maddə 318; 2005-ci il, 4, maddə 281; 2005-ci il, 8, maddə 699, 10, maddə 903, 11, maddə 993) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 3-cü maddədə:

1.1. üçüncü hissədə «öhdəlikləri olan» sözlərindən sonra «şəxs, din xadimi» sözləri, «məhkəmənin qərarı olan» sözlərindən sonra «, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə notarius işləməyə qadir olmayan, 65 yaşına çatmış» sözləri əlavə edilsin, «qəsdən» sözü çıxarılsın;

1.2. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin, yeddinci hissə səkkizinci hissə hesab edilsin:

«Dövlət notariusuna «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlər də tətbiq edilir.»;

2. 7-ci maddənin üçüncü hissəsinə aşağıdakı məzmunda 7-ci və 8-ci bəndlər əlavə edilsin:

«7) notariusun şəhadətnamə almaq üçün təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edildiyi aşkar olunduqda;

8) notarius 65 yaşa çatdıqda.»;

3. 10-1-ci maddənin adında, birinci və ikinci hissələrində «Notariusun», «notarius» sözləri müvafiq olaraq «Xüsusi notariusun», «xüsusi notarius» sözləri ilə əvəz edilsin;

4. 16-cı maddənin ikinci hissəsində «Azərbaycan Respublikasının əmək qanunvericiliyinə» sözləri «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununa» sözləri ilə əvəz edilsin.

VIII. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 1, maddə 17, 5, maddə 323, 12, maddə 835; 2002-ci il, 5, maddə 236; 2003-cü il, 1, maddələr 23, 24, 6, maddə 279; 2004-cü il, 7, maddə 505, 8, maddə 598, 10, maddə 761; 2005-ci il, 4, maddələr 277, 278; 2006-cı il, 2, maddə 64) aşağıdakı dəyişikliklər edilsin:

1. 340-cı maddədə «vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının hansı orqanının» sözləri «vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın» sözləri ilə əvəz edilsin;

2. 350.1-ci maddədə «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarında» sözləri «vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda» sözləri ilə əvəz edilsin;

3. 350.4-cü maddədə «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanına» sözləri «vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana» sözləri ilə əvəz edilsin.

IX. «Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 1, maddə 18; 2001-ci il, 11, maddə 687, 12, maddə 731; 2003-cü il, 1, maddə 23; 2004-cü il, 2, maddə 57, 3, maddə 133; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli, 161-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 3-cü maddədə:

1.1 maddənin adı aşağıdakı redaksiyada verilsin:

«Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının qulluğa qəbulu və qulluq keçməsi» ;

1.2. ikinci və üçüncü hissələr aşağıdakı redaksiyada verilsin:

«Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə nəzarətçiləri istisna olmaqla digər məhkəmə nəzarətçilərinin, habelə məhkəmə icraçılarının qulluğa qəbulu və qulluq keçməsi «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində məhkəmə nəzarətçilərinin qulluğa qəbulu və qulluq keçməsi dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.»;

2. 4-cü maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 4. Xidməti silah

Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının xüsusi hazırlıq keçəndən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah və xüsusi vasitələr gəzdirmək, saxlamaq və istifadə etmək hüquqları vardır.»;

3. 12-ci maddənin birinci hissəsində «xüsusi rütbəyə» sözlərindən sonra «(ixtisas dərəcəsinə)» sözləri əlavə edilsin.

X. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 3, (I kitab), maddə 126; 2002-ci il, 12, maddə 702; 2004-cü il, 7, maddə 505; 2006-cı il, 2, maddə 66; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli, 155-IIIQD nömrəli Qanunu) 156.2-ci maddəsində «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanı» sözləri « vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan» sözləri ilə əvəz edilsin.

XI. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, (I kitab), maddə 583; 2001-ci il, 7, maddə 454, 9, maddə 576, 12, maddə 734; 2002-ci il, 5, maddə 249, 12, maddə 707; 2003-cü il, 8, maddə 425, 12, (I kitab), maddə 671; 2004-cü il, 1, maddə 1, 11, maddə 887, 12, maddə 980; 2005-ci il, 2, maddə 61, 8, maddə 688, 12, maddə 1081) aşağıdakı əlavələr edilsin:

1. 102.1.3-cü maddədə «maddi yardım» sözlərindən sonra, 102.1.3.1-ci maddədə «maddi yardımın» sözlərindən sonra müvafiq olaraq «, birdəfəlik müavinət», «, birdəfəlik müavinətin» sözləri əlavə edilsin;

2. 102.1.4-cü maddədə «habelə» sözündən sonra «Azərbaycan Respublikasının qanunları və» sözləri əlavə edilsin.

XII. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, (I kitab), maddə 584, 12, maddə 835; 2001-ci il, 1, maddə 24, 3, maddə 139, 7, maddə 455, 11, maddələr 680, 698, 12, maddə 731; 2002-ci il, 1, maddə 9, 4, (I kitab), maddə 165, 5, maddələr 234, 237, 239, 6, maddə 326, 8, maddə 463, 12, maddə 692; 2003-cü il, 1, maddələr 3, 13, 23, 4, maddələr 177, 178, 5, maddə 228, 6, maddələr 257, 276, 279, 8, maddələr 407, 425, 12, (I kitab), maddələr 676, 696, (II kitab), maddələr 713, 714; 2004-cü il, 1, maddələr 6, 7, 10, 13, 4, maddələr 200, 201, 204, 5, maddələr 313, 314, 317, 321, 6, maddə 397, 8, maddələr 596, 597, 10, maddələr 762, 779, 11, maddə 900, 12, maddə 973; 2005-ci il, 1, maddələr 5, 6, 2, maddə 61, 4, maddələr 272, 273, 275, 278, 6, maddələr 462, 466, 7, maddə 576, 8, maddələr 691, 692, 10, maddələr 875, 877, 904, 11, maddələr 993, 994, 995, 12, maddələr 1083, 1085; 2006-cı il, 2, maddələr 64, 68, 3, maddələr 219, 220, 223, 225, 5, maddə 385, 6, maddə 478) 353.2-ci maddəsində «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarının» sözləri «vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların» sözləri ilə əvəz edilsin.

XIII. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 7, maddə 452, 12, maddə 731; 2002-ci il, 12, maddə 706; 2005-ci il, 10, maddə 902) 32.5-ci maddəsində «ədliyyə və ya» sözlərindən sonra «digər» sözü əlavə edilsin.

XIV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 29 dekabr 2006-cı il

220-IIIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 yanvar 2007-ci il, 15)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2007-ci il, 1, maddə 4).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.