Axtar
az|рус|eng
Qanunvericilik

«Lotereyalar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli, 516 nömrəli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə»nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, 4, maddə 117; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 8, maddə 463) 4-cü maddəsinin «q» bəndindən «və lotereya biletlərində» sözləri çıxarılsın.

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, (I kitab), maddə 584; 2001-ci il, 1, maddə 24, 3, maddə 139, 7, maddə 455, 11, maddələr 680, 698, 12, maddə 731; 2002-ci il, 1, maddə 9, 4, (I kitab), maddə 165, 5, maddələr 234, 237, 239, 6, maddə 326, 8, maddə 463, 12, maddə 692; 2003-cü il, 1, maddələr 3, 13, 23, 4, maddələr 177, 178, 5, maddə 228, 6, maddələr 257, 276, 279, 8, maddələr 407, 425, 12, (I kitab), maddələr 676, 696, (II kitab), maddələr 713, 714; 2004-cü il, 1, maddələr 6,7,10,13; 4, maddələr 200, 201, 204; 5, maddələr 313, 314, 317, 321, 6, maddə 397; Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli, 684-IIQD nömrəli, 7 sentyabr tarixli, 732-IIQD nömrəli və 10 sentyabr tarixli, 752-IIQD nömrəli qanunları) aşağıdakı məzmunda 221-1-ci maddə əlavə edilsin:

«Maddə 221-1. Lotereyalar haqqında qanunvericiliyin pozulması

221-1.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni:

221-1.0.1. keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə və reklamına;

221-1.0.2. keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edilmiş stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsinə;

221-1.0.3. lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə—

  • vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.».

III. «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 1, maddə 12; 1999-cu il, 4, maddə 225; 2000-ci il, 8, (III kitab), maddə 587; 2001-ci il, 3, maddələr 142, 145, 5, maddələr 295, 298, 11, maddə 683; 2004-cü il, 1, maddələr 6,13, 2, maddələr 57, 58) 17-ci maddəsinə aşağıdakı məzmunda 10-cu bənd əlavə edilsin:

«10. Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına yol verilmir.».

IV. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 4, (I kitab), maddə 250, 12, maddə 835; 2002-ci il, 12, maddə 709; 2003-cü il, 8, maddə 420; 2004-cü il, 3, maddə 123; 5, maddə 318, 6, maddə 415; Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli, 731-IIQD nömrəli qanunu) 1086-cı maddəsi aşağıdakı redaksiyada verilsin:

«Maddə 1086. Lotereyalar üzrə tələb

Lotereyanın qanunvericiliklə nəzərdə tutulmuş hallarda dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibinin lotereya təşkilatçısına qarşı uduşların verilməsi (ödənilməsi) tələbini istisna etmir.».

V. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, (I kitab), maddə 583; 2001-ci il, 7, maddə 454, 9, maddə 576, 12, maddə 734; 2002-ci il, 5, maddə 249, 12, maddə 707; 2003-cü il, 8, maddə 425, 12, (I kitab), maddə 671; 2004-cü il, 1, maddə 1) 102.1.13-cü maddəsində «dövlət qeydiyyatından» sözləri «müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan» sözləri ilə əvəz edilsin.

VI. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 24 dekabr 2004-cü il.

815-IIQD.

«Azərbaycan» qəzetində dərc edilmişdir (10 fevral 2005-ci il, 31).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2005-ci il, 2, maddə 61).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.