Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, «Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli, 1015 nömrəli Sərəncamının 14.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. «Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 27 iyul 2011-ci il

1654

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 iyul 2011-ci il, 164).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2011-ci il, 7, maddə 718).

 

02 fevral 2015-ci il tarixli, 1012 nömrəli Sərəncama əsasən dəyişikliklərlə.


Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 27 iyul tarixli, 1654 nömrəli
Sərəncamı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Strukturu

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatı.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında departamentlər.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti.

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin digər yerli qurumları.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.