Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, (I kitab), maddə 583; 2001-ci il, 7, maddə 454, 9, maddə 576, 12, maddə 734; 2002-ci il, 5, maddə 249, 12, maddə 707; 2003-cü il, 8, maddə 425, 12, (I kitab), maddə 671; 2004-cü il, 1, maddə 1, 11, maddə 887, 12, maddə 980; 2005-ci il, 2, maddə 61, 8, maddə 688, 12, maddə 1081; 2006-cı il, 12, maddələr 1005, 1026; 2007-ci il, 1, maddə 4) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 72.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

«Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu məcəllənin 72.3-cü, 72.4-cü, 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir.»;

2. 72.6.3-cü maddədə «tərəfindən» sözündən sonra «kağız daşıyıcı vasitəsi ilə verilən» sözləri əlavə edilsin;

3. aşağıdakı məzmunda 72.6.5-ci maddə əlavə edilsin:

«72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olmadıqda.»;

4. 72.7-ci maddədə «72.6.4-cü» sözü «72.6.5-ci» sözü ilə əvəz edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 16 iyun 2007-ci il

392-IIIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (30 iyun 2007-ci il, 141).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2007-ci il, 6, maddə 597).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.