Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 17-ci fəslinin 218-ci maddəsində «Aksizli mallar istehsal edən müəssisələr, kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları istisna olmaqla, ƏDV-nin məqsədləri üçün bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qeydiyyata alınmamış müəssisələr» sözlərindən sonra «, habelə mənzil-kommunal təsərrüfatı təşkilatları və onların xidmət sahələri» sözləri əlavə edilsin.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 2 iyul 2001-ci il.

171-IIQD.

«Azərbaycan» qəzetində dərc edilmişdir (21 iyul 2001-ci il, 163).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2001-ci il, 7, maddə 454).

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.