Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, (I kitab), maddə 583, 2001-ci il, 7, maddə 454, 9, maddə 576, 12, maddə 734; 2002-ci il, 5, maddə 249, 12, maddə 707, 2003-cü il, 8, maddə 425, 12 (iki kitabda), (I kitab), maddə 671, 2004-cü il, 1, maddə 1, 11, maddə 887, 12, maddə 980; 2005-ci il, 2, maddə 61, 8, maddə 688, 12, maddə 1081) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 13.2.17-ci maddədə «şərti maliyyə vahidinin 100 mislindən» sözləri «100 manatdan» sözləri ilə, 58.2-ci maddədə «şərti maliyyə vahidinin 40 misli miqdarında» sözləri «40 manat məbləğində» sözləri ilə, 60.1.1-ci maddədə «şərti maliyyə vahidinin 400 misli» sözləri «400 manat» sözləri ilə, 102.1.3.1-ci maddədə «şərti maliyyə vahidinin 1000 mislinədək» sözləri «1000 manatadək» sözləri ilə və «şərti maliyyə vahidinin 2000 mislinədək» sözləri «2000 manatadək» sözləri ilə, həmçinin «şərti maliyyə vahidinin 20000 mislinədək» sözləri «20000 manatadək» sözləri ilə, 102.1.6-cı maddədə «şərti maliyyə vahidinin 2400 mislinədək» sözləri «2400 manatadək» sözləri ilə və «şərti maliyyə vahidinin 360 misli» sözləri «360 manat» sözləri ilə, həmçinin «şərti maliyyə vahidinin 200 mislinədək» sözləri «200 manatadək» sözləri ilə və «şərti maliyyə vahidinin 30 misli» sözləri «30 manat» sözləri ilə, 102.1.15-ci maddədə «şərti maliyyə vahidinin 4000 mislinədək» sözləri «4000 manatadək» sözləri ilə və «200 mislinədək» sözləri «200 manatadək» sözləri ilə, 102.2-ci maddədə «şərti maliyyə vahidinin 400 misli miqdarında» sözləri «400 manat məbləğində» sözləri ilə, 102.3-cü maddədə «şərti maliyyə vahidinin 100 misli miqdarında» sözləri «100 manat məbləğində» sözləri ilə, 102.4-cü maddədə «şərti maliyyə vahidinin 55 misli miqdarında» sözləri «55 manat məbləğində» sözləri ilə, 102.5-ci maddədə «şərti maliyyə vahidinin 20 misli miqdarında» sözləri «20 manat məbləğində» sözləri ilə, 114.6-cı və 114.8-ci maddələrdə «şərti maliyyə vahidinin 100 mislindən» sözləri «100 manatdan» sözləri ilə, 155.1-ci maddədə «şərti maliyyə vahidinin 22500 mislindən» sözləri «22500 manatdan» sözləri ilə, 158.2-ci maddədə «şərti maliyyə vahidinin 45000 mislindən» sözləri «45000 manatdan» sözləri ilə, 198.1.1-ci maddədə «şərti maliyyə vahidinin 5000 mislinədək» sözləri «5000 manatadək» sözləri ilə və «5000 mislindən» sözləri «5000 manatdan» sözləri ilə, 198.1.2.1-ci və 198.1.2.2-ci maddələrdə «şərti maliyyə vahidinin 1 faizi» sözləri «0,02 manat» sözləri ilə, 199.3-cü maddədə «şərti maliyyə vahidinin 30 misli qədər» sözləri «30 manat» sözləri ilə, 206.1-ci maddədə «şərti maliyyə vahidinin 5 faizidir» sözləri «0,06 manat müəyyən edilir» sözləri ilə, 207.2-ci maddədə «şərti maliyyə vahidinin 10 misli qədər» sözləri «10 manat» sözləri ilə, 216.2-ci maddədə «şərti maliyyə vahidinin misli ilə» sözləri «manatla» sözü ilə, 218.1-ci maddədə «şərti maliyyə vahidinin 22500 mislindən» sözləri «22500 manatdan» sözləri ilə, 218.2-ci maddədə «şərti maliyyə vahidinin 1000000 mislindən» sözləri «1000000 manatdan» sözləri ilə əvəz edilsin.

2. 13.2.24-cü maddə aşağıdakı redaksiyada verilsin:

«13.2.24. Nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri.».

3. Aşağıdakı məzmunda 15.1.14-cü maddə əlavə edilsin:

«15.1.14. vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək.».

4. 15.1.14-cü maddə 15.1.15 -ci maddə hesab edilsin.

5. Aşağıdakı redaksiyada 16.1.8 - 16.1.10-cu maddələr əlavə edilsin:

«16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək:

16.1.8.1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);

16.1.8.2. qiymətli kağızların satışı;

16.1.8.3. lotereya biletlərinin satışı;

16.1.8.4. ictimai nəqliyyatda gediş kartlarının və talonların satışı;

16.1.8.5. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;

16.1.8.6. şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti;

16.1.8.7. poçt məntəqələrinin fəaliyyəti.

16.1.9. nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək;

16.1.10. istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq».

6. 16.1.8-ci maddə 16.1.11-ci maddə hesab edilsin.

7. 22-ci maddənin adından «və bu orqanların maddi həvəsləndirmə və inkişaf fondu» sözləri və 22.2-ci maddə çıxarılsın.


* Bu Qanunun 7-ci bəndi 2008-ci il yanvarın 1-dən quvvəyə minir


8. 23.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

«23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;».

9. 24.0.6-cı maddədə «vergi ödəyicilərinin» sözlərindən sonra «,onların filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin), habelə nəzarət-kassa aparatlarının» sözləri əlavə edilsin.

10. 33.3-cü maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

«Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər.».

11. Aşağıdakı məzmunda 38.3.7-ci maddə əlavə edilsin:

«38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə».

12. Aşağıdakı məzmunda 42.4-cü maddə əlavə edilsin:

«42.4 Vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən vergi ödəyicisi tərəfindən 20 gün müddətində təqdim edilməlidir.».

13. 50.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

«50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.».

14. Aşağıdakı məzmunda 50.7-ci və 50.8-ci maddələr əlavə edilsin:

«50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.

50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

50.8.1. vergi ödəyicisinin adı;

50.8.2. VÖEN-i;

50.8.3. çekin vurulmasının tarixi və saatı;

50.8.4. obyektin adı və yerləşdiyi ünvan;

50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ;

50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;

50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi.».

15. 57.1-ci maddədə «hesabatını» sözündən sonra «və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı» sözləri əlavə edilsin və bu maddədə «şərti maliyyə vahidinin 40 misli miqdarında» sözləri «40 manat məbləğində» sözləri ilə əvəz edilsin.

16. Aşağıdakı məzmunda 58.6 - 58.8-ci maddələr əlavə edilsin:

«58.6. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə, əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

58.6.1. il ərzində belə hallara birinci dəfə yol verildikdə - 400 manat məbləğində;

58.6.2. il ərzində belə hallara ikinci dəfə yol verildikdə - 800 manat məbləğində;

58.6.3. il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə - 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

58.7. Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə:

58.7.1. gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə - 5 faiz miqdarında;

58.7.2. il ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə - 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

58.8. Bu Məcəllənin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markalarının inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.».

17. 59.1-ci və 59.3-cü maddələrdə «0,05» rəqəmi «0,1» rəqəmi ilə əvəz edilsin.

18. 72-ci maddənin adında «hesabatının» sözündən sonra «tərtib edilməsi və» sözləri əlavə edilsin.

19. 72.5-ci maddənin üçüncü cümləsində «dəqiqləşdirilmiş» sözündən sonra «və ya vaxtında təqdim edilməmiş» sözləri əlavə edilsin.

20. 77.4.4-cü maddədə «(büdcədənkənar fondlarla)» sözləri çıxarılsın.

21. 90.1-ci maddədə «60» rəqəmi «30» rəqəmi ilə əvəz edilsin.

22. 90.4-cü maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin.

«Əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracda satılmadıqda, vergi orqanı tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı bu maddədə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər.».

23. 102.1.14.15-ci maddə aşağıdakı redaksiyada verilsin:

«102.1.14.15. hərbi qulluqçulara, prokurorluq orqanlarının prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbi qulluqçularına, hüquq mühafizə və feldyeger rabitəsi orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla), habelə, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əmək haqqı, mükafat və digər maddi təminatlar.».

24. 102.1.14.16-cı, 102.1.14.18 - 102.1.14.32-ci maddələr çıxarılsın və 102.1.14.17-ci maddə 102.1.14.16-cı maddə hesab edilsin.

25. 104.1-ci maddədə «gəliri» sözü «bütün gəlirləri» sözləri ilə əvəz edilsin.

26. 109.3-cü maddədə «yemək xərclərinin» sözlərindən sonra «(müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla)» sözləri əlavə edilsin.

27. Aşağıdakı məzmunda 124.4-cü maddə əlavə edilsin:

«124.4. Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin minimum həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.».

28. 125.1.5-ci maddədə «, 13.2.16.10-cu, 13.2.16.11-ci, 13.2.16.12-ci» sözləri «, 13.2.16.10-cu (Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlak üçün alınan royalti şəklində gəlir istisna olmaqla), 13.2.16.12-ci (Azərbaycan Respublikasındakı daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlir istisna olmaqla)» sözləri ilə əvəz edilsin.

29. Aşağıdakı məzmunda 138.4-cü maddə əlavə edilsin:

«138.4. Bu Məcəllənin 138-ci maddəsinin müddəaları mənzil tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi ödəyicilərinə şamil edilmir.».

30. 143-cü maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

«Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.».

31. 150.1 -ci maddədə «gəlir vergisini» sözləri «vergini» sözü ilə əvəz edilsin.

32. 150.1.7-ci maddədə «şəxslərə» sözü «şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə» sözləri ilə əvəz edilsin.

33. 150.4-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

«Vergi ödəyicisi bu Məcəllənin 149.5-ci maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etmirsə, tutulmuş vergi gəlir vergisinin tam məbləği sayılır.».

34. 151.3-cü maddənin üçüncü cümləsində «birinci metodu tətbiq edir» sözlərindən sonra «və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir» sözləri əlavə edilsin.

35. 155.1-ci maddədə «şəxs» sözündən sonra «(bu Məcəllənin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla)» sözləri əlavə edilsin.

36. 157.2-ci maddənin üçüncü abzasında «qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır» sözləri «vergi orqanı tərəfindən ona qeydiyyata alınmadan imtina barədə bildiriş təqdim edilir» sözləri ilə əvəz edilsin.

37. 157.5-ci maddədə «vergi ödəyicisini» sözlərindən sonra «(bu Məcəllənin 158.2-ci maddəsinin ikinci abzasında göstərilən vergi ödəyiciləri istisna olmaqla)» sözləri əlavə edilsin.

38. 158.2-ci maddənin ikinci abzasında «iri vergi» sözlərindən əvvəl «aksizli mallar istehsal edən və» sözləri əlavə edilsin.

39. Aşağıdakı məzmunda 159.9-cu maddə əlavə edilsin:

«159.9. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin bu Məcəllənin 220.8-ci maddəsində göstərilən bölgüyə uyğun olaraq ƏDV məqsədləri üçün vergi tutulan minimum dövriyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.».

40. 164.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

«164.2. Müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etməklə konkret dövr üçün nəzərdə tutulan, istehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda, istehsal təyinatlı xammal və müasir texnologiyanı təmin edən avadanlıqların idxalını ƏDV-dən azad edə bilər.».

41. 168.1.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

«Bu cür işlərə (xidmətlərə) tikinti, tikinti-quraşdırma, təmir, bərpa işləri, daşınmaz əmlakla bağlı agent və ekspert xidmətləri və digər analoji işlər (xidmətlər) aiddir.».

42. 168.1.5-ci maddəyə aşağıdakı məzmunda yeddinci, səkkizinci və doqquzuncu abzaslar əlavə edilsin:

  •  
    • «telekommunikasiya xidmətlərinin göstərilməsi (siqnalların, sənədlərin, şəkillərin və ya səsin, yaxud istənilən xarakterli informasiyanın teleqraf, radio, optik və ya digər elektromaqnit sistem vasitəsilə alınması, yayılması, ötürülməsi, o cümlədən bu cür ötürmə, alma və ya yayım hüquqlarının təqdim edilməsi və ya alınması);
    • radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinin göstərilməsi;
    • kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi.».

43. 185.2-ci maddədə «İdxal malları üçün» sözlərindən sonra «(minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr istisna olmaqla)» sözləri və həmin maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edisin:

«İdxal olunan minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə vergi tutulan əməliyyat - onların mühərrikinin həcmidir.».

44. 190.1-ci maddəyə aşağıdakı məzmunda beşinci və altıncı abzaslar əlavə edilsin:

  •  
    • « minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
    • istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr;».

45. 190.2-ci maddədə «aksizli mallara» sözlərindən sonra «(minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr istisna olmaqla)» sözləri əlavə edilsin.

46. Aşağıdakı məzmunda 190.4-cü maddə əlavə edilsin:

«190.4. Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

Vergitutma obyektinin adı

Aksizin dərəcəsi

Minik avtomobilləri:


mühərrikin həcmi 2000 kub santimetrədək olduqda

Mühərrikin həcminin hər kub santimetrinə görə - 0,15 manat

mühərrikin həcmi 3000 kub santimetrədək olduqda

300 manat + mühərrikin həcminin 2001 - 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə - 1 manat

mühərrikin həcmi 4000 kub santimetrədək olduqda

1300 manat + mühərrikin həcminin 3001 - 4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə - 2 manat

mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda

3300 manat + mühərrikin həcminin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə - 4 manat

İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr

Mühərrikin həcminin hər kub santimetrinə görə - 1 manat

47. 190.4-cü maddə 190.5-ci maddə hesab edilsin.

48. 190.5-ci maddədə «neft məhsullarına» sözlərindən sonra «, minik avtomobillərinə və istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr» sözləri əlavə edilsin.

49. Aşağıdakı məzmunda 194.2.1 - 194.2.9-cu maddələr əlavə edilsin:

«194.2.1. Nəzarət postları müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən telefon və digər zəruri avadanlıqla təchiz edilməklə, markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin istehsal sahələrinin əsas giriş və çıxış qapısının yaxınlığında yaradılır.

194.2.2. Nəzarət postları yaradıldıqda, markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin texnoloji avadanlıqlarının, ölçü vasitələrinin və laboratoriya cihazlarının texniki sazlığının, standartlara uyğunluğunun yoxlanılması və həmin cihazların plomblanması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

194.2.3. Nəzarət postlarının işçiləri aksiz markalarının qalıqlarını inventarizasiya etməklə, istehsal həcmi üzrə nəzarət-ölçü cihazlarını, xammal, material və hazır məhsul anbarlarını, istehsal sahələrindəki texnoloji avadanlıqları plomblamaqla eləcə də hazır məhsul satılarkən malların ilkin təsdiqedici sənədlərinə (qaiməsinə, mal-nəqliyyat qaiməsinə, vergi hesab-fakturasına və s.) baxış keçirməklə markalanmalı olan malların markalanmaqla istehsal sahələrindən kənara çıxarılmasına, hazır məhsulun anbara və oradan alıcılara buraxılmasına, markalarının yapışdırılması qaydalarına riayət olunmasına nəzarət edirlər.

194.2.4. İstehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının, xammal, material və hazır məhsul anbarlarının, istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması nəzarət postlarının işçiləri tərəfindən istehsalçının nümayəndəsi ilə birlikdə vergi orqanının təsdiq etdiyi forma üzrə kitabda müvafiq qeydlər, o cümlədən istehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının göstəriciləri barədə qeydlər aparmaqla, iş gününün sonunda, növbələrarası fasilədə, həmçinin lisenziyaların qüvvədə olma müddətinin dayandırılması və ya onların ləğv edilməsi, hazır məhsulun markalanması üçün aksiz markalarının, istehsal üçün xammalın, yardımçı və qablaşdırıcı materialların olmaması, habelə texniki səbəblərdən avadanlığın daha uzun müddət dayanması zamanı həyata keçirilir.

194.2.5. Avadanlığın dayandırılması zamanı istehsal güclərinin qapanması istehsal üzrə texnoloji xətlərin və avadanlığın elə yerlərdə plomblanması vasitəsilə həyata keçirilməlidir ki, onlardan istifadə edilməsi mümkün olmasın.

194.2.6. Plombların vurulması və çıxarılması nəzarət postunun işçiləri və istehsalçının nümayəndəsinin iştirakı ilə müvafiq aktla rəsmiləşdirilməlidir.

194.2.7. Nəzarət postlarının işçiləri iş başladığı vaxtda nəzarət postlarında olmadıqda, istehsalçının məsul şəxsləri tərəfindən vergi orqanına məlumat verilməklə, səbəbi və vaxtı göstərilməklə müvafiq akt tərtib edilərək, plomblar açıla bilər.

194.2.8. Nəzarət postlarının işçiləri satışa buraxılan hazır məhsulların sənədlərində göstərilən sayının, həcminin, çəkisinin onların faktiki sayı, həcmi və çəkisi ilə düzgünlüyünü yoxlamalı və sənədlərdəki göstəriciləri xüsusi jurnalda qeyd etməlidirlər. Bundan sonra nəzarət postlarının işçiləri malların ilkin təsdiqedici sənədlərində (qaimə, mal-nəqliyyat qaiməsi, vergi hesab-faktura və s.) «buraxılışa icazə verilir» qeydini aparmalıdırlar.

194.2.9. Plombların vurulması və çıxarılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklər edildikdə, texnoloji avadanlıqlardakı plomblar zədələndikdə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmasında, tam uçota alınmasında, aksiz markalarının inventarizasiyasında kənarlaşma aşkar edildikdə, eləcə də bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılması müəyyən edildikdə, nəzarət postunun işçiləri müvafiq akt tərtib etməli, bu barədə dərhal vergi orqanına məlumat verməlidirlər.».

50. 194.3-cü maddə çıxarılsın.

51. 201.4-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:

«Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.

Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda, artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.».

52. 206.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

«206.3. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin hər 100 kvadrat metrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:

Yaşayış məntəqələri

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla)

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla)

Bakı

10

0,6

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

8

0,5

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

4

0,3

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə kəndləri istisna olmaqla)

2

0,1

53. 211.1.2-ci maddədəki cədvəl aşağıdakı redaksiyada verilsin:

Vergitutma obyektinin adı

Yol vergisinin dərəcəsi

Minik avtomobilləri:


mühərrikin həcmi 2000 kub santimetrədək olduqda

Mühərrikin həcminin hər kub santimetrə görə - 0,01 manat

mühərrikin həcmi 2000 kub santimetrdən çox olduqda

20 manat + mühərrikin həcminin 2000 kub santimetrdən çox hissəsi üçün hər kub santimetrə görə - 0,02 manat

Avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri

Mühərrikin həcminin hər kub santimetrə görə - 0,02 manat

54. 212.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

«Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.».

55. 218.1-ci maddədə «218.1-1» rəqəmi «218.1.1» rəqəmi ilə əvəz edilsin və 218.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

«218.1.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər:

218.1.1.1. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər;

218.1.1.2. mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər).».

56. 218.2-ci maddənin altıncı abzasında mötərizə içərisində verilmiş «avtomobil nəqliyyatı vasitələri, o cümlədən taksi ilə sərnişin və yük daşımalarını, mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən» sözləri «bu Məcəllənin 218.1.1-ci maddəsində göstərilən» sözləri ilə əvəz edilsin.

57. 219.1-ci maddədə mötərizə içərisində verilmiş «218.1-1» rəqəmi «218.1.1» rəqəmi ilə əvəz edilsin.

58. 219.1-1-ci maddədə «218.1-1» rəqəmi «218.1.1.1» rəqəmi ilə əvəz edilsin.

59. Aşağıdakı məzmunda 219.1.2-ci maddə əlavə edilsin:

«219.1.2. Mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla, tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) vergitutma obyektidir.».

60. 219.2-ci maddədə «ödəyən» sözündən sonra «(bu Məcəllənin 218.1.1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla)» sözləri əlavə edilsin.

61. Aşağıdakı məzmunda 219.2.1-ci maddə əlavə edilsin:

«219.2.1. bu Məcəllənin 218.1.1.2-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər mənfəət vergisinin və əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin ödəyicisi deyildirlər.».

62. 220.1-ci maddədə mötərizə içərisində verilmiş «218.1-1» rəqəmi «218.1.1» rəqəmi ilə əvəz edilsin.

63. 220.5-ci maddənin cədvəlində mötərizə içərisində verilmiş «şərti maliyyə vahidinin misli ilə» sözləri «manatla» sözü ilə, «misli» sözləri «manat» sözləri ilə və «1,5; 18; 27 və 8» rəqəmləri müvafiq olaraq «1,8; 21,6; 30,6 və 9» rəqəmləri ilə əvəz edilsin.

64. Aşağıdakı məzmunda 220.8-ci maddə əlavə edilsin:

«220.8. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.».

65. 221.1-ci maddədə mötərizə içərisində verilmiş «218.1-1» rəqəmi «218.1.1» rəqəmi ilə əvəz edilsin.

66. 221.4.2-ci maddədə «218.1-1» rəqəmi «218.1.1.1» rəqəmi ilə əvəz edilsin.

67. 221.4.11-ci və 221.4.12-ci maddələr çıxarılsın.

68. Aşağıdakı məzmunda 221.5-221.6-cı maddələr əlavə edilsin:

«221.5. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikintinin təməl işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər.

Bu Məcəllənin 218.1.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, mənzil tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (mənzil tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər.

Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 12,5 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.

221.6. Bu Məcəllənin 218.1.1-ci maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.».

II. Bu Qanunun 59-cu bəndində nəzərdə tutulan vergitutma obyektləri üzrə verginin hesablanması bu Qanun qüvvəyə mindiyi tarixdən sonra tikintisi başlanılmış obyektlər üzrə həyata keçirilir.

III. Bu Qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.

IV. Bu Qanunun 7-ci bəndi 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 15 dekabr 2006-cı il

196-IIIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (30 dekabr 2006-cı il, 294).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2006-cı il, 12, maddə 1026).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.