Axtar
az|рус|eng
Qanunvericilik

Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının «bir pəncərə» prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, 23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 1, maddə 6, 3, maddə 226, 4, maddə 280; 2000-ci il, 7, maddə 489; 2001-ci il, 11, maddə 686, 12, maddə 736; 2002-ci il, 5, maddələr 241,248; 2003-cü il, 1, maddələr 1, 16, 12, (I kitab), maddə 673; 2006-cı il, 8, maddə 657; 2007-ci il, 8, maddə 745, 10, maddə 938) 10-cu maddəsinin 1-ci bəndində «Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyində göstərilən orqanlar» sözləri «müvafiq icra hakimiyyəti orqanı» sözləri ilə əvəz edilsin.

II. «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, 9, maddə 224; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 1, maddə 17; 2001-ci il, 6, maddə 360, 11, maddələr 676, 683, 12, maddə 736; 2003-cü il, 1, maddə 5; 2004-cü il, 2, maddə 57; 4, maddə 202; 2006-cı il, 12, maddə 1005) 13-cü maddəsinin 2-ci bəndinin 3-cü cümləsində «dövlət qeydiyyatı üçün qanunvericiliyə uyğun təqdim olunan sənədlər» sözləri «təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi ilə bağlı müvafiq müqavilə və (və ya) qərar» sözləri ilə əvəz edilsin.

III. «Rəsmi statistika haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, 11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 7, maddə 486; 2002-ci il, 12, maddə 706; 2003-cü il, 1, maddə 4; 2004-cü il, 2, maddə 57, 4, maddə 202, 7, maddə 507; 2006-cı il, 2, maddə 63, 12, maddə 1005; 2007-ci il, 5, maddə 437) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 6-cı maddənin 10-cu bəndində «statistik» sözünün əvvəlinə «Hüquqi şəxslərin və fərdi sahibkarların dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanlarından alınmış və digər məlumatlar əsasında» sözləri əlavə edilsin;

2. 7-ci maddəyə aşağıdakı məzmunda 9-cu bənd əlavə edilsin:

«9. Hüquqi şəxslərin və fərdi sahibkarların dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanlarından statistik vahidlərin Dövlət registrinin tərtib edilməsi və aparılması üçün zəruri olan məlumatları almaq.»;

3. 12-ci maddənin 5-ci və 6-cı hissələri çıxarılsın;

4. 16-cı maddənin ikinci hissəsində «eyniləşdirmə kodunun» sözləri «müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin» sözləri ilə əvəz edilsin;

5. 27-ci maddənin birinci hissəsindən «və statistik vahidlərin dövlət reyestrinin aparılması» sözləri çıxarılsın.

IV. «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 3, maddə 167; 2001-ci il, 11, maddə 691; 2002-ci il, 12, maddə 706; 2004-cü il, 3, maddə 133; 2005-ci il, 8, maddə 684) 40-cı maddəsinin üçüncü hissəsinin yeddinci abzasında «dövlət qeydiyyatına alınmış» sözləri çıxarılsın, «qeydiyyata» sözü «müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən uçota» sözləri ilə əvəz edilsin.

V. «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 5, maddə 348; 1999-cu il, 11, maddə 609; 2000-ci il, 11, maddə 776; 2001-ci il, 9, maddə 576; 12, maddələr 733, 736; 2002-ci il, 12, maddə 706; 2004-cü il, 7, maddə 505; 12, maddə 976; 2005-ci il, 1, maddə 2; 12, maddə 1082; 2006-cı il, 11, maddə 923; 12, maddə 1018; 2007-ci il, 1, maddə 4) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 10-cu maddənin ikinci hissəsinin ikinci abzasında «uçota durmaq» sözlərindən sonra «(kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla)» sözləri əlavə edilsin;

2. 13-cü maddə üzrə:

2.1. birirnci hissə aşağıdakı redaksiyada verilsin:

«Qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər işəgötürənlər isə əmək müqaviləsi (kontraktı) bağlandıqdan sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığorta üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar»;

2.2. ikinci hissədə «təsərrüfat subyektlərinə» sözlərindən sonra «(kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla)» sözləri əlavə edilsin;

2.3. üçüncü hissə dördüncü hissə hesab edilsin və aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

«Kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filiallarının, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçotu müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi uçot məlumatları əsasında aparılır.»;

3. 21-ci maddənin birinci hissəsinin ikinci abzasında «sığortaedənlərin» sözündən və onuncu abzasında «sığortaedənlərə» sözündən sonra «(kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla)» sözləri əlavə edilsin.

VI. «Toxumçuluq haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 5, maddə 354; 2001-ci il, 12, maddə 736; 2002-ci il, 5, maddə 241; 2003-cü il, 1, maddə 7; 2005-ci il, 11, maddə 997; 2007-ci il, 3, maddə 205; 5, maddə 398) 1-ci maddəsinin on beşinci abzasında «şəxslərin qeydiyyat» sözləri «şəxslərin uçotu» sözləri ilə, 8-ci maddəsinin birinci hissəsinin altıncı abzasında «qeydiyyata» sözü «uçota» sözü ilə əvəz edilsin.

VII. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 9, maddə 564; 2001-ci il, 5, maddə 298, 11, maddələr 676, 698; 2002-ci il, 1, maddə 9, 8, maddə 463; 2003-cü il, 8, maddə 424; 2004-cü il, 2, maddə 57, 11, maddə 901; 2005-ci il, 4, maddə 277, 10, maddə 874, 11, maddə 993; 2006-cı il, 2, maddə 75, 12, maddə 1027; 2007-ci il, 6, maddə 560; Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli, 481-IIIQD nömrəli Qanunu) 16-cı maddəsinin 1-ci bəndinin üçüncü cümləsində «orqanında qeydiyyata» sözləri «orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən uçota» sözləri ilə əvəz edilsin.

VIII. «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 738; 2005-ci il, 6, maddə 466; 2007-ci il, 5, maddə 401; Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli, 453-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:

1. 7.2-ci maddədən «şəxsən» sözü çıxarılsın;

2. 7.1-ci, 7.7.5-ci və 7.8-ci maddələrdə «qeydiyyatdan keçdikləri» sözləri, 7.2-ci, 7.7.1-ci və 7.7.3-cü maddələrdə «qeydiyyatdan keçdiyi» sözləri çıxarılsın;

3. 8.2.1-ci maddədə «qeydiyyatdan keçmək» sözləri «uçota düşmək» sözləri ilə əvəz edilsin.

IX. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 1, maddə 8; 2005-ci il, 1, maddə 1, 8, maddə 700; 2006-cı il, 2, maddə 70) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 2.0.7-ci, 2.0.8-ci və 12.3-cü maddələrdən «vahid» sözü çıxarılsın;

2. aşağıdakı məzmunda 5.3.4-cü maddə əlavə edilsin:

«5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar.»;

3. aşağıdakı məzmunda 5.4.4-cü və 5.4.6-cı maddələr əlavə edilsin:

«5.4.4. təsisçi fiziki şəxs olduqda-onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

5.4.6. qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti.»;

4. 7.1.2-ci maddədən «təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti, habelə» sözləri çıxarılsın;

5. 7-1-ci maddədə «5» rəqəmi «3» rəqəmi ilə əvəz edilsin;

6. 10-cu və 12.7-ci maddələr çıxarılsın;

7. 12.9-cu maddənin birinci cümləsindən «vahiddir,» sözü və həmin maddənin ikinci cümləsi çıxarılsın;

8. 12.11-ci maddədə «reyestr kitabının» sözlərindən sonra «qeyri kommersiya hüquqi şəxsləri üçün» sözləri əlavə edilsin və «məzmunu» sözü «forması» sözü ilə əvəz edilsin;

9. aşağıdakı məzmunda 12.12-ci maddə əlavə edilsin:

«12.12. Kommersiya qurumları üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və onu internet səhifəsində yerləşdirilir.»;

10. 13.3-cü maddə 13.4-cü maddə hesab edilsin və aşağıdakı məzmunda 13.3-cü maddə əlavə edilsin;

«13.3. Dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsə, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda sahibkarlıq fəaliyyəti subyektləri üçün Azərbaycan Respublikasında vahid kod olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir.»;

11. 13.3-cü maddədən «, habelə bank hesabının açılması və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması» sözləri çıxarılsın;

12. 14.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

«14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi;»;

13. 15.2-ci maddədə «vaxtdan ən geci 3 gün keçənədək dövlət reyestrindən çıxarış göndərilməlidir» sözləri «vaxt dövlət reyestrindən çıxarış verilməlidir» sözləri ilə əvəz edilsin;

14. 17-ci maddə üzrə:

14.1. «17.0.», «17.01.», «17.0.2.» rəqəmləri müvafiq olaraq «17.1.», «17.1.1», «17.1.2.» rəqəmləri ilə əvəz edilsin;

14.2. 17.1-ci maddəyə «Azərbaycan» sözündən əvvəl «qeyri- kommersiya hüquqi şəxslərin, habelə xarici qeyri-kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatını aparan» sözləri əlavə edilsin;

14.3. aşağıdakı məzmunda 17.2-ci maddə əlavə edilsin:

«17.2. Kommersiya hüquqi şəxsin, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatını aparan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

17.2.1. hər gün dövlət qeydiyyatına aldığı kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filialları barədə məlumatları aidiyyəti üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına elektron və (və ya) kağız daşıyıcı formasında göndərir;

17.2.2. qanunvericilikdə müəyyən edilmiş hallarda dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsi, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filialı ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına bir gün müddətində bu barədə məlumat verilir.».

X. «Baytarlıq haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 8, maddə 682; Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli, 509-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.4-cü və 8.1.11-ci maddələr aşağıdakı redaksiyada verilsin:

«5.4. Baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınır.

8.1.11. müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin uçotunu aparmaq və onlardan lazımi məlumatlar almaq;»;

2. 28. 3-cü və 29.2.1-ci maddələr çıxarılsın.

XI. «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 10, maddə 870; Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli, 476-IIIQD nömrəli Qanunu) 1.1.9-cu və 11.2.7-ci maddələri, 9.2.4-cü maddəsindən isə «və həmin şəxslərin uçotunu aparmaqla» sözləri çıxarılsın.

XII. Bu qanun 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 1 fevral 2008-ci il

543-IIIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (8 fevral 2008-ci il, 29).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (29 fevral 2008-ci il, 2 (128), maddə 49).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.