Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, (I kitab), maddə 583; 2001-ci il, 7, maddə 454, 9, maddə 576, 12, maddə 734; 2002-ci il, 5, maddə 249, 12, maddə 707; 2003-cü il, 8, maddə 425, 12, (I kitab), maddə 671; 2004-cü il, 1, maddə 1, 11, maddə 887) aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. 89.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

«89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.»;

2. Aşağıdakı redaksiyada 164.1.12-ci maddə əlavə edilsin:

«164.1.12. Metropolitenlə sərnişindaşıma xidmətləri.».

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 24 iyun 2005-ci il

943-IIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (11 avqust 2005-ci il, 184).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2005-ci il, 8, maddə 688).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.