Axtar
az|рус|eng
Qanunvericilik

«Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli, 665 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

«Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli, 665 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 3, maddə 195; 2005-ci il, 11, maddə 1049) 1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

Altıncı abzasda «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Audit Baş İdarəsinin rəisi» sözləri «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi» sözləri ilə, yeddinci abzasda «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Ödəyicilərinin Auditi Baş İdarəsinin rəisi» sözləri «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Auditi Baş İdarəsinin rəisi» sözləri ilə, səkkizinci abzasda «Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin rəisi» sözləri «Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi» sözləri ilə və on birinci abzasda «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi» sözləri «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatının Təşkili və İqtisadi Təhlil Baş İdarəsinin rəisi» sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 17 sentyabr 2009-cu il

484

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 sentyabr 2009-cu il, 208).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2009-cu il, 9 (147), maddə 713).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.