Axtar
az|рус|eng
Qanunvericilik

“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, 7, maddə 1315) ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2019-cu il.

N 724

 


 

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli
Fərmanı ilə təsdiq edilmişdir

 

1. Andorra

2. Anqila

3. Antiqua və Barbuda

4. Aruba

5. Baham adaları

6. Barbados

7. Beliz

8. Bermud

9. Britaniya Vircin adaları

10. Cersi

11. Cəbəlüttariq

12. Dominika

13. Fici

14. Honq-Konq (ÇXR)

15. Kabo Verde

16. Kayman adaları

17. Kuk adaları

18. Qrenada

19. Liberiya

20. Lixtenşteyn

21. Maldiv adaları

22. Marşal adaları

23. Monako

24. Montserrat

25. Niue

26. Palau

27. Panama

28. Samoa

29. Sent Lusiya

30. Sent Vinsent və Qrenadin

31. Sent-Kits və Nevis

32. Tailand

33. Tayvan (ÇXR)

34. Törks və Kaykos adaları

35. Trinidad və Tobaqo

36. Vanuatu

37. Vircin adaları (ABŞ)




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.