Axtar
az|рус|eng
Qanunvericilik

 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərari ilə təsdiq edilmiş “Azərbaycan Respublikasinin ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan mallarin aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasinin Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 1, maddə 69; 2002, 2, maddə 112, 10, maddə 647; 2005, 1, maddə 58, 11, maddə 1069; 2013, 7, maddə 870; 2014, 1, maddə 64, 2, maddə 196; 2015, 1, maddə 69; 2016, 8, maddə 1444; 2017, 7, maddə

1489, 8, maddələr 1614, 1620, 12 (II kitab), maddə 2521; 2018, 3, maddə 585, 10, maddə 2168) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

     1.1.        "2203 00” alt yarımmövqeyindən əvvəl aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

2202 10 000 9

şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər

1 litr üçün 3,0 manat

2202 99 190 2

meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər

1 litr üçün 3,0 manat

 

     1.2.    "2208 90 110 0-2208 90 780 0” alt yarimmövqelərinə aid sətrin "Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 190.2-ci maddəsində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları” sütununda "2208 90 110 0 - 2208 90 780 0” rəqəmləri "2208 90 110 0 - 2208 90 780 9 (2208 90 690 1 və 2208 90 780 1 istisna olmaqla)” rəqəmləri və sözləri ilə əvəz olunsun və həmin sətirdən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

2208 90 690 1

tutumu 2 litrdən az olan alkoqollu energetik içkilər

1 litr üçün 2,0 manat

2208 90 780 1

tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilər

1 litr üçün 2,0 manat

     1.3.    2402 10 000 0 alt yarımmövqeyi aşağıdakı redaksiyada verilsin:

2402 10 000 2

tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar

1 ədəd üÇün 1,0 manat

2402 10 000 9

tərkibində tütün olan siqarillalar

1000 ədəd üÇün 20,0 manat

     1.4.        "2402 20” alt yarımmövqeyi aşağıdakı redaksiyada verilsin:

2402 20

tərkibində tütün olan siqaretlər

1000 ədəd üçün 28,0 manat

     1.5.     2402 90 000 0 alt yarimmövqeyi aşağıdakı redaksiyada verilsin:

2402 90 000 2

tərkibində

siqarlar

tütün

əvəzləyicisi

olan

1 ədəd üçün 1,0 manat

2402 90 000 3

tərkibində

siqarillalar

tütün

əvəzləyicisi

olan

1000 ədəd üçün 20,0 manat

2402 90 000 9

tərkibində

siqaretlər

tütün

əvəzləyicisi

olan

1000 ədəd üçün 28,0 manat

     1.6.     "2402 90 000 0” alt yarımmövqeyindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

2403 99 900 1

elektron siqaretlər üçün maye

1 litr üçün 
20,0 manat

 

 2.   Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri

Novruz Məmmədov

Bakı şəhəri, 10 yanvar 2019-cu il

N 5




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.