Axtar
az|рус|eng
Qanunvericilik

«Müstəqil dövlətlər birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında» sazişin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli, 336-IIIQ nömrəli Qanununun tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

«Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında» Sazişin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli, 336-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. 2005-ci il iyunun 3-də Tbilisi şəhərində imzalanmış «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında» Sazişin 3-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətli orqan barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. öz səlahiyyətləri daxilində «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında» Sazişin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli, 336-IIIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 28 iyun 2007-ci il

2276

«Respublika» qəzetində dərc edilmişdir (29 iyun 2007-ci il, 140).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2007-ci il, 6, maddə 689).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.