Axtar
az|рус|eng
Qanunvericilik

"Kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın

təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

N 1817050000008600

 

“Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların əldə edilməsinin xüsusi rejiminin müəyyən olunması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 267 nömrəli Fərmanının 4-cü hissəsinin icrasının təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

QƏRARA ALIR

1. “Kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinə tapşırılsın ki, bu Qərarla təsdiq edilmiş normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

4. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Nazir
Mikayıl Cabbarov
 

 

 

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2018-ci il 1 oktyabr tarixli 181705000008600 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmişdir.

 

 

Kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin Siyahısı

 

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi üzrə:

1.1. Azərbaycan Respublikasının vergilər naziri;

1.2. Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini;

1.3. Azərbaycan Respublikası vergilər nazirinin müavinləri;

1.4. Azərbaycan Respublikası vergilər nazirinin müşavirləri;

1.5. Azərbaycan Respublikası vergilər nazirinin köməkçisi;

1.6. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatının rəhbəri, onun müavinləri;

1.7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatının departamentlərinin (şöbələrinin) baş direktorları (direktorları), onların müavinləri, habelə həmin departamentlərin tərkibində idarələrin direktorları vəşöbələrin rəhbərləri;

1.8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında departamentlərin və ərazi vergilər departamentlərinin baş direktorları, onların müavinləri, habelə həmin departamentlərin tərkibində idarələrin direktorları (rəisləri), şöbələrin (bölmələrin) rəhbərləri (rəisləri);

1.9. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər idarələrinin direktorları, onların müavinləri, habelə həmin idarələrin tərkibində şöbələrin (bölmələrin) rəhbərləri;

1.10. Azərbaycan Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin direktorları, onların müavinləri.

2. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə:

2.1. Naxçıvan Muxtar Respublikasının vergilər naziri;

2.2. Naxçıvan Muxtar Respublikasının vergilər nazirinin müavini;

2.3. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri;

2.4. Naxçıvan Muxtar Respublikasının vergilər nazirinin köməkçisi;

2.5. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi aparatının şöbə (bölmə) rəisləri;

2.6. Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, habelə həmin idarələrin tərkibində şöbələrin (bölmələrin) rəisləri;

2.7. Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin və həmin şöbələrin tərkibində bölmələrin rəisləri.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.